Azərbaycan respublikasi adindan q ə t n a m ə sumqayit apellyasiya məHKƏMƏSİNİn müLKİ kollegiyasi



Yüklə 65,36 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü65,36 Kb.
#10010


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Q Ə T N A M Ə

SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİNİN

MÜLKİ KOLLEGİYASI

19 oktyabr 2016-cı il

İş № 2(105)-2032/2016

Sumqayıt şəhəri

Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli

oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Məmmədova Lətifə

Məhyəddin qızından ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, iddiaçı Həsənov

Əlamət İbrahim oğlunun, nümayəndəsi Xəlilov Vüqar Həbib oğlunun, cavabdeh Əhmədova

Əfruzə Ramiz qızının, nümayəndəsi Əhmədov Ramiz Abdulla oğlunun, cavabdeh Cəfərov Zaur

Vəli oğlunun və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi

İdarəsinin nümayəndəsi Cəfərov Asim Rasim oğlunun iştirakı ilə,

İddiaçı Həsənov Əlamət İbrahim oğlunun cavabdehlər Əhmədova Əfruzə Ramiz qızına,

Cəfərov Zaur Vəli oğluna və üçüncü şəxs Sumqayıt şəhər 3 saylı notariat kontoruna qarşı

alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə eidlmiş əmlakın

bölünməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 2(060)640/2016 saylı, 07

aprel 2016-cı il tarixli qətnaməsindən iddiaçı Həsənov Əlamət İbrahim oğlu tərəfindən verilmiş

apellyasiya şikayətinə əsasən işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq

məhkəmə iclasında apellyasiya qaydasında baxaraq,

MÜƏYYƏN ETDİ

Sumqayıt şəhər məhkəməsinin 07 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakim

E.Məmmədov) iddiaçı Həsənov Əlamət İbrahim oğlunun cavabdehlər Əhmədova Əfruzə Ramiz

qızına, Cəfərov Zaur Vəli oğluna və üçüncü şəxs Sumqayıt şəhər xüsusi notariusu Telman

Mustafazadəyə qarşı Sumqayıt şəhəri, 3-cü mikrorayon, Heydər Əliyev prospekti 22/56 saylı evin

25 saylı mənzilinə dair 09 aprel 2014-cü il tarixdə bağlanmış və Sumqayıt şəhəri 3 saylı xüsusi

notariusu Telman Mustafazadə tərfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab

edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlak olan Sumqayıt şəhəri, 3-cü mikrorayon,

Heydər Əliyev prospekti 22/56 saylı evin 25 saylı mənzilinin 1/2 hissəsinin onun, digər 1/2

hissəsinin isə cavabdeh Əhmədova Əfruzə Ramiz qızının adına Daşınmaz Əmlakın Dövlət

Reyestri Xidmətində qeydə alınması barədə iddiasının təmin edilməməsi qət edilmişdir.

İddiaçı Həsənov Əlamət İbrahim oğlu qətnamədən apellyasiya şikayəti vermişdir.



İŞİN HALLARI

İddiaçı Həsənov Əlamət İbrahim oğlu cavabdeh Əhmədova Əfruzə Ramiz qızına qarşı iddia

tələbi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 3-cü mikrorayon, Heydər Əliyev

prospekti ev 22/56 ünvanında yerləşən 25 saylı mənzilə dair 09 aprel 2014-cü il tarixdə bağlanmış

və Sumqayıt şəhəri 3 saylı xüsusi notariusu Telman Mustafazadə tərəfindən təsdiq edilmiş alqı-

satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlak olan

Sumqayıt şəhəri, 3-cü mikrorayon, Heydər Əliyev prospketi ev 22/54 ünvanında yerləşən 25 saylı

mənzilin 1/2 hissəsinin onun, digər 1/2 hissəsinin isə cavabdeh Əhmədova Əfruzə Ramiz qızının

adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması barədə qətnamə qəbul

edilməsini xahiş etmişdir.

O, tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 16 sentyabr 1991-ci il tarixdə rəsmi

nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 09.04.1993-cü il təvəllüdlü Səma,

15.01.1996-cı il təvəllüdlü Təmalə, 18.12.1997-ci il təvəllüdlü Sevil adlı övladları olmuşdur.

2013-cü ildə cavabdeh onun xəbəri və razılğı olmadan bağlanmış nikahlarının pozulması ilə




Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş və məhkəmənin 10 oktyabr 2013-cü il tarixli

2(060)4350/2013 saylı qiyabi qətnaməsi əsasında nikahları pozulmuşdur. Həmin işə baxılarkən

onun məlumatı olmamışdır. Belə ki, həmin vaxt ailənin təlabatının ödənilməsi üçün Rusiya

Federasiyasında işləyirdi. Nikahlarının pozulmasından dərhal sonra cavabdeh birgə nikah

dövründə əldə etdikləri Sumqayıt şhəəri 3-cü mikrorayon, Heydər Əliyev prospektiev 22/54, 25

saylı mənzili alqı-satqı müqaviləsinə əsasən satmışdır. Cavabdehin onun xəbəri və razılığı

olmadan satdığı birgə nikah dövründə əldə etdikləri mübahisələndirilən mənzil cavabdehlə birgə

nikah dövründə yaşadıqları vaxt əldə edilmiş, o, həmin mənzili almış və həmin vaxtı həyat yoldaşı

olan cavabdehin adına rəsmiləşdirmişdir.

İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir.



APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

İddiaçı Həsənov Əlamət İbrahim qızı Sumqayıt şəhər məhkəməsinin 07 aprel 2016-cı il

tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin

təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

O, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işin

halların, cavabdehin ifadələrinin doğru olub-olmadığını düzgün araşdırmamış, qətnamə qəbulu ilə

bağlı məhkəmənin mövqeyinə təsir edəcək faktları aydınlaşdırmamışdır. Məhkəmə qətnamə qəbul

edərkən mövqeyini fərziyyələrə deyil, faktlara əsaslandırmalı idi. Bundan başqa qətnamənin

qəbulunda maddi və prosessual hüquq normalarına düzgün istina edilməmişdir.

İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARI

Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Həsənov Əlamət İbrahim oğlu

apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və

iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından

xahiş etdi.

Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Həsənov Əlamət İbrahim oğlunun

nümayəndəsi Xəlilov Vüqar Həbib oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin

edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə

qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Əhmədova Əfruzə Ramiz qızı

apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından

xahiş etdi.

Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Əhmədov Ramiz

Abdulla oğlu apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə

kollegiyasından xahiş etdi.

Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cəfərov Zaur Vəli oğlu apellyasiya

şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət

Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi Cəfərov Asim Rasim oğlu apellyasiya

şikayətinin təmin edilib-edilməməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.

Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Sumqayıt şəhər 3 saylı notariat

kontoruna məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak

etməmişlər, lakin Sumqayıt şəhər 3 saylı notariat kontoru məhkəmə kollegiyasına ünvanlamış

olduğu məktubda onun nümayəndəsinin iştirak olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə

kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan

işə baxılmasını mümkün hesab etdi.

İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,

apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki,

apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 07 aprel 2016-cı il

tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin qismən edilməsinə dair yeni qətnamə

qəbul edilməlidir.

2



HÜQUQİ MƏSƏLƏLƏR

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən

apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim

olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası

məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq

normalarına riayət etməsini yoxlayır.

Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi mübahisə predmeti olan

əmlakın alıcısının vicdanlı alıcı olması ilə əsaslandırmışdır.

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı

hesab etmir.

İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 10.10.2013-cü il tarixli

2(060)4350/2013 saylı qiyabi qətnaməsindən görünür ki, iddiaçı Əhmədova Əfruzə Ramiz qızının

cavabdeh Həsənov Əlamət İbrahim oğluna qarşı nikahın pozulmasına dair iddia tələbi təmin

edilərək, Əhmədova Əfruzə Ramiz qızı ilə cavabdeh Həsənov Əlamət İbrahim oğlu arasındaki

16.09.1991-ci il tarixli 36 saylı nikahın ləğv edilməsi, 15.01.1996-cı il təvəllüdlü Həsənli Təmalə

Əlamət qızı və 18.12.1997-ci il təvəllüdlü Həsənli Sevil Əlamət qızının anaları Əhmədova

Əfruzə Ramiz qızının himayəsinə verilməsi qət edilmişdir.

İş üzrə nikahın pozulması haqqında şəhadərnamədən görünür ki, Həsənov Əlamət İbrahim

oğlu ilə Əhmədova Əfruzə Ramiz qızı arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə

nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 03.05.2014-cü il tarixdə 167 nömrə ilə qeyd

edilmişdir.

İş materiallarında olan 09.04.2014-cü il tarixli 4Ə/288 reyestrli notariat işinin təsdiq edilmiş

ksero surətindəki seriya MH 0002705 nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 3-cü

mikrorayon, 22/54 saylı evin 24 saylı mənzili tam mülkiyyət hüququ üzrə Əhmədova Əfruzə

Ramiz qızının adina daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 40 nömrəli

vərəqində 15.08.2006-cı il tarixli qeydiyyata alınmışdır.

İş üzrə notariat işindəki forma-2 saylı arayışdan görünür ki, arayışda Sumqayıt şəhəri, 3-cü

mikrorayon, 22/54 saylı evin 24 saylı mənzilində daimi qeydiyyatda olanlar kimi mənzil sahibi

Əhmədova Əfruzə Ramiz qızının, Həsənli Təmalə Əlamət qızının, Həsənli Səma Əlamət qızının

və Bəşirli Ramal Rauf oğlunun adları göstərilmişdir.

Notariat işindəki ərizələrdən görünür ki, Əhmədova Əfruzə Ramiz qızının övladları Həsənli

Təmalə Əlamət qızı və Həsənli Səma Əlamət qızı Sumqayıt şəhəri, 3-cü mikrorayon, 22/54 saylı

evin 24 saylı mənzilinin satılmasına razılıq vermişlər.

İş materiallarında olan daşınmaz əmlakın AN-I 0411590 saylı 09.04.2014-cü il tarixli alqı-

satqı müqaviləsindən görünür ki, Əhmədova Əfruzə Ramiz qızı xüsusi mülkiyyətində olan

Sumqayıt şəhəri, 3-cü mikrorayon, 22/54 saylı evin 24 saylı mənzilini 58009(əlli səkkiz min

doqquz) manata Cəfərov Zaur Vəli oğluna satmışdır.

İşdə olan 11.04.2014-cü il tarixli, 1414005469 qeydiyyat nömrəli hüquqların dövlət

qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt

şəhəri, 3-cü mikrorayon, ev 22/54, mənzil 24 ünvanında yerləşən mənzil Cəfərov Zaur Vəli

oğlunun adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır.

İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsinin 15 oktyabr

2016-cı il tarixli məktubdan görünür ki, Sumqayıt şhəri, 3-cü mikrorayon, ev 22/54 ünvanında

yerləşən 24 saylı mənzil Sumqayıt şəhər XDS İK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi

şöbəsinin verdiyi 08/146 nömrəli, 30 may 1975-ci il tarixli order, Sumqayıt şəhəri 18 saylı Mənzil

istismar sahəsinin verdiyi 17 iyul 2003-cü il tarixli, 2925 nömrəli 2 saylı forma arayışı və 2922

nömrəli ətraflı arayışı, Dadaşova Kifayət Mirqəni qızı, Dadaşova Təranə Mirqəni qızı, Dadaşov

Həsrət Mirqəni oğlu, Dadaşov Elman mirqəni oğlu və Abdulhüseynov İlqar Vəkil oğlunun razılıq

ərizələri əsasında mülkiyyət hüququ üzrə Dadaşova Bəhicə Qədim qızının adına dövlət

3



qeydiyyatına alınmış və Sumqayıt TİB tərəfindən 30181 inventar nömrəli qeydiyyat vəsiqəsi

verilmişdir. 5 saylı dövlət notariat kontorunun 4Ə/243 reyestr nömrəli, 10 sentyabr 2003-cü il

tarixli alqı-satqı müqaviləsi əsasında mənzil mülkiyyət hüququ üzrə Allahverdiyev Mənzər

Bəkdəmir qızının adına dövlət qeydiyyatına alınmış və Sumqayıt TİB tərəfindən 30181 inventar

nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı dövlət notariat kontorunun 4Ə-2-309 reyestr

nömrəli, 27 iyun 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında mənzil mülkiyyət hüququ üzrə

Əhmədova Əfruzə Ramiz qızının adına 15 avqust 2009-cı il tarixdə 140602632 qeydiyyat nömrəsi

ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3 saylı notariat kontorunun 4Ə/288

reyestr nömrəli, 09 aprel 2014-cü il tarixli alqıs-atqı müqaviləsi əsasında mənzil mülkiyyət

hüququ üzrə Cəfərov Zaur Vəli oğlunun adına 11 aprel 2014-cü il tarixdində 1414005469

qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1. maddəsinə əsasən ərlə arvadın nikah

dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı

qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü

səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir

(Ailə Məcəlləsinin 32.1., 32.3. maddələri).

Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında

təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və

barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak

üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər

üzrə qeydiyyatı tarixindən əmələ gəlir (Mülki Məcəllənin 146.1. və 146.2. maddələri).

Həmin Məcəllənin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub

əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək

üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Həmin Məcəllənin 152.4. maddəsinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi

müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd

(müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda

daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və

qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları

mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət

müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu

cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir (Konstitusiya Məhkəməsi

Plenumunun 27.10.2004-cü il tarixli qərarı).

Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına

yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə

şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin

razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi

məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında

müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri).

Qanunun mənasına görə əqdin bağlanması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin

iradə ifadəsidir.

Məhkəmə kollegiyasının fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin

müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı

müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin)

iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və

məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə

mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə

tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə

4



səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş

formaya riayət edilməsi zəruridir.

Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilə dair mövcud müqavilənin

bağlanması zamanı mülki qanunvericiliklə müəyyən edilmiş şərtlərə əməl edilməmişdir.

Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, tərəflər 16.09.1991-ci il tarixdə rəsmi

nikada daxil olmuş, birgə nikahlarından üç övladı olmuş, birgə nikahda olduqları müddətdə

Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 22/54, mənzil 24 ünvanında yerləşən mənzili əldə etmişlər.

Tərəflər arasında nikah münasibətlərinə 10.10.2013-cü il tarixdə xitam verilmiş, cavabdeh birgə

nikah dövründə əldə edilmiş əmlakı 09.04.2014-cü il tarixdə 58009 (əlli səkkiz min doqquz)

manata digər cavabdeh Cəfərov Zaur Vəli oğluna satmış, həmin əmlakın sonuncunun adına

özgəninkiləşdirilməsi iddiaçının razılığı alınmamış, onun birgə mülkiyyətdə olan əmlak üzərində

mülkiyyət hüquqları pozulmuşdur.

Mülki Məcəllənin 225.6. maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin

(arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə

bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız

müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə

tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən

etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri kimi bu

hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik,

mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində

həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini də

nəzərdə tutur (K.N.Qəribovanın şikayəti üzrə 08.05.2008-ci il tarixli Konstitusiya Məhkəməsi

Plenumunun Qərarı).

Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, 22/54 saylı evin 24

saylı mənzilə dair Əhmədova Əfruzə Ramiz qızı ilə Cəfərov Zaur Vəli oğlu arasında bağlanmış

daşınmaz əmlakın AN-I 0411590 saylı 09.04.2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız

hesab edilməlidir.

Mülki Məcəllənin 337.5. maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun

etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının

hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o

cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə

olunduqda) onun dəyərini pulla ödəməlidir.

Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müqavilə etibarsız hesab edildiyindən,

cavabdeh Z.Cəfərovun əldə edildiyi əmlaka görə ödəmiş olduğu 58009 (əlli səkkiz min doqquz)

manat məbləğində pul vəsaiti Əhmədova Əfruzə Ramiz qızından alınaraq ona ödənilməlidir.

Məhkəmə kollegiyası iddia tələbinin Sumqayıt şəhəri, 3-cü mikrorayon, 22/54 saylı evin 24

saylı mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi 1/2 hissədə iddiaçının və 1/2

hissədə cavabdeh Əhmədova Əfruzə Ramiz qızının arasında bölünməsi hissəsinə gəldikdə isə

hesab edir ki, iddia tələbinin bu hissəsinə baxılması mübahisəli mənzillə bağlı əqdin

etibarsızlığına dair məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra mümkün olduğundan, hazırkı

iddia tələbi bu hissədə təmin edilə bilməz.

Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi

qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir,

eləcə də maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası

məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində

müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə

bilər.

Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların



araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan

5



hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin

işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya

düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün

əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).

Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin

edilməli, Sumqayıt şəhər məhkəməsinin 07 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilməli, iddia

tələbi qismən təmin edilməklə Sumqayıt şəhəri, 3-cü mikrorayon, 22/54 saylı evin 24 saylı

mənzilə dair Əhmədova Əfruzə Ramiz qızı ilə Cəfərov Zaur Vəli oğlu arasında bağlanmış

daşınmaz əmlakın AN-I 0411590 saylı 09.04.2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız

hesab edilməli və müqavilə etibarsız hesab edildiyindən həmin əqd üzrə Ə.Əhmədovanın əldə

etdiyi 58009 (əlli səkkiz min doqquz) manat məbləğində pul vəsaiti sonuncudan alınaraq Cəfərov

Zaur Vəli oğluna verilməlidir.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1.,

385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

kollegiyası

QƏT ETDİ

İddiaçı Həsənov Əlamət İbrahim oğlunun apellyasiya şikayəti qismən təmin edilsin.

Sumqayıt şəhər məhkəməsinin 07 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə

yeni qətnamə qəbul edilsin.

İddia tələbi qismən təmin edilsin.

Sumqayıt şəhəri, 3-cü mikrorayon, 22/54 saylı evin 24 saylı mənzilə dair Əhmədova Əfruzə

Ramiz qızı ilə Cəfərov Zaur Vəli oğlu arasında bağlanmış daşınmaz əmlakın AN-I 0411590 saylı

09.04.2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin.

Sumqayıt şəhəri, 3-cü mikrorayon, 22/54 saylı evin 24 saylı mənzilə dair Əhmədova Əfruzə

Ramiz qızı ilə Cəfərov Zaur Vəli oğlu arasında bağlanmış daşınmaz əmlakın AN-I 0411590 saylı

09.04.2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, müqaviləyə görə

ödənilmiş 58009 (əlli səkkiz min doqquz) manat Əhmədova Əfruzə Ramiz qızından alınaraq

Cəfərov Zaur Vəli oğluna verilsin.

İddia tələbi qalan hissədə rədd edilsin.

Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya

Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına

kassasiya şikayəti verilə bilər.

Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən

sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: imza

Hakimlər: imzalar

Əsli ilə düzdür

Hakim

Səyyad Qafari

6



Sədrlik edən

Səyyad Qafari

Hakimlər

Elman Rəhimov

Lətifə Məmmədova

7

Yüklə 65,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə