AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
İNFORMASİYA-BİBLİOQRAFİYA ŞÖBƏSİ
Biblioqraqfik icmal
BAKI - 2016
2
Tərtibçidən
Soyqırım - bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini
əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Tarix sübut edir
ki, XIX əsrdən başlayaraq ermənilər Azərbaycan və Türkiyə ərazisində işğalçılıq
niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına "Böyük Ermənistan"
xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yarar-
lanmış, xalqımıza qarşı dəhşətli soyqırım cinayətləri həyata keçirmişlər.
Təkcə
1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər yerlərdə
50 mindən çox azərbaycanlı, o cümlədən qocalar, qadınlar və uşaqlar
amansızcasına qətlə yetirilmş, xalqımıza məxsus tarixi abidələr məhv edilmişdir.
Ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırım, deportasiya və etnik
təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat-
kilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə 20 faiz ərazimiz işğal edilmişdir.
2,5 milyon nəfər azərbaycanlı soyqırım və deportasiya cinayətlərinin qurbanı
olmuşdur.
Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqı-
mızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız müstəqillik
dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı
cinayətlərinə əsl hüquqi-siyasi qiymət verildi. Uzun illər gizli saxlanılan, üzərinə
qadağa qoyulmuş həqiqətlər açıldı, təhrif edilmiş hadisələr özünün əsl qiymətini
aldı.1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azər-
baycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin cinayətkar əməl-
lərinə verilən dolğun və hərtərəfli siyasi qiymət oldu. Fərmanda ermənilərin Azər-
baycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilərək bu qanlı
əməllərə düzgün siyasi qiymət verildi. Ulu öndərin erməni məkrini tarixi faktların
dili ilə ifşa etdiyi bu fərmanı Azərbaycanın indiki və gələcək nəsillərinin milli
yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir.
Hər bir Azərbaycan vətəndaşı xalqımızın başına gətirilən faciələri unutma-
malı, həqiqətlərin gələcək nəsillərə çatdırılması üçün əlindən gələni etməlidir.
Soyqırımı ilə əlaqədar C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının
fondunda olan kitablardan bir neçəsinin biblioqrafik icmalı:
3
1.
Abışov, Vaqif Şirin oğlu. Azərbaycanlıların soyqırımı : 1917-1918-ci illər:
monoqrafiya / V. Ş. Abışov ; elmi red.: H. S. Əzimov,
İ. S. Məmmədov ; AMEA A.A. Bakıxanov adına Tarix İnsti-
tutu. - Bakı : Nurlan, 2007. - 176 s.
Monoqrafiyada Birinci Dünya müharibəsinin gedişində (1914-
1918-ci illər) Qərb dövlətləri və eləcə də Rusiyanın köməyi
sayəsində Türkiyə və Azərbaycan torpaqları hesabına erməni
dövləti yaratmaq xülyası ilə dinc əhaliyə qarşı cinayətlər
törədən, Bakı Xalq Komissarları Soveti və Sentrokaspi
diktaturası dövründə də azərbaycanlıları amansızcasına qətlə yetirən, onları ata-
baba torpaqlarından zorla qovan, əmlaklarını qarət edən, evlərini yandıran,
mədəniyyət abidələrini dağıdan ermənilərin cinayətkar əməlləri tutarlı arxiv
sənədləri və materiallara istinadən araşdırılır. Kitabdan tarixçilər, diplomatlar,
tariximizin bu dönəmini tədqiq edən mütəxəssislər və maraqlanan oxucular
istifadə edə bilərlər.
2.
Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı : sənədlər toplusu: 3
cilddə / AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu; ön sözün müəl. Y. M. Mah-
mudov.
I cild : "26 Bakı komissarları"nın əsl tarixi / tərt.: N. Məmmədzadə [və b.] ;
AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Çaşıoğlu, 2009. - 776 s.
Sənədlər toplusu sovet hakimiyyəti illərində Azərbaycan xalqının xüsusi
məqsədlərlə saxtalaşdırılmış tarixinin əsl mənzərəsini üzə çıxarır. Kitaba daxil
edilmiş arxiv sənədləri və müəllif məqalələrində "Daşnaksütyun" partiyası Bakı
Komitəsinin üzvü Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik cəlladlarının
Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli soyqırımın indəyədək xalqdan
gizlədilmiş səhifələri işıqlandırılır. Bu sənədlər toplusundakı mzterialları oxuduqca
mart qırğınını törədənlərin bu cinayəti planlı şəkildə həyata keçirmələri aydın olur.
Kitab xalqımıza qarşı xüsusi amansızlıqla həyata keçirilmiş mart soyqırımı
həqiqətlərini üzə çıxardan tutarlı mənbədir və hər kəs
istifadə edə bilər.
3.
Ələkbərzadə, Mehriban. Tarixin bir günü və ya bir
günün tarixi / M. Z. Ələkbərzadə ; elmi red. N. Q. Cəfərov ;
Azərbaycanda Atatürk Mərkəzi. - Bakı: Təhsil, 2005.- 128 s.
Tanınmış jurnalist-tədqiqatcı, Naxcıvan MR-nın
əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin
"Tarixin bir günü və ya Bir günün tarixi" kitabı müəllifin
4
son illərdə SPACE televiziyasında getmiş, böyük ictimai, elmi-ideoloji maraq
doğuran filmlərin ssenari-mətnləri əsasında hazırlanmışdır. Kitabda Azərbaycanın
ən yeni tarixinin bir sıra unudulmuş və ya unutdurulmuş məqamları barədə yeni
mənbələrə dayanılaraq geniş elmi-publisistik şərhlər verilir.
Kitabın “Tariximizin 31 Mart adlı soyqırım günü” bölməsində bu qırğının
hazırlanıb həyata keçirilməsi bütün istiqamətlərdə şərh olunur.
4.
1918-ci ilin yazı: Azərbaycan xalqının soyqırımı. Zaqafqaziya
respublikasının dağılması /Azərbaycan Cümhuriyyəti (1918-1920).- Bakı: Elm,
1998.-S.65-81.
Kitabda gənc Azərbaycan Cümhuriyyətinin müxtəlif sahələrdə apardığı
fəaliyyət, onun süqutunun səbəbləri, tarixi əhəmiyyəti elmi şəkildə araşdırılır.
Kitabın I fəsil 5-ci paraqrafında erməni-daşnaklarının öz himayədarlarının
köməkliyi ilə Bakıda və Azərbaycanın bir çox şəhər və kəndlərində törətdiyi qanlı
soyqırım hadisələri, onun açı nəticələri barədə tarixi mənbələrə söykənən
məlumatları oxuya bilərsiniz.
5.
İsgəndərli, Anar. Azərbaycan həqiqətləri : 1917-
1920 / A. İsgəndərli ; ön sözün müəl., rəy. C. Makkarti ;
AMEA İnsan Hüquqları İnstitutu. - Bakı : Elm və Təhsil,
2013. - 210 s.
Kitabda ermənilərin Cənubi Qafqazda məskunlaşması,
onların Osmanlı imperiyasının tərkibində fəaliyyəti, Xüsusi
Zaqafqaziya Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqaf-
qaziya Seymi, 1918-1920-ci illərdə erməni hərbi birləş-
mələri tərəfindən Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur,
İrəvan, Urmiya, Maku və Xoyda türk-müsəlman əhalisinə qarşı həyata keçi-
rilən soyqırımlar, Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis dövrü, Gəncə dövrü,
Qafqaz-İslam Ordusunun Azərbaycana xilaskarlıq yürüşü, Bakı xalq komissarları
Sovetinin antiazərbaycan siyasəti, ingilis qüvvələrinin Bakıya daxil olması,
Azərbaycan parlamentinin təşkili, AXC-nin daxili və xarici siyasəti, Azərbaycan
nümayəndə heyətinin Paris Sülh Konfrasında iştirakı, AXC-nin Sovet Rusiyası
tərəfindən işğalı mövcud arxiv sənədləri və qərb müəlliflərinin əsərləri əsasında
tədqiq edilmişdir.
5
6.
Qaraoğlu, Fazil. Ermənilər və həqiqətlər : rəsmi
sənədlərlə / F. Qaraoğlu.
I cild / red. B. Abdullayev. - Bakı : Nurlar NPM, 2007. -
400 s.
Kitabda zəngin arxiv sənədləri və ilkin mənbələr əsasında
ermənilərin tarixindən, sosial-iqtisadi həyatından, mədəniy-
yətindən, dinindən, yaşadıqları bölgələrdə ətrafa olan
münasibətlərindən və türklərə qarşı törətdikləri məzalim-
lərdən, həmçinin azərbaycanlılara qarşı 1918-1920-ci
illərdə Bakıda, Qubada, Dəvəçidə, Şamaxıda, Kürdəmirdə, Göyçayda, Qarabağda,
Şuşada, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Zəngəzurda, Naxçıvanda, Şərurda,
Sürməlidə, İrəvanda törətdikləri vəhşiliklərdən bəhs olunur.
Bu kitab xalqımızın bilmək məcburiyyətində olduğu tarixin bəzi qaranlıq
səhifələrini oxuculara təqdim edir.
7.
İsmayılov, Xaqani Neyman oğlu. "Erməni məsələsi" və türk-müsəlman
soyqırımı : ensiklopedik tarixi araşdırma / X. N. İsmayılov. - Bakı : Maarif, 2011. -
420 s.
"Erməni məsələsi" və türk-müsəlman soyqırımı" kitabı I Dünya savaşı fonunda
Qafqaz, Güney Azərbaycan və Anadolu türklərinin, müsəlmanlarının soyqırımını
arxiv bölgələri və sənədli qaynaqlar əsasında işıqlandıran bir əsərdir. Müəllif
kitaba həmçinin "erməni məsələsi", erməni tarixinin bəzi saxtalaşdırılmış
məqamları haqda qeydlərini və qondarma "erməni soyqırımı"nı təkzib edən elmi
araşdırmalarını da daxil edib. Əsərdə Türk Ordusunun I Dünya Savaşı zamanı və
onun fonunda Qafqaz, Güney Azərbaycan və Anadolu bölgələrinə qurtarıcı
hərəkatı da araşdırılaraq, adı çəkilən nahiyələrdə 1915-1921 olaylarına daha geniş
aydınlıq gətirilmişdir. Bundan başqa, kitabda türk yazılı abidələrinin qədimliyi də
işıqlandırılaraq soyqırıma məruz qalan xalqın mədəni kimliyi təqdim edilmişdir.
8.
Vəliyev, Akif Abduləzim oğlu. 31 mart soyqırımı : 1918-1920-ci illər
mətbuatında / A. A. Vəliyev ; elmi red. C. Məmmədli. - Bakı : Elm və Təhsil,
2011. - 100 s.
Kitab ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamdan
bəhs edir. Kitabda soyqırım tarixşünaslığı üçün yenilik sayılacaq faktlar, məqalələr
əksini tapır. Həmçinin milli mətbuat tariximizdə ilk dəfə adı çəkilən, 1918- ci ilin
noyabrın 12- də Tbilisidə çap olunmuş, bütövlükdə 31 Mart soyqırımına həsr
olunmuş "Qardaş qayğısı" qəzeti barəsində məlumat verilir. Bu qəzetdə çap olunan
6
məqalələr oxuculara çatdırılır. Əslən Maştağadan olan Seyidağa Axundzadənin
1919-cu ildə "Turan" mətbəəsində çap olunmuş " Mart hadisəsi 1918." kitabı da ilk
dəfə müasir əlifbada işıq üzü görür.
9.
Kərimli Tağı. Türk millətinə qarşıerməni terroru.-
Bakı: Nurlan, 2003.-100 s.
Tədqiqatçı-jurnalist Tağı Kərimlinin Qələmə aldığı
bu kitabın adından göründüyü kimi ermənilərin türklərə
qarşı törətdikləri terror və soyqırımlardan bəhs edir. Kitab-
da 1918-ci il 31 mart soyqırımına, türk diplomatlarının
qətlə yetirilməsinə, Xocalı soyqırımına yer verilmişdir.
Müəllif kitabda erməni terrorçuluğunun meydana gəlməsi,
genişlənməsi, hədəflərin dəqiqləşdirilməsi, terrorçu erməni
təşkilatlarının yaranması və onların mənfur fəaliyyətini ermənilərin öz dili ilə, öz
mənbələri əsasında ifşa edir. Onu da qeyd edək ki, kitabda əksini tapmış
materiallar ermənilərin türk millətinə qarşı törətdikləri terror aktlarının yalnız bir
hissəsidir.
10.
Şahtaxtı, Sabir. Azərbaycan : təqvimdə dörd qara gün: [1918, 1920, 1990,
1992] / S. Şahtaxtı ; elmi red. E. X. Nəsirov ; ön sözün müəl. Ə. Abdullayev. -
Bakı : Elm və Təhsil, 2013. - 160 s.
Kitabda ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il mart
soyqırımının, 1920-ci il aprel işğalının, 1990-cı il 20 Yanvar faciəsinin və 1992-ci
il Xocalı soyqırımının səbəbləri, məqsədləri və nəticələrindən bəhs edilir. Burada
toplanmış çoxsaylı tarixi faktlar və siyasi mülahizələr bir daha onu göstərir ki, bu
qanlı hadisələr iyrənc "Böyük Ermənistan" ideologiyası əsasında Azərbaycan
xalqına qarşı törədilən tarixi cinayətlərdir. Məqsəd və mahiyyətcə bir-birinin
davamı olan bu cinayət sistemli şəkildə həyata keçirilmişdir. Erməni millətçiləri
XX əsrin əvvəllərində müsəlman əhaliyə qarşı törətdikləri hərbi cinayətləri həmin
əsrin sonunda yenidən təkrarlamışlar. Eləcə də sovet
hakimiyyəti illərində SSRİ rəhbərliyinin Azərbaycan xalqına
qarşı yürütdüyü ayrıseçkilik siyasəti ağır sosial-siyasi
nəticələr vermişdir.
11.
Əroğul, Əlisahib. Azərbaycanda erməni-daşnak ter-
rorunun xronologiyası : bədii, tarixi publisistika / Ə. Əroğul ;
red. N. Tapdıqoğlu. - Bakı : Təknur, 2009. - 200 s.
Kitabda erməni-daşnak faşizminin son bir əsrdə
Azərbaycan türklərinə qarşı yürütdükləri soyqırımı və etnik
7
təmizləmə siyasətinin terror şiddətindən, onun aman-sızlığından bəhs edən, sırası
minləri aşan konkret faktlar öz əksini tapır. Müəllif qeyd edir ki, erməni-daşnak
faşistləri ilkin olaraq açıq şəkildə 1905-1907-ci illərdə Azərbaycan türklərinin
qətliamına fərman verdilər və milli-etnik münaqişə zəmnində XX əsrin, həm də
dünyanın ilk soyqırımı faciəsini törətdilər. Azərbaycanlıların qətliamının II
mərhələsində - 1918-1920-ci illərdə soyqırım və etnik təmizləmə siyasətini daha da
amansız şəkildə davam etdirərək super güclərin dəstəyi ilə Qərbi Azərbaycanı qəsb
etdilər. Total türk düşməni Stalinin saqqızını oğurlayaraq etnik təmizləmə
siyasətinin III mərhələsində - 1948-1993-cü illərdə isə cinayətkarcasına
Ermənistan SSR ərazisindən Azərbaycan türklərinin deportasiyasını həyata
keçirdilər və türksüz Ermənistan Respublikasını yaratmağa nail oldular. Bütün
bunlarla kifayətlənməyən erməni-daşnak faşistləri günü bu gün də Azərbaycan
torpaqlarını qəsb etmək siyasətlərindən əl çəkmirlər.Kitabda ermən-daşnak
terrorları xronoloji adıcıllıqla 01.10 dekabr 1586-cı il tarixdən bu kitabın nəşr
olunduğu ilə (2009) qədər xronoloji ardıcıllıqla verilib. Geniş oxucu kütləsi üçün
nəzərdə tutulan bu kitab hər bir Azərbaycan vətəndaşına erməni daşnaklarının
xalqımıza qarşı zaman-zaman törətdiyi soyqırımlar barədə ardıcıl, müfəssəl
məlumat verən dəyərli məlu-mat mənbəyidir.
12.
Əliyev, Nail. 1917-1920-ci illərdə Azərbaycanda Türk-
müsəlman soyqırımları ilk mənbələrdə : monoqrafiya
/ N. Əliyev ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi.-Bakı:Nurlan,2007.-204s.
Mənbəşünaslıq sahəsində ilk monoqrafik əsər olan bu
kitab xalqımızın həyatında baş vermiş soyqırımlar və depor-
tasiya dövrlərində soydaşlarımızın faciələrindən, düçar ol-
duqları müsibətlərdən, AXC-nin təşkil etdiyi FİK-nin
tədqiqatlarından, Azərbaycan diplomatlarının bu sahədəki
çoxsahəli fəaliyyətindən ətraflı söhbət açır.
Kitab uydurulmuş “erməni genosidi” təbliğatı ilə məşğul olan erməni
lobbisinin təbliğatının beynəlxalq miqyasda zərərsizləşdirilməsi sahəsində faydalı
vəsait kimi istifadə edə bilər. Diqqətinizə təqdim edilən monoqrafiyada çoxsaylı
mənbələr (Azərbaycan, Osmanlı, Rusiya və digər dövlətlərin arxiv materialları),
Azərbaycan Xalq Cümhuriyyətinin, onun parlamentinin, Fövqəladə İstintaq
Komissiyasının sənədləri, soyqırım hadisələrinin şahidlərinin verdikləri ifadə və
izahatları sistemli, əlaqəli qaydada elmi cəhətdən araşdırılmış, ümumiləşdirilmiş və
mühüm nəticələr əldə edilmişdir.
Kitab elmi ictimaiyyət, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün
nəzərdə tutulub.
8
13.
Ağayev, Yusif. İstiqlal yürüşü -1918 / Y. Ağayev,
S. Əhmədov ; red. Ə. Oğuz. - Bak : Altun kitab, 2009.- 416 s.
Hər bir millətin keçmişi nəsillərin vahid tarixi əlaqəsini
yaradan irili-xırdalı hadisələrdən ibarətdir. Hərbi-siyasi
olaylar bu hadisələr arasında xüsusi yer tutur. Məhz bu
hadisələrin gedişində millət öz mövcudluğu uğrunda mübarizə
aparır, bu mübarizədə möhkəmlənir, birləşir.
Ağayev Yusif və Əhmədov Səbuhinin hazırladıqları bu
kitab Azərbaycan tarixinin ən ağrılı məqamlarından birinə - 1917-ci ilin
noyabrından 1918-ci ilin sentyabrınadək olan dövrdə baş vermiş hadisələrə həsr
olunmuşdur. Kitabda 1918-ci ilin martın 31-də Bakıda əməliyyata başlayan və bir
neçə gün ərzində şəhərin azərbaycanlılara məxsus hissəsini viranəyə çevirib,
sonrakı günlərdə Quba, Şamaxı, Lənkəran və Azərbaycanın bir sıra şəhər və
kəndlərində müsəlman əhaliyə divan tutan erməni daşnak dəstələrinin bolşeviklərlə
əlbir törətdikləri qanlı qırğınlar şərh olunub. Təqdim olunan bu kitabın hərbi
hadisələrin təsvirinə həsr olunmuş paraqrafları zəngin mənbələr və mövcud elmi
ədəbiyyat əsasında yazılmışdır.
Kitab tədqiqatçı mütəxəssislər, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün
nəzərdə tutulub.
14.
İsrafilzadə, Əlisahib Qiyas oğlu. Erməni-
daşnak faşizmi və Azərbaycan : bədii publisistika . - Bakı :
Təhsil, 2007. - 412 s.
Müəllif bu kitabında amansızlığı və xüsusi qəddarlığı ilə
seçilən şovinist və millitarist, Azərbaycan türkünün varlığına
qənim kəsilmiş erməni-daşnak faşizminin, onun aparıcı siyasi
qüvvəsi olan daşnak ideologiyasının qatı faşist mahiy-
yətindən bəhs edir. Qeyri-insani məziyyətlərini tam çılpaqlığı
ilə açıb göstərir. Erməni-daşnak faşistlərinin, onun silahlı
birləşmələrinin, terror qruplarının, təxribatçı dəstələrinin XIX
və XX əsrlərdə, xüsusilə son 100 ildə Azərbaycan türkünə qarşı apardıqları ardıcıl
və məqsədyönlü soyqırımı və etnik təmizləmə siyasətinin vəhşiliyindən söz açır.
Həmçinin müəllif qeyd edir ki, gec-tez dünya birliyi haqq səsimizi eşidəcək,
bəşəriyyət və insanlıq əleyhinə cinayət törədən, terroru və seperatizmi təbliğ və
təşviq edən erməni-daşnak faşizminə də yox deyəcəkdir. Nəhayət, dünya ictimai
fikri xristian dünyasının qoltuğuna sığınıb, özünü məzlum, qarşı tərəfi zalım kimi
9
qələmə verən erməni-daşnak faşistlərinin bədnam təbliğatının maskasını
yırtmaqda, onu da tarixin zibilliyinə tullamaqda özündə güc-qüvvət tapacaqdır.
Kitabın bölməsində faciənin baş verməsində yenə də Rusiyanın işğalçılıq
siyasətinin erməni-daşnak faşistlərinin çirkin, məkrli niyyətləri ilə uzlaşdığı və üst-
üstə düşdüyündən bəhs olunur. Ətraflı məlumat almaq üçün bu kitab dəyərli
mənbədir.
15.
Şirinoğlu, Vaqif. 1918-1920-ci illərdə Azərbaycanlıların soyqırımı.
Sənədlər və materiallar.- Bakı: Qartal, 2001.- 176 s.
Kitabda ermənilərin Azərbaycan türklərinin başına
gətirdikləri dəhşətli qırğınlardan bəhs edən çoxsaylı arxiv
sənədləri və materiallar toplanıb. Sənədlərin böyük bir qismi
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən
yaradılmış istintaq komissiyasının topladığı materiallardır.
Kitabda toplanan digər sənədlər Azərbaycan Respublikasının
Dövlət Arxivindən və müxtəlif illərdə çap olunmuş
Azərbaycan Milli EA-nın “Xəbərləri” jurnalının “Tarix,
fəlsəfə və hüquq” seriyasından götürülmüşdür.
Kitab ictimaiyyətşünaslar, tarixçilər, sosioloqlar, politoloqlar və geniş oxucu
kütləsi üçün nəzərdə tutulmuşdur.
16.
Məmmədova H. İ. Azərbaycan Xalq Cümhuriyyəti
dövründə Yuxarı Qarabağda siyasi vəziyyət: Erməni
terrorizminin güclənməsi (1918-1920).- Bakı: Nağıl Evi
nəşriyyatı, 2006.-150 s.
Həvva Məmmədovanın oxuculara təqdim olunan bu
kitabında zəngin arxiv materiallarından istifadə olunaraq
1918-1920-ci illərdə Yuxarı Qarabağda siyasi vəziyyət,
Zəngəzurda erməni terroru haqqında ətraflı məlumat
verilir. Kitabda Ermənistanın Azərbaycana qarşı ərazi
iddiaları təhlil edilir. Bu dövrdə Azərbaycan hökumətinin atdığı qətiyyətli addım,
Qarabağ general-qubernatorluğun yaradılması və fəaliyyəti geniş işiqlandırılır.
Kitab erməni terrorizminin köklərini araşdırmaq və bəzi məqamlara aydınlıq
gətirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, 1918-1920-ci illərdə Azərbaycan dövlətinin ölkənin ərazi bütöv-
lüyünün qorunması məqsədilə həyata keçirdiyi tədbirlər haqqında olan bu kitab
10
tarixşünaslığımızda həmin problemə dair daha bir addım kimi səciyyələndirilə
bilər.
Tərtibçi : Böyük kitabxanaçı Məmmədova Tamella
Redaktor: Şöbə müdiri Şəfiyeva Səadət
Ünvan:
Az 1065, Yasamal rayonu, Bakı şəhəri
N.Nərimanov küç., 203
Əlaqə telefonları:
(+994 012) 538 02 47
538 54 57
538 93 54
ryl.az@mail.ru
Dostları ilə paylaş: |