Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti



Yüklə 1,57 Mb.
səhifə1/2
tarix09.04.2023
ölçüsü1,57 Mb.
#104805
  1   2
mmtechlab2


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
Fakültə: İnformasiya Texnologiyaları və Telekommunikasiya
Kafedra:Kompüter texnologiyları
Fənnin adı: Multimedia texnologiyaları
Laboratoriya -2
Mövzu:Qrafik redaktorlardan istifadə etməklə rastr və vektor qrafikasının müqayisəsi.Adobe Photoshop redaktoru
Kurs: 3
Qrup: 680a3
Tələbə: Ləman Hacıyeva
Müəllim: Kəmalə Əliyeva
Kompüter qrafikası nədir?
Verilənlərin kompüterin monitorunda qrafik şəkildə təsvir olunması XX əsrin 50-ci illərinə təsadüf edir. Belə təsvirlərdən əsasən elmi və hərbi tədqiqatların aparılmasında istifadə edilirdi. O dövrdən başlayaraq verilənlərin qrafik şəkildə monitorda təsvir edilməsi fərdi kompüterlərin ayrılmaz hissəsinə çevrilmişdir. Proqram-aparat hesablama kompleksi vasitəsilə qrafiki təsvirin yaradılması və emalı metodlarını və vasitələrini öyrənən xüsusi informatika sahəsi kompüter qrafikası adlanır. Kompüter qrafikasından istifadə etməklə çertjoj – qrafiki işlərin tərtibi mühəndis işlərində yayılmış istiqamətlərindəndir. Hazırda müasir multimedia proqramları fərdi kompüter qrafikası olmadan fəaliyyət göstərmir. Qrafik proqram vasitələrinin geniş istifadəsi zərurəti İnternetin inkişafı ilə əlaqədar olaraq xüsusilə hiss olunmağa başlamışdır. Bu işdə aparıcı rol ayrı-ayrılıqda yaradılmış milyonlarla Web səhifələrini vahid "ümumdünya hörümçək toru"nda birləşdirən sistemin xidmətinə məxsusdur. Cazibədar Web səhifələri yaratmağa qoyulmuş tələbat bu işlərlə məşğul olan dizaynerlərin imkanları daxilindəkindən dəfələrlə çoxdur. Bununla əlaqədar olaraq müasir kompüter qrafikası vasitələri elə yaradılır ki, onun imkanlarından rəssam və dizaynerlərlə yanaşı həvəskar olan, amma kifayət qədər təcrübəsi olmayanlar şəxslərdə bu sahədə məhsuldar işləyə bilsinlər.
Kompüter qrafikası ilə işləmək üçün çoxlu sayda proqram təminatının olmasına baxmayaraq burada əsasən üç növüdən istifadə olunur:
  • Rastr
  • Vektor
  • Fraktal

Fractal
Rastr qrafikası
Rastr qrafikadan əsasən elektron (multimedia) və poliqrafik nəşrlərin hazırlanması zamanı istifadə edilir. Rastr qrafikasının vasitələri ilə hazırlanan illüstrasiyalar mürəkkəb olduğu üçün onları nadir hallarda fərdi kompüter proqramlarından istifadə etməklə əllə hazırlayırlar. Bu məqsədlə əsasən rəssam tərəfindən kağız üzərində hazırlanmış illüstrasiyalar və ya fotoşəkillər toplusundan istifadə edilir. Çox zaman hazırlanmış fotoşəkillər skaner vasitəsilə skanerləşdirilir. Son zamanlar rastr qrafikalarından daha səmərəli istifadə edilməsi üçün fərdi kompüterlərə rəqəmli foto və videokameraların imkanlarından geniş istifadə olunur. Rastr təsvirinin əsas elementi nöqtədir. Ekran təsvirində nöqtə piksel adlanır.
Rastr – təsvir elementlərinin (piksel) düzbucaqlı matrisi şəklində təsvirlərin rəqəmsal şəkildə göstərilmə formasıdır.
Rast təsvir- kompüterın monitorunda, kağız üzərində və digər əksetdirici qurğu və material üzərində verilən təsvirin nöqtə və ya piksel toru (şəbəkəsi) şəklində təsvir olunması deməkdir.
Rastrlı təqdimat (bitmap)- dedikdə, qrafik təsvirin piksellər massivinin köməyi ilə təsvir olunması başa düşülür.
Piksel (pixel)- rastr qarafikasının minimal elementidir. Piksel sözü ingilis sözü olub, iki sözün-picture element sözlərinin qısa formasıdır
Nöqtə və ya rastr, qrafika kompüterlərin yaranmasından əvvəl istifadə edilmişdir. Rastr qrafikasının hər elementi rəngli nöqtə (piksel) olan düzbucaqlı bir matris şəklindədir. Düzbucaqlı matris şəbəkəsi (xəritəsi) bitmap adlanır. Hər piksel, qonşu piksellərdən asılı deyil, yəni öz xüsusiyyətlərinə : parlaqlıq, rəng tonu və s. Rastr xəritəsi 3 nöqtə yığımına malikdir: pikselin müstəvi üzərində iki koordinatı və rəngi
Təsvirlərin əsas xarakteristikaları aşağıdakılardan ibarətdir:
  • Piksellərin sayı. Bu əsasən 1 dyümə düşən nöqtələrin sayı ilə müəyyən olunur. Həmin nöqtələrin sayı çox olduqca təsvirin təsvirin görüntüsü, rəng keçidləri və onların çalarları daha dəqiq olur;
  • İstifadə olunan rənglər və onların dərinliyi;
  • Rəng modelləri.

  • Mürəkkəbliyindən asılı olmayaraq, bütün rast təsvirlər piksellər məcmuusundan ibarətdir.


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə