Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 139,87 Kb.
tarix02.12.2017
ölçüsü139,87 Kb.
#13587

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Fakultə: Tarix

Ixtisas: Tarix və Coğrafiya

K u r s i ş i

Fənn: Geodeziya

Mövzü: Kartoqrafik təsvirin dərk olunması və

generalizasiya

Tələbə: Siruz Abbasli

Kurs: II

Qrup: TC-201



Elmi rəhbər:

PLAN.

Mövzu: Kartoqrafik təsvirin dərk olunması və generalizasiya




  1. Kartoqrafik təsvirin dərk olunması .

  2. Topoqrafik xəritələrin oxunması.

  3. Kartoqrafik generalizasiya












I. Kartoqrafik təsvirin dərk olunması

Kartoqrafiya – coğrafiya elmi və digər kartoqrafik əsərlər, onların xüsusiyyətləri yaradılma və istifadə edilmə üsulları haqqında elmdir.

Müasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür. Bu fənlər bir-biri ilə sıx əlaqədə olmaqla bərabər, onların hər biri özünə məxsus məsələləri həll edir.


  1. Xəritəşünaslıq – coğrafiya xəritələrini, onların mahiyyətini, növlərini elementlərini, xəritənin və kartoqrafiyanın inkişaf tarixini, xəritədən istifadə etmə üsullarını və ilk kartoqrafik materialları (mənbələri) öyrənir.

  2. Riyazi kartoqrafiya – kartoqrafik proyeksiyaların nəzəriyyəsinin, kartoqrafik şəbəkənin hesablanma və qurulma üsullarının, xəritənin geodeziya əsasını təşkil edən istinad məntəqələrindən istifadə etmə üsullarının, miqyasın və koordinat şəbəkəsinin öyrənilməsindən bəhs edir.

  3. Xəritələrin tərtibi və redaktə edilməsi – hazır kartoqrafik materiallara əsasən laboratoriya şəraitində müxtəlif ümumcoğrafi və xüsusi xəritələrin tərtibindən və redaktə edilməsindən bəhs edir. Bu bölmənin ən mühim problemlərindən biri kartoqrafik generalizasiyanın nəzəriyyəsi və işlənib hazırlanması hesab olunur.

  4. Xəritənin qrafiki düzəldilməsi (bəzənməsi) – qrafikaya, rənglərə və onların coğrafiya xəritələrində tətbiqinə əsaslanaraq, xəritənin məzmunun rəng və qrafiki (ştrixlər, şriftlər üzrə) surətdə təsvir edilməsi üsullarından bəhs edir.

  5. Xəritənin nəşri – fiziki-kimyəvi və texniki elmlərə əsaslanaraq, poliqrafiya sahəsinə aid olub, xəritənin nəşr edilməsindən bəhs edir.

  6. Kartometriya – xəritə üzrə uzunluğun, sahənin, bucaqların, yüksəkliyin, meylliyin, həcmin və s. kəmiyyətlərin ölçməsi və hesablanması üsullarından bəhs edir. Özünün ənənəvi inkişaf xüsusiyyəti və metoduna görə kartometriya əksər halda kartoqrafiyanın bir sərbəst bölməsi hesab edilir. Lakin son zamanlar kartometriya və onunla sıx əlaqədar olan morfometriya xəritənin, xüsusən mühəndis və elmi-tədqiqat işlərində istifadə edilməsi üsulu kimi nəzərdə tutulur. Bu kitabda kartometriya və morfometriya məsələləri “Xəritələrin istifadə edilməsi” bölməsində şərh edilir.

  7. Kartoqrafiya istehsalının təşkili və iqtisadiyyatı – kartoqrafiya istehsal müəssisələrinin istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırma metodlarını işləyib hazırlayır, onların iş təcrübəsini öyrənir və ümumiləşdirir.

Kartoqrafiyanın riyaziyyat, geodeziya, topoqrafiya, coğrafiya, geologiya, torpaqşünaslıq və s. Elmlərlə sıx əlaqəsi vardır.

Riyaziyyatdan, xüsusən riyazi kartoqrafiyada, kartometriya və morfometriya işlərində daha çox istifadə olunur.

Kartoqrafiya geodeziyadan Yerin forması və ölçüləri haqqında dəqiq məlumat və istinad məntəqələrinin koordinatlarını alır. Topoqrafiya və aerotopoqrafiya bütün coğrafiya xəritələrinin tərtib edilməsi üçün ilk kartoqrafik materialları - ərazinin böyük miqyaslı xəritəsini verir.

Obyekt və hadisələrin xüsusiyyətlərini və bir-biri ilə qarşılıqlı əlaqəsini vermək və onları xəritələrdə düzgün təsvir etmək üçün kartoqrafiya coğrafiya, geologiya, torpaqşünaslıq və s. Təbiət elmlərindən konkret məlumat alır.

Kartoqrafiya isə öz növbəsində, coğrafi və başqa tədqiqatların aparılması üçün əvəzedilməz vasitə olan xəritə verir. Bu xəritələr üzrə tədqiqatçılar (coğrafiyaşünaslar, kartoqraflar, geoloqlar, torpaqşünaslar və b.) müxtəlif obyekt və hadisələrin yer üzərində yayılma qanunauyğunluqlarını, bir-biri ilə qarşılıqlı əlaqəsini, asılılığını, inkişafını və s. xüsusiyyətlərini müəyyən edirlər. Heç də təsadüf deyil ki, məşhur sovet alimi akademik L.S.Berq xəritəni “çoğrafiyanın alfa və omeqası” adlandırmışdır.
Coğrafiya xəritəsi və onun əsas xüsusiyyətləri
Qədim zamanlarda, yer səthinin kiçilmiş təsvirinin müstəvi üzərində göstərilməsinə coğrafiya xəritəsi deyilir. Lakin bu sadə tərif dəqiq və tam deyil. Əvvəla, həmin tərif yer səthinin hər hansı fotoşəkli və bədii surətdə təsviri olan mənzərə şəkli üçün də doğrudur. Ikincisi, həmin tərifə görə xəritə yalnız yer səthini təsvir edir. əslində isə müasir xəritələrin məzmununa müxtəlif təbii və ictimai-iqtisadi obyekt və hadisələr (məsələn, havanın temperaturu və təzyiqi, əhalinin sıxlığı və milli tərkibi və s.) də aiddir. Buradan aydın olur ki, yer səthini təsvir edən digər şəkillərdən fərqli olaraq coğrafiya xəritələrinin özünəməxsus xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər aşağıdakılardır:

1) xəritələrin riyazi qanun üzrə tərtib edilməsi; 2) xəritə tərtibində kartoqrafik şərti işarələrdən istifadə edilməsi; 3) xəritədə təsvir edilən obyekt və hadisələrin kartoqrafik generalizasiyası.




  1. Xəritələrin riyazi qanun üzrə tərtib edilməsi.

Yerin fiziki səthindən onun müstəvi üzərindəki təsvirinə kecmək üçün iki əməliyyat tələb olunur:

  1. Əvvəlcə, Yerin fiziki səthinin səviyyə səthi üzərində proyeksiyası alınır. Həmin proyeksiya səviyyə səthinə perpendikulyar olan şaquli xətlərlə alındığından, coğrafi obyektlərin vəziyyəti plan üzrə düzgün təyin edilir. Səviyyə səthinin əmələ gətirdiyi fiqur – Yerin nəzəri forması olan geoid mürəkkəb olduğundan o, kartoqrafiya işlərində fırlanma ellipsoidi, yaxud da kürə ilə (az dəqiqlik tələb edən işlərdə) əvəz edilir.

  2. Sonrakı əməliyyat ellipsoid (yaxud kürə) səthindən müstəvi səthə keçməkdən ibarətdir.

Demək, Yer kürəşəkilli olduğundan, onun düzgün forması əyani surətdə və heç bir təhrif olmadan yalnız qlobusda təsvir edilə bilər. Qlobus səthini isə dartılma və sıxılma olmadan müstəviyə çevirmək mümkün düyil. Ona görədə qlobus səthini arası kəsilmədən (fasiləsiz) müstəvi üzərində təsvir etmək üçün kağızda müəyyən qanunlarla kartoqrafik şəbəkə nqurulur.

Meridian və paralellərin şərti olaraq kağız üzərində göstərilmiş təsvirinə kartoqrafik şəbəkə deyilir.

Qlobus üzərində qurulmuş meridian və paralellər şəbəkəsi coğrafi şəbəkə adlanır. Coğrafi şəbəkənin müstəvi üzərində müəyyən riyazi qanunlarla təsvir edilmə üsuluna kartoqrafik proyeksiya deyilir.

Kartoqrafik şəbəkənin əmələ gətirdiyi trapeslərin birindən digərinə keçdikdə miqyas dəyişir. Lakin meridian və paralellər elə qurulmalıdır ki, miqyasın dəyişməsi arası kəsilmədən və sıçrayışsız olsun, yəni yer üzərindəki hər hası bir A0 nöqtəsinə xəritədə yalnız bir A nöqtəsi uyğun gəlsin və ya əksinə. Başqa sözlə desək, müstəvi üzərindəki təsvir fasiləsiz, aralıqsız və qırışıqsız olmalıdır. Belə halda yer üzərindəki hər bir trapes kartoqrafik şəbəkədə yalnız öz damasına uyğun gələcəkdir. Deməli, yer səthinin təsvirini verən bir sıra digər üsullardan (məsələn, fotoqrafiya, mənzərə şəkli və s.) fərqli olaraq, xəritədə yer səthinin təsviri müəyyən riyazi qanunlar vasitəsi ilə göstərilir. Ona görə də xəritə üzrə hər hansı bir obyektin vəziyyəti, forması və ölçüləri haqqında məlumat almaq olar.




  1. Xəritə tərtibində kartoqrafik şərti işarələrdən istifadə edilməsi.

Xəritə məzmununun elementləri (müxtəlif konturlar, relyef və s. obyekt və hadisələr) xəritələrdə xüsusi şərti işarələrlə təsvir edilir. Məsələn, eyni bir ərazinin müxtəlif miqyaslı aerofotoşəklinə diqqət etsək, görərik ki, miqyasın kiçilməsi ilə əlaqədar olaraq orada bəzi xırda obyektlər seçilmir. Xəritənin miqyasında göstərilə bilən, lakin xəritədə təsvir edilməsi lazım gələn obyektlər isə kartoqrafik şərti işarələr vasitəsi ilə təsvir olunur. Bundan başqa, xəritədə şərti işarələr vasitəsi ilə yalnız fotoqrafiyada əks oluna bilən obyektlər deyil, həmdə bir çox başqa hadisə və proseslər (məsələn, havanın temperaturu, küləyin istiqaməti, maqnit əqrəbinin inhirafı və s.) də təsfir olunur.

Şəkildə eyni bir ərazinin aeroşəklini və xəritəsinimüqayisə etdikdə kartoqrafik şərti işarələrin xüsusiyyətlərini aydın görmək olar. Burada müəyyən hündürlükdə təyyarədən görünən yer səthinin əsil şəkli xəritədə həndəsi xarakterli təsvirlə əvəz edilmişdir. Göründüyü kimi, kartoqrafik şərti işarələr yer səthi obyektlərinin bir çox fərdi xüsusiyyətlərini elə bil pozur, bununla da təsviri sadələşdirir və xəritənin yükünü azaldır.

Kartoqrafik şərti işarələrin istifadə edilməsi böyük ərazi sahələrini, hətta bütün yer səthini bir baxışla əhatə etmək üçün təsviri çox kiçiltməyə imkan verir.
a)

сканирование0002
b)

сканирование0002
Yer səthinin səthinin müxtəlif üsullarla təsviri:


  1. təyyarədən çəkilmiş fotoşəkil;

  2. həmin sahənin topoqrafik xəritəsi (orta məktəb müəllimləri üçün

  3. Coğrafiya atlasından, 1985)



  1. Xəritədə təsvir edilən obyekt və hadisələrin kartoqrafik generalizasiyası.

Miqyasın kiçilməsi ilə əlaqədar olaraq daha xırda təfsilatın xəritədə təsfir edilməsi mümkün olmadığı üçün bunlardan bəziləri atılır, konturların, xətlərin kiçik əyriləri isə ümumiləşdirilir (düzləndirilir). Xəritənin təsvirində olan həmin proses kartoqrafik generalizasiya adlanır.

Beləliklə, göstərilən xüsusiyyətləri nəzərə alaraq coğrafiya xəritəsinə belə tərif vermək olar.



Yer səthinin kiçildilmiş, ümumiləşdirilmiş və müəyyən bir kartoqrafik proyeksiyada şərti işarələrlə təsvirə coğrafiya xəritəsi deyilir.

Lakin həmin tərif yer səthini (su obyektlərini, relyefi, bitki örtüyünü, yollar şəbəkəsini, sərhədləri və s. obyektləri) xarakterizə edən xəritələr üçün düzgün sayıla bilər. Belə xəritələr ümumcoğrafi xəritələr adlanır. Yer səthinin mükəmməl təsvirini göstərən topoqrafik xəritələr ümumcoğrafi xəritələrə aiddir.

Xəritədə Yerin fiziki səthindən əlavə bir sıra müxtəlif təbii və ictimai-iqtisadi obyekt və hadisələr də təsvir olunur. Bu qrup xəritələrə müxtəlif xüsusi (geoloji, iqlim, sənaye, etnoqrafik və s.) xəritələr aiddir.

Beləliklə, coğrafiya xəritəsi yer səthinin keçirdilmiş ümumiləşdirilmiş və müəyyən bir kartoqrafik proyeksiyada şərti işarələrlə təsviri olub, müxtəlif təbii, ictimai-iqtisadi obyekt və hadisələrin bir-biri ilə qarşılıqlı əlaqədə yerləşməsini göstərir.

Hər hansı bir ərazinin xəritəsini tərtib etmək üçün əvvəlcə çöl işlərini aparmaq lazımdır. Bu çöl işləri isə müxtəlif geodeziya, topoqrafiya, aeroqrafiya planaalma və nivelirləmə işlərindən ibarətdir. Hazırda topoqrafik xəritələr demək olar ki, tamamilə aerofotoplanaalma üsulu ilə tərtib olunur.

Kiçik miqyaslı coğrafiya xəritələrinin tərtibi üçün bilavasitə çöl işləri aparılmır; bu məqsədlə nisbətən böyük miqyaslı kartoqrafik materiallardan istifadə olunur.

Yer səthini göstərən digər kartoqrafik təsvirlər: qlobuslar, müxtəlif relyef modelləri, blok-diaqramlar coğrafiya xəritəsinin iki xüsusiyyətini – kartoqrafik generalizasiyanı və kartoqrafik şərti işarələri özlərində saxlayır, lakin riyazi qurulma üsullarına görə xəritədən fərqlənirlər. Belə ki, Yerin modeli olan qlobusun qurulmasında kartoqrafik proyeksiya istifadə edilmir. Relyef modelləri (relyef xəritələri) üçölçülü təsvir olub, yer səthinin nahamarlığı haqda təsəvvür yaradır. Blok-diaqramlar (yer qabığının kəsilişi ilə birlikdə) yer səthinin perspektiv təsvirdə göstərən müstəvi şəkillərdir.

Ay və başqa planetlərin xəritələri öz xüsusiyyətlərinə görə coğrafi xəritələrə oxşardır, lakin onlarda təsvir olunan obyektlər başqadır. Bu xəritələr başqa məqsəd güdürlər və onların tərtibində xüsusi kartoqrafik şərti işarələr sistemindən istifadə edilir.


Coğrafiya xəritələrinin əhəmiyyəti
Coğrafiya xəritələri bir çox təcrübi və elmi işlərdə mühüm əhəmiyyətə malikdir. Xəritə, coğrafiyanın ikinci dilidir. Kitablardakı coğrafi təsvirlər nə qədər mükəmməl olsa da, onlar ərazi haqqında xəritəsiz tam təsəvvür yarada bilməz.

Xəritə yer səthində olan qurunun, suyun, ayrı-ayrı ölkələrin və s. obyektlərin sahəsi, yerləşməsi və forması haqqında əyani təsəvvür yaradır. Bundan başqa xəritə yer səthində olan müxtəlif hadisələrin dəyişməsini, bir-biri ilə əlaqəsini və s. xüsusiyyətlərini öyrənmək üçün mühüm bir vasitədir.

Kartoqrafiyanın tarixindən məlumdur ki, xəritələrin düzəldilməsi təcrübi işin tələbi ilə meydana gəlmişdir.

Böyük və orta miqyaslı ümumcoğrafi xəritələr bir çox layihə (inşaat, yol, hidrotexnika, meliorasiya, kənd təsərrüfatı və s.) hərbi və elmi tədqiqat işlərində geniş surətdə istifadə olunur.

Bir çox xəritələrdən (xüsusən, kiçik miqyaslı fiziki, siyasi inzibati və s. xəritələr) mədəni quruculuq və kütlələrin ümumi təhsilinin artırılması işlərində geniş istifadə edilir. Geomorfoloji, geoloji, hidroloji, torpaq və s. elm sahələrində aparılan xüsusi tədqiqatlar nəticəsində çoxlu faktiki material toplanır. Bu materialların coğrafi xəritələr üzərində təsviri, yəni xüsusi fiziki-coğrafi xəritələrin tərtib edilməsini, ayrı-ayrı obyekt və hadisələrin (yer səthinin relyefi, geoloji quruluşu, çayların axımı və s.) yerləşməsinin qanunauyğunluğunu, əlaqəsini və s. xüsusiyyətlərini öyrənmək və dərk etmək üçün xəritə böyük əhəmiyyətə malikdir.

Bundan başqa xəritələr üzrə (xüsusən böyük miqyaslı xəritələr üzrə) aparılan ölçmə işlərinə əsasən bir sıra morfometrik göstəricilər (yer səthinin orta yüksəkliyi, meyl bucağı və s.) tərtib edilir. belə morfometrik xəritələr yer səthini öyrənməkdə və bir sıra təcrübi məsələlərdə (axımın tərpaq eroziyasının öyrənilməsində, layihə işlərində və s.) xüsusi əhəmiyyətə malikdir.



II. Topoqrafik xəritələrin oxunması.
Çox müxtəlif olan coğrafiya xəritələrini öyrənmək, onların ayrı-ayrı növlərinə xas olan qanunauyğunluqları müəyyən etmək, xəritəlri sistemləşdirmək və onlardan istifadə etməni asanlaşdırmaq məqsədi ilə xəritələri təsnif etməyin mühüm əhəmiyyəti vardır. Bu deyilənlərlə yanaşı, xəritələrin elmi təsnifatı kartoqrafiya istehsalatının təşkili, xəritələrin tərtib edilməsi və redaktəsi üçün də vacibdir.

Coğrafiya xəritələrinin müxtəlif əlamətlərinə görə təsnifat etmək olar. Bunlardan ərazi, xəritənin məzmunu, miqyası, vəzifəsi, kartoqrafik proyeksiyanın növü və s. göstərmək olar.

Hər bir elmi təsnifatda coğrafiya xəritələrinin məzmununu və xüsusiyyətini təyin edən mühüm əlamət olmalıdır. Bu nöqteyi-nəzərdən əraziyə, xəritənin məzmununamiqyasa görə təsnifat daha mühüm sayılır.

Ərazi əlamətinə görə: dünya, yarımkürələr, okean və dənizlər, materiklər və onların böyük hissələri, dövlətlər, vilayətlər və s. xəritələr olur.

Məzmuna (ixtisaslaşmaya) görə xəritələri təsnif etdikdə hər şeydən əvvəl onlar ümumcoğrafixüsusi) xəritələr qrupuna bölünür.

Ümumcoğrafi xəritələr yer səthi və orada yerləşən müxtəlif obyektlər bir-birindən fərqlənməyərək eyni qüvvədə təsvir olunur. Lakin bu təsvirin mükəmməlliyi və dolğunluğu hər şeydən əvvəl xəritənin miqyasından asılıdır. Ona görə də ümumcoörafi xəritələrin təsnifində miqyas əsas götürülür.

Miqyasa görə ümumcoğrafi xəritələr aşağıdakı qruplara bölünür.


  1. Böyük miqyaslı xəritələr. Bu qrupa miqyası 1:200 000 və daha böyük olan xəritələr aiddir. Bu xəritələr topoqrafik xəritələr adlanır.

  2. Orta miqyaslı xəritələr. Bu qrupa miqyası 1:200 000-dən 1:1 000 000-a (özü daxil olmaqla) qədər olan xəritələr aiddir. Bu xəritələr obzor-topoqrafik xəritələr adlanır.

  3. Kiçik miqyaslı xəritələr. Bu qrupa miqyası 1:1 000 000-dan kiçik olan xəritələr aiddir. Həmin xəritələr obzor xəritələr adlanır.

Topoqrafik və obzor topoqrafik xəritələrdə miqyas təcrübi olaraq sabit qalır. Buna ğörə də proyeksiyanın təsiri ilə olan təhrifi nəzərə almadan həmin xəritələr üzərində ölçmə işləri aparmaq olar.

Xüsusi xəritələrdə hər hansı obyek və ya hadisə daha dolğun təsvir olunur. Həmin obyekt və ya hadisə ümumcoğrafi xəritənin məzmununu təşkil edən elementlərdən biri (məsələn, hipsometrik xəritədə relyef), yaxud statistik üsullahesablanmış göstərici (məsələn, hər nəfərə düşən elektrik enerjisi), yeraltında və su altında gizlənmiş obyektlər (yeraltı sular, su altı relyef), tez dəyişən və ümumiyyətlə insan gözünün görə bilmədiyi obyekt və hadisələr (küləklər, maqnit inhirafı və s.) ola bilər. Ümumcoğrafi xəritənin digər elementləri xüsusi xəritələrdə çox cüzi verilir, bəzi elementlər isə tamamilə göstərilmir.

Xüsusi xəritələr təbii hadisələr (fiziki-coğrafi) və texniki xəritələr üzrə təsnif edilir. Göstərilən siniflər öz-özlüyündə bir neçə növə bölünür.



Məzmuna (ixtisaslaşmaya) görə xəritələrin təsnifatı aşağıdakı sxem üzrə aparıla bilər.

A. Ümumcoğrafi xəritələr

  1. Topoqrafik xəritələr;

  2. Obzor-topoqrafik xəritələr;

  3. Obzor xəritələr.



B. Xüsusi xəritələr

  1. Fiziki-coğrafi xəritələr;

  2. Ümumi fiziki-coğrafi (landşaft və fiziki-coğrafi rayonlaşma) xəritələri;

  3. Geoloji (tektonik, litoloji, qravimetrik, seysmik) xəritələr;

  4. Yer səthi relyefinin (hipsometrik, morfometrik, geomorfoloji, morfoqrafik) xəritələri;

  5. Atmosfer hadisələri (meteoroloji, iqlim, sinoptik) xəritələri;

  6. Dəniz (dərinliklər, batimetrik, duzluluq, dəniz cərəyanları və s.) xəritələri;

  7. Səth-suları (hidroqrafik, axım, rejim və s.) xəritələri;

  8. Torpaq xəritələri;

  9. Bitki (geobotanika, bitki növlərinin yayılması, meşə, bataqlıq və s.) xəritələri;

  10. Zoocoğrafi xəritələr.



C. İctimai-iqtisadi xəritələr

  1. Əhali (əhalinin yerləşməsi, əhalinin tərkibi, sıxlığı və s.) xəritələri;

  2. İqtisadi (təbii ehtiyatlar, sənaye, kənd təsərrüfatı, nəqliyyat və rabitə vasitələr, ümumiqtisadi və s.) xəritələr;

  3. Mədəni quruculuq (maarif, səhiyyə, klub, kitabxana və s.) xəritələr;

  4. Siyasi-inzibati xəritələr;

  5. Tarixi xəritələr.


D. Texniki xəritələr

  1. Dəniz naviqasiya xəritələri;

  2. Uçuş xəritələri;

  3. Layihə və s. xəritələr.

Həmin təsnifatda müəyyən dərəcədə şərtlik vardır. Məsələn, geoloji xəritələr qrupuna aid olan faydalı qazıntılar xəritəsində, faydalı qazıntılar təbii ehtiyatlar kimi nəzərə alınarsa, o, (yəni həmin xəritə) iqtisadi xəritələr qrupuna aid edilə bilər; yaxud müəyyən bir ərazinin geoloji xüsusiyyətini əks etdirən mühəndis-geoloji xəritə mühəndis-geoloji xəritələr qrupuna aid edilə bilər.

Vəzifəsinə görə xəritələri tədris, elmi-məlumat, mədəni-maarif, turist, idman, hərbi məqsədlər (taktika, strateji və s.) və s. qruplara bölmək olar.

Xəritələrin vəzifəsi onların məzmununa, miqyasına, tərtib edilmə üsullarına və s. xüsusiyyətlərinə təsir edir.

Lakin bir çox xəritələrin geniş miqyasda tərtib edilməsi ilə əlaqədar olaraq, vəzifəyə görə onların təsnifatı məhdudlaşır. Məsələn, topoqrafik xəritələr elmin, mədəniyyətin, xalq təsərrüfatının və ölkə müdafiəsinin ehtiyatlarını ödəyir. Ona görə də vəzifəsinə görə xəritələrin təsnifatı təcrübi olaraq onların aydın nəzərə çarpan qrupları üçün (məsələn, tədris xəritələri) istifadə edilir.

Xüsusi xəritələrin tipləri


Xüsusi xəritələrin tipləri onlarda mövzuları (məzmunun) genişliyi və məzmunun ümumiləşdirilməsinə görə müəyyən edilir.

Xüsusi xəritələr həm dar (kiçik) həm də geniş mövzunu əhatə edə bilər. Hər hansı bir mövzunu əhatə edən xəritə xüsusi: yaxud sahə üzrə xəritə adlanır. Məsələn, əgər xəritədə yalnız bir metroloji mövzu (yağıntı, yaxud havanın təzyiqi və s.) göstərilirsə, belə xəritə dar mövzuya aid olur və xüsusi iqlim xəritəsi adlanır. Yaxud, maşınqayırma zavodlarını təsvir edən xəritə xüsusi (sahə üzrə)iqtisadi xəritə adlanır.

Bir neçə əsas elementlərin təsvirini birgə verən və obyekt və hadisələrin tam xüsusiyyətlərini əks etdirən xəritələrə ümumi xəritə deyilir. Məsələn, xəritə bütün iqlim xüsusiyyətlərinə həsr olunmuşsa və bir sıra göstəricilərə görə həmin xəritədə iqlim üzrə rayonlaşma verilərsə, belə xəritə ümumi iqlim xəritəsi adlanır. Xalq təsərrüfatının bütün əsas sahələrinin inkişafını göstərən, yaxud ərazinin ümumi iqtisadi rayonlaşmasını göstərən, xəritə ümumi iqtisadi xəritə adlanır.

Mövzunun genişliyinə görə xəritəni xüsusiümumi xəritələr tipinə bölmək özü də şərtdir. Məsələn, əkinçilik xəritəsi (yaxud daha dar mövzuya aid olan pambıqçılıq xəritəsi) kənd təsərrüfatı xəritəsinə nisbətən xüsusi xəritə hesab olunur. Ancaq kənd təsərrüfatı xəritəsinin özü də bütövlükdə xalq təsərrüfatı xəritəsinə nisbətən xüsusi xəritə sayıla bilər.

Məzmunun ümumiləşdirmə dərəcəsinə görə xəritələr analitik (yaxud elementar) və sintetik tiplərə ayrılır.

Analitik xəritələrdə təbii və ictimai-iqtisadi obyekt və hadisələrin konkret şəkildə fərdi xüsusiyyətləri göstərilir. Bu xəritələrdə ümumiləşdirilmiş bəzən isə az ümumiləşdirilmiş göstəricilər təsvir edilir. Məsələn, hər bir zavod, fabrik, maşın-traktor stansiyası və s. ayrı-ayrı işarələrlə, müxtəlif əkin sahələri ayrı-ayrı rənglərlə və ya ştrixlərlə təsvir olunur. Yaxud, havanın temperaturu, təzyiqi və s. metroloji elementlər müəyyən vaxt üçün aparılmış müşahidə materiallarına əsasən tərtib edilir. Bu və buna oxşar bilavasitə çöl müşahidə (və planalma) materiallarına əsasən tərtib edilmiş xəritələr bəzən müşahidə xəritələri də adlanır.

Sintetik xəritələr üçün daha çox ümumiləşdirmə səciyyəvidir.

Xüsusi səciyyəvi xəritələrdə ən mühüm təbii və yaxud ictimai-iqtisadi göstəricilərin sintezi birgə olaraq verilir. İqlim, hidroloji, kənd təsərrüfatı rayonlaşması və s. xəritələri bu qrupa misal göstərmək olar. Həmin xəritələrdə bir neçə göstəricilərin ümumi səciyyəsinə görə bu və ya digər rayonlar (məsələn, hidroloji) ayrılır, lakin bu göstəricilər özləri xəritədə təsvir edilmir. Belə sintetik xəritələrə bir sıra analitik xəritələrin ümumiləşdirilməsi kimi də baxmaq olar.

Ümumi sintetik xəritələrdə müxtəlif kateqoriyalı obyekt və hadisələr eyni vahidlə ölçülə bilən göstəricilərlə birgə olaraq təsvir edilir. Əhalinin, iqtisadiyyatın və xidmət sahəsinin birgə xarakteristikasını göstərən ümumi ictimai-siyasi xəritələr bu qrupa aiddir.

Bəzən xəritədə bir-biri ilə qarşılıqlı əlaqəsi olan bir neçə element (hər birinin öz göstəricisi olmaq şərti ilə) təsvir edilir. Belə xəritələr kompleks xəritələr adlanır.

Coğrafiya atlasları və onların təsnifatı
Coğrafiya atlası eyni qaydada tərtib və nəşr edilmiş və müəyyən sistem üzrə bir yerə yığılmış coğrafiya xəritələrinin cəmində ibarətdir. Lakin, atlas müxtəlif coğrafiya xəritələrinin sadəcə olaraq cəmi deyil; məqsəd və vəzifəsindən, istifadə edilmə üsulundan asılı olaraq, bir-biri ilə üzvü surətdə əlaqəsi olan və bir-birini tamamlayan xəritələrin vahid sistemindən ibarətdir.

Atlasların tərtib edilməsi mürəkkəb bir iş sayılır. Atlasa daxil olan xəritələrin hamısı vahid bir proqram əsasında tərtib edilir ki, bunun da nəticəsində həmin xəritələrin müqayisə edilməsi mümkün olur. Bütün bunlar proyeksiyanın əlverişli surətdə seçilməsi, miqyasın çoxda müxtəlif olmaması, təsvirin və göstəricilərin ümumiliyi, şərti işarələrin, rənglərin və şriftlərin eyni olması və s. məsələləri əhatə edir.

Atlasın məqsədi onun məzmununu: atlasda verilən məlumatın qədərini, atlas bölmələrinin quruluşunu, xəritələrin yerləşməsinin ardıcıllığını, atlasın həcmini təyin edir. Məsələn, orta məktəb üçün buraxılan coğrafiya atlasların məzmunu hər sinif üzrə coğrafiya proqramlarına uyğun gəlir və sabit dərsliklərlə razılaşdırılır, atlasın formatı, qiyməti və s. cəhətləri də nəzərə alınır.

Müasir coğrafiya atlasları çox müxtəlifdir və onların təsnifatı coğrafiya xəritələrinin təsnifatı kimidir.



A. Ərazi əlamətinə görə atlaslar aşağıdakı qruplara bölünür:

  1. Bütün yer kürəsini əhatə edən dünya atlasları. “Dünyanın böyük sovet atlası” (1937, 1940). “Zabit atlası”(1947), “Dünya atlası” (1954) və s. bu qrupa aiddir.

  2. Ayrı-ayrı dövlətlərin atlası. Məs., “SSRİ atlası” (1954), “Kuba milli atlası” (1970) və s.

  3. Dövlətlərin ayrı-ayrı hissələrinin, məs., respublikaların, vilayətlərin atlası. Buna misal “Moskva vilayətinin atlası” (1933), “Azərbaycan SSR atlası” (1963), “Belorusiya SSR atlası” (1958) və s. göstərmək olar.

B. Məzmunun görə atlaslar aşağıdakı qruplara bölünür:

  1. Ümumcoğrafi atlaslar əsasən məlumat və obzor xəritələrindən ibarət olur, bəzən onlara bir neçə xüsusi xəritələr də əlavə edilir. Ümumcoğrafi atlasların ən yaxşı nümunəsi sovet məlumat atlası olan “Dünya atlası” (1954, 1967) hesab edilir.

  2. Xüsusi atlaslar (fiziki-coğrafi və ictimai-iqtisadi atlaslar). “SSRİ-nin enerji ehtiyatları atlası” (1934), “SSRİ-nin iqlimi atlası” (I cild 1960, II cild 1962) və s. atlaslar bu qrupa misal ola bilər.

  3. Kompleks atlaslar fiziki, iqtisadi və siyasi-coğrafi elementləri göstərməklə xəritəsi tərtib edilən ərazinin hər tərəfli və tam xüsusiyyətlərini verir. “Orta məktəb müəllimləri üçün coğrafiya atlası” (1959), “Azərbaycan SSR atlası” (1963), “Ermənistan SSR atlası” (1961) və s. atlaslar bu qrupa aiddir.

C. Məqsəd və vəzifəsinə görə tədris, turist və s. atlaslar olur.

Atlasların məqsəd və vəzifəsi onların məzmununu, strukturasını, həcmini və s. xüsusiyyətlərini təyin edir. Məs., əgər tədris atlasının məzmunu müəyyən dərs proqramlarına uyğun olmalıdırsa, məlumat atlasında verilən material (məlumat) nə qədər çox olarsa, bir o qədər də həmin atlas qiymətli olar.

Atlasın məzmunu müəyyən vaxta uyğun olmalıdır. Bir çox atlaslarda izahat mətnləri, qrafik, cədvəl və s. statistik məlumat verilir. Lazımi obyektləri asanlıqla tapmaq üçün atlaslarda coğrafi adlar göstəricisi olur.


III Kartoqrafik generalizasiya
Kartoqrafik generalizasiya – mühüm obyekt və hadisələri xəritədə təsvir etmək məqsədi ilə onların seçilməsi və məqsədə uyğun ümumiləşdirilməsi üçün spesifik bir metoddur. “Generalizasiya” termini fransızca “generalisation” (ümumiləşdirmə) sözündən götürülmüşdür; bu da latınca “generalis”, yəni “baş”, “ümumi” deməkdir.

Kartoqrafik generalizasiyaya təsir edən əsas amillər aşağıdakılardır:

1) xəritənin məqsəd və vəzifəsi, 2) miqyası, 3) xəritəsi tərtib edilən ərazinin xüsusiyyətləri.


  1. Xəritənin məqsəd və vəzifəsi generalizssiyanın xüsusiyyətini, xəritədə təsvir edilən obyekt və hadisələrin həcmini təyin edir. Başqa sözlə desək, xəritənin məqsəd və vəzifəsi generalizasiyanın istiqamətini, seçmə və ümumiləşdirmənin nə dərəcədə aparılmasını təyin edir.

  2. Miqyasın təsiri generalizasiyada daha çoxdur. Belə ki, miqyasın kiçilməsi ilə xəritədə təsvir edilən obyektlər və kartoqrafik təsvirin sahəsi kiçilir ki, bunun da nəticəsində xəritənin dəqiqliyi azalır və oxunması çətinləşir (cədvəl 1).



Cədvəl

1 km2 ərazinin müxtəlif miqyaslı xəritələrdə

təsvir edilmə sahəsi


Xəritələrin miqyası

1 km2 ərazinin xəritədə sahəsi, mm2-də

Miqyasın qrafiki dəqiqliyi

(0,2 mm), m-lə

1:10 000

10000

2

1:50 000

400

10

1:100 000

100

20

1:200 000

25

40

1:500 000

4

100

1:1 000 000

1

200

Cədvəldən göründüyü kimi, yer səthinin 1 km2 sahəsini təsvir etmək üçün miqyası 1:10000 olan xəritədə 10 sm×10 sm=1 dm2=10 000 mm2,

1:1 000 000-da isə 1mm2 sahə lazımdır. Odur ki, yer üzərində olan obyektlər həmin xəritələrdə eyni dolğunluqla və eyni dəqiqliklə təsvir edilə bilməz.



  1. Generalizasiyanın digər amili – xəritəsi tərtib edilən ərazinin (obyekt və hadisələrin) özünə məxsus xüsusiyyətindən asılıdır. Burada eyni obyekt ayrı-ayrı landşaft sahələrində müxtəlif dərəcədə nəzərə alınır.

Kartoqrafik generalizasiyanın növləri


Kartoqrafik generalizasiya seçmə və ümumiləşdirmədən ibarətdir.

  1. Obyekt və hadisələrin kartoqrafik seçilməsi ondan ibarətdir ki, xəritənin vəzifəsindən, miqyasından və ərazinin coğrafi xüsusiyyətlərindən asılı olaraq mühüm və əsas obyektlər seçilərək xəritədə təsvir edilir; ikinci dərəcəli obyektlər isə atılır. Beləliklə, kartoqrafik seçmənin nəticəsində xəritədə təsvir edilən obyekt və hadisələrin sayı azalır. Kartoqrafik seçmə qəbul edilmiş müəyyən bir ölçü (norma) üzrə aparılır. Bu məqsədlə çox vaxt keyfiyyətkəmiyyət göstəricilərindən istifadə edilir. Məsələn, tələb olunur ki, yalnız inzibati mərkəz olan yaşayış məntəqələri, yaxud miqyasa görə 1 sm-dən uzun olan çaylar xəritədə göstərilməlidir. Buna seçmə norması deyilir. Seçmə norması xəritənin təxminin ədədi yükü sayılır. Bu prinsipə görə miqyası 1:100 000 olan xəritələrdə 1 km-dən, 1:500000-də 5 km-dən və 1:1 000 000 olan xəritələrdə isə 10 km-dən qısa çaylar göstərilməlidir. Ancaq bu qayda bir qədər mexaniki xüsusiyyət daşıdığından, bəzi təlimatlara və müasir təcrübəyə əsasən çayların xüsusiyyətindən asılı olaraq seçmə norması 0,5 sm ilə 1,5 sm arasında götürülür. Əgər xəritənin bütün sahəsi üçün eyni seçmə norması tətbiq edilərsə, o zaman xəritədə dağlıq rayonda olan çayların çoxu atılacaq və beləliklə də çay şəbəkə sıxlığı azalacaqdır. Odur ki, həmin xəritə ərazini nöqteyi-nəzərdən düzgün təsvir edə bilməyəcəkdir. Buna görə də eyni bir xəritədə müxtəlif rayonlar üçün müxtəlif seçmə normasının götürülməsi məqsədə uyğundur. Bu deyilənləri 2-ci cədvəldən görmək olar.



Cədvəl
Müxtəlif miqyaslı xəritələrdə seçmə dərəcələri (%-lə)


Çayların uzunluğu, km-lə

Xəritələrin miqyası

1:100000

1:300000

1:500000

1:1000000

3 km-dən az

3-5


5-10

10-15


15 km-dən çox

100

100


100

100


100

61

7

31


1

18

38



96

91

93



83

45

78

78



95

70


Bütün qruplar üzrə

100

79

46

39

Həmin cədvəl tərtib edilərkən qruplar üzrə çayların uzunluğu 1:100 000 miqyaslı xəritədə 100% qəbul edilmişdir. Göründüyü kimi, miqyasın kiçilməsi ilə bütün qruplar üzrə seçmə dərəcələri azalır. əgər norması 1sm qəbul edilsəydi, cədvəldə pilləvari xətdən yuxarıdakı rəqəmlər sıfır olmalı idi, yəni həmin çaylar xəritədə göstərilməli idi. Çünki bu qruplar üzrə çayların uzunluğu xəritələrin miqyası üzrə 1 sm-dən qısadır.

Obyektlərin seçilməsinin digər üsulu normativ seçmə üsuludur. Normativ seçmə əvvəlcədən müəyyən edilmiş seçmə norması üzrə aparılır. Bunun üçün obyektlərin sıxlığı təyin edilir. Normativ seçmə adətən xəritələrdə yaşayış məntəqələri üçün tətbiq edilir. Bu xəritələrin hər 1 dm2 sahəsinə 150-200-ə qədər punson təsvir edilə bilər. Belə halda xəritənin sahə üzrə yükü hesablanır. Xəritənin hər bir 1sm2 sahəsinə düşən obyektlərin işarələri (mm-lə) xəritənin sahə üzrə yükü hesab olunur. Sahə üzrə yükə bütün işarələr aiddir.


  1. Təsvirin ümumiləşdirilməsi xəritəsi tərtib edilən obyektləri konturlarının (sərhəd xəttinin) və onların kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin ümumiləşdirilməsində, fərdi obyektlərin ümumi işarələrlə göstərilməsində tətbiq edilir.

Konturların ümumiləşdirilməsi o deməkdir ki, xəritənin miqyası kiçildikcə, həmin konturun xırda hissələri müəyyən dərəcədə sadələşər, düzləndirilir. Ümumiləşdirməni apararkən obyektin xüsusiyyəti, xəritənin məqsəd və vəzifəsi nəzərə alınmalıdır.

Kəmiyyət göstəricilərinin ümumiləşdirilməsi ondan ibarətdir ki, xəritədə təsvir edilən obyekt və hadisələri kəmiyyət nöqteyi-nəzərdən xarakterizə edən pillələr (aralar) iriləşir. Yaşayış məntəqələri onlardakı əhalinin sayına görə qruplara və yaxud hipsometrik xəritələrdə yüksəklik və dərinlik şkalası pillələrə bölünür. Miqyasın kiçilməsindən, yaxud da xəritənin məqsəd və vəzifəsindən asılı olaraq bir neçə pillə bir pillədə birləşir.

Keyfiyyət xüsusiyyətlərinin ümumiləşdirilməsi ondan ibarətdir ki, obyektləri bir-birindən keyfiyyətcə fərqləndirən şərti işarə və başqa bölgülər geniş mənada ümumi anlayışla əvəz edilir.

Generalizasiyanın axırıncı xüsusiyyəti fərdi obyektləri ümumimi işarələrlə əvəz edilməsidir.

Hər hansı bir xəritənin tərtibində iki mühüm şərt: 1) həndəsi dəqiqlik; 2) coğrafi oxşarlıq nəzərə alınmalıdır.


  1. Xəritənin həndəsi dəqiqliyi tələb edir ki, hər bir obyekt plan üzrə forması və ölçüləri saxlamaqla öz yerində dəqiq təsvir edilsin və obyektlər arasındakı qarşılıqlı məsafə xəritənin miqyasına uyğun sürətdə düzgün göstərilsin.

  2. Coğrafi oxşarlıq tələb edir ki, xəritə obyekt və hadisələrin əsas tipik xüsusiyyətlərini, bir-biri ilə qarşılıqlı əlaqəsini, ərazinin özünəməxsus coğrafi xüsusiyyətlərinin göstərə bilsin. Bu şərtə görə xəritənin miqyasında göstərilə bilməyən, lakin öz əhəmiyyətinə görə mühüm obyektlər xəritədə təsvir edilməlidir. Bu zaman təsvirin müəyyən dərəcədə böyük alınmasına yol verilir, yaxud da miqyassız işarələrdən istifadə edilir. Kartoqrafik generalizasiya xəritənin həndəsi dəqiqliyinə mənfi təsir göstərir. Bu hal kiçik miqyaslı xəritələrdə daha çox olur. Ona görə də bir çox kartometrik və texniki layihə işlərinin aparılmasında böyük miqyaslı xəritələrdən istifadə edilir. Həmin xəritələrdə aparılan generalizasiya xəritənin həndəsi dəqiqliyinə nəzərə çarpacaq mühüm təsir göstərmir. Kiçik miqyaslı xəritələr isə əsasən obzor xüsusiyyətə malik olub, kartometrik işlər üçün çox az istifadə edilir, ona görə də bu xəritələrdə təsvirin coğrafi oxşarlığı birinci plana keçir.

Məntəqələr üzrə yerləşən obyekt və həndəsələrin

generalizasiya edilməsi
Məntəqələr (nöqtələr) üzrə yerləşən obyekt və hadisələrə hər şeydən əvvəl yaşayış məntəqələri aiddir. Ayrı-ayrı nöqtələrdə yerləşən iqtisadi obyektlər (məsələn, maşınqayırma zavodu, faydalı qazıntı yataqları və s.) də buna misal ola bilər. Göstərilən obyekt və hadisələrin xəritələrini tərtib etmək üçün işarələr üsulu tətbiq edilir. Burada konturların ümumiləşdirilməsi öz əhəmiyyətini itirir, ancaq generalizasiyanın digər cəhətləri: kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin ümumiləşdirilməsi, fərdi obyektlərin seçilməsi və ümumi işarələrlə əvəz edilməsi geniş miqyasda tətbiq edilir.

Kəmiyyət göstəricilərinin ümumiləşdirilməsi əvvəlcə fasiləsiz şkaladan pilləvari şkalaya keçməklə, sonra isə pilləvari şkalada pillələrin sayının ixtisar edilməsi ilə aparılır. Şkalaları ümumiləşdirərkən keyfiyyət mənasını göstərən pillələri saxlamaq lazımdır.

Keyfiyyət xüsusiyyətlərini ümumiləşdirdikdə iki üsuldan istifadə edilir: 1) obyekt və hadisələrin ayrı-ayrı növləri onların ümumi adı ilə işarə edilir. Məsələn, kənd təsərrüfatı, nəqliyyat və s. maşınqayırma sahələri ümumi “maşınqayırma sənayesi” işarəsi ilə göstərilir; 2) obyekt və hadisələrin bəzi keyfiyyət xüsusiyyətləri xəritədə verilmir. Məsələn, yaşayış məntəqələrinin inzibati xüsusiyyətləri xəritədə göstərilmir.

Məntəqələr üzrə yerləşmiş obyekt və hadisələrin seçilməsi seçmə norması, yaxud normativ seçmə üsulları ilə aparıla bilər. Bu zaman yaşayış məntəqələrinin sıxlığı, yəni onların hər 100 km2 sahəyə düşən sayı təyin edilir.

Kiçik miqyaslı xəritələrdə yaşayış məntəqələrini seçmə aparmadan da təsvir etmək olar, lakin punsonların yazısı işi çətinləşdirir. Yazılar xırda və səliqə ilə yazıldıqda 1:1 000 000 miqyaslı xəritənin 1 dm2 sahəsində 150-yə qədər, kiçik miqyaslı məlumat xəritələrində isə 300-400 yaşayış məntəqəsi təsvir etmək olar.

İstifadə olunan ədəbiyyat

1.A.M.Hüseynov-topoqrafik xəritələr və onlardan istifadə olunması –APİ nin

nəşiri Bakı 1982

2. A.M.Hüseynov-topoqrafik biliklərin əsasları –II hissə topoqrafik planalma

Bakı 1985,96 -92 seh

3. A.M.Hüseynov,Ə.H.Hüseyinov - məktəb topoqrafiyası –maarif nəşriyarı ,

bakı-1987

4. A.M.Hüseynov- cografiya xəritəsi və onun üzərində calişmalar , maarif

nəşriyyatı,Bakı 1997

5.A.Kazimov –topoqrafik rəsimxətt , Maarif nəşriyyatı, Bakı 1971

6.R.X.Priyev –geodeziyanın əsasları və topoqrafiya , maarif nəşriyyatı ,Bakı

1971

7.R.X.Priyev,kartoqrafiya



8.Şəfiyev Ə.İ. «Mühəndis geodeziyası».

9. M.İ.Cəfərov., R.M.Quliyev. Torpaq fondu və ondan səmərəli istifadə.








M ü n d ə r i c a t



Kartoqrafik təsvirin dərk olunması və generalizasiya

Kartoqrafik təsvirin dərk olunması


Diğər kartoqrafik əsərlərə coğrafiya qlobusları, relyef xəritələri, səma cisimlərinin (Ayın, planetlərin) və ulduzlu xəritə qlobusları və s. aiddir

) Son vaxtlarda ədəbiyyatda “xüsusi” xəritələrlə yanaşı “mövzu” xəritələri termini də işlədilir.

Yüklə 139,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə