Azərbaycan respublikasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3856
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

 

22

Nəhayət,  kompaniyanın  fəaliyyəti  bir  neçə  istiqamətdə  diversifikasiya  oluna 



bilər.  Özü də bu zaman  hər bir  fəaliyyət  istiqamətinə  müəyyən  istehlakçı  qrupla-

rına  xidmət  göstərən  və  müəyyən  rəqblərlə  qarşılaşan  struktur  bölməsi  uyğun 

gəlir.Strategiya  baxımından  hər  fəaliyyət  istiqaməti  müstəqil  fəaliyyət  göstərə 

bilər, yəni strateji təsərrüfat vahidi və ya strateji biznes vahidi əmələ gətirə bilər. 

Korportiv planının əsas tərkib hissəsi müəssisənin bütün növ mövcud resurslarının 

bu  strateji  biznes  vahidləri  arasında  bölüşdürülməsidir.  Korporasiya  səviyyəsində 

qəbul  edilən  strateji  qəraralar  adətən  başqa  kompaniyaların  satın  alınması,  hər 

hansı bir bölmənin satılması və diversifikasiyanın digər formaları ilə əlaqədar olur. 

Burada marketinq planlaşdırılmasının rolu həmçinin xarici mühitin yaratdığı imkan 

və təhlükələrin aşkar edilməsindən ibarət olur. 

Formal  planlaşdırma  prosesini  çoxsaylı  modellərinin  olmasına  baxmayaraq 

onların  əksəriyyət  planlaşdırmanın  çoxfazalı,  çox  mərhələli  strukturuna  əsaslanır. 

Bu yanaşmaya görə marketinq planlaşdırılması prosesində aşağıdakı suallara cavab 

verilməlidir: 

1. Bizim indiki vəziyyətimiz necədir? 

2. Biz indiki vəziyyətə necə gəlib çıxdıq? 

3. Biz hara gedirik və ya getmək istəyirik? 

4. Biz nəyə cəhd edirik? 

5. Biz öz məqsədlərimizə necə nail ola bilərik? 

6. Biz lazım olan istiqamətdəmi irəliləyirik? 

Marketinqin, biznesin planlaşdırılmasını da biz öz şəxsi fəaliyyət planlarmızı 

tərtib etdiyimiz kimi tərtib edə bilərik. Bu halların hər ikisi üçün eyni planlaşdırma 

prosesi  sxemindən  istifadə  etmək  mümkündür.  Bu  prosesin  mahiyyətini  yuxarıda 

qoyulan  suallara  cavab  verməklə  başa  düşmək  mümkündür.  Planlaşdırmanın 

mahiyyətini  daha  anlaqlı  və  daha  aydın  başa  düşmək,  tzah  etmək  üçün  onu 

özümüzün daha yüksək vəzifə tutmaq üçün etdiyimiz hərəkətlərin timsalında izah 

edək. 

Planlaşdırılması  prosesinin  ilkin,  istinad  nöqtəsi  «Bizim  indiki  vəziyyətimiz 



necədir?»  sualının  qoyluşudur.  Bu  suala  cavab  almaq  üçün  işin  faktiki  vəziyyəti 


 

23

təhlil edilir, faktiki vəziyyətin konstatasiyası və gözlənilən nəticələrlə müqayisədə 



nail  olunmuş  uğurların  qiymətləndirilməsi  həyata  keçirilir.  Bunun  nəticəsində  isə 

bütün  mümkün  alterativlər  aşkar  etmək  mümkündür.  Marketinq  planlaşdırılması 

kontekstində bura müəssisədaxili və müəssisdən kənar amillərin auditi aid edilir. 

Biz  indiki  vəziyyətə  necə  gəlib  çıxdıq?  Sualının  cavabı  əvvəllər  nəzərdən 

keçirilmiş  və  vəzifələrin  iyerarxiyasına  gətirmiş  strategiyaların  iyerarxiyasına  aid 

olan  vəzifələrin  formalaşdırılmasıdır.  Bu  sual  əvvəlki  sualın  cavabında  müəyyən 

edilmiş  uğur və uğursuzlaqlara səbəb olmuş və  əhəmiyyətli hadisələrin təhlilində 

təhlilində mərkəzləşir. Prosesin nümayişi kimi belə təsəvvür edək ki, birinci suala, 

yəni  bizim  indiki  vəziyyətimiz  necədir  sualına  belə  bir  cavab  alınmışdır:  «beş  il 

ərzində  kompaniyada  qısa  müddət  ərzində  istifadə  edilən  istehlak  təyinatlı 

məhsulların  satışı  ilə  məşğul  olan  və  reklam,  satışın  həvəsləndirilməsi  və  yeni 

məhsulun  hazırlanması  sahəsində  təcrübəsi  olan  menecer  köməkçi  vəzifəsidəni-

yik». Bu situasiyada özünü qiymətləndirmə yalnız neqativ ola bilər: çünki bu vəzi-

fəyə  yüksəlmək  üçün  beş  il  böyük  müddətdir.  Bizi  bu  vəzifəyə  gətirən  yolun 

qiymətləndirilməsi a) təhsil (elmi dərəcənin) və ixtisas dərəcəsinin alınması və bizi 

qiymətləndirməmisə görə həm kommunikasiya, həm də analitik fəaliyyət sahəsin-

də çox yüksək olan şəxsi peşəkarlıq təcrübəmizin təkmilləşdirilməsi mərhələlərin-

dən ibrət ola bilər. 

Növbəti – «Biz hara gedirik və ya getmək istəyirik» sualı fəaliyyətimizdə heç 

nəyin dəyişməyəcəyi halda gələcəkdə bizi nəyin gözləməsi və ya bizim vəziyyəti-

mizin  necə  olacağı  məsələsində  təmərküzləşir.  Əgər  biz  fəaliyyətimizdə  heç  nə 

dəyişdirmədən əvvəlki kimi davam edəcəkyiksə onda nəticələr necə olacaqdır? Bu 

halda  bizim  qiymətləndirmə  belə  ola  bilər:  fəaliyyətimizi  əvvəlki  kimi  davam 

etdirəriksə biz kompaniyada 3 ildən sonra marka üzrə menecer vəzifəsinə, 10 ildən 

sonra  isə  məhsul  üzrə  menecər  vəzifəsində  işləyəcəyik.  Lakin  «Biz  nəyə  cəhd 

edirik?»  sualına  da  cavab  vermək  lazımdır.  Bu  sualın  cavabı  bizim  nəyə  nail 

olacağmızla nəyə nail olmaq istədiyimizi, nəyə cəhd etdiyimizi müqayisə etməyə 

imkan  verir.  Bu,  planlaşdırmanın  əsas  sualıdır.  Əgər  bizim  ümidələrmiz  indiki 

fəaliyyətimizə əsaslanan perspektivin real qiymətləndirilməsi ilə üst-üstə düşürsə, 



 

24

onda  biz  indiki  fəaliyyətimizi  davam  etdirməliyik.  Deməli,  bizim  3  ildən  sonra 



marka  üzrə  menecər  vəzifəsinə  və  10  ildən  sonra  məhsl  üzrə  menecer  vəzifəsinə 

yüksəlməmiz bizi tamamilə qane edir. 

Əgər biz bununla razılaşmırıqsa və 1 ildən sonra marka üzrə menecer, 5 ildən 

sonra  məhsul  üzrə  menecer  olmaq  istəyiriksə,  onda  özümüzün  davranışımızı, 

fəaliyyətimizi  dəyişdirməliyik.  Bizim  situasiyanı  qiymətləndiməmizin  mahiyyəti 

ondan  ibarət  olacaqdır  ki,  indiki  fəaliyyətimiz  nail  olmaq  istədiyimiz  vəziyyət 

üçün, tutmaq istədiyimiz vəzifə üçün kifayyət qədər effektli deyildir. Buna görə də 

«Biz öz məqsədlərimizə necə nail ola bilərik?» sualına da cavab vermək lazımdır. 

Bu vaxt biz yaradıcılıqla fikrləşir, öz məqsədmizə nail olmağın mümkün yollarını 

axtarırıq,  özümüzün  fəaliyyətimizdə,  işlərmizdə  dəyişikliklər  etmək  imkanlarını 

nəzərdən keçiririk, onu necə daha effektli etmək  məsələsi üzərində düşünürük; iş 

vaxtından  əlavə  işləməyin  mümkün  nəticələrini  qiymətləndiririk;  kompaniyada 

daha  böyük  uğurlar  qazanmış  işçilərin  iş  metodlarını  nəzərdən  keçirir  və  onların 

uğurlarının  səbəblərini  təhlil  edirik.  Bu  proses  çərçivəsndə  biz  vaxtaşırı 

fəaliyyətimizin  indiki  vəziyyətimizlə  müqayisədə  cəhd  etdiyimiz  vəziyyətə  nail 

olmağı  vəd  edən  istiqamətlərinə dair  qərarlar qəbul  edirik.  Beləliklə,  biz  «Biz öz 

məqsədlərimizə necə nail ola bilərik?» sualının cavabı əsasında gələcək strategiya-

mızın təməlini hazırlayırıq. 

Nəhayət,  özümüzün  fəaliyyətmizdə  dəyişikliklərin  edilməsinə  dair 

qərarlarmızı  praktikada  həyata  keçirməklə  biz  vaxtaşırı  «Biz  lazım  olan 

istiqamətdəmi  irəliləyirik?»  sualına  cavab  axtarmaqla  özümüzün  vəziyyətimizi 

yoxlayırıq.  Əgər bu suala cavab  müsbət olarsa, onda  biz karyera  planımızı və  ya 

hər hansı bir vəzifəyə nail olmaq planımızı dəyişdirmirik, bu sualın cavabı mənfi 

olduqda isə ona müəyyən dəyişikliklər edirik. 

Biznes sahəsində planlaşdırma  mahiyyət  etibarı ilə bizim hər hansı bir vəzi-

fəyə  nail  olmaq  üçün  tərtib  etdiyimiz  planlarla,  etdiyimiz  hərəkətlərlə  eynidir. 

Lakin  praktikada  hər  şey  kifayət  qədər  çətin  və  mürəkkəbdir.  sətnilən  müəssisə 

özlərinin  özəl  maraqları,  xarakterləri  və  baxışları  olan  çoxlu  sayda  insanlardan 

ibarətdir.  Şübhəsizdir  ki,  yuxarıda  göstərilən  suallara  onların  cavabı  müxtəlif 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə