1. Dalma elektrik mühərrikləri haqqında


Stator dolağının sarınması



Yüklə 215,91 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix14.09.2023
ölçüsü215,91 Kb.
#121871
1   2   3
New Microsoft Word Document (2) (1)

5.Stator dolağının sarınması. 
Yığılmış məftil statorun sarınması üçün sarınma sahəsinə aparılır. Statorun yuvaları pambıq 
parçadan lentlə təmizlənir, izoleedici həlqə taxılır, statorun yiv olan hissəsinə qtpl təbəqə qoyulur və 
yuva izolyasiyası buraxılır. Daha sonra sarınma prosesi başlayır. Sarınmış stator dolaq ucluqlarının 
və çıxış kabellərinin birləşdirilməsi üçün stendə qoyulur.
6.Mühərrikin sökülməsi. 
Təmirə gətirilmiş mühərrikə sökülmə stendinə qoyulur. Mühərrikə visual baxış keçirdilir. Statorda 
korroziya olması yoxlanılır daha sonra mühərrik məngənəyə bərkidilir. Əvvəlcə mühərrikin qapağı 
açılır, izolyasiyası ölçülür. Daha sonra gilizlər açılır, kalodka çıxarılır, yuxarı başlıq və aşağı başlıq 
açılır. Mühərriklərin başlıqları açılandan sonra izolyasiya müqaviməti ölçülür. Rotor çıxarılır, stator 
yağın axıdılma stendinə qoyulur. Sökülmüş ehtiyat hissələr təftiş olunur, yararsız hissələr yenisiylə 
əvəz olunur. 
7.Mühərrikin yığılması. 
Sarınmadan çıxmış stator yığılma stendine bərkidilir. Statora uygun olaraq rotor yığılır və statora 
yerləşdirilir. Rotor statora salındıqdan sonra izolyasiya müqaviməti ölçülür. Daha sonra mühərrikin 


yığılma prosesi başlanır. Mühərrikin aşağı və yuxarı başlıqları bağlandıqdan sonra izolyasiya 
müqaviməti yoxlanılır. İzolyasiya müqaviməti 500 Mom-dan çox olduqda sınaq sahəsinə göndərilir. 
8.Hidromüdafiə haqqında. 
Hidromüdafiənin əsas məqsədi mühərriki lay mayesindən qorumaqdır. Sahədə 3 tipli hidromüdafiə 
təmir olunur: 1Q51, 1Q57 və 2PA92KD. 1Q51nən digərlərinin əsas fərqi Q51 kompensatorla 
quyuya buraxılır digərlərində isə kompensatora ehtiyac yoxdu. Onlar daha müasir tipli olduqları 
üçün kompensator bir gövdədə olur. Buna görədə əlavə kompensatora ehtiyac qalmır. 
9.Dalma yeraltı avadanlığının quyuya buraxılma və quyudan çıxarılma ardıcıllığı. 
Dalma yeraltı avadanlığı: dem, hidromüdafiə və dalma nasosunnan ibarətdir. Avadanlığın quyuya 
buraxılma ardıcıllığı belədir: əgər 1Q51 tipli protektorla avadanlıq buraxılırsa ilk növbədə 
kompensator-mühərrik-1Q51 protetktor-nasos ardıcıllığı ilə buraxılır. Bunlar bir birilə şlisli mufta 
ilə əlaqələndirilir. Digər tipli protektorlar ilə buraxılarsa kompensatora ehtiyac qalmır və ardıcıllıq 
mühərrik-protektor-nasos formasında olur. 

Yüklə 215,91 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə