Azərbaycan respublikasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3856
1   2   3   4   5   6   7   8   9   ...   24

 

4

marketinq  planlarının  tərtib  edilməsinin  hanısı  formada  həyata  keçirilməsindən 



asılı olmayaraq onun məqsədi müəssisənin nəyi necə etməli olduğunu, nə əldə et-

mək istədiyini və konkret situasiyalarda hansı işləri görməli olduğunu qabaqcadan 

müəyyənləşdirməkdir.  Başqa  sözlə  desək,  marketinq  planlaşdırılması  prosesində 

Bizim  indiki  vəziyyətimiz  necədir?,  Biz  indiki  vəziyyətə  necə  gəlib  çıxdıq?,  Biz 

hara gedirik və ya getmək istəyirik?, Biz nəyə cəhd edirik?, Biz öz məqsədlərimizə 

necə nail ola bilərik? və Biz lazım olan istiqamətdəmi irəliləyirik? suallarına cavab 

tapmağa  imkan  verir.  Bu  sualların  cavabına  uyğun  olaraq  özünün  marketinq 

strategiyasını  və  işlənib  hazırlanmış  strategiyanın  (və  ya  strategiyaların)  həyata 

keçirilməsi  üzrə  tədbirlər  hazırlayır.  Bütün  bunla  isə  müəssisəyə  dəyişkən  bazar 

situasiyasına  uyğunlaşmağa  və  müəssisəyə  qarşısına  qoyduğu  məqsədlərə  nail 

olmağa imkan verir. 

Lakin  ölkə  müəssisələrinin  istehsal  fəaliyyətinin  təşkili  və  idarə  edilməsinin 

müasir vəziyyətinin təhlili göstərir ki, onların böyük əksəriyyəti nəinki marketinq 

planlaşdırılması, ümumiyyətlə planlaşdırmanı və planların tərtib edilməsini həyata 

keçirmir, fəaliyyətlərinin gücül və zəif tərəflərini, ətraf mühit amillərinin yaratdığı 

imkan  və  təhlükələri  aşkar  etmir,  özlərinin  bazar  strategiyalarını  tərtib  etmirlər. 

Bütün  bunlar  isə,  son  nəticədə,  onların  bazar  uğuru  qazana  bilməməsinə  gətirib 

çıxarır. Bu baxmından ölkə müəssisələrində marketinq planlaşdırılmasının müasir 

vəziyyətinin  qiymətləndirilməsi  və  onun  təkmilləşdirilməsinə  aid  tövsiyələrin 

hazırlanması aktual problemlərdən biridir. Deməli, buraxılış işi aktual bir məsələyə 

– bazar şəraitində marketinqin planlaşdırılması məsələsinə həsr edilmişdir. 

Mövzunun  öyrənilmə  səviyyəsi.  Sənaye  müəssisələrində  strateji  marketinq 

planlaşdırılması problemi müxtəlif xarici ölkələrin alimləri və mütəxəssisləri tərə-

findən  öyrənilmiş,  ona  dair  dair  tədqiqat  işləri  aparılmış  və  monoqrafiyalar 

yazılmışdır.  Bu  mövzunun  müəyyən  aspektlərinin  ölkə  alimləri  tərəfindən 

öyrənilməsinə baxmayaraq bu mövzu müstəqil tədqiqat predmeti olmamışdır. 

Dissertasiya  işinin  məqsədi.  Dissertasiya  işinin  məqsədi  müəssisənin 

istehsal-satış fəaliyyətinin təşkili və idarə edilməsində marketinq planlaşdırılması-




 

5

nın rolu və yerinin qiymətləndirilməsi və onun təkmilləşdirilməsinə aid təkliflərin 



hazırlanmasıdır. 

Tədqiqatın predmeti. Tədqiqatın predmeti ölkəmizin sənaye müəssisələrində 

strateji  marketinq  planlaşdırılmasının  müasir  vəziyyətinin  qiymətləndirilməsi  və 

bunun  əsasında  strateji  marketinq  planlaşdırılmasının  təkmilləşdirilməsinə  dair 

təklif və tövsiyələrin hazırlanmasıdır. 



Tədqiqatın obyekti. Tədqiqar obyekti kimi ölkəmizin lak-boya istehsal edən 

müəssisələri, o cümlədən “Katsaki” məhdud məsuliyyətli cəmiyyəti seçilmişdir. 



Tədqiqatın elmi və nəzəri əsasları. Tədqiqatın elmi-nəzəri əsasını iqtisadçı 

alimlərin  və  marketinq  mütəxəssislərin  elmi-nəzəri  tədqiqatları  və  bu  sahəyə  aid 

normativ-hüquqi  aktlar,  həmçinin  sahibkarlığın  inkişafına  dair dövlət  proqramları 

təşkil edir. 



Tədqiqatın  informasiya  təminatı.  Dissertasiya  işinin  hazırlanmaında 

Azərbaycan  Dövlət  Statistika  Komitəsinin  məlimatlarından  və  lak-boya  istehsal 

edən müəssisələrin statistik və operativ hesabatlarından istifadə edilmişdir. 

Tədqiqatın elmi yeniliyi. Tədqiqat işinin elmi yeniliyinə aşağıdakılar aiddir: 

-  sənaye  müəssisələrinin  idarə  edilməsində  strateji  marketinq  yeri  və  rolu 

müəyyənləşdirilmiş  və  onun  müəssisələrin  fəaliyyətinin  bazar  yönümlülüyünün 

təmin edilməsi konsepsiyası olduğu əsaslandırılmışdır; 

-  sənaye  müəssisələrində  marketinqin  planlaşdırılması,  o  cümlədən  strateji 

marketinq planlaşdırılmasının həyata keçirilməsi proseduru öyrənilmişdir; 

-  ölkəmizin  lak-boya  istehsal  edən  müəssisələrinin  marketinq  fəaliyyətinin 

SWOT–analizi həyata keçirilmiş və onların zəif və güclü tərəfləri aşkar edilmişdir; 

- satışın həcminin proqnozlaşdırılması alqoritmi və modeli hazırlanmışdır; 

-  strateji  marketinq  planlaşdırılmasına,,  o  cümlədən  müəssisələrdə  biznesin 

inkişafı strategiyalarına dair təkliflər verilmişdir. 

Tədqiqatın  praktiki  əhəmiyyəti.  Dissertasiya  işində  verilən  təklif  və 

tövsiyələrin 

həyata 

keçirilməsi 



sənaye 

müəssisələrində 

marketinqin 

planlaşdırılmasının tətbiqinə və təkmilləşdirilməsinə müəyyən  qədər yardımçı ola 

bilər. 



 

6

Dissertasiya  işinin  strukturu.Dissertasiya  işi  giriş,  2  fəsil  və  nəticə  və 

təkliflərdən ibarət olmaqla ... səhfədir. 

Dissertasiya işinin girişində mövzunun aktuallığı əaslandırılır, onun predmeti 

və obyekti verilir, elmi-nəzəri əsasları izah edilir və elmi yenilikləri verilir. 

Dissertasiya  işinin  “Marketinq  planlaşdırılması  onun  təşkili  təşkili  və  idarə 

edilməsinin  əsasıdır”  adlanan  I  fəslində  strateji  marketinqin  mahiyyəti  açılır  və 

onun  müəssisələrin  fəaliyyətinin  bazar  yönümlülüyünü  təmin  edən  bazar 

konsepsiyası  olduğu  əsaslandırılır,  müəssisələrin  fəaliyyətində  strateji  marketinq 

planlaşdırılmasının  yeri  və  rolu,  marketinqin  planlaşdırılmasının  formaları  və 

prinsipləri izah edilir, strateji marketinq planlaşdırılması prosesi və bu prosesin hər 

bir  mərhələsinin  mahiyyəti  və  məzmunu  ,  həmçinin  planlaşdırmanın  təşkili 

məsələsi ətraflı şərh edilir. 

Dissertasiya  işinin  ikinci  -  “Mövcud  iqtisadi  şəraitdə  sənaye  müəssisələrinin 

marketinq  fəaliyyətinin  planlaşdırılması”  -  fəslində  SWOT-analizin  mahiyyəti  və 

onun  aparılması  qaydası  izah  edilir,  ölkəmizin  lak-boya  istehsal  edən  müəssisə-

lərinin marketinq fəaliyyətinin SWOT-analizi aparılır, bu sahədə olan güclü və zəif 

tərəflər  aşkar  edili,  marketinq  fəaliyyətinin  əsas  göstəricisi  olan  satışın  həcminin 

proqnozlaşdırılmasının alqoritmi və  modeli verilir, strateji  marketinq planlaşdırıl-

masının həyata keçirilməsinə dair təklif və tövsiyələr verilir. 

Dissertasiya işinin “Nəticə və təkliflər” bölməsində apaılmış tədqiqat əsasında 

əldə edilmiş nəticələr və verilmiş təklif özəksini tapmışdır. 



 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə