Azərbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi



Yüklə 28,8 Kb.
səhifə1/2
tarix22.12.2023
ölçüsü28,8 Kb.
#154235
  1   2
Fizika si 3 nisbilik


AZƏRBAYCAN HAVA YOLLARI” QAPALI SƏHMDAR
CƏMİYYƏTİ
MİLLİ AVİASİYA AKADEMİYASI

SƏRBƏST İŞ №3

Fənn:Fizikanın əsasları
Mövzu: Relyativistik mexanikada kəmiyyətlərin nisbiliyinin isbatı.
Qrup:2523a
Müəllim:Ağayeva Sevda
Tələbə:Abasov Nihat
BAKI-2023
XIX əsrin ikinci yarısında Maksvel elektromaqnit sahəsinin əsas qanunlarını ifadə edən tənliklər sistemini verdi. Bu tənliklərlə Nyuton mexanikası arasında müəyyən ziddiyətlər yarandı. Maksvel nəzəriyyəsinə görə elektromaqnit dalğalarının vakuumda yayılma sürəti bütün istiqamətlərdə eynidir və c=3•108 m/san-ə bərabərdir. Lakin Nyuton mexanikasına görə işqın vakuumda yayılma sürəti (c=3•108m/san) yalnız müəyyən seçilmiş hesablama sistemində c-yə bərabər ola bilər. Həmin hesablama sisteminə nəzərən hərəkət edən digər hesablama sistemlərində c-dən fərqlidir. Bu gözlənilməz nəticə fizikləri seçim qarşısında qoydu.
1.Maksvel tənliklərini düzgün hesab etməyərək onlardan imtina etməli. 2.Nisbilik nəzəriyyəsindən imtina etməli. 3.Qaliley çevrilmələrinin dəqiq olmadığını qəbul edərək onları yenisi ilə əvəz etmali. A.Eynşteyn Maksvel tənliklərini və nisbilik nəzəriyyəsini doğru qəbul edərək 1905-ci ildə Maksvel tənliklərinin də invariant qaldığı yeni çevirmələr işləyib hazırladı.
Maksvel tənliklərindən alınır ki, işıq vakuumda c=3•108 m/san sürətlə yayılan elektromaqnit dalğasıdır. Odur ki, bu tənliklərin invariantlığından işıq sürətinin bütün inersial sistemlərdə sabit olması alınmalıdır. Yeni çevrilmələrin alınmasında A.Eynşteyn aşağıdakı iki postulatı irəli sürdü.
1.Təbiətin bütün qanunları (təkcə mexanika qanunları yox) bütün inersial hesablama sistemlərində eyni cür baş verir va heç bir fiziki təcrübənin köməyi ilə bir inersial sistemi digərindən fərqləndirmək olmaz. Bütün inersial sistemlərin eyni hüquqlu olması müddəası xüsusi nisbilik prinsipi adlanır. Eynşteyn Qalilleyin nisbilik prinsipini inkişaf etdirməklə, onu təbiətdə baş verən bütün fiziki hadisələr, o cümlədən elektromaqnit, optika və kvant hadisələri üçün ümumiləşdirdi.
2. İşığın vakuumda yayılma sürəti bütün inersial hesablama sistemlərində eynidir. O, mənbəyin və qəbuledicinin sürətindən asılı deyil. İşıq sürəti (c=3•108 m/san) nə mənbəyin,nə də qəbuledicinin hərəkət sürətindən aslıdır. İşıq sürəti fundamental dünyəvi sabitlərdən biri olub, mütləqdir.Bu postulatdan çıxır ki, işıq sürəti təbiətdə qarşılıqlı təsirləri daşıyan maksimal mümkün olan sürətdir. Bu postulatı belə izah edə bilərik:
Klassik təsəvvürə görə işığa qarşı hərəkət edən A qəbuledicisinə görə işığın sürəti c+v, ondan uzaqlaşan B qəbuledicisinə görə isə işığın sürəti c-v dir. Xüsusi nisbilik nəzəriyyəsinə görə isə işığın A və B qəbuledicilərinə nəzərən sürəti c-yə bərabərdir. Nisbilik nəzəriyyəsinin postulatlarından aşağıdakı nəticələr çıxır.
1.Uzunluğun nisbiliyi. K' sistemi ilə bağlı xətkeş x' oxuna paralel yerləşir. Verilmiş sistemə nəzərən sükunətdə olan xətkeşin uzunluğu məxsusi uzunluq adlanır. Onu l0 ilə işarə edək. Xətkeş K hesablama sisteminə nəzərən v sürəti ilə hərəkət edir. K sisteminə nəzərən xətkeşin uzunluğu:

Düsturdan görünür ki, l0-dır, yəni hərəkət edən xətkeş tərpənməz müşahidəçiyə nəzərən qısalır.


Qeyd etmək lazımdır ki, cimin yalnız hərəkət istiqamətindəki ∆x ölçüsü qısalır, onun hərəkət istiqamətində perpendikulyar ∆y və ∆z ölçüləri dəyişmir. Onda cismin həcmi və sıxlığı aşağıdakı kimi dəyişir.

2 .Zamanın ləngiməsi. Hərəkət edən sistemlərdə zaman ləngiyir.
düsturu ilə təyin edilir.

Bu ifadədən alınır ki, v olduğu üçün < 0 Bu o deməkdir ki, hərəkətdəki koordinat sistemində zaman ləngiyir. Cismin özü ilə birlikdə hərəkət edən saatla ölçülən 0, zaman fasiləsi məxsusi zaman adlanır. Sükunətdəki koordinat sistemindən saatla təyin edilən zaman fasiləsinə isə koordinat zamanı deyilir.


3.Sürətlərin relyativistik toplanması. Məkan və zaman haqqındakı klassik təsəvvürlər dəyişdiyindən təbii ki, sürətlərin klassik toplanma qanunun da doğru qala bilməz. Əks halda bu işığın vakuumdakı sürətinin sabit olması müddəasına zidd olardı. Qatar v sürəti ilə hərəkət edirsə və vaqonda qatarın hərəkəti istiqamətində işıq dalğası yayılırsa, onun yerə nəzərən sürəti v+c yox, yenə də c-yə bərabər olmalıdır. Sürətlərin yeni toplanma qanunu bu nəticəyə gətirməlidir.
Fərz edək ki, cismin K' hesablama sisteminə nəzərən x' oxu istiqamətində v' sürəti ilə hərəkət edir. K' sisteminin tərpənməz K sisteminə nəzərən sürəti u- dur. Onda cismin tərpənməz K sisteminə nəzərən sürəti
v' = c olan halda, nisbilik nəzəriyyəsinin ikinci postulatının tələb etdiyi kimi, v-də c-yə bərabər olur.


Yüklə 28,8 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə