Azərbaycan respublikasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3856
1   2   3   4   5   6   7   8   9   ...   24

 

7

Fəsil  1.  Marketinqin  planlaşdırılması  onun  təşkili  və  idarə  edilməsinin 

ə

sasıdır 

1.1.  Strateji  marketinq  müəssisələrin  fəaliyyətinin  bazar  yönümlülüy-

ünün təmin edilməsi konsepsiyasıdır 

Müasir  dövrdə  bazarda  uğur  qazanmış  və  qazamanmaq  istəyən  müəssisələr 

üçün marketinq biznes təşkilinin və onların bazarda strateji və taktiki davranışlarını 

müəyyənləşdirən əsas ideologiyadır. Bununla əlaqədar olaraq müəssisənin marke-

tinq  fəaliyyətinin  iki  əsas  istiqmətini:  a)  analitik,  yəni  bazarın  başa  düşülməsi  və 

onun  hərtərəfli  təhlili  və  b)  aktiv,  yəni  bazaar  daxilolma  və  bazaar  təsir  etmə 

istiqmətlərini fərqləndirirlər.  

Deməli,  müasir  marketinq  proses  olaraq    daxili  iki  istiqamətliliyə  -  aktiv  və 

analitik  istiqmətlərə  malikdir.  Adətən,  praktik  marketşünaslar  marketinqin 

“analitik”  tərəfi  iə  müqayisədə  onun  aktiv  tərəfinə  daha  çox  diqqət  yetirirlər.  Bu 

ikitərəfliliyi qeyd etmək və göstərmək üçün marketinqin əlavə xarakteristikasından 

–  strateji  və  əməliyat  xarakteristikalarından  istifadə  edirlər.  Buna  uyğun  olaraq 

müəssisədə bütünlükdə marketinq fəaliyyəti əməliyyat və strateji marketinqi əhatə 

edir. 


Əməliyyat  marketinqi  qarşıya  qoyulmuş  məasədə  (və  ya  məqsədlərə)  nail 

olmaq üçün marketinqin bütün vasitələrindən: məhsuldan, qiymətdən, satışdan və 

kommunikasiyadan  istifadə  etməklə  mövcud  bazarların  qorunub  saxlanmasına 

yönəlik  qısamüddətli  planlaşdırmanı  əhatə  edən  fəaliyyət  yönümlü  prosesdir. 

Əməliyyat  marketinqin  rolu  potensial  istehlakçıları  məlumatlandırmaq  və  və 

məhsulun  fərqli  xüsusiyyətlərini  nümayiş  etdirmək  üçün  kommunikasiya 

siyasətinin  hazırlanması  və  məhsulun  satışın  təşkil  edilməsidir.  Bu  mahiyyətcə 

maketinq  kompleksinin  elementlərinin  köməyi  ilə  hədəf  bazarında  və  ya 

bazarlarında müəyyən paya nail olunmasını təmin edən kommersiya fəaliyyətidir. 

Əməliyyat  marketinqi  planlarında  konkret  vaxt  ərzində  lonkret  regionda 

müəssisənin  hər  bir  ticarət  markasının  məqsədi,  bazaar  mövqeyi,  taktikası  və 

büdcəsi əks etdirilir. 




 

8

Əməliyyat  marketinqin  başlıca  məqsədi  və  vəzifəsi  satışdan  gəlir  əldə 



edilməsi  və  ya  nəzərdə  tutulan  əmtəə  dövriyyəsinin  təmin  edilməsidir.  Bu  o 

deməkdir  ki,  müəssisə  daha  effektli  satış  metodlarından  istifadə  etməklə 

“satmalıdır”,  məhsula  sifarişlər  tapmalıdır  və  bunları  minimum  xərclərlə  həyata 

keçirməlidir. Müəyyən satış həcminə nail olunması sahəsində qarşıya qoyulan bu 

məqsəd  satış  şöbəsi  üçün  məhsulların  saxlanması  və  fiziki  bölüşdürülməsi 

proqramlarına,  istehsal  şöbəsi  üçün  müvafiq  istehsal  proqramına  transformasiya 

olunur.  Beləliklə,  əməliyyat  marketinqi  qısa  zaman  kəsiyində  müəssisənin 

mənfəətliliyini müəyyənləşdirən həlledici milder. 

Əməliyyat  marketinqin  enerjililik  səviyyəsi  müəssisələr,  xüsusən  də  rəqabət 

mübarizəsinin  kəskin  olduğu  bazarlarda  fəaliyyət  göstərən  müəssisələr  üçün 

həlledici  elementdir.  stənilən  məhsul,  hətta  ən  keyfiyyətli  məhsul  bazarda  həm 

istehsalçı,  həm  də  istehlakçı  üçün  münasib  olan  qiymətə  satılmalı,  hədəf 

istehlakçıların vərdişlərinə utğunlaşdırılmış rahat və əlverişli satış məntəqələrində 

əlçatan  olmalı  və  məhsulların  irəlilədilməsini  və  onların  fərqləndirinci 

xüsusiyyətlərinin nəzərə çapdıran kommunikasiya himayəsi ilə təmin olunmalıdır.  

Əməliyyat  marketinqi,  birinci    növbədə,  rekalmın  və  satışın 

həvəsləndirilməsinin vasibliyi səbəbindən marketinqin ən ifadə edilmiş, ən nəzərə 

çarpan  aspektidir.  Bir  sıra  müəssisə  və  təşkilatlar  fəaliyyətlərində  marketinqin 

tətbiqinə  reklamdan  istifadə  etməklə  başlamışlar.  Bəzi  müəssisə  və  təşkilatlar, 

məsələn  istehsal-texniki  təyianatlı  məhsul  istehlakçıları  isı  uzun  müddət  ərzində 

marketinqi  reklamla  eyniləşdirərək  onu  fəaliyyətlərində  tətbiq  etməkdən  imtina 

etmişlər. 

Beləliklə, əməliyyat marketinq müəssisənin məhsullarının bazara daha effektli 

irəlilədilməsini təmin edən  kommersiya alətidir, onsuz ən yaxşı planlar da qənaət-

bəxş nəticələr  əldə  etməya  şərait  yaratmaya  bilir.  Lakin  eyni  zamanda  etibarlı və 

dügün  hazırlanmış  strategiasız  da  mənfəət  əldə  etməyə  imkan  verən  əməliyyat 

marketinqi mümkün deyildir. Məqsədsiz dinamizim riskdən başqa bir şey deyildir. 

Əməliyyat  marketinqi  planı  nə  qədər  düzgün  tərtib  olunsa  da o,  tələbat  olmadığı 

halda  tələb  fprmalaşdıra,  gizli  tələbatları  aktivləşdirə,  həmçinin  ləğv  olunmalı 



 

9

fəaliyyəti  himayə  edə  bilməz.  Deməli,  əməliyyat  marketinqi  yalnız  strategiyaya 



əsaslandıqda, bu strategiya isə bazarın tələbatı və onun inkişaf imkanları əsasında 

tərtib  edildiyi  halda  mənfəət  əldə  etməyə  imkan  verə  bilər.  Başqa  sözlə  düsək, 

əməliyyat  marketinqi  strateji  marketinqlə  uzlaşdırılmalı  və  birgə  həyata 

keçirilməlidir. 

J,  J.  Lambenə  görə  strateji  marketinq  bazarların  və  ayrı-ayrı  istehlakçı 

qruplarının  tələbatlarının  müntəzəm  və  sistematik  öyrənilməsi,  bu  qrupların 

tələbatlara uyğun gələn, rəqib məhsullardan fərqli üstün xüsusiyyətlərə malik olan 

və istehsalçıya rəqabət üstünlüyü təmin edən məhsulların hazlrlanması prosesidir. 

Başqa  bir  tərifə  görə  strateji  marketinq  bazar  yönmlü  müəssisələrdə  rəqib 

məhsullarla  müqayisədə  istehlakçılara  daha  yüksək  faydalar,  dəyərlər  təklif  edən 

məhsul  və  xidmətlərin  hazırlanması  yolu  ilə  orta  bazar  göstəricilərdən  üstün 

göstəricilərə  nail  olunması  məqsədi  ilə  həyata  keçirilən  marketinq  fəaliyyətidir. 

Digər  tərifə  görə  strateji  marketinq  ətraf  mühitin  dəyişkənliyini  nəzərə  alan  və 

istehlakçıların  ehtiyaclarının  ödənilməsi  səviyyəsinin  yüksəldilməsinə  yönəlik 

strategiyanın hazırlanması prosesidir. 

Strateji  marketinqdə  marketinqin  analitik  istiqaməti  ön  plana  çıxır.  Buna 

görədə  strateji  marketinq,  hər  şeydən  əvvəl,  fərdlərin  və  müəssisələrin 

tələbatlarının  aşkar  və  təhlil  edilməsi,  həmçinin  onların  gizli  tələbatlarının 

aktivləşdirilməsi  üzrə  tədbirlər  hazırlamaqdır.  Marketinq  baxımından  istehlakçı 

məhsulu sadəcə məhsul almaq naminə yox, hər hansı bir tələbatını ödəmək və ya 

hər  hansı  bir  problemini  həll  etmək  naminə  alır.  Onların  tələbatlarının 

ödənilməsinə  və  ya  probleminin  həll  edilməsinə  isə  daima  dəyişən  müxtəlif 

texnologiyalardan  istifadə  etməklə  nail  olmaq  mümkündür.  Strateji  marketinqin 

məqsədi əsas bazarların inkişafına paralel olaraq inkişaf etməyə və ödənilməli olan 

çeşidli  tələbatların  öyrənilməsi  vasitəsi  ilə  satışın  uzunmüddətli  artımını  və 

müəssisənin  effektli  fəaliyyətini  təmin  edən  mövcud  və  potensial  bazarların 

identifikasiyasına nail olmaqdır. 

dentifikasiya edilmiş bazarlar və ya seqment cəlbediciliyi kəmiyyətcə bazarın 

potemsialı ilə qiymətləndirilən, dinamikası isə bazarın həyat dövranı ilə xarakterizə 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə