Azərbaycan respublikasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3856
1   2   3   4   5   6   7   8   9   ...   24

 

13

- nəzrət mərhələsində - marketinq strategiyasının realizasiyasının nəticələrinin 



qiymətləndirilməsi; 

-  tənzimləmə  mərhələsində  -  zəruri  korrektələrın  (təshih  etmələrin)  həyata 

keçirilməsi. 

Lakin  marketinqin  strateji  xarakteri  uzunmüddətli  dövrdə  idarəetmənin 

xüsusiyyətlərindən  daha  çox  marketinqin  müəssisədən  kənar  mühit  amillərinin 

təsirinin nəzərə alınması ilə əlaqədardır və strateji marketinqin planlaşlaşdırılması 

funksiyasında əks olunur. 

Strateji  marketinq  planlaşdırılması

  müəssisənin  məqsədi,  imkanları  və 

resursları arasında, həmçinin onlarla bazar imkanları arasında uzunmüddətli stabil 

tarazlıq yaradılması və bu tarazlığın saxlanması üzrə idarəetmə prosesidir. Strateji 

marketinq planlaşdırılması müəssisənin missiyasının hazırlanmasını və məqsədinin 

müəyyən edilməsini, hədəf bazarlarının seçilməsini, hər bir bazar üçün marketinq 

kompleksinin  elementləri  üzrə  strategiyanın  hazırlanmasını  və  realizasiyasını, 

nəzarət  və  tənzimləməni,  həmçinin  marketinqin  texniki,  iqtisadi,  maliyyə, 

informasiya, kadr və hüquqi təninatının hazırlanması məsələlərini əhatə edir. 

Strateji  marketinq  planı

  isə  müəssisənin  marketinq  imkanlarını,  məqsəd 

bazarlarını  və  onun  xüsusiyyətlərini,  bu  bazarlara  yönəldilmiş  marketinq  stra-

tegiyasının və marketinq fəaliyyətinin qiymətləndirilməsi və nəzarət kriteriyalarını 

özündə əks etdirən rəsmi sənəddir. Strateji marketinq planıda: 

a)  müəssisənin  məhdud  resurslarının  istehsal  bölmələri  -  strateji  biznes 

vahidləri arasında bölüşdürülməsi üçün əsaslar formalaşdırılır; 

b)  müəssisənin  hər  bir  funksional  bölməsinin  məqsəd  və  strategiyasını 

müəyyənləşdirilir (bu məqsəd və strategiya müəssisənin məqsəd və strategiyasına 

uyğun olmalıdır); 

c) mənfəət, xərclər, bazar payı, satışın həcmi və onun artım tempi, səhmlərin 

bazar  dəyəri  və  divident  kimi  göstəricilər  üzrə  plan  tapşırıqları  və  normalar 

müəyyən edilir. 

Strateji  marketinqin  əsasını  ətraf  mühitin  inkişafının  əsas  meyllərini  və 

cəmiyyətin prioritetlərində  baş verən dəyişikləri  öncədən görmə  qabiliyyəti  təşkil 



 

14

edir. Bunun üçün müxtəlif hadisə və kateqoriyaların uzlaşdırılması və ilk baxışda 



məqsədəuyğun  hesab  edilməyən  ideyalarının  müdafiə  edilməsi  zəruridir.  Obrazlı 

ifadə  etsək  “tüstünü  yanğın  başa  verənə  kimi  hiss  etmək”  və  gələcəkdə  xüsusi 

əhəmiyyət kəsb edə biləcək meyllərə diqqətlə yanaşmaq lazımdır. 

Strateji  marketinqin  digər  funksiyaları  –  təşkil  etmə,  nəzarət  və  tənzimləmə 

funksiyları  onlar  əməliyyat  marketinqi  çərçivəsində  həyata  keçirildiyi  qaydaya 

uyğun yerinə yetirilir. Strateji marketinqin təşkil etmə funksiyası strateji planların  

həyata  keçirilməsini  təmin  edir.  Onun  nəzarət  funksiyası  əldə  edilmiş  nəticələrin 

qiymətləndirilməsini  və  zəruri  hallarda  plan  tapşırıqlarını  düzəlişlərin  edilməsini 

əhatə edir. Tənzimləmə funksiyası yerinə yetirilməli olan vəzifələrin, həll edilməli 

olan  nəsələlərin  və  onları  yerinə  yetirən,  həll  edən  insanların  fəaliyyətinin 

əlaqələndirilməsini  nəzərdə  tutur.  Burada  əməliyyat  marketinqindən  fərqli  olaraq 

strateji  marketinqin  əsas  məqsədi  hazırlanmış  strategiyanın  realizasiyası  və  ətraf 

mühitdə və korporativ strategiyada baş verən dəyişiklikləri nəzərə almaqla həmin 

strategiyaya düzəlişlərin edilməsidir. Bu funksaiyaların realizasiyasında əməliyyat 

marketinqin həyata keçirilməsində tətbiq edilən metodlardan istifadə edilir. 

Strateji  marketinq  məqsədinə  nail  olmaq  və  vəzifələrini  həll  etmək  üçün 

aşağıdakı funksiyaları yerinə yetirir: 

1.  Müəssisənin  bazar  strategiyasının  formalaşdırılması.  Bu  funksiya 

çərçivəsində aşağıdakı işlər yerinə yetirilir: 

- istehlakçıların tələbat və tələbinin təhlili və proqnozlaşdırılması;  

- bazarın konyunkturunun təhlili və proqnozlaşdırılması; 

- rəqabət üstünlüyünün təhlili və proqnozlaşdırılması; 

- müəssisənin ətraf mühitlə əlaqəsinin təhlili; 

-  rəqib  məhsulların  keyfiyyətinin  və  resurs  tutumluğunun  təhlili  və 

proqnozlaşdırılması; 

-  müəssisənin  və  onun  rəqiblərin  istehsalının  təşkilati-texniki  səviyyəsinin 

təhlili və proqnozlaşdırılması; 

- hər bir bazar seqmentin tutmunun proqnozlaşdırılması; 




 

15

-  konkret  bazarda  müəssisənin  gələcəkdə  istehsalını  plnlaşdırdığ  məhsulun 



rəqabət qabiliyyətinin proqnozlaşdırılması; 

- hədəf seqmentinin seçilməsi. 

2. Marketinq konsepsiyasının realizasiyası. Bu funksiyaya aşağıdakılar aiddir: 

- müəssisənin menecment sisteminin strukturunun və məzmunun uyğunlaşdı-

rılması; 

-  müəssisənin  təşkilati  və  istehsal  strukturunun  layihələşdirilməsində  iştirak 

edilməsi; 

- əsasnamənin və vəzifə təlimatlarının hazırlanmasında iştirak edilməsi; 

- müəyyən dövr ərzində müəssisənin marketinq konsepsiyasının realizasiyası 

üzrə  tədbirlər  planın  hazırlanması,  razılaşdırılması  və  rəhbərlik  tərəfindən  təsdiq 

edilməsi; 

-  istehsal  və pealizasiya  edilən  məhsulların  qiymətinin  müəyyən  edilməsi və 

razılaşdırılması. 

3.  Strateji  reklam  və  satışın  həvəsləndirilməsi.  Bura  aşağıdakı  işlərin  yerinə 

yetirilməsi daxildir: 

- reklam fəaliyyətinin məqsədinin müəyyən edilməsi; 

- reklam fəaliyyətinin təşkili metodlarının, qaydalarının və yayımı vasitələri-

nin müəyyən edilməsi; 

- satışın həvəsləndirilməsi və mənfəətin artırılması strategiyasının formalaşdı-

rılması; 

4.  Marketinq  tədqiqatlarının  aparılması.  Bu  funksiya  çərçivəsində  yerinə 

yetirilən işlərə aşağıdakılar aiddir: 

- müəssisənin marketinq bölməsinin strukturunun hazırlanması; 

-  marketinq  tədqiqatlarının  informasiya  təminatının  və  normativ  bazasının 

yaradılması; 

- marketinq tədqiqatlarının kadr təminatııın formalaşdırılması; 

- marketinq tədqiqatlarının texniki vasitələrlə təmin edilməsi. 

Qeyd edilən bu funksiyaların yerinə yrtirilməsi üçün strateji marketinq bir sıra 

prinsiplərə əsaslanır. Bu prinsiplərə aşağıdakılar aiddir: 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə