1. Dalma elektrik mühərrikləri haqqında



Yüklə 215,91 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix14.09.2023
ölçüsü215,91 Kb.
#121871
1   2   3
New Microsoft Word Document (2) (1)

10.Mühərrikin cari təmiri. 
Mühərrikin cari təmiri zamanı onun stator dolaqlarına müdaxilə edilmir. Mühərrik sökülmə stendinə 
qoyulur ona visual baxış keçirilir. Cari təmir o hallarda aparılır ki, mühərrikin gövdəsində korroziya 
olmasın və mühərrikin izolyasiya müqaviməti sıfır olmasın. Mühərrik stendə bərkidilir kalodka 
qapağı açılır izolyasiya müqaviməti ölçülür. Daha sonra mühərrikin aşağı və yuxarı başlıqları 
sökülür, rotor çıxarılır və təftiş edilir. Rotor təftiş edilir yararsız detallar yenisi ilə əvəz edilir. 
Mühərrikin başlıqları təftiş edilir, üzərindəki klapan və tıxaclar yoxlanılır yararsız olanları yenisi ilə 
əvəz edilir. Əgər izolyasiya müqaviməti 500Mom-dan çoxdursa mühərrik yığılma stendinə qoyulur 
və yığılır. Əgər mühərrikdə su zərrəcikləri aşkar olunarsa, stator yuma stendinə qoyulur hər iki 
tərəfinə yuyucu maye ötürən şlanqlar birləşdirilir və ağ neftlə 20 dəq ərzində yuyulur. Yuyulma 
bitdikdən sonra 10 dəq ərzində sıxılmış hava ilə üfürülür. Stator yağın axıdılması stendinə qoyulur.
Daha sonra stator sobaya qoyulur və 120-130 dərəcədə 6 saat qurudulur. Sobadan çıxarılan 
mühərrikin temperaturu ətraf mühitin temperaturuna çatdıqda izolyasiya müqaviməti ölçülür və bu 
500 Mom-dan az olmamalıdır. Daha sonra stator yığılma stendinə qoyulur və yığılma prosesi 
başlayır. 

Yüklə 215,91 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə