Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġZM



Yüklə 474,43 Kb.
Pdf görüntüsü
tarix23.08.2018
ölçüsü474,43 Kb.
#63864


 

                                AZƏRBAYCAN  RESPUBLĠKASI  



                          MƏDƏNĠYYƏT  VƏ TURĠZM NAZĠRLĠYĠ 

             F.KÖÇƏRLĠ ADINA RESPUBLĠKA UġAQ KĠTABXANASI 

 

                                      ELMĠ-METODĠKA ġÖBƏSĠ 

 

 

ġair, ədəbiyyatĢünas, professor Mikayıl Rəfilinin  

120 illik yubileyi münasibətilə 

 

 

 

 

 

 

“Sönən təbəssüm ölən bir ulduzdur” 

(metodiki vəsait)

 

 

 



 

 

 

 



 

 

 

 

B A K I – 2015 


 

Redaktor:  



ġəhla Qəmbərova-F.Köçərli adına Respublika UĢaq 

                                                            Kitabxanasının direktoru 

 

 Tərtibçi: 

Könül Səmədzadə-F.Köçərli adına Respublika UĢaq 

                                                           Kitabxanası Elmi metodika 

                                                           Ģöbəsinin baĢ   kitabxanaçısı 

 

 Korrektor: 

Ruhiyyə Məmmədli-F.Köçərli adına Respublika 

                                                              UĢaq Kitabxanasının elmi- 

                                                              metodika Ģöbəsinin müdiri 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 



 

 

 



B Ö L M Ə I 

 

 

 

HƏYAT VƏ YARADICILIĞI: 

Cəmi  53  il  ömür  sürmüĢ  ədəbiyyatĢünas  alim  Mikayıl  Rəfili  görkəmli 

pedaqoq,  tərcüməçi,  tənqidçi,  Ģair  və  sənətĢünas  idi.  Adətən  onun  haqqında 

yazanlar Mikayıl Rəfilini ədəbiyyatĢünas alim kimi təqdim edirlər. ÇoxĢaxəli 

yaradıcılıqla məĢgul olan Mikayıl Rəfili həm də mükəmməl mətbuat xadimi, 

böyük yurnalist, sənətĢünas idi.  

Azərbaycan  ədəbiyyatının  korifeylərindən  biri  ədəbiyyatşünas,  tərcüməçi, 

şair, natiq, pedaqoq Mikayıl Rəfilinin dünyasını dəyişdiyi gündən 57 il ötür. Əgər 

yaşasaydı, elə həmin gün aprelin 25-də yüz iyirmi yaşı olacaqdı. Ömür sürdüyü əlli 

yeddi  illik  həyatını  filoloji  biliklərin  öyrənilməsinə,  tədqiqinə,  təbliğinə  sərf  edən 

alim 


Azərbaycanda 

ədəbiyyatşünaslığın  inkişafında,  ədəbiyyat  tarixinin 

araşdırılmasında,  Qərb-Şərq  ədəbiyyatı  və  ədəbi  şəxsiyyətlərin  tanıdılmasında, 

sərbəst  şeir  yaradıcılığında,  tərcüməçilik  məharətinin  nümayişində  və  nəhayət, 

pedaqoji  ustalığında  əvəzi  olmayan  yüksəlişə  ucalmış,  yalnız  təqdirlərin    şirinliyi 

deyil, tənqidlərin  acısını da dadmışdır.  

Mikayıl Rəfili Azərbaycan ədəbiyyat tarixinin, milli mədəniyyətin, ictimai, 

ədəbi-bədii  fikrin  çox  maraqlı  nümayəndələrindən  biri  olub.  Onu  təkcə  doğma 

vətənində  deyil, keçmiş  sovetlər  birliyinin  çox  yerlərində  də  dərin  elmi  təfəkkürə 

malik  alim  kimi  tanıyırdılar.  Böyük  istedad  sahibi  olan  Mikayıl  Rəfili  dövrünün 

bəlalarını  çəkmiş,  təzyiqlərə,  represiyalara,  təqiblərə,  isdən  çıxarılmalara, 

qarayaxmalara  məruz  qalmışdır.  Bununla  yanaşı  dəfələrlə  təriflər  eşidən, 

qoldantutmalar  görən,  xeyirxahlıqlarla  üzləşən  insan  olmuşdur.  Bir  tərəfdən 

ziddiyyətli fikirlər, münasibətlər, ağır hökmlər üstünə hücum çəkib, digər tərəfdən 

də böyük nailiyyətlər qazanıb. 

M. Rəfili orijinal və bənzərsiz şair idi. M. Rəfilinin yaradıcılıq dövründə beş 

şeirlər kitabı nəşr olunmuşdur, amma sonralar şair kitab nəşr etdirməyə elə də meyl 

göstərməmişdir.  Şairin  “Pəncərə”  adlı  ilk  şeirlər  kitabı  hələ  iyirmi  dörd  yaşında 

olarkən nəşr olunmuşdur. 1930-cu ildə “Lirik şeirlər”, 1936-cı ildə isə rus şairi A. 

Tarkovskinin  tərcüməsində  şeir  və  poemalardan  ibarət  “Pesni  o  qorodax”  kitabı  

Moskvada  işıq  üzü  görmüşdür.  O,  şair  olaraq  şablon  poeziya  şərtlərindən  həm 

məzmunda, həm də formada qaçmağa çalışmış və buna nail ola bilmişdir.  

M.  Rəfili  istedadlı  ədəbiyyatşünas  alimdir.  Onun  saysiz-hesabsiz  ədəbi 

tənqidə, ədəbiyyat nəzəriyyəsinə, ədəbiyyat tarixinə dair Azərbaycan və rus dilində 

yazılmış  məqalələri,  kitabları  öz  dövründə  mövcud  boşluğu  doldurmaq,  elmi 



 

dəyərincə 



isə 

ədəbiyyatşünaslığı,  ədəbiyyat  tarixini  inkişaf  etdirmək, 

zənginləşdirmək  baxımından  çox  böyük  əhəmiyyət  daşıyır.  Həm  də  o,  həmişə 

özünəməxsus  olmağa,  yenilikçiliyə,  orginallığa  səy  etmişdir.  Onun  qələmindən 

çıxmış “Sərbəst şeir haqqında ilk söz”, “Mədəni ədəbiyyat yolunda”, “Ədəbi irsə 

diqqət”,  “Nizami  Gəncəvi”,  “M.F.Axundov  və  siyasi-fəlsəfi  görüşləri”, 

“Azərbaycan xalqının zəngin ədəbi keçmişini öyrənək”, “Midiya dövləti”, “Zülmət 

içində  bir  nur”  (Ölülər”  pyesi  haqqında  ),  “Vis  və  Ramin    problemi”,  “Nizami”, 

“M.F. Axundov” “Mirzə Şəfi və dünya  ədəbiyyatı” və digər kitablarında, onlarla 

məqaləsində qaldırılmış problemlər digər kitablarında,  bu gün də aktualdır və yeni 

araşdırılma həllini gözləyir.  

Eləcə  də  Avropa  və  rus  ədəbiyyatına  aid  əsərləri  öz  yüksək  dəyərini 

saxlayan sənət örnəkləridir. Yalnız minlərlə oxucu onun əsərləri vasitəsi ilə fransız, 

alman,  amerikan,  rus  ədibləri  haqqında  məlumat  almışdır.  Aleksandr  Puşkin, 

Maksim  Qorki,  Vladimir  Mayakovski,  A.  Serafimoviç,  Taras  Şevçenko, 

A.P.Çexov, N.V.Qoqol, Lev Tolstoy, A.S. Qriboyedov, Viktor Hüqo, M.Servantes 

və  digər  dünya  ədiblərinin  fəaliyyəti,  əsərləri  haqqında  ilkin  elmi  məlumat 

Azərbaycan ədəbiyyatına  Mikayıl Rəfili yaradıcılığından süzülüb gəlmişdir.  

Mikayıl  Rəfili  yüksək  sənətkarlıq  səviyyəsində  dayanan  tərcüməçiliyi  ilə 

Azərbaycan  tərcümə  ədəbiyyatına  töhvələr  vermişdir.  Minlərlə  gənc  “Gülən 

adam”,  “Səfillər”,  “Madam  Bovari”  kimi  şedevr  əsərləri  onun  tərcüməsində 

oxumuşdur.  

Mikayıl Rəfili həm də alovlu natiq idi. Azərbaycan və rus dillərində o qədər 

məzmunlu,  təsirli  danışırdı  ki,  onu  dinləyən  hər  kəs  natiqlik  ustalığına  valeh 

olurdu. Onun Nizaminin yubileyində, 1934-cü ildə SSRİ yazıçılarının qurultayında 

və  digər  elmi  yığıncaqlardakı  nitqləri  uzun  müddət  xatırlanan  və  yaddaşlarda  iz 

salan mədəni hadisəyə çevrilmişdir.  

Mikayıl  Rəfili  təkcə  şifahi  nitqi  ilə  deyil,  rus  dilində  yazdığı  əsərlərlə 

Azərbaycan  ədəbiyyatı,  tarixi  və  mədəniyyətini  dünya  oxucuları  dairəsinə  çixara 

bilən  xidmət  sahibidir.  Onun  yüz  əlliyə  yaxın  məqaləsi  və  ondan  artiq  kitabı  rus 

dilində  Moskva  və  Bakı  nəşrlərində  sərhədləri  aşmışdır.    Bu  qəbildən  xüsusilə 

“Nizami-epoxa,  jizn,  tvorçestvo”  (1941),  Mirza  Şafi  v  mirovoy  literature”(do 

naçalo  XIX  veka)  (1941),  “Nizami  Qendjevi  i  eqo tvorçestva”  (1947),  “Nariman 

Narimanov  –vıdayuşaya  revolusioner  i  pisatel”  (1957),  “M.F.Axundov-jizni 

tvorçestvo” (1957) kimi əsərlərini qeyd etmək olar.  

Mikayıl Rəfili böyük ürək sahibi, haqq və ədalət meyarlı ustad müəllim idi. 

Onu bu cəhətdən sadəcə səciyyələndirmək mümkün deyil.  Mikayıl Rəfili əlçatmaz 



 

oldugu  qədər  də  sadə  və  səmimi  idi.  Ədaləti,  haqqı,  elmi  həqiqəti  Allah  qədər 



sevirdi.  Elm,  sənət  zirvəsində  dayanan  bu  dahi  şəxsiyyət  qüdrətli,  əzabkeş,  sənət 

fədaisi olanlarla nəfəs alır, onları gənclərə tanıtmağa çalışırdı.  

M. Rəfili Azərbaycan intibahının yaradıcıları Xaqanini və Nizamini ürəkdən 

sevir,  onların  yaradıcılığına  xüsusi  rəgbətlə  yanaşırdı.  Onun  “qızıl  dövr” 

adlandırdığı  XII  əsrdə  yetişən  bu  iki  nəhəng  sənətkarı  iki  humanist  şairi,  farsca 

yazmalarına baxmayaraq, həyati gerçəkliyə uyğun olaraq azəri oğlu kimi tanıması 

da monoqrafiya müəllifinin diqqətindən kənarda qalmamışdır.   

Sükütün sonu varsa, ümidin sonu yoxdur. 

Bir ümid ki, parladı dərin bir eşqən  

sönməz . Yalan və iftira, məkr, şeytənət 

İnsan çürüntüsilə məşq edən 

İnsanlar heç zaman ümid ilə yanan  

Bir təmiz qəlbli 

Yenəməz. 

Nə qəm, gərçə bütün dostlar ağ olsa,  

Gərçə insan çirkabı ag sinəyə dağ olsa. 

Toxda varsa qəlbində yeni günə inam, 

Ümid sonsuz və iftira qıcırdır inan. 

 

 

 



 

 

 



 

 



 

                                                    B Ö L M Ə II 



 

 

YUBĠLEY TƏDBĠRLƏRĠNĠN KEÇĠRĠLMƏSĠ: 

Qısa  ömründə  elə  böyük  yaradıcılıq  uğurlarına  imza  atıb  ki,  bu  gün  onun 

yaşadığı  dövrə,  üzləşdiyi  çətinliklərə,  mübarizə  ilə  dolu  həyatına  boylananda 

heyrətlənməyə  bilmirsən.  Mikayıl  Rəfili  Azərbaycan  ədəbiyyat  tarixinin,  milli 

mədəniyyətin, ictimai, ədəbi-bədii fikrin çox maraqlı nümayəndələrindən biri olub.  

Mikayıl  Rəfili  görkəmli  Azərbaycan  tənqidçisi  və  ədəbiyyatşünasıdır.  O, 

klassik  və  müasir  ədəbiyyata  həsr  olunmuş  çoxlu  məqalələrin,  monoqrafiyaların 

müəllifi  olmuşdur.  Onun  tədqiqatlarının  mühüm  bir  qismi  Nizami  Gəncəviyə  və 

M.F.Axundova  həsr  olunmuşdur.  Lakin  M.  Rəfili  20-illərdə  daha  çox  şair  kimi 

tanınmışdır.  O,  yaradıcılığa  da  şeirlə  başlamışdır.  Saglığında  “Pəncərə”  (1929), 

“Lirik şeirlər” (1930), “Yeni tarix” (1934), “Durna” (1936), “Şəhərlərin mahnısı” 

(1939) şeir topluları çapdan çıxmışdır.  

M.Rəfilinin  poeziyasında  böyük  şəhər  motivi  əsas,  aparıcı  mövzunu  təşkil 

edirdi.  Bu  poeziya  yalniz  mövzu  və  motiv  yeniliyi  ilə  deyil,  sərbəst  poetik 

strukturu, obrazlılığı emosional və intelektual zənginliyi ilə də fərqlənirdi.  

M.Rəfili ziddiyyətlərlə dolu bir dövrdə yaşayıb yaratmışdır. O dövrün əksər 

şairləri  kimi,  M.Rəfili  də  kommunist  ideologiyasını  tərənnüm  etmiş,  onun 

simvolları haqqında çoxlu şeirlər yazmışdır. 

Cağdaş  Azərbaycan  poeziyasının  görkəmli  nümayəndələrindən  olan    şair, 

ədəbiyyatşünas, tənqidçi , professor  Mikayıl Rəfilinin  keşməkeşli və şərəfli ömür 

yoluna  bir  daha  nəzər  salmaq  üçün  kitabxanada  bir  sıra  təbdirlərin  keçirilməsi 

nəzərdə tutulmuşdur.   F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Mikayıl 

Rəfilinin  yubileyi  ilə  bağlı  kitab  müzakirəsi,  oxucu  konfransı,  şeir  müsabiqəsi, 

sual-cavab  gecəsi,  ədəbi-bədii  gecə  və  s.  kimi  tədbirlərin  keçirilməsi  vacibdir. 

M.Rəfili yaradıcılığı ilə oxucuları yaxından tanış etmək üçün ilk əvvəl kitabxanada 

kitab  sərgisinin  keçirilməsi  nəzərdə  tutulmuşdur.  Sərgi  müxtəlif  başlıqlar  altında 

keçirilə  bilər.  Məsələn;  “Professor  Mikayıl  Rəfili”,    “Milayıl  Rəfili-120”, 

“Unudulmaz  müəllim”,  “Əzəmətli  və  nisgilli  bir  ömrün  güzgüsü”,  Şair  Rəfili  və 

yaxud  “Bu  gün  sevməsələr  də,  yarın  sevərlər  məni...”  və  s.  Sərginin  nümunəsini 

veririk: 



1.

 

BaĢlıq. 

“Mikayıl Rəfili-120” 

2.

 



Mikayıl Rəfilinin portreti. 

3.

 



Görkəmli insanların şair Mikayıl Rəfili haqqında söylədikləri sitatlar.  


 

4.



 

Mikayıl Rəfilinin kitablarının nümayişi. 

5.

 

Dövrü mətbuatda çap olunan məaqalələrin kartotekası. 



Şeir parçası. 

İnsan ömrü də bənzər ilin fəsillərinə 

Ömrün baglarında açar bəzən bənövşələr. 

Bəzən də payız kimi tökülər yarpaqları 

Qış gecələri kimi susar ya inlər. 

Ya da buz bağlayan arzu yerinə 

Kül altında sızıldayan kösöylərdən 

qalar son ocaqları... 

Sitatlar: 

1.

 



M.Rəfili  mütəfəkkir  idi,  düşünən  adam  idi,  laqeyidlikdən,  biganəlikdən, 

hər  cürə  rəviyyədən  uzaq,  ehtiraslı  şəxsiyyət  idi  və  deməli  kifayət 

dərəcədə mürəkkəb, ziddiyyətli, qəliz daxili aləmi olan insan idi.  

Anar 


Xalq şairi, yazıçı 

 

2.



 

Onu  tanıyanlar  yaxşı  bilir  ki,  professor  M.Rəfili  həddindən  artıq 

zəhmətsevər  bir  alim  idi.  O,  həmişə  narahat  idi,  həmişə  axtarır,  yazır, 

tərcümə edirdi.  

Paşa Əfəndiyev 

 

 



 

 

 



 

 

Filologiya elmləri doktoru, professor 



3.

 

Unudulmaz Mikayıl Rəfilinin poeziyasından çəkilən bir ləçəkdə deyilir: 



“Sükutun  sonu  varsa,  ümidin  sonu  yoxdur”.  Və  bu  ümid  dolu  səhərlər 

onu  əbədiyyətə  qovuşdurdu.  Mikayıl  Rəfili  unudulmaz  şairimiz  Rəsul 

Rzanın söylədiyi kimi, ədəbiyyatımızda, mədəniyyət tariximizdə bu gün 

də var, yarın da... 

Flora Xəlilzadə 

Jurnalist, publisist 

4.

 

Mikayıl Rəfili qabaqcıl bir alim, müasir bir insan idi. 



Şamil Salmanov 

 

 



 

 

 



 

 

 



Tənqidçi, ədəbiyyatşünas 

Tədbirin  sonunda    sərgi  qarşısında  kitabxanaçı  Mikayıl  Rəfilinin  həyat  və 

yaradıcılığı haqqında bir qədər məlumat verir. 

Mikayıl  Rəfili  dünyaya  göz  açdığı  Qasim  İsmayılov  rayonunun  Borsunlu 

kəndində orta məktəbi, sonra isə Gəncədə əmək məktəbini bitirmişdir. Bir müddət 



 

o,  Bakı  Universitetinin    Şərqiyyat  fakültəsində  təhsil  almiş,  ardınca  da  Moskva 



Universitetinin  ədəbiyyat  və  incəsənət  fakültəsini  uğurla  başa  vurub  Bakıya 

qayıtmışdır.  “Maarif  və  mədəniyyət”  jurnalında  məsul  katib,  “Azərnəşr”də  şöbə 

müdiri, “Bakinski raboçi” qəzetində əməkdaş olmuşdur. 1935-ci ildə SSRi Elmlər 

Akademiyasının  Leninqrad  şöbəsində  doktoranturanı  bitirmişdir.  1936-ci  ildə 

“Türk  qərbçiləri”adlı  namizədlik  disertasiyası  müdafiə  etmişdir.  Bakıda  elmi-

tədqiqatla,  pedaqoji  fəaliyyətlə  məşğul  olmuş,  Bakı  Dövlət  Universitetində, 

Azərbaycan  Pedaqoji  İnstitutunda  mühazirələr  oxumuşdur.  Ömrünün  25  ilini 

ADPU-da  keçirmişdir.  1934-cü  ildə  SSRİ  yazıçılarının  I  qurultayının  iştirakçısı 

olmuş  və  tədbirdə  çıxış  etmişdir.1944-cü  ildə  isə  Tiflisdə  “XVI  əsrə  qədər 

Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluk dissertasiyası müdafiə etmişdir. 

 M.Rəfili  Azərbaycanda  sərbəst  şeirin  banilərindəndir.  Akademik  Məmməd 

Arif şair M.Rəfili haqqında demişdir: “Mikayıl Rəfili ruhən şair idi, onun deməyə 

sözü  vardı.  Bir  şair  kimi,  xüsusən,  yaradıcılığının  ilk  dövründə  yazdıqları  hər 

seydən əvvəl öz səmimiliyi ilə diqqəti cəlb edirdi”. 

Mikayıl  Rəfilinin  yubileyi  ilə  bağlı  keçirilən  tədbirlərdən  biri 

də kitab müzakirəsidir. Kitab müzakirəsində Mikayıl Rəfilinin 

1997-ci  ildə  Azərnəşr  tərəfindən  işıq  üzü  görmüş  “Sönən 

təbəssüm  ölən  bir  ulduzdur”  adlı  kitabının  müzakirəsini 

keçirmək olar. Tədbirə bir çox tanınmış şair və yazıçıları dəvət 

etmək olar. Qeyd etdiyimiz kimi, Mikayıl Rəfili ziddiyyətlərlə 

dolu  bir  dövrdə  yaşayıb  yaratmışdır.  O  dövrün  əksər  şairləri 

kimi,  M.Rəfili  də  kommunist  ideologiyasını  tərənnüm  etmiş, 

onun  simvolları  haqqında  çoxlu  şeirlər  yazmışdır.  Kitabın  tərtibçiləri  şairin 

yaradıcılığı barədə bütöv təsəvvür yaratmaq üçün həmin ruhlu şeirləri də bu kitaba 

daxil  etməyi  məqsədəuyğun  bilmişlər.Artıq  qeyd  etdiyimiz  M.Rəfilinin  bir  şair 

kimi  fəaliyyəti  əsas  etibarilə  1926-1936-cı  illəri  əhatə  edir.  Şeir  kitabları  da  bu 

müddət ərzində nəşr olunmuşdur. Sonrakı dövrlərdə, axırıncı kitabı “Durna” 1936-

cı ildə  çapdan çıxandan sonra M.Rəfilinin şeir topluları daha işıq üzü görməmişdir. 

Hərçənd  ki,  arabir    bəzi    şeirləri  ilə  mətbuatda  çıxış  etmişdir.  Şairlikdən  tamam 

uzaqlaşmamışdır.  

M.  Rəfili  haqqında  şair,  dramaturq,  publisist  və  tədqiqatçı,  R. 

Rza  mükafatı  laureatı  Teyyub  Qurban”Həqiqət  olduğu  kimi” 

kitabını yazmışdır. Kitabda ilk dəfə olaraq M. Rəfilinin fəaliyyəti 

indiyədək oxuculara məlum  olmayan  arxiv  materialları  əsasında 




 

göstərilir,  XX  əsrin  böyük  mütəfəkkiri  və  pedoqoqlarından  biri  olmuş  elm 



dühasına həyatından söhbət açılır.  

M.Rəfilinin  şeirləri  bir  sıra  mövzu,  poetik  ruh  və  dünyaduyumu,  forma  və 

poetika  yenilikləri,  bədii  ifadə  tərzi  cəhətdən  seçilirdi,  diqqəti  daha  artıq  cəlb 

edirdi. Lakin bununla M.Rəfili həm də öz dövrünün şairi olmuşdur və bu cəhət də 

onun şeirlərində çox aydın şəkildə duyulmaqdadır. O da başqa körkəmli həmkarları 

və  müasirləri,  məsələn,  S.Vurğun,  S.Rüstəm,  M.Müşfiq,  R.Rza  ilə  birlikdə,  yeni 

novator  milli  poeziyanı  yaradarkən  və  inkişaf  etdirərkən  o  illərin  zəruri  sayılan, 

sovet  poeziyasının  prinsiplərini,  mövzularını  əks  etdirən  əsərlər,  şeirlər  yazmaq 

məcburiyyətində  qalmışdır.  

Sonda “Sönən təbəssüm ölən bir ulduzdur” adlı kitabdan “Qızıl durnalar” adlı 

şeirini oxucular səsləndirir.  

Gəldim 

Uzaq, sıcaq bir eldən

Sıcaq cənub elindən 

Uzaq, soyuq Ģimala... 

Gəldim 

Bir xəstə cocuq kimi 

DaĢıyaraq qəlbimi... 

DaĢıyaraq, o bir xəstə cocuq kimi qəlbimi!.. 

Dərin dərə dibində 

Uzaq dırnaqlı barmaqlarımı 

Soxaraq göz bəbəklərimə, 

Cənazələr 

“Dinlə” deyirdi, “saqqallı mazilərin 

Saqqal telli sazında 

Ġnləyən türküsünü”... 

Çıxdım 



10 

 

Dərin dərə dibindən; 



çıxdım çətin bir yola! 

Zənn etmə ucacağam 

Qanatlı buludların 

YumĢaq qucağında..! 

Görkəmli tənqidçi, ədəbiyyatşünas, professor, şair Mikayıl Rəfilinin anadan 

olmasının 120 illiyi ilə əlaqədar F. Köçərli adına Respublika Uşaq Kitabxanasında 

keçirilən  tədbirlər  siyahısına  ədəbi-bədii  gecənin  də  salınması  və  keçirilməsi 

məqsədəuyğun  olardı.  Ədəbi-bədii  gecənin  keçirilməsində  məqsəd  oxucuları 

Mikayıl  Rəfili  yaradıcılığı  ilə  bir  daha  yaxından  tanış  etməkdir.  Bunun  üçün 

kitabxanaçı  tədbirə  Mikayıl  Rəfili  yaradıcılığı  ilə  məşğul  olan  insanları,  şair  və 

yazıçıları, ədəbiyyat müəllimlərini dəvət edə bilər. “Şair, tənqidçi, ədəbiyyatşünas 

Mikayıl Rəfili” adlı  ədəbi-bədii gecənin nümunəsini veririk. 

I aparıcı:    

Öz  təmkini,  ağlı,  düşüncəsi,  ədəbi  axtarışları,  mülahizələri,  habelə 

müəllimlik  fəaliyyəti,  alimlik  qabiliyyəti,  yaradıcılıq  ənənələri  ilə 

mənəvi dəyərlərin ucalığında dayana bilməsi ona imkan yaradıb ki, ən 

ağır  böhtanların  hədəfində  də  öz  üstünlüyünü,  ləyaqətini  saxlaya 

bilsin.  Azərbaycan  poeziyasında  sərbəst  şeirin  banisi  sayılan  Mikayıl 

Rəfili əbəs yerə yazmırdı: “qızaran üfüqlərin mən ilk şairiyəm”. Onun 

yeniliyə  can  atması,  ədəbi  fikirlərdəki  özgünlüyü,  milli  düşüncəyə 

bağlılığı  heç  də  həmişə  rəğbətlə  qarşılanmırdı.  O  tənqid  selinin 

qarşısında  dağlar  kimi  dayanmışdı.  İşıqlı  təfəkkürü  ilə  həmkarlarının 

çoxundan seçilən Mikayıl Rəfili necə uzaqgörənliklə yazırdı: “Bu gün 

sevməsələr  də,  yarın  sevərlər  məni...”  Mikayıl  Rəfili  nə  və  niyə 

yazdığını  yaxşı  bilirdi.  Keçirdiyi  xiffətlər,  üzləşdiyi  ağır  məqamlar, 

pərişan ovqatlı şeirlərində də görünür: “bir  müsavat  əsgəri deyə-deyə 

yordular  məni”.  Bu  həqiqət  idi.  Amma  içindəki  nəciblik  şeirlərinə 

əbədilik  libası  geyindirməkdə  idi.  Əslində  Tanrı  ona  qeyri-adi  bir 

istedad  bəxş  etmişdir.  Bu  mənada  özünün  bir  etirafı  da  maraqlıdır: 

“Tanrı  məni  şair  kimi  yaratmışdı,  tale  məni  alim  etdi”.M.Rəfili 

əlçatmaz olduğu qədər də sadə və səmimi idi.  

 

 




11 

 

II aparıcı:   

 

M.Rəfili  1905-ci  il  aprelin  25-də  Goranboy  rayonunun  Borsunlu 



kəndində  varlı  kəndli  ailəsində  anadan  olmuşdur.  Gəncədə  klassik 

gimnaziyada  təhsil  alan    Mikayıl    hələ  erkən  yaşlarından  bədii 

yaradıcılıqla məşğul olmuş, mətbuatda “Mikayıl Rəfizadə” imzasi ilə 

şeirlərini  dərc  etdirmişdir.  “Bakinski  raboçi”,  “Hücum”,  “Qabaqcıl” 

yurnallarında  çalışan  M.Rəfili  sonralar  bir  çox  yurnalların  da 

redaksiya  heyətinin  üzvü  olub.  Həm  yurnalistik  fəaliyyəti,  həm  də 

tərcümə ilə məşğul olan Mikayıl Rəfili bu illərdə ədəbi axtarışlarını da 

mükəmməl  davam  etdirib.  Onun  Azərbaycan  ədəbiyyatı  tarixinə 

göstərdiyi  xidmətin  analoqu  yoxdur.  Azərbaycan  oxucusu  Viktor 

Hüqo,  A.S.Puşkin,  L.N.  Tolstoy,  O.Balzak  yaradıcılığı  ilə  məhz 

Mikayıl  Rəfili  vasitəsilə  tanış  olub.  Müxtəlif  illərdə  çap  edilən 

“Səfillər”,  “Gülən  adam”,  “Paris  Notrdam  küçəsi”  (V.Hüqo)  kimi 

məşhur  və  möhtəşəm  əsərləri  məhz  Mikayıl  Rəfili  tərcümə  edib. 

Mikayıl  Rəfilinin  tərcüməçilik  fəaliyyəti  bir  elmi  institutun  görəcəyi 

sanballı işlərlə ölçülə bilər.  

(Oxucular səhnəyə daxil olub M.Rəfilinin Qarlı Gəlin adlı şeirini söyləyirlər ) 

 

 

Kollara sığınan ürkmüĢ bir turac 



 

 

Ovçu vursun deye düz Ģuma çıxdı. 

 

 

GümüĢ qar papağı geymiĢ bir gözəl  

 

 

Əski xatirə tək qarĢıma çıxdı. 

 

 

 

Yada düĢdü yenə qeyb olan xəyal,  

 

 

AlıĢan günlərim, cavanlıq vaxtı. 

 

 

Könlümə sığmadı gördüyüm cəlal, 

 

 

OxĢadım gurlayan qarlı paytaxtı. 

 

 

 

Sən məni sevərdin, ey qarlı gəlin, 

 

 

Dağlar ətəyində, aran düzündə... 

 

 

Ġndi görmür məni ala gözlərin 


12 

 

 



 

Çırağban Ģəhərin ag gündüzündə 

I aparıcı:   M.Rəfili  şeirlərində  poetik  vərdişlərin,  ənənəvi  nəzm  qaydalarının 

müqavimətini  qırmağa,  şərtiliklərdən  azad  və  sərbəst  bir  formada 

yazmaq  istəyirdi.  Bu,  onda  ötəri  bir  meyl  deyildi,  dərin  daxili  bir 

tələbat,  daxili  bir  yaradıcılıq  duyğusu  idi  və  bu  hiss  onu  təbii  olaraq 

sərbəst şeirə gətirdi. 20-illərdə poeziyanı inqilabi gerçəkliyin təsiri ilə 

dəyişdirib  yeniləşdirmək  təşəbbüsləri  göstərilirdi.  Bu  təşəbbüslər 

içərisində sərbəst şeir və ən qabarıq cərəyanı özündə təmsil edirdi. Bu 

şeir hərəkatının öz qarşısına qoyduğu vəzifələr və məqsədlər geniş və 

perspektivli olduğu kimi həm də mübahisəli və qeyri-adi idi. O, bəzən 

özünü  bütün  milli  poetik  irsə  qarşı  qoyur  və  ənənəni  inkar  etmək 

təşəbbüslərinə 

qoşulur,  poeziyanın  böyük  dərslərindən  və 

təcrübəsindən üz döndərirdi.  

Sərbəst şeirin bu meyllərini öz yaradıcılığında parlaq və toplu şəkildə 

əks  etdirən  M.Rəfili  oldu.  O,  yalnız  sərbəst  şeirin  nümunələrini 

verməklə  kifayətlənmir,  eyni  zamanda  onun  nəzəriyyəçisi  kimi  çıxış 

edir;  məqalələrində  sərbəst  şeirin  mahiyyətini  və  yaradıcılıq 

mövqeyini  aydınlaşdırırdı.  “Sərbəst  şeir  haqqında  ilk  söz”,  “Mədəni 

ədəbiyyat yolunda” məqalələrini M.Rəfili bu məsələlərə həsr etmişdir. 

Əlbəttə,  bu  məqalələrdə  çox  sey  düz  deyildi,  yanlış  və  birtərəfli 

qoyulurdu.  

(Oxucular səhnəyə daxil olur M.Rəfilinin “Göy maşın” adlı şeirini söyləyirlər) 

 

 

Sərin yaz axĢamı yola düĢərkən,  



 

 

DurmuĢduq səninlə platformada. 

 

 

Son dəfə mənimlə sən gülüĢərkən, 

 

 

O uzaq sevgimiz düĢmüĢdü yada. 

 

 

 

Sən mənim ilk sevgim, göyərçinimdin, 

 

 

Əcayib əllərə mən verdim səni. 

 

 

Bir kərrə demədim, deyirəm indi, 

 

 

Mən, ey tutgun günəĢ, sevirdim səni. 

 


13 

 

 



 

Bir sönən baxıĢla baxdın üzümə,   

 

 

 

Nə yəs, nə təəssüf, nə gizli həsrət. 

 

 

Vida edərkən sən qaçan ömrümə 

 

 

Tərpəndi göy maĢın, etdi hərəkət. 

II aparıcı:  Şair  Mikayıl  Rəfilidən  bu  şeirləri  haqqında  soruşduqda,  o,  cavab 

verirdi ki, bu şeirlər mənim ürək çırpıntılarımdır.  

Bir sözlə M. Rəfilinin  Azərbaycan  ədəbiyyatşünaslığı,  ədəbiyyat tariximiz 

sahəsində  gördüyü  işlər  əvəzsizdir.  Onun  zəngin  irsi  mədəniyyət  tariximizin 

qiymətli  səhifələrindəndir.  M.Rəfili  bütün  elmi  fəaliyyəti  boyu  doğma 

ədəbiyyatımıza  və  daha  geniş  götürsək  doğma  xalqımıza,  onun  inkişafina, 

dünyagörüşünün  genişlənməsinə,  daha  artıq  maariflənməsinə,  mədəniləşməsinə 

xidmət etmişdir.  

Bənzərsiz istedad sahibi, görkəmli alim, şair, tərcüməçi, ustad müəllim kimi 

tanıyıb- sevdiyimiz o böyük şəxsiyyətin əbədi dünyasına köçməsindən aprelin 25-

də düz 57 il keçir. Anadan olduğu gün tarixdə həyatla vidalaşmağın özü də qəribə, 

qeyri-adi taledir. Bu da Mikayıl Rəfilinin qismətinə düşdü... 



 

 

 



Ömrün getdi, bəzən ümid, arzu, xəyal içində, 

 

 

 

Cox çalıĢdım, çox düĢündüm, tez yoruldu cavanlıq. 

 

 

 

Fəqət qəlbim qatlaĢmadı köhnə məlal içində, 

 

 

 

Qatıq, bəhməz tapmasam da, pendir oldu yavanlıq. 

 

 

 

Fəqət yolum bir halvanın boğazdakı yolumu? 

 

 

 

Kim deyir ki, asan tapdım mən indiki yolumu? 

 

Ə D Ə B Ġ Y Y A T     S Ġ Y A H I S I : 

Ġnternetdə: www.google.az 

 

1.

 

T.Qurban. Həqiqət olduğu kimi. Bakı.:”Adiloğlu”, 2008.-108 s. 

2.

 

M.Rəfili.“Sönən təbəssüm ölən bir ulduzdur...” Bakı.: AzərnəĢr, 1997.- 

160 s.  

Yüklə 474,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə