Azərbaycan respublikasi adindan qətnamə sumqayit apellyasiyaməHKƏMƏSİNİn müLKİ kollegiyasi



Yüklə 47,45 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü47,45 Kb.
#10108


1

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

QƏTNAMƏ

SUMQAYIT APELLYASİYAMƏHKƏMƏSİNİN

MÜLKİ KOLLEGİYASI

18 sentyabr 2017-ci il

İş № 2(105)-2513/2017

Sumqayıt şəhəri

Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad

Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Məmmədova

Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Qasımov Ziya Rəhim oğlunun katibliyi ilə,

İddiaçı “DəmirBank” ASC-nin cavabdehlər Ağasiyev Firudin Ənvər oğlu, Hacıyev

Hacıbala Mirzəşah oğlu və Bayramov Bayram Üzdən oğluna qarşı borcun ödənilməsi tələbinə

dair mülki iş üzrə Quba rayon məhkəməsinin 2(027)848/2016 saylı, 28 aprel 2016-cı il tarixli

qətnaməsindən cavabdehlər Ağasiyev Firudin Ənvər oğlu, Hacıyev Hacıbala Mirzəşah oğlu və

Bayramov Bayram Üzdən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Sumqayıt

Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında

baxaraq,

MÜƏYYƏN ETDİ

Quba rayon məhkəməsinin 28 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakim F.Yaqubov)

iddianın qismən təmin edilməsi, “DəmirBank” ASC ilə Ağasiyev Firudin Ənvər oğlu arasında

bağlanmış 01 avqust 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər

Ağasiyev Firudin Ənvər oğlu, Hacıyev Hacıbala Mirzəşah oğlu və Bayramov Bayram Üzdən

oğlundan müştərək qaydada 01 avqust 2014-cü il tarixli, 150003293 saylı kredit müqaviləsi

üzrə yaranmış 10802,54 ABŞ dolları məbləğində əsas borc, 1737 ABŞ dolları məbləğində faiz

borcu, 20 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 12559 (on iki min beş

yüz əlli doqquz) ABŞ dolları, 54 (əlli dörd) sent (Azərbaycan Respublikası Mərkəzi Bankı

tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla)

məbləğində pulun və 29 (iyirmi doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun

“DəmirBank” ASC-nin xeyrinə tutulması qət edilmişdir.

Cavabdehlər Ağasiyev Firudin Ənvər oğlu, Hacıyev Hacıbala Mirzəşah oğlu və Bayramov

Bayram Üzdən oğlu qətnamədən apellyasiya şikayəti vermişlər.



İŞİN HALLARI

İddiaçı “DəmirBank” ASC cavabdehlər Ağasiyev Firudin Ənvər oğluna, Hacıyev

Hacıbala Mirzəşah oğluna və Bayramov Bayram Üzdən oğluna qarşı iddia ərizəsi ilə

məhkəməyə müraciət edilərək, Ağasiyev Firudin Ənvər oğlu ilə bağlanmış 01 avqust 2014-cü il

tarixli kredit müqaviləsinə xitam verilməsi, Ağasiyev Firudin Ənvər oğlu, Hacıyev Hacıbala

Mirzəşah oğlu və Bayramov Bayram Üzdən oğlundan müştərək qaydada 01 avqust 2014-cü il

tarixli kredit müqaviləsi üzrə 10802,54 ABŞ dolları əsas, 1737 ABŞ dolları faiz, 143,39 ABŞ

dolları cərimə borcu olmaqla, cəmi 12682,93 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət

rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 avqust 2014-cü il tarixli kredit müqaviləsinə

əsasən Ağasiyev Firudin Ənvər oğluna “DəmirBank” ASC tərəfindən illik 30% olmaqla 36 ay

müddətinə 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı

olaraq Hacıyev Hacıbala Mirzəşah oğlu və Bayramov Bayram Üzdən oğlu ilə bank arasında 01

avqust 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu Ağasiyev Firudin




2

Ənvər oğlu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27

oktyabr 2015-ci il tarixədək Ağasiyev Firudin Ənvər oğlunun banka 01 avqust 2014-cü il tarixli

kredit müqaviləsi üzrə 10802,54 ABŞ dolları əsas, 1737 ABŞ dolları faiz, 143,39 ABŞ dolları

cərimə borcu olmaqla, cəmi 12682,93 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə

baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır.

İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir.

APELLYASİYAŞİKAYƏTİNİN DƏLİLLƏRİ

Cavabdehlər Ağasiyev Firudin Ənvər oğlu, Hacıyev Hacıbala Mirzəşah oğlu və Bayramov

Bayram Üzdən oğlu Quba rayon məhkəməsinin 28 aprel 2016-cı il tarixli qətnaməsindən

apellyasiya şikayəti verərək, qətnaməni dəyişdirməklə, cavabdehlər Ağasiyev Firudin Ənvər

oğlu, Hacıyev Hacıbala Mirzəşah oğlu və Bayramov Bayram Üzdən oğlundan müştərək

qaydada 01 avqust 2014-cü ıl tarixli, 150003293 saylı kredit müqaviləsi üzrə yaranmış

10802,54 ABŞ dolları məbləğində əsas borc, 1737 ABŞ dolları məbləğində faiz borcu, 20 ABŞ

dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 12559,54 ABŞ dolları məbləğində pul

"DəmirBank" ASC-nin xeyrinə tutulsun hissəsinin cavabdehlər Ağasiyev Firudin Ənvər oğlu,

Hacıyev Hacıbala Mirzəşah oğlu və Bayramov Bayram Üzdən oğlundan müştərək qaydada 01

avqust 2014-cü il tarixli, 150003293 sayh kredit müqaviləsi üzrə yaranmış 10802,54 ABŞ

dolları məbləğində əsas borc, 1000 ABŞ dolları məbləğində faiz borcu, 20 ABŞ dolları

məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11822,54 ABŞ dolları məbləğində pul

“DəmirBank” ASC-nin xeyrinə tutıılsun hissəsi kimi göstərilməsi barədə yeni qətnamə

çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər.

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə çıxardığı qətnamə

ilə razılaşmırlar. Belə ki, o, borcalan, cavabdeh Ağasiyev Firudin Ənvər oğlu iddiaçı

"DəmirBank" ASC-dən 01 avqust 2014-cü ü tarixdə illik 30% olmaqla 36 ay müddətinə 12750

ABŞ dolları məbləğində kredit almışdır. Kreditin müddəti isə 01 avqust 2017-ci il tarixdə

bitəcəkdir. Ödəniş cədvəlinə əsasən iddiaçı "DəmirBank" ASC-ə 2015-ci ilin dekabrınadək hər

ayda pul ödəmişdir. Cavabdeh Ağasiyev Firudin Ənvər oğlu iddiaçı DəmirBankdan milli

valyuta ilə 9987,08 manat məbləğində pul almış, sözügedən kredit müqaviləsinin predmeti isə

ABŞ dolları ilə yazılmışdır. Kredit alınan 01 avqust 2014-cü il tarixdə ABŞ dollarının manata

uyğun məzənnəsi sabit idi. 1 ABŞ dolları 78 qəpik idi. Sonradan ABŞ dollarının manata uyğun

məzənnəsi yüksələrək 1 ABŞ dolları 1,55 manat hazırda isə 1,82 manat olduğundan ödənişdə

çətinlik yaranmışdır. Sözügedən kreditin birinci ili (01.08.2014-cü il tarixdən 01.12.2015-ci

tarixədək) ödənilmiş məbləğlər kreditdən çıxılmamış, faiz borcu hissəsi 1737 ABŞ dolları yox,

1000 ABŞ dolları təşkil edir. Quba rayon məhkəməsi haqlı olaraq 143,39 ABŞ dolları cərimə

borcunun (dəbbə pulu) tutulması hissəsində iddianı qismən təmin etməklə azaldaraq 20 ABŞ

dolları məbləğində dəbbə pulu tutulmasını qət etmişdir. Bununla yanaşı ödənilmiş pullardan

həm də faiz borcundan çıxılmalı idi.

İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARI

Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə məlumat

verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak

etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan

Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən işdə iştirak edən şəxslərin iştirakı

olmadan işə baxılması mümkün hesab etdi.

İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini

müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli,

birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.



3

HÜQUQİ MƏSƏLƏLƏR

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən

apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim

olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin

dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət

etməsini yoxlayır.

Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin

müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməsi ilə əsaslandırmışdır.

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı

hesab edir.

İş materiallarında olan 01 avqust 2014-cü il tarixli, 150003293 saylı kredit müqaviləsindən

görünür ki, kreditor «DəmirBank» ASC tərəfindən 36 ay müddətinə illik 30% olmaqla, kredit

və ona hesablanmış faizlərin hər ay ödənilməsi şərti ilə borcalan Ağasiyev Firudin Ənvər

oğluna 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə

əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 60 % dərəcəsi ilə, aylıq isə 5,00% dərəcəsi

ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir.

İş materiallarında olan 01 avqust 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, 01

avqust 2014-cü il tarixli, 150003293 saylı kredit müqaviləsi ilə «DəmirBank» ASC-dən kredit

almış Ağasiyev Firudin Ənvər oğlunun kreditor qarşısında öz öhdəliklərini tamamilə və

vaxtında icra etməsi üçün məsuliyyəti zaminlər Hacıyev Hacıbala Mirzəşah oğlu və Bayramov

Bayram Üzdən oğlu öz üzərinə götürmüşlər.

İş materiallarında olan maliyyə arayışından görünür ki, 27 oktyabr 2015-ci il tarixə

Ağasiyev Firudin Ənvər oğlunun «DəmirBank» ASC-yə kreditin əsas məbləği üzrə 10802,54

ABŞ dolları, faiz borcuna görə 1737 ABŞ dolları, kredit müqaviləsi üzrə hesablanmış cərimə

143,39 ABŞ dolları olmaqla, ümumilikdə 12682,93 ABŞ dolları məbləğində borcu vardır.

İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən

cavabdehlərə kredit borcunun könüllü olaraq ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər

əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun

iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 386.1. maddəsi).

Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən

əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər

iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan

eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1.

maddəsi).

Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti

etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya

müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək

hüququ vardır (Mülki Məcəllənin 385.1. maddəsi).

Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun

pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və

xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla

icra edilməsi) başa düşülür.

Mülki Məcəllənin 425.1. maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və

vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş

vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq

surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər




4

tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk

dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz

öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan

azad etmək olmaz (Mülki Məcəllənin 448.1. və 448.2. maddələri).

Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,

əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə

tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (Mülki Məcəllənin

472.1. maddəsi).

Mülki Məcəllənin 449.1. maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,

onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya

başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa

görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya

onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc

məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank

uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə

pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya

ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,

bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı

çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.2. maddəsi).

Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik

münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə

tutulan məbləği cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyi icra etməyərək ödəməli

olduğu pul məbləğini ödəməmişdir. Cavabdehin maddi vəziyyətinin pisləşməsi müqavilə üzrə

öhdəlikdən azad edilməsi üçün əsas ola bilməz. Cavabdeh F.Ağasiyev müqavilə üzrə vaxtaşırı

ödəmələri etməli olduğu halda öhdəliyi icra etməməsi, onunla birgə öhdəliyi icra etmə barədə

məsuliyyət daşıyan digər cavabdehlərin da mülki hüquqi məsuliyyətinin yaranmasını qaçılmaz

etmişdir. Bunun da nəticəsində cavabdehlərin iddiaçı qarşısında müqavilədən irəli gələn birgə

məsuliyyəti yaranmış, iddiaçının isə müqavilənin ləğv edilməsi və müqavilə üzrə cavabdehin

yaranmış öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır.

Müqavilə üzrə ödənişlər edilməsinə baxmayaraq ödnilmiş məbləğlərin kreditdən

çıxılmadığını, faiz borcu hissəsi 1737 ABŞ dolları yox, 1000 ABŞ dolları təşkil etməsi barədə

apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq məhkəmə kollegiyası hesab edir ki,

apellyasiya şikayətinin dəliləri əsassızdır. Belə ki, cavabdeh apellyasiya şikayətində də etiraf

etdiyi kimi kredit müqaviləsi üzrə ödənişlərdə gecikmələr etmişdir. İradə ifadəsi ilə bağlamış

olduğu kredit müqaviləsində F.Ağasiyev qrafik üzrə ödənişləri vaxtında qaytarmadıqda

gecikdirilən gündən gecikdirilən məbləğə görə artırılmış faizlər ödəməyi öhdəsinə götürmüşdür.

Məhkəmə

kollegiyasının



apellyasiya

şikayətinin

kredit

müqaviləsinin



dollarla

göstərilməsinə baxmayaraq, cavabdehə pulun manat ilə verilməsi barədə dəlili üzrə də

dəyərləndirmə apararaq məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə F.Ağasiyevin

almış olduğu pul məbləği ABŞ dollarının milli valuyata konvertasiya olunması ilə

verildiyindən, şikayətinin qeyd edilən dəlili gəlinən nəticənin ləğvi üçün əsas ola bilməz.

Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə birinci

instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, tərəflərin qarşılıqlı

münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün

tətbiq edilməsi ilə qəbul edilmişdir.



5

Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya

məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan

qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal

mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün

əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci

instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393,

405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,



Q Ə T E T D İ

Apellyasiya şikayəti təmin edilməsin.

Quba rayon məhkəməsinin 28 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən

saxlanılsın.

Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi

ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə

minir.


Sədrlik edən: imza

Hakimlər: imzalar

Əsli ilə düzdür

Hakim

Səyyad Qafari

Yüklə 47,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə