42893
Gülsüm Hüseynova
TAT DİLİNİN
LEKSİKASI
(Azərbaycan tatlarının dilinin
materialları əsasında)
“Elm və təhsil”
B akı-2 0 1 3
АМЕА Nəsimi adına Dilçilik İnstitutu
Elmi Şurasının qərarı ilə çap olunur
Elmi redaktor:
Rəyçilər:
Roza Eyvazova
Filologiya üzrə elmlər doktoru,
professor
İlham Tahirov
Filologiya üzrə elmlər doktoru
Əsmətxanım Məmmədova
Filologiya üzrə fəlsəfə doktoru
,
dosent
Rasim Heydərov
Filologiya üzrə fəlsəfə doktoru
Gülsüm H üseynova
Tat dilinin leksikası (Azərbaycan tatlarının dilinin
materialları əsasında). Bakı, “Elm və təhsil”, 2013, 252 səh.
Monoqrafiyada ilk dəfə olaraq Azərbaycan tatlarının dilinin
leksik sistemi kompleks şəkildə tədqiqata cəlb olunmuş, qohum və
qohum olmayan dillərlə müqayisəli və əlaqəli formada araşdırılmışdır.
Əsərdən dilçilər və dilçiliklə maraqlanan digər şəxslər faydalana
bilərlər,
4602000000
--------------- qrıflınəşr
7V098 - 2013
© Gülsüm Hüseynova, 2013,
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
ÖN SÖZ
Hər bir dilin leksiklogiyasına elə bir özünəməxsusluq
xasdır ki, bu, onu sistem kimi tədqiq edilməsinə müəyyən
qədər mane olur. Qeyd edilən cəhəd ondan irəli gəlir ki, dilin
leksik sistemi həmişə açıq və dəyişkəndir. Bu sistemdə həm
mövcud sözlərin mənalarında dəyişmələr baş verir, sözün
semantikası genişlənir, sıxılır, daralır. Söz dildə işlək qatdan
çıxıb lüğət fondunun passiv qatına keçir. Bunun müqabilində
dilə yeni sözlər daxil olur. Dil başqa dillərdən söz alır, başqa
dillərə söz verir. Bütün bu hadisələr dilin leksik sistemində
daim baş verir Bir hadisə dilin inkişaf tarixinin müəyyən
dövründə daha çox müşahidə olunur, başqa bir hadisə isə sanki
dayanır. Başqa dildən sözalma və başqa dilə sözün keçməsi,
neologizmlərin yaranması və dilin lüğət tərkibinə daxil olması
kimi proseslər bir-birindən fərqli formalarda baş verir.
Məlumdur ki, tatlar irandilli xalq olub Xəzəryanı ərazilərdə -
İranda,
Azərbaycanın şimal-şərq rayonlarında,
Abşeron
yarımadasında,
Dağıstanın cənub-şərqində, Dərbənd və
Mahaçqala
şəhərlərində
məskunlaşmışlar.
Azərbaycan
ərazisində tatlar, əsasən, respublikanın İsmayıllı, Xızı, Şamaxı,
Quba, Dəvəçi və Abşeron ərazilərində daha kompakt şəkildə
yaşayırlar. Bu baxımdan tat dilinin leksikologiyasının
Azərbaycan ərazisində yaşayan tatların dilinə dair materiallar
əsasında tədqiq olunmasına ehtiyac duyulur. Doğrudur, tat
dilinin leksikasına dair bir sıra tədqiqatlar mövcuddur. Lakin
bu tədqiqatlar müəyyən bir ərazi ilə məhdudlaşdırıldığından
araşdırmanın başqa ərazilər üzrə aparılması tələbi meydana
çıxır. Məsələyə bu yöndən yanaşmaq tat dilinin leksik
fondunun ümumi mənzərəsini aydınlaşdırmaq üçün xüsusi
əhəmiyyət kəsb edir. Azərbaycanda yaşayan tatların dili
Azərbaycan dili ilə daimi təmaslı əlaqədədir. Bu əlaqələr,
3
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
şübhəsiz ki, tat dilinin leksik sisteminə xüsusi təsir göstərir.
Həmin təsirlərin müxtəlif aspektdən öyrənilməsi mümkündür.
Müəllif əsərdə tat dilinin lüğət tərkibinə daxil olan sözlərin
ümumi fondunun yaradılması, bu sözlərin mənşəcə təsnifı, tat
dilində
antonimlərin,
sinonimlərin,
omonimlərin
xüsusiyyətlərinin əlaqəli olduğu dilin təsiri prizmasından
təyini, tat dilinin leksik qatında terminlərin yerini, terminlərin
yaranması və alınması məsələlrini
ön planda nəzərə
çatdırmışdır.
Oxuculara,
dilçilərə
təqdim
olunan
bu
monoqrafiyada
tat
dilinin leksikasının
kompleks
və
Azərbaycan dili ilə müqayisəli şəkildə araşdırılmasına cəhd
edilmişdir. Məlumdur ki, müxtəlif etnoslar, xalqlar arasındakı
münasibətlərdə dil mühüm rol oynayır. İctimai, mədəni, sosial
və iqtisadi sahələrdə əlaqələrin gerçəkləşməsi üçün dildən
istifadə edilir. Buradan belə bir nəticə çıxır ki, dil əlaqələri də
ictimai səciyyə daşıyaraq iqtisadi, siyasi, mədəni, dini və bu
kimi əlaqələr çərçivəsində təzahür edir. Dil müxtəlif dillərlə
təmaslı və təmassız əlaqələr zəminində yaşayır. Əlaqələr
təmaslı olduqda dillərin bir-birinə təsiri baş verir. Bu təsir çox
zaman qarşılıqlı olur. Deməli, dilin inkişafı xalqın tarixi, onun
yaşadığı ərazi və onunla qonşu olan xalqların dili və tarixi ilə
bağlıdır və dilin daşıyıcısı olan xalqın, etnosun başqa xalqlarla
münasibətlərindən də asılıdır.
Söz dilin əsas, müstəqil vahididir və lüğət tərkibinin
formalaşması sözlərdən asılıdır. Ona görə də lüğət tərkibinin
tədqiq olunmasının əsas məsələsi sözlərin leksik-semantik
cəhətdən araşdırılmasıdır. Leksikologiyaya dair tədqiqatlarda
lüğət
tərkibindəki
sözlərin
leksik-semantik
qruplara
bölünməsi, sözlər arasındakı semantik əlaqələr, sözlərin
çoxmənalılığı, omonimliyi, sinonimliyi, antonimliyi, lüğət
tərkibinin ümumişlək və xüsusi leksik qatları kimi məsələlər
daim diqqət mərkəzindədir. Bütün bu məsələlər ayrılıqda
4
Dostları ilə paylaş: |