Azərbaycan respublikasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3856
  1   2   3   4   5   6   7   8   9   ...   24


AZƏRBAYCAN   RESPUBLIKASI   TƏHS L   NAZ RL Y  

AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

 

M A G   S T R A T U R A    M Ə R K Ə Z   

                                        

                                       

                                                                         Əlyazma hüququnda 

 

 



 

 

Ş

R NOV YUS F MÜTAL B oğlu 



 

 

 

 

 

 

 

 

 

 «

Sənaye  müəssisələrində  strateji marketinq  planlaşdırılması»



 

mövzusunda 



MAG STR 

 D SSERTAS YA  Ş  

 

 

 

 

stiqamətin şifri və adı:               -060408 «Marketinq»  

xtisasın şifri və adı:               Marketinq istiqamətləri üzrə 

 

 

    Elmi rəhbər:                                                 dos. Məmmədov A.T. 

 

    Kafedra müdiri:                                           dos.  manov T. .  

 

 



 

Magistratura proqramının rəhbəri:         dos. Quliyev E.N 

 

 



 

Baki – 2015 


 

2

 



Giriş......................................................................................................................3   

 

Fəsil 1. Marketinqin planlaşdırılması – onun təşkili və idarə edilməsinin 

ə

sasıdır................................................................................................................. 7 

 

 

1.1.  Strateji marketinq - müəssisələrin fəaliyyətinin bazar yönümlülüyünün 

 təmin edilməsi konsepsiyasıdır.............................................................................7 

1.2. Marketinqin idarə edilməsində strateji planlaşdırmanın yeri və rolu   ........19 

1.3. Müəssisələrdə marketinq fəaliyyətinin planlaşdırılması prosesi .................27 

 

Fəsil II. Mövcud iqtisadi şəraitdə sənaye müəssisələrinin marketinq 

 fəaliyyətinin planlaşdırılması 

 

2.1. Müəssisələrin fəaliyyətinin SWOT-analizi.........…................................. 42 

 

 

2.2. Məhsul satışının həcminin proqnozlaşdırılması modelinin hazırlanması….52 



 

 

2.3. Стратеjи маркетинг планларынын тяртиб едилмясинin metodoloji əsasları....60 



 

 

Nəticə və təkliflər.................................................................................................71   



 

 

stifadə edilmiş ədəbiyyatın siyahısı.....................................................................76 

 

 

Резюме ……………………………………………………………….................77 



Summary………………………………………………………………................78


 

3

Giriş 



Mövzunun  aktuallığı.  Müəssisənin  marketinq  fəaliyyəti  onun  ali  rəhbərliyi 

və  marketinq  şöbəsi  tərəfindən  idarə  edilən,  həmçinin  müəssisə  tərəfindən  idarə 

edilməyən amilləri özündə birləşdirən ətraf  mühitdə həyata keçirilir. Müəssisənin 

uğurlu  bazar  fəaliyyəti,  o  cümlədən  marketinq  fəaliyyəti  həlledici  dərəcədə  bu 

amillərin  uyğunlaşdırılmasından,  bu  amillərin  yaratdığı  imkanlardan  bacarıqla 

istifadə  edə  bilməsindən  və  onların  yaratdığı  təhlükələrindən  yayınmaq 

bacarığından,  həmçinin  müəsisənin  məqsədi,  resursları  və  imkanları  ilə  bazarın 

imkanları  və  tələbatı  arasında  uyğunluq  yaradılmasından  asılıdır.  Bunlara  nail 

olmaq, həmçinin optimal idarıetmə qərarları qəbul etmək məqsədi ilə müəssisənin 

menecmenti  onun  məqsədini  müəyyənləşdirməli,  ətraf  mühit  amillərini  təhlil 

etməli,  siyasətini,  strategiyasını  və  taktiki  fəndlərini  seçməlidir.  Bu  işlərin  yerinə 

yetirilməsi  üçün  müəssisələr  marketinqin  planlaşdırılmasını  həyata  keçirir  və 

marketinq planlarının tərtib edirlər. 

Marketinq  baxımından  planlaşdırma  müəssisənin  hansı  marketinq  tədbirləri 

həyata  keçirməli  olduğunu,  bu  tədbirlərin  hansı  məqsədlərlə  həyata  keçirildiyini 

müəyyənləşdirməyə,  onların kimlərin yerinə yetirəcəyini və onların məsuliyyətini 

müəyyənləşdirməyə,  müəssisədaxili  amillərlə  müəssisədən  kənar  amillər  arasında 

uyğunluq yaratmağa imkan verir. 

Marketinq planı müəssisənin fəaliyyət planının mühüm tərkib hissəsidir, mar-

ketinq  planlaşdırılması  isə  müəssisənin  fəaliyyətinin  ümumi  planlaşdırılması 

prosesinin  və  büdcəsinin  tərtib  edilməsinin  tərkib  hissəsi  kimi  həyata  keçirilmə-

lidir.  Marketinqin  planlaşdırılması  müəssisənin  marketinq  fəaliyyətinə  təsir  edən  

ətraf mühit amillərinin və öz imkanlarının təhlili, marketinqin  məqsədinin  müəy-

yən edilməsi, həmçinin marketinq fəaliyyətinin istiqamətləri üzrə qərarların qəbulu 

və onların həyata keçirilməsi üzrə tədbirlər, üsullar və metodlar kompleksidir. 

Müəssisələrdə  marketinqin  planlaşdırılması  marketinqin  strateji  və  taktiki 

marketinq  planlaşdırılması  formasında,  marketinq  planlarının  tərtib  edilməsi  isə 

strateji  marketinq  planları  və  operativ  marketinq  planları  (və  ya  məhsul  üzrə 

marketinq  planları)  formasında  tərtib  edilir.  Marketinq  planlaşdırılmasının  və 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə