AZƏ
RBAYCAN RESPUBLIKASI TƏ
HS L NAZ RL Y
AZƏ
RBAYCAN DÖVLƏ
T QT SAD UN VERS TET
M A G S T R A T U R A M Ə
R K Ə
Z
Ə
lyazma hüququnda
Ş
R NOV YUS F MÜTAL B oğlu
«
Sənaye müəssisələrində strateji marketinq planlaşdırılması»
mövzusunda
MAG STR
D SSERTAS YA Ş
stiqamə
tin ş
ifri və
adı: -060408 «Marketinq»
xtisasın ş
ifri və
adı: Marketinq istiqamə
tlə
ri üzrə
Elmi rə
hbə
r: dos. Mə
mmə
dov A.T.
Kafedra müdiri: dos. manov T. .
Magistratura proqramının rə
hbə
ri: dos. Quliyev E.N
Baki – 2015
2
Giriş
......................................................................................................................3
Fə
sil 1. Marketinqin planlaş
dırılması – onun təş
kili və
idarə
edilmə
sinin
ə
sasıdır................................................................................................................. 7
1.1. Strateji marketinq - müəssisələrin fəaliyyətinin bazar yönümlülüyünün
təmin edilməsi konsepsiyasıdır.............................................................................7
1.2. Marketinqin idarə edilməsində strateji planlaşdırmanın yeri və rolu ........19
1.3. Müəssisələrdə marketinq fəaliyyətinin planlaşdırılması prosesi .................27
Fəsil II. Mövcud iqtisadi şəraitdə sənaye müəssisələrinin marketinq
fəaliyyətinin planlaşdırılması
2.1. Müəssisələrin fəaliyyətinin SWOT-analizi.........…................................. 42
2.2. Məhsul satışının həcminin proqnozlaşdırılması modelinin hazırlanması….52
2.3. Стратеjи маркетинг планларынын тяртиб едилмясинin metodoloji əsasları....60
Nəticə və təkliflər.................................................................................................71
stifadə edilmiş ədəbiyyatın siyahısı.....................................................................76
Резюме ……………………………………………………………….................77
Summary………………………………………………………………................78
3
Giriş
Mövzunun aktuallığ
ı. Müəssisənin marketinq fəaliyyəti onun ali rəhbərliyi
və marketinq şöbəsi tərəfindən idarə edilən, həmçinin müəssisə tərəfindən idarə
edilməyən amilləri özündə birləşdirən ətraf mühitdə həyata keçirilir. Müəssisənin
uğurlu bazar fəaliyyəti, o cümlədən marketinq fəaliyyəti həlledici dərəcədə bu
amillərin uyğunlaşdırılmasından, bu amillərin yaratdığı imkanlardan bacarıqla
istifadə edə bilməsindən və onların yaratdığı təhlükələrindən yayınmaq
bacarığından, həmçinin müəsisənin məqsədi, resursları və imkanları ilə bazarın
imkanları və tələbatı arasında uyğunluq yaradılmasından asılıdır. Bunlara nail
olmaq, həmçinin optimal idarıetmə qərarları qəbul etmək məqsədi ilə müəssisənin
menecmenti onun məqsədini müəyyənləşdirməli, ətraf mühit amillərini təhlil
etməli, siyasətini, strategiyasını və taktiki fəndlərini seçməlidir. Bu işlərin yerinə
yetirilməsi üçün müəssisələr marketinqin planlaşdırılmasını həyata keçirir və
marketinq planlarının tərtib edirlər.
Marketinq baxımından planlaşdırma müəssisənin hansı marketinq tədbirləri
həyata keçirməli olduğunu, bu tədbirlərin hansı məqsədlərlə həyata keçirildiyini
müəyyənləşdirməyə, onların kimlərin yerinə yetirəcəyini və onların məsuliyyətini
müəyyənləşdirməyə, müəssisədaxili amillərlə müəssisədən kənar amillər arasında
uyğunluq yaratmağa imkan verir.
Marketinq planı müəssisənin fəaliyyət planının mühüm tərkib hissəsidir, mar-
ketinq planlaşdırılması isə müəssisənin fəaliyyətinin ümumi planlaşdırılması
prosesinin və büdcəsinin tərtib edilməsinin tərkib hissəsi kimi həyata keçirilmə-
lidir. Marketinqin planlaşdırılması müəssisənin marketinq fəaliyyətinə təsir edən
ətraf mühit amillərinin və öz imkanlarının təhlili, marketinqin məqsədinin müəy-
yən edilməsi, həmçinin marketinq fəaliyyətinin istiqamətləri üzrə qərarların qəbulu
və onların həyata keçirilməsi üzrə tədbirlər, üsullar və metodlar kompleksidir.
Müəssisələrdə marketinqin planlaşdırılması marketinqin strateji və taktiki
marketinq planlaşdırılması formasında, marketinq planlarının tərtib edilməsi isə
strateji marketinq planları və operativ marketinq planları (və ya məhsul üzrə
marketinq planları) formasında tərtib edilir. Marketinq planlaşdırılmasının və