Azərbaycan respublikasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3856
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

 

31

və s.  



Strateji planlaşdırmanın biznes portfelin və ya məhsul portfelinin təhlili mər-

hələsində hansı fəaliyyət sahəsinin inkişaf etdiriləcəyi və hansı fəaliyyət sahəsinə 

əlavə  investisiya  yönəldiləcəyi,  hansı  fəaliyyət  sahəsinin  ləğv  edilməli  olduğu və 

ya hansı fəaliyyət sahəsinin mövcud səviyyədə saxlanılacağı müəyyənləşdirilir və 

əsaslandırılır. 

Biznes-portfelin təhlilində «Boston Consulting Group»-un işləyib hazırladığı 

«artım  və  pay»  metodu  və  «General  Electric»  firması  ilə  «Mckinsey  &  Co» 

konsaltinq  firmasının  birlikdə  hazırladığı  «bazarın  cəlbediciliyi  və  firmanın 

vəziyyəti» metodudur.  

BCG  müəssisənin  hər  bir  fəaliyyət  növünü  qiymətləndirmək  üçün  bazarın 

artım  tempi  və  nisbi  bazar  payı 

(müəssisənin  mütləq  bazar  payının  əsas  rəqibin  mütləq 

bazar payına nisbəti) 

göstəricisindən istifadə edirlər. Bazarın artım tempi müəssisənin  

marketinq imkanlarını, bazar payı isə onun rəqabət mövqeyini, yəni  zəif və güclü 

tərəflərini  xarakterizə  edir.  Bu  gğstəricilərin  hər  biri  yüksək  və  aşağı  qiymətlə 

qiymətləndirilir. Bu göstəricilərin  

qiymətlərinin 

kombinasoyasından 

asılı 


olaraq  müəssisənin  biznes-portfelinin  4  kvadratdan  ibarət  matrisa  formasında 

göstərilir (1.3 saylı şəkil). 

Biznesə, fəaliyyətə yeni başlayan müəssisələr adətən yüksək inkişaf tempinə, 

lakin  bazar  payı  aşağı  olan  fəaliyyət  sahələri  ilə  məşğul  olmağa  çalışırlar.  Başqa 

sözlə desək, onlar «problemli uşaqlar» kvadratında fəaliyyət göstərməyə üstünlük 

verirlər. Müəssisələr bu fəaliyyət növünə daha çox investisiya ayırır və onu sürətlə 

inkişaf  etdirməyə  səy  edirlər  ki,  öz  rəqiblərini  qabaqlasınlar  və  bunun  sayəsində 

bazar paylarını artırsınlar. Onu da qeyd etmək lazımdır ki, bu kvadratda fəaliyyət 

göstərmək  kifayyət  qədər  risklidir.  Çünki  burada  həm  təhlükələr,  həm  də  inkişaf 

imkanları eyni dərəcədə yüksəkdir. Buna görə də bu fəaliyyət növü «ulduzlara» da, 

«qapan  itlərə»  də  çevrilə  bilər.  Buna  görədə  müəssisə  bu  sahəyə  investisiya 

yönəldərkən  bütün  amilləri  nəzərə  almalıdır.  «Problemli  uşaqlar»  kvadratında 

yerləşən fəaliyyət növləri müvəffəqiyyətlə inkişaf etdikdə «ulduzlara» çevrilir. 

«Ulduzlara» kvadratına satışının həcminin artım tempi və bazar payı yüksək 




 

32

olan  fəaliyyət  növləri    aid  edilir.  Bu  kvadrata  daxil  olan  məhsulların  satışı 



müəssisəyə  böyük  həcmdə  mənfəət  əldə  etməyə  imkan  verdiyindən  o,  rəqiblər 

üçün də cəlbedici olur və burada rəqabət mübarizəsinin səviyyəsi çox yüksək olur. 

Buna görə də firma bu bazarlarda özünün lider mövqeyini qoruyub-saxlamaq üçün 

bu məhsulların bu sahəyə əlavə reinvestisiya yönəldir. 

Stışının artım tempi aşağı, bazar payı yüksək olan fəaliyyət növləriur «Sağmal 

inəklərə» aid edilir. Müəssisə bazarda öz liderliyini saxlayır. Bu fəaliyyət növləri 

yetkin  biznesə  aid  edilir,  yəni  burada  həm  müəssisənin  imkanları,  həm  də  onun 

fəaliyyəti  üçün  təhlükələr  eyni  dərəcədə  aşağıdır.  Bunun  nəticəsində  isə  bu 

fəaliyyət növlərinə yönəldilən xərclərin səviyyəsi aşağı düşür və yüksək gəlir əldə 

edilir.  Müəssisə  bu  fəaliyyət  növlərindən  əldə  edilən  gəlirləri  ya  bu  sahədə 

liderliyini  saxlamağa,  ya  da  inkişaf  etdirilməsi  zəruri  olan  fəaliyyət  növlərinə 

yönəldir.  Əldə  edilən  gəlirləri  digər  fəaliyyət  növlərinin  inkişafına  yönəldildikdə 

«sağmal inəklər» «qapan itlərə» çevrilə bilər. 

«Qapan itlərə» aid edilən fəaliyyət növlərində həm bazarın artım tempi, həm 

də  müəssisənin  bazar  payı  aşağı  olur.  Bu  fəaliyyət  növləri,  bir  qayda  olaraq, 

müəssisəyə  mənfəət  gətirmir,  bəzi  hallarda  isə  ziyanla  başa  gəlir.  Buna  görə  də 

müəssisə  bu  fəaliyyət  növlərindən  əldə  edilməsi  mümkün  olan  gəlirləri  realizə 

etməyə çalışır və onun ləğv edilib-edilməməsinə dair qərar qəbul edir.

 

Q. Assel haqlı olaraq biznes-portfelin təhlilinin bu metodunun çatışmazlığını 



qeyd  edərək  göstərir  ki,  başlıca  çatışmazlığı  müəssisənin  bazar  payının  yüksək 

mənfəət  əldə  edilməsinin  və  müəssisənin  bazardakı  mövqeyinin  meyarı  kimi 

götürülməsidir.  Lakin,  mənfəətin  məbləği  və  müəssisənin  bazardakı  mövqeyinin 

dayanıqlı  olması  bazar  payı  göstəricisilə  yanaşı,  bir  çox  digər  amillərdən  də 

asılıdır.  Məsələn,  bazar  payı  az  olan  müəssisə  rəqabət  üstünlüyü  qazanmaqla  və 

yaxud  müdafiə  olunan  bazar  «sığınacağında»  («aclığında»)  fəaliyyət  göstərməklə 

bazar payı yüksək olan müəssisəyə nisbətən daha yüksək mənfəət əldə edə bilər 

[2, 


s. 696]

.  


Bu  çatışmazlığı  aradan  qaldırmaq  üçün  «General  Electric»  kompaniyası 

«Mcrincey  &  Company»  konsaltinq  firması  ilə  birlikdə  biznes-portfelinin  təhlilinin 




 

33

çoxkriteliyalı  “bazarın  cəlbediciliyi-  müəssisənin  bazaar  mövqeyi”  modelini 



hazırlamışlar..  Bu  metodda  həm  bazarın  cəlbediciliyi,  həm  də  müəssisənin  bazar 

mövqeyi çoxsaylı meyarlarla, amillərlə qiymətləndirilir. 

 

Bu  amillərin  hər  biri  müəssisənin  menecerləri  tərəfindən  5  ballıq  sistemlə 



qiymətləndirilir (bazarın cəlbediciliyi və mövqeyi çox aşağı olan amillər 1 bal və  

bazarın  cəlbediciliyi  və  müəssisənin  mövqeyi  baxımından  səviyyəsi  çox  yüksək 

olan  amillər  -  5  bal)  və  hər  bir  amilin  çəkisi  (müəssisə  üçün  əhəmiyyətliliyi 

baxımından)  müəyyən  edilir.  Hər  bir  amilə  verilən  bal  onun  çəkisinə  vurulur  və 

bunun  əsasında  onların  qiyməti  müəyyən  edilir.  Alınmış  bu  qiymətləri  bazarın 

cəlbediciliyi  və  müəssisənin  mövqeyi  göstəriciləri  üzrə  ayrılıqda    toplayaraq 

onların hər birinin ümumi qiymətini müəy  yən edirlər. Müəyyən edilmiş qiymətə 

uyğun  olaraq  həm  bazarın  cəlbediciliyi  göstəricisi,  həm  də  müəssisənin  mövqeyi 

göstəricisi  aşağı, orta və yüksək səviyyəyə ayrılmaqla  üç yerə bölünür (məsələn, 

şərti   olaraq  bu  göstəricilərin  ümumi qiyməti 1-2,4 arasında olduqda aşağı, 2,4-

dən  3,6-ya  kimi  olduqda  orta,  3,6-dan  5-ə  kimi  oluqda  isə  yüksək  səviyyə  kimi 

qəbul  olunur).  Bunun  əsasında  isə  «bazarın  cəlbediciliyi/müəssisənin  mövqeyi» 

matrisası 9 kvadrata bölünür 

[2, s. 697-698]

.   

Müəssisənin hər bir fəaliyyət növü, yaxud strateji təsərrüfat vahidləri aldıqları 



qiymətlərə  müvafiq  olaraq  bu  kvadratlarda  yerləşdirilir  və  onlara  münasibətdə 

müəssisənin siyasəti müəyyənləşdirilir.  

 

Matrisanın dioqonalından yuxarı hissədə yerləşən kvadratlarda

 bazarın cəlb-

ediciliyi  və  müəssisənin  mövqeyi  yüksək  olan  fəaliyyət  növləri  yerləşdirilir.  Bu 

fəaliyyət  növləri  müəssisənin  inkişaf  perspektivi  baxımından  səmərəli  hesab 

olunurlar  və  onların  genişləndirilməsi  üzrə  əlavə  investisiya  qoyuluşu  siyasəti 

həyata keçirilir. 



Matrisanın  dioqonalı  üzrə  yerləşən  kvadratlara

  isə  bazar  cəlbediciliyi  və 

müəssisənin mövqeyi orta səviyyədə olan fəaliyyət növləri aid edilir. Bu fəaliyyət 

növləri üzrə qısamüddətli mənfəət əldə etmək məqsədilə seçmə investisiya siyasəti 

həyata keçirilir. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə