Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında



Yüklə 199,32 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü199,32 Kb.
#73364

background image
Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

Biometrik  informasiya  texnologiyaları  əsasında  Azərbaycan  Respublikası  vətəndaşının  yeni  nəsil 



şəxsiyyət  vəsiqəsinin  istehsalı  və  tətbiqi  ilə  bağlı  Azərbaycan  Respublikası  Prezidentinin  2007-ci  il  13 

fevral  tarixli  1963  nömrəli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  biometrik 

eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş 

vəzifələrin və tədbirlərin icrasını təmin etmək məqsədi ilə qərara alıram:  

1.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  tapşırılsın  ki,  üç  ay  müddətində  elektron 

daşıyıcısı  (çip)  olan  Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsinin  təsvirini, 

spesifikasiyasını və nümunəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.  

2.  Müəyyən  edilsin  ki,  bu  Sərəncamın  1-ci  bəndində  göstərilən  elektron  daşıyıcıda  (çipdə) 

vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı və ailə vəziyyəti haqqında məlumatlar, habelə barmaq izi və digər 

fərdi biometrik göstəricilər yerləşdirilir.  

 

İlham Əliyev  

Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı şəhəri, 15 fevral 2011-ci il. 



 

Yüklə 199,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə