Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair



Yüklə 140,52 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü140,52 Kb.
#8612


“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair  

Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün  

Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 

 

Azərbaycan Respublikası Prezidentinin 



Sərəncamı 

 

 



  Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci 

bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin 

inkişafına  dair    2014  –2020-ci  illər  üçün  Milli  Strategiya”nın  təsdiq  edilməsi 

haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 

nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara 

alıram: 

 

  1. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 



Milli  Strategiyanın  həyata  keçirilməsi  üzrə  2016–2020-ci  illər  üçün  Dövlət 

Proqramı” təsdiq edilsin (əlavə olunur). 

 

  2.  Bu  Sərəncamın  1-ci  hissəsi  ilə  təsdiq  edilmiş  Dövlət  Proqramında 



nəzərdə 

tutulmuş  tədbirlərin  icrasının  əlaqələndirilməsi  Azərbaycan 

Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilsin. 

 

  3.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Sərəncamdan  irəli 



gələn digər məsələləri həll etsin. 

 

İlham Əliyev 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 20 sentyabr 2016-cı il. 

                 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Azərbaycan Respublikası 

Prezidentinin 

2016-cı il 20 sentyabr tarixli 

Sərəncamı ilə 

təsdiq edilmişdir 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair  

Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün  

Dövlət Proqramı  

 

1. GİRİŞ 

 

  Azərbaycan  Respublikasında  həyata  keçirilən  ardıcıl  və  məqsədyönlü 



siyasət  nəticəsində  ölkəmizin  sosial-iqtisadi  inkişafında  mühüm  irəliləyiş  əldə 

edilmişdir. 

Aparıcı 

beynəlxalq 

qurumların 

hesablamalarına 

əsasən, 

respublikamızın  iqtisadiyyatı  hazırda  rəqabət  qabiliyyətinə  görə  dünya  ölkələri 

arasında 40-cı yerədək yüksəlmişdir. 

  Azərbaycan  Respublikası  Prezidentinin  2012-ci  il  29  dekabr  tarixli  800 

nömrəli Fərmanı  ilə təsdiq  edilmiş  “Azərbaycan 2020: gələcəyə  baxış” İnkişaf 

Konsepsiyası”  ölkədə  uzunmüddətli,  uğurlu  və  dayanıqlı  inkişafın  təmin 

olunması  üçün  biliklərə  əsaslanan  rəqabətədavamlı  iqtisadiyyatın  qurulmasının 

zəruriliyini müəyyən etmişdir. Bu məqsədə nail olmaq üçün qarşıda duran əsas 

vəzifələrdən  biri  müasir  dəyərlərə  və  prinsiplərə  əsaslanan  informasiya 

cəmiyyətinin inkişaf etdirilməsidir.  

  Azərbaycanda  informasiya  cəmiyyətinin  formalaşmasına  dövlət  qayğısı, 

informasiya-kommunikasiya  texnologiyalarının  (bundan  sonra  -  İKT)  sürətli 

inkişafı,  onun  xalqımızın  rifahına  xidmət  edən  aparıcı  amilə  çevrilməsi 

ölkəmizin  gələcək  perspektivlərinə  hesablanmış  siyasətin  tərkib  hissəsidir. 

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli 

Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  inkişafı  naminə 

informasiya  və  kommunikasiya  texnologiyaları  üzrə  Milli  Strategiya  (2003-

2012)”nın  və  onun  icrası  ilə  bağlı  qəbul  edilmiş  dövlət  proqramlarının  həyata 

keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, 

biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi 

nəzərəçarpacaq  dərəcədə  artmışdır.  Ölkədə  ən  son  texnoloji  yeniliklər  tətbiq 

edilmiş,  internetə  simli,  simsiz,  mobil  texnologiyalarla  çıxış  imkanları 

yaradılmışdır.  Bunun  sayəsində  əhalinin  75  faizi  internet,  onların  65  faizi  isə 

genişzolaqlı  internet  istifadəçisinə  çevrilmişdir.  Evlərdə,  iş  yerlərində  istifadə 

edilən  kompüterlərin  sayı  artmışdır.  Mobil  sektor  sürətlə  inkişaf  etmiş,  3G  və 



4G  xidmətləri  tətbiq  olunmuşdur.  İlk  telekommunikasiya  peyki  “Azerspace-1” 

və  yer  səthinin  müşahidə  peyki  “Azersky”  orbitə  çıxarılmış  və  bununla  da 

Azərbaycan kosmik ölkələr sırasına qoşulmuşdur. İKT üzrə yüksəkixtisaslı kadr 

hazırlığı  genişləndirilmiş,  “elektron  hökumət”  üzrə  genişmiqyaslı  layihələr 

həyata  keçirilmiş  və  cəmiyyət  üçün  vacib  olan  elektron  xidmətlər  təşkil 

edilmişdir. 

  Azərbaycanda  informasiya  cəmiyyətinin  formalaşdırılması  sahəsində 

görülən  işlər  beynəlxalq  təşkilatlar  tərəfindən  yüksək  qiymətləndirilmişdir. 

Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin 

ölçülməsi”  hesabatlarında  inkişaf  dinamikasına  görə  ilk  onluğa  daxil  olan 

dövlətlər  sırasındadır.  Dünya  İqtisadi  Forumunun  “Qlobal  informasiya 

texnologiyaları-2016”  hesabatında  Azərbaycan  Respublikası  “Şəbəkə  hazırlığı 

indeksi” göstəricisinə görə 139 ölkə arasında 53-cü yerə layiq görülmüşdür.  

  Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam 

etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət 

idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın 

İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da 

genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 

2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında 

informasiya cəmiyyətinin inkişafına dair  2014–2020-ci illər üçün Milli 

Strategiya” (bundan sonra - Milli Strategiya) təsdiq edilmişdir.  

Milli  Strategiyanın  icrasını  təmin  etmək  məqsədilə  “Azərbaycan 

Respublikasında  informasiya  cəmiyyətinin  inkişafına  dair  Milli  Strategiyanın 

həyata  keçirilməsi  üzrə  2016–2020-ci  illər  üçün  Dövlət  Proqramı”  (bundan 

sonra  -  Dövlət  Proqramı)    hazırlanmışdır.  Dövlət  Proqramında  Milli  Strategiya 

ilə  müəyyən  edilmiş  8  istiqamətdən  7-si  üzrə  konkret  tədbirlər  nəzərdə 

tutulmuşdur.  Milli  Strategiyanın  “elektron  hökumət”in  inkişafı”  istiqamətinin 

yerinə  yetirilməsi  üzrə  tədbirlər  digər  dövlət  proqramı  çərçivəsində  həyata 

keçiriləcəkdir.  

  Dövlət  Proqramının  hazırlanmasında  beynəlxalq  təcrübə,  texnoloji 

yeniliklər  və  inkişaf  meyilləri  nəzərə  alınmış,  vətəndaş,  cəmiyyət,  dövlət 

prioritetləri  və  onların  informasiya  cəmiyyətinin  imkanlarından  səmərəli 

istifadəsi  əsas götürülmüşdür. Dövlət  Proqramı  ilə  müəyyən  edilmiş  tədbirlərin 

həyata  keçirilməsinə  özəl  sektorun  və  qeyri-hökumət  təşkilatlarının  fəal  cəlb 

olunması,  vətəndaş  və  ictimai  təşəbbüslərin  irəli  sürülməsi  və  onların 

reallaşdırılmasında birgə fəaliyyətə şərait yaradılması planlaşdırılır. 

 

2. Dövlət Proqramının məqsəd və vəzifələri 

 

2.1.



 

Dövlət  Proqramının  məqsədi  Milli  Strategiyada  informasiya 

cəmiyyətinin  inkişaf  etdirilməsi  üzrə  qarşıya  qoyulan  əsas  məqsəd  və 

vəzifələrin, fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin təmin edilməsidir.  

2.2.

 

Dövlət  Proqramının  məqsədinə  nail  olunması  üçün  aşağıdakı 



vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:  


2.2.1.

 

İKT  infrastrukturunun  cari  və  gələcək  tələbatı  nəzərə  alınmaqla 



inkişaf  etdirilməsi,  onun  əsasında  keyfiyyətli  xidmətlər  göstərilməsi  və  onlara 

çıxış imkanlarının təmin olunması; 

2.2.2.

 

ölkənin  tranzit  informasiya  dəhlizi  imkanlarının  genişləndirilməsi, 



beynəlxalq  internet  magistrallarına  alternativ  və  yüksəksürətli  birləşmələrin 

təmin edilməsi; 

2.2.3.

 

rəqabətqabiliyyətli və ixracyönlü yüksək texnologiyalar sektorunun 



inkişaf  etdirilməsi,  elmtutumlu  və  yüksək  texnoloji  məhsulların  istehsalı  və 

onların dünya bazarına çıxışına şərait yaradılması, yerli və xarici investisiyaların 

stimullaşdırılması,  qabaqcıl  təcrübənin  və  yeni  texnologiyaların  idxalı  və 

texnoloji transferin təmin olunması; 

2.2.4.

 

yüksək 



texnologiyalar 

sahəsində 

elmi-texniki 

potensialın 

gücləndirilməsi,  nüvə,  nano  və  kosmik  texnologiyaların,  biotexnologiyaların 

inkişafı  üzrə  elmi  tədqiqatların  genişləndirilməsi,  informasiya  cəmiyyətinin 

tələblərinə uyğun yeni bilik və texnologiyaların yaradılması və yayılması; 

2.2.5.


 

informasiya  cəmiyyəti  şəraitində  normativ  hüquqi  tənzimləmə 

sisteminin  təkmilləşdirilməsi,  vətəndaşların  informasiya  əldə  etmək  hüququnun 

səmərəli təmin edilməsi və qorunması; 

2.2.6.

 

yüksək  texnologiyalar  sahəsinin  tələblərinə  cavab  verən  elmi  və 



ixtisaslı  kadrların  hazırlanması,  alim  və  mütəxəssislərin  elmi  fəaliyyətinin, 

gənclərin yeni təşəbbüslərinin və “start-up” layihələrinin dəstəklənməsi; 

2.2.7.

 

ölkədə 



işçi 

qüvvəsinin 

keyfiyyətinin 

yaxşılaşdırılması, 

rəqabətədavamlı  kadr  potensialının  formalaşdırılması  məqsədi  ilə  peşə  təhsili 

sistemində  multimedia  texnologiyalarının,  distant  təhsil  və  digər  müasir  tədris 

formalarının tətbiqinin genişləndirilməsi;  

2.2.8.


 

cəmiyyətin  bütün  təbəqələrinin  İKT-dən  istifadə  imkanlarının 

genişləndirilməsi, bilik və bacarıqlarının yüksəldilməsi və yeni texnologiyalara 

inamın artırılması; 

2.2.9.

 

informasiya  təhlükəsizliyinin  təmin  edilməsi,  bu  sahədə  ümumi 



hazırlığın və maarifləndirmənin yüksəldilməsi;  

2.2.10.


 

milli  kontentin  zənginləşdirilməsi,  müasir  texnologiyaların  tətbiqi 

ilə  ölkənin  milli-mədəni  irsinin  qorunub  saxlanılması  və  əhalinin  ondan 

istifadəsinin genişləndirilməsi; 

2.2.11.

 

informasiya cəmiyyəti quruculuğunda dövlət-sahibkar–vətəndaş 



tərəfdaşlığının gücləndirilməsi, həmçinin beynəlxalq əməkdaşlığın ikitərəfli və 

çoxtərəfli müstəvidə genişləndirilməsi. 

 

3. Dövlət Proqramının həyata keçirilməsinin maliyyə təminatı  

 

3.0. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı 



mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur: 

3.0.1. müəssisə və təşkilatların vəsaitləri; 

3.0.2. kreditlər və qrantlar; 

3.0.3. qanunvericiliyə zidd olmayan digər mənbələr. 



 


4. Gözlənilən nəticələr 

 

4.0.  Dövlət  Proqramında  nəzərdə  tutulmuş  tədbirlərin  həyata 

keçirilməsindən aşağıdakı nəticələr gözlənilir: 

4.0.1.  ölkədə  İKT,  o  cümlədən  genişzolaqlı  şəbəkə  infrastrukturu  inkişaf 

etdiriləcək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan 

tələbatı təmin olunacaq; 

4.0.2. sosial-iqtisadi sahələrdə və bütövlükdə cəmiyyətdə İKT-dən istifadə 

genişləndiriləcək,  vətəndaşların,  xüsusilə  aztəminatlı  və  sosial  cəhətdən 

həssas  əhali  qruplarının  informasiya  cəmiyyətinin  imkanlarından 

bəhrələnməsinə əlverişli şərait yaradılacaq; 

4.0.3.  əhalinin  müxtəlif  qrupları,  şəhər  və  kənd  yaşayış  məntəqələri 

arasında “rəqəmli fərqlilik” azaldılacaq; 

4.0.4

 

informasiya  cəmiyyəti  şəraitində  vətəndaşların  informasiya  əldə 



etmək hüquqlarının təmin olunmasına hərtərəfli şərait yaradılacaq; 

4.0.5


 

ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq, tranzit 

informasiya xidmətləri genişləndiriləcək; 

4.0.6.


 

ümumi  daxili  məhsulda  İKT-nin,  poçt  və  informasiya  sektorunun 

payı artırılacaq; 

4.0.7.


 

İKT  sahəsinin  sürətli  inkişafında  xarici  və  yerli  investisiyaların,  o 

cümlədən vençur maliyyələşmənin payı artırılacaq; 

4.0.8.


 

yüksək  texnologiyalar  sektoru  ilə  elmi  tədqiqatlar  arasında  əlaqə 

möhkəmləndiriləcək,  kosmik,  nano  və  nüvə  texnologiyaları, 

biotexnologiya, elektronika və yeni informasiya texnologiyaları üzrə 

elmi tədqiqatlar və onların nəticələrinin tətbiqi genişləndiriləcək; 

4.0.9.


 

yüksək 


texnologiyalar, 

cümlədən 



İKT 

sektorunda 

rəqabətqabiliyyətli,  ixracyönlü  və  innovativ  iqtisadi  potensial 

gücləndiriləcək,  elmtutumlu  və  yüksək  texnoloji  məhsulların 

yaradılması və dünya bazarına çıxış imkanları genişləndiriləcək; 

4.0.10.


 

yüksək  texnologiyalar  sahəsinin  ixtisaslı  mütəxəssislərə  və  elmi 

kadrlara olan ehtiyacının ödənilməsinə şərait yaradılacaq; 

4.0.11.


 

təhsilin  bütün  pillələrində  İKT-nin  tətbiqi  və  ondan  istifadə 

genişləndiriləcək; 

4.0.12.


 

vətəndaşların elektron sağlamlıq kartı ilə təmin olunması səviyyəsi 

artırılacaq;  

4.0.13.


 

distant  təhsil,  elektron  elm,  elektron  ticarət,  telesəhiyyə  və  digər 

müasir fəaliyyət formalarının tətbiqi genişləndiriləcək; 

4.0.14.


 

ölkənin  informasiya  məkanının  təhlükəsizliyi  qorunacaq,  əhalinin, 

özəl  və  digər  qurumların  kibertəhlükəsizlik  sahəsində  hazırlıq  və 

məlumatlılıq səviyyəsi artırılacaq; 

4.0.15.

 

milli-mədəni  irsin  qorunması  üzrə  elektron  resursların  sayı 



artırılacaq  və  Azərbaycan  dilində  internet  resursları  inkişaf 

etdiriləcək; 

4.0.16.

 

ölkəmizdə  informasiya  cəmiyyətinin  inkişafı  üzrə  əldə  olunan 



nailiyyətlərin beynəlxalq aləmdə təbliği gücləndiriləcək. 


             5. Dövlət Proqramının həyata keçirilməsi üzrə 

 

TƏDBİRLƏR PLANI 

 

Sıra  

№-

si 

Tədbirin adı 

İcraçı təşkilatlar 

İcra 

müddəti  

(illər 

üzrə) 

 

 



5.1.

 

İKT infrastrukturu və xidmətləri 

 

5.1.1.


 

 Telekommunikasiya və informasiya 

infrastrukturunun əhalinin artan 

tələbatına uyğun yeni texnologiyalar 

əsasında inkişaf etdirilməsi  

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi 

2016-


2020 

5.1.2.


 

 Ölkə ərazisini əhatə edən 

yüksəksürətli optik şəbəkəyə 

əsaslanan genişzolaqlı internet 

infrastrukturunun qurulması və onun 

normativ hüquqi əsaslarının 

yaradılmasına dair tədbirlərin 

görülməsi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi 

2016-

2020 


5.1.3.

 

 Müxtəlif müasir texnologiyaların 



tətbiqi ilə son mil probleminin həllinə 

dair tədbirlərin davam etdirilməsi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi 

2016-

2020 


5.1.4.

 

 “Trans-Avrasiya Super İnformasiya 



Magistralı” (TASİM) layihəsinin 

reallaşdırılmasına dair zəruri 

tədbirlərin davam etdirilməsi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi

Xarici İşlər Nazirliyi  

2016-

2020 


5.1.5.

 

 Beynəlxalq internet magistrallarına 



alternativ və yüksəksürətli 

birləşmələrin təmin edilməsi və 

internet tutumlarının həcminin 

artırılması üzrə tədbirlərin görülməsi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi 

2017-

2020 


5.1.6.

 

 Data mərkəz xidmətlərinin inkişaf 



etdirilməsi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi, 

Azərbaycan 

Respublikasının Prezidenti 

yanında Vətəndaşlara 

Xidmət və Sosial 

2016-


2017 


İnnovasiyalar üzrə Dövlət 

Agentliyi 

5.1.7.

 

 Rəqəmli televiziya yayımına keçidin 



başa çatdırılması və analoq yayımın 

dayandırılması 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi,  

Milli Televiziya və Radio 

Şurası 


2016 

5.1.8.


 

 Respublikanın efir məkanının 

təhlükəsizliyinin təmin edilməsi 

məqsədi ilə yeni texnologiyaların 

tətbiqi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi 

2016-


2020 

5.1.9.


 

 Peyk infrastrukturunun və 

xidmətlərinin inkişaf etdirilməsi, bu 

xidmətlərə keyfiyyətli çıxışın təmin 

edilməsi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi 

2016-


2020 

5.1.10.


 

 İKT sahəsində xidmətlər bazarının 

monitorinqinin aparılması, sağlam 

rəqabət mühitinin inkişaf 

etdirilməsinə dair təkliflər 

hazırlanması və həyata keçirilməsi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi, 

İqtisadiyyat Nazirliyi 

2016-


2019 

5.1.11.


 

 Genişzolaqlı internet xidmətlərinin 

universal xidmətlər siyahısına daxil 

edilməsi ilə bağlı müvafiq təkliflərin 

hazırlanması və həyata keçirilməsi 

üçün tədbirlərin görülməsi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi  

2017-

2018 


 

5.2.

 

Yüksək texnologiyalar sektorunun inkişafı 

 

5.2.1.


 

 Yüksəkixtisaslı beynəlxalq 

ekspertlərin cəlb olunması ilə 

yüksək texnologiyalar sahəsində 

innovativ və elmi-texniki 

fəaliyyətin normativ hüquqi 

bazasının təkmilləşdirilməsi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi, 

İqtisadiyyat Nazirliyi, 

Azərbaycan Milli Elmlər 

Akademiyası 

2016-

2020 


5.2.2.

 

 Yüksək texnologiyalar sahəsində 



patent alınması və elmi tədqiqatların 

nəticələrinin 

kommersiyalaşdırılması 

mexanizmlərinin 

təkmilləşdirilməsinə dair təkliflərin 

hazırlanması və həyata keçirilməsi 

üçün tədbirlərin görülməsi  

Standartlaşdırma, Metrologiya 

və Patent üzrə Dövlət 

Komitəsi, Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi, 

Müəllif Hüquqları Agentliyi, 

Azərbaycan Milli Elmlər 

Akademiyası 

2016-

2019 



5.2.3.

 

 Qlobal rəqəmli şəbəkədə əqli 

mülkiyyət hüquqları ilə qorunan 

obyektlərdən istifadə edilməsinə 

“one-stop-shop” formatında və 

onlayn qaydada icazə verilməsinə 

əsaslanan rəqəmli hüquqları 

idarəetmə sisteminin yaradılması 

Müəllif Hüquqları Agentliyi 

2016-


2017 

5.2.4.


 

 Elmtutumlu və yüksək texnoloji 

məhsulların yeni milli təsnifatının 

hazırlanması və tətbiqi üçün 

tədbirlərin görülməsi  

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi, 

İqtisadiyyat Nazirliyi, Dövlət 

Statistika Komitəsi, 

Azərbaycan Milli Elmlər 

Akademiyası  

2016-


2017 

5.2.5.


 

 İKT sahəsində innovativ 

sahibkarlığın inkişaf etdirilməsi, 

elmtutumlu və yüksək texnoloji 

məhsulların yaradılması və tətbiqi 

layihələrinə dəstək göstərilməsi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi, 

Energetika Nazirliyi, 

Azərbaycan Milli Elmlər 

Akademiyası 

2016-


2020 

5.2.6.


 

 Yüksək texnologiyalar sahəsində 

fəaliyyət göstərən şirkətlərin məhsul 

və xidmətlərinin tanıdılması 

məqsədi ilə həmin şirkətlərin 

Azərbaycan Respublikasında və 

xaricdə təşkil olunan biznes forum 

və sərgilərə cəlb olunması  

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi, 

İqtisadiyyat Nazirliyi, Xarici 

İşlər Nazirliyi  

2016-

2020 


5.2.7.

 

 Yüksək texnologiyalar sahəsində 



fəaliyyət göstərən şirkətlərin ixrac 

fəaliyyətinin dəstəklənməsi üçün bu 

sahədə bilik və bacarıqların 

artırılması üzrə təlim kurslarının 

təşkil edilməsi 

İqtisadiyyat Nazirliyi, Rabitə 

və Yüksək Texnologiyalar 

Nazirliyi, Xarici İşlər 

Nazirliyi 

2016-


2020 

5.2.8.


 

 Yüksək texnologiya məhsulları 

bazarının inkişaf etdirilməsinə dair 

təkliflərin hazırlanması və həyata 

keçirilməsi üçün tədbirlər görülməsi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi, 

İqtisadiyyat Nazirliyi, Təhsil 

Nazirliyi, Müəllif Hüquqları 

Agentliyi 

2016-

2020 


5.2.9.

 

 İnternet şəbəkəsi vasitəsilə həyata 



keçirilən biznes münasibətləri üzrə 

qanunvericiliyin təkmilləşdirilməsi 

və internet biznes fəaliyyətinin 

təşviqinə dair tədbirlərin görülməsi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi, 

İqtisadiyyat Nazirliyi 

2016-


2020 


5.2.10.

 

 Yüksək texnologiyalar sahəsində 



innovativ təşəbbüslərə (“start-

up”lara) dəstək verilməsi, 

müsabiqələrin, təbliğat tədbirlərinin, 

seminar və təlimlərin keçirilməsi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi 

2016-

2020 


 

5.3.

 

Yüksək texnologiyalar üzrə elmi-texniki potensialın gücləndirilməsi 

 

5.3.1.


 

 Yüksək texnologiyalara dair elmi 

tədqiqat işlərinin reyestrinin 

yaradılması 

Azərbaycan Milli Elmlər 

Akademiyası, Rabitə və 

Yüksək Texnologiyalar 

Nazirliyi, Təhsil Nazirliyi, 

Azərbaycan Respublikasının 

Prezidenti yanında Ali 

Attestasiya Komissiyası, 

Azərbaycan Respublikasının 

Prezidenti yanında Elmin 

İnkişafı Fondu 

2016-

2017 


5.3.2.

 

 Yüksək texnologiyalar sahəsində 



dövlət, elm, təhsil, biznes və 

vətəndaş cəmiyyəti əlaqələrinin 

gücləndirilməsi üçün forumlar, 

konfranslar, dəyirmi masalar və 

digər tədbirlər keçirilməsi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi, 

Azərbaycan Milli Elmlər 

Akademiyası, Təhsil Nazirliyi, 

İqtisadiyyat Nazirliyi, 

Energetika Nazirliyi, 

Azərbaycan Respublikasının 

Prezidenti yanında Elmin 

İnkişafı Fondu 

2016-

2020 


5.3.3.

 

 Xaricdə yüksək texnologiyalar 



sahəsində çalışan azərbaycanlı alim 

və mütəxəssislərlə əməkdaşlığın 

genişləndirilməsi, birgə tədqiqat və 

proqramların həyata keçirilməsi 

üçün tədbirlərin görülməsi 

Azərbaycan Milli Elmlər 

Akademiyası, Rabitə və 

Yüksək Texnologiyalar 

Nazirliyi, Təhsil Nazirliyi, 

Xarici İşlər Nazirliyi, 

Diasporla İş üzrə Dövlət 

Komitəsi, Azərbaycan 

Respublikasının Prezidenti 

yanında Elmin İnkişafı Fondu 

2016-

2020 


 

5.4.

 

İKT - cəmiyyətin inkişaf amili kimi 

 

5.4.1.

 

E-təhsil 

5.4.1.1.


 

 

Genişzolaqlı internetə qoşulan təhsil  Təhsil Nazirliyi, Rabitə və 



2016-


müəssisələrinin sayının artırılması 

Yüksək Texnologiyalar 

Nazirliyi  

2020 


5.4.1.2.

 

 



“İnformatika” fənni üzrə 

yüksəkixtisaslı pedaqoji kadrların 

hazırlanması və onların peşəkarlıq 

səviyyəsinin daim artırılmasına dair 

tədbirlərin həyata keçirilməsi  

Təhsil Nazirliyi, Rabitə və 

Yüksək Texnologiyalar 

Nazirliyi, Azərbaycan Milli 

Elmlər Akademiyası 

2016-


2020 

5.4.1.3.


 

 

Təhsilin bütün pillələri üçün 



informatikanın vahidlilik və 

davamlılıq prinsipi əsasında 

tədrisinin təşkili üzrə təkliflərin 

hazırlanması və həyata keçirilməsi  

Təhsil Nazirliyi, Rabitə və 

Yüksək Texnologiyalar 

Nazirliyi, Azərbaycan Milli 

Elmlər Akademiyası 

2016-

2018 


5.4.2.

 

E-səhiyyə 

5.4.2.1.


 

 

Tibb müəssisələrinin genişzolaqlı 



internetə qoşulmasının təmin 

olunması üçün tədbirlərin görülməsi 

və Milli Səhiyyə şəbəkəsinin 

yaradılmasına dair təkliflər 

hazırlanması  

Səhiyyə Nazirliyi, Rabitə və 

Yüksək Texnologiyalar 

Nazirliyi 

2016-

2020 


5.4.2.2.

 

 



Ümumi istifadə üçün tibbi 

resursların yaradılması  

Səhiyyə Nazirliyi, 

Azərbaycan Respublikasının 

Prezidenti yanında 

Vətəndaşlara Xidmət və 

Sosial İnnovasiyalar üzrə 

Dövlət Agentliyi  

2016-

2020 


5.4.2.3.

 

 



Telesəhiyyə xidmətlərinin tətbiqinin 

genişləndirilməsinə dair tədbirlərin 

görülməsi  

Səhiyyə Nazirliyi, Xüsusi 

Dövlət Mühafizə Xidməti  

2016 -


2020 

5.4.2.4.


 

 

Tibb işçilərinin İKT biliklərinin 



artırılmasına dair təkliflərin 

hazırlanması və həyata keçirilməsi 

üçün tədbirlərin görülməsi  

Səhiyyə Nazirliyi  

2016-

2020 


5.4.3.

 

E-vətəndaş 

5.4.3.1.


 

 

Əhalinin, o cümlədən məhdud fiziki 



imkanlı şəxslərin İKT həlləri üzrə 

bilik və bacarıqlarının artırılması 

üçün təlimlərin, kursların təşkili 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi, 

Azərbaycan Respublikasının 

Prezidenti yanında 

Vətəndaşlara Xidmət və 

Sosial İnnovasiyalar üzrə 

Dövlət Agentliyi, Əmək və 

Əhalinin Sosial Müdafiəsi 

mütəmadi 

 



Nazirliyi 

5.4.3.2.


 

 

İKT-nin cəmiyyətdə 



kütləviləşdirilməsi üçün müxtəlif 

konfransların, forumların, 

seminarların, dəyirmi masaların, 

sərgilərin keçirilməsi, KİV 

vasitəsilə təbliğat-təşviqat işlərinin 

aparılması 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi, 

Təhsil Nazirliyi, Azərbaycan 

Respublikasının Prezidenti 

yanında Vətəndaşlara Xidmət 

və Sosial İnnovasiyalar üzrə 

Dövlət Agentliyi, Azərbaycan 

Milli Elmlər Akademiyası, 

mütəmadi 

5.4.3.3.


 

 

Gənclərin İKT biliklərinə 



yiyələnməsinin stimullaşdırılması 

üçün müsabiqə, viktorina, 

olimpiada və digər həvəsləndirici 

tədbirlərin keçirilməsi  

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi, 

Təhsil Nazirliyi, Gənclər və 

İdman Nazirliyi, Azərbaycan 

Respublikasının Prezidenti 

yanında Vətəndaşlara Xidmət 

və Sosial İnnovasiyalar üzrə 

Dövlət Agentliyi  

mütəmadi 

5.4.3.4.


 

 

Kiçik və orta sahibkarlar tərəfindən 



İKT həllərinin tətbiqinin 

genişləndirilməsi üçün 

maarifləndirici və təşviqedici 

tədbirlərin görülməsi  

İqtisadiyyat Nazirliyi, 

Vergilər Nazirliyi, Rabitə və 

Yüksək Texnologiyalar 

Nazirliyi 

2016-

2020 


5.4.3.5.

 

 



Teleiş üzrə dünya təcrübəsinin 

öyrənilməsi və onun tətbiqi 

mexanizmləri ilə bağlı təkliflərin 

hazırlanması  

Əmək və Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi, Rabitə və 

Yüksək Texnologiyalar 

Nazirliyi  

2016 -

2017 


5.4.3.6.

 

 



“ASAN 2.0” Konsepsiyasının 

tətbiqi ilə xidmətlər göstərilməsində 

innovativ texnologiyalardan 

istifadənin genişləndirilməsi 

Azərbaycan Respublikasının 

Prezidenti yanında 

Vətəndaşlara Xidmət və 

Sosial İnnovasiyalar üzrə 

Dövlət Agentliyi 

2016-


2020 

5.4.3.7.


 

 

Genişzolaqlı internetə qoşulan 



gənclər evlərinin və olimpiya 

mərkəzlərinin sayının artırılması 

Gənclər və İdman Nazirliyi 

2016-


2020 

 

5.5.



 

Kadr hazırlığı 

 

5.5.1.



 

 İKT sahəsində beynəlxalq 

sertifikatların əldə edilməsi 

imkanlarının genişləndirilməsi üçün 

tədbirlərin görülməsi  

Təhsil Nazirliyi, Rabitə və 

Yüksək Texnologiyalar 

Nazirliyi, Azərbaycan Milli 

Elmlər Akademiyası 

2016-


2020 


5.5.2.

 

 Ali təhsil müəssisələrində İKT 



sahəsində fəaliyyət göstərən 

tanınmış xarici və yerli şirkətlərin 

tədris və təcrübə laboratoriyalarının 

yaradılmasının genişləndirilməsinə 

dair tədbirlər görülməsi  

Təhsil Nazirliyi, Rabitə və 

Yüksək Texnologiyalar 

Nazirliyi, Əmək və Əhalinin 

Sosial Müdafiəsi Nazirliyi 

2016-


2020 

5.5.3.


 

 İKT ixtisasları üzrə təhsil alan 

tələbələrin sahə üzrə aparıcı 

şirkətlərdə və müəssisələrdə təcrübə 

keçməsi imkanlarının 

genişləndirilməsi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi, 

Təhsil Nazirliyi 

2016-


2020 

5.5.4.


 

 İnformasiyanın kriptoqrafik və 

texniki mühafizəsi, xüsusi 

telekommunikasiya sistemləri və 

şəbəkələri ixtisasları üzrə 

mütəxəssis hazırlığının təşkili  

Xüsusi Dövlət Mühafizə 

Xidmətinin Xüsusi Rabitə və 

İnformasiya Təhlükəsizliyi 

Dövlət Agentliyi, Təhsil 

Nazirliyi 

2016-


2017 

5.5.5.


 

 Yüksək texnologiyalar sahəsində 

ixtisasların təbliğinə dair 

maarifləndirmə işlərinin aparılması, 

ümumtəhsil məktəblərinin yuxarı 

sinif şagirdləri üçün “açıq qapı” 

günlərinin keçirilməsi  

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi, 

Təhsil Nazirliyi  

2016-

2020 


 

5.6.

 

İnformasiya təhlükəsizliyinin təmin edilməsi 

 

5.6.1.


 

 Beynəlxalq təcrübə əsasında 

kibertəhlükəsizlik üzrə normativ 

hüquqi aktların təkmilləşdirilməsi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi, 

Dövlət Təhlükəsizliyi 

Xidməti, Xüsusi Dövlət 

Mühafizə Xidmətinin Xüsusi 

Rabitə və İnformasiya 

Təhlükəsizliyi Dövlət 

Agentliyi, Müdafiə Nazirliyi  

2016-

2020 



5.6.2.

 

 Dövlət orqanlarının internet 



informasiya resurslarının və 

informasiya sistemlərinin 

təhlükəsizlik parametrləri üzrə 

monitorinqinin həyata keçirilməsi 

Xüsusi Dövlət Mühafizə 

Xidmətinin Xüsusi Rabitə və 

İnformasiya Təhlükəsizliyi 

Dövlət Agentliyi 

mütəmadi 

5.6.3.


 

 “Elektron hökumət” 

infrastrukturunun əsas 

komponentlərinin təhlükəsizliyinin 

Xüsusi Dövlət Mühafizə 

Xidmətinin Xüsusi Rabitə və 

İnformasiya Təhlükəsizliyi 

mütəmadi 




təmin edilməsi üçün tədbirlər həyata 

keçirilməsi 

Dövlət Agentliyi, Rabitə və 

Yüksək Texnologiyalar 

Nazirliyi 

5.6.4.


 

 İnformasiya təhlükəsizliyi sahəsində 

digər ölkələrdəki analoji 

strukturlarla və beynəlxalq 

təşkilatlarla əməkdaşlığın qurulması 

və inkişaf etdirilməsi 

Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi, 

Xüsusi Dövlət Mühafizə 

Xidmətinin Xüsusi Rabitə və 

İnformasiya Təhlükəsizliyi 

Dövlət Agentliyi, Dövlət 

Təhlükəsizliyi Xidməti, 

Müdafiə Nazirliyi, Xarici İşlər 

Nazirliyi, Azərbaycan 

Respublikasının Prezidenti 

yanında Vətəndaşlara Xidmət 

və Sosial İnnovasiyalar üzrə 

Dövlət Agentliyi 

2016-


2020 

 

5.7.

 

Milli kontentin inkişaf etdirilməsi 

 

5.7.1.


 

 Qlobal informasiya məkanında 

Azərbaycan Respublikası ilə 

əlaqədar məlumatların 

genişləndirilməsi 

Azərbaycan Milli Elmlər 

Akademiyası, Təhsil 

Nazirliyi, Mədəniyyət və 

Turizm Nazirliyi, Xarici İşlər 

Nazirliyi, Rabitə və Yüksək 

Texnologiyalar Nazirliyi 

2016-


2020 

5.7.2.


 

 Azərbaycan həqiqətlərinin virtual 

məkanda təbliği və yayılmasının 

genişləndirilməsi üzrə tədbirlər 

görülməsi 

Azərbaycan Milli Elmlər 

Akademiyası, Rabitə və 

Yüksək Texnologiyalar 

Nazirliyi, Xarici İşlər 

Nazirliyi, Gənclər və İdman 

Nazirliyi, Diasporla İş üzrə 

Dövlət Komitəsi, Azərbaycan 

Respublikasının Prezidenti 

yanında Vətəndaşlara Xidmət 

və Sosial İnnovasiyalar üzrə 

Dövlət Agentliyi 

2016-

2020 


5.7.3.

 

 Yerli xalqların və milli azlıqların 



adət-ənənələrinin qorunmasına dair 

müxtəlif elektron informasiya 

resurslarının yaradılması  

Mədəniyyət və Turizm 

Nazirliyi, Azərbaycan Milli 

Elmlər Akademiyası, 

Azərbaycan Respublikasının 

Prezidenti yanında Bilik 

2016-

2020 



Fondu və yerli icra 

hakimiyyəti orqanları 

5.7.4.

 

 Onlayn medianın inkişaf etdirilməsi 



üçün tədbirlər görülməsi 

Mətbuat Şurası, Azərbaycan 

Respublikasının Prezidenti 

yanında Kütləvi İnformasiya 

Vasitələrinin İnkişafına 

Dövlət Dəstəyi Fondu, Rabitə 

və Yüksək Texnologiyalar 

Nazirliyi, Azərbaycan Milli 

Elmlər Akademiyası 

2016-


2020 

 

 



Yüklə 140,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə