•œAzÉŽrbaycanâ•š



Yüklə 106,7 Kb.
Pdf görüntüsü
tarix18.06.2018
ölçüsü106,7 Kb.
#49711


Azərbaycan”.-2010.-10 mart.-N 54.-S.3.,11 mart.-N 55.-S.6.

Türkün soyqırımı

Ermənilərin azərbaycanlılara və Anadolu türklərinə qarşı törətdikləri soyqırımı cinayətləri

faktların dili ilə

Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və

ya qismən məhv edilməsi deməkdir. Ermənilər türklər tərəfindən onlara qarşı  soyqırımı törədildiyini iddia

etsələr  də,  hələ  indiyə  qədər  bununla  bağlı  tutarlı  fakt  ortaya  qoya  bilməyiblər.  Türkiyə  tərəfinin  təkidinə

baxmayaraq,  Ermənistan  arxivlərin  birgə  öyrənilməsini  və  araşdırılmasını  istəməyib.  Qondarma

"soyqırımı"nı  tanıyan  ölkələr  də  tarixdə  nəyin  baş  verdiyini  araş dırmaq  məqsədilə  Türkiyəyə  tədqiqatçı

göndərməkdə  maraqlı  olmayıblar.  Əslində  tarix  sübut  edir  ki,  ermənilər  soyqırımına  məruz  qalmamış,  öz

mənfur  əməllərini,  sərsəm  "böyük  Ermənistan"  xülyalarını  gerçəkləş dirmək  üçün  Azərbaycan  və  Anadolu

türklərinə qarşı XX əsr boyu ən dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər.

Ermənilər "soyqırımı" ilə bağlı hələ tutarlı fakt tapa bilməyiblər

 1915-ci  ilin  fevralında  Şərqi  Anadolunun  bütün  erməni  əhalisi  Osmanlı dövlətinə  qarşı qiyam  qaldırmışdı.

Buna görə də Osmanlı hökuməti qəti tədbirlər görməyə məcbur oldu. Fevralın 25-də Baş qərargah "ermənilərin heç

bir  halda  hərbi  xidmətə  cəlb  edilməməsi  barədə"  bütün  hissələrə  təlimat  göndərdi.  Aprelin  24-də  isə  Daxili  İşlər

Nazirliyi  erməni  komitə  mərkəzlərinin  bağlanması,  əmlaklarının  müsadirə  edilməsi  və  komitə  başçılarının  həbs

olunması barədə əmr verdi.

Sonralar erməni millətçiləri Türkiyə və Azərbaycan ərazilərində insanlığa qarşı törətdikləri dəhşətli soyqırımı

cinayətlərini ört-basdır etmək üçün yalançı "soyqırımı" mifini uyduraraq erməniləri dünyanın "əzabkeş xalqı" kimi

qələmə  verməyə  başladılar.  "Erməni  soyqırımı"  iddiaları  1950-ci  illərdən  -  yəni  "soyqırımı"  ifadəsi  rəsmən

beynəlxalq  hüquqi  status  alandan  bir  müddət  sonra  gündəmə  gəlib.  Kilsənin  irəli  sürdüyü  iddialar  Amerika  və

Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib. 

Soyqırımı  bütöv  əhali  qruplarının,  etnosların  irqi,  milli,  etnik,  yaxud  dini  əlamətlərə  görə  tamamilə  və  ya

qismən məhv edilməsi deməkdir. Ermənilər türklər tərəfindən onlara qarşı soyqırımı törədildiyini iddia etsələr də,

hələ indiyə qədər bununla bağlı tutarlı fakt ortaya qoya bilməyiblər. Türkiyə tərəfinin təkidinə baxmayaraq, indiyə

qədər  Ermənistan  arxivlərin  birgə  öyrənilməsini  və  araşdırılmasını  istəməyib.  Qondarma  "soyqırımı"nı  tanıyan

ölkələr  də  tarixdə  nəyin  baş  verdiyini  araşdırmaq  məqsədilə  Türkiyəyə  alim  göndərməkdə  maraqlı  olmayıblar.

Əslində  isə  tarix  sübut  edir  ki,  ermənilər  soyqırımına  məruz  qalmamış,  öz  mənfur  əməllərini,  sərsəm  "böyük

Ermənistan"  xülyalarını  gerçəkləşdirmək  üçün  Anadolu  və  Azərbaycan  türklərinə  qarşı  XX  əsrdə  ən  dəhşətli

soyqırımı cinayətləri həyata keçirmişlər.

Ermənilərin köçürülməsi ilə xalqımıza qarşı 

soyqırımları dövrü 

baş landı

Rusiya-İran  müharibələri  (1804-1813;  1826-1828)  nəticəsində  bağlanmış  Gülüstan  (1813)  və  Türkmənçay

(1828)  müqavilələrinə  əsasən,  Şimali  Azərbaycan  xanlıqları  Rusiyaya  ilhaq  edildikdən  sonra  və  Rusiya-Türkiyə

müharibəsini (1828-29) başa çatdıran Ədirnə sülhünə (1829) görə, Türkiyə digər dövlətlərlə yanaşı, həm də Cənubi

Qafqazın çox hissəsinin Rusiyaya ilhaq olunmasını tanıdı. Bununla da Azərbaycan xalqının parçalanmasının, tarixi

torpaqlarımızın  bölüşdürülməsinin  əsası qoyuldu,  soydaşlarımıza  qarşı  soyqırımları dövrü  başlandı.  Çar  Rusiyası

Cənubi Qafqazın həmsərhəd ərazidə xristian əhalini yerləşdirməklə yeni inzibati ərazi vahidi yaratmaq və gələcəkdə

İran  və  Türkiyə  tərəfindən  gözlənilə  bilən  təhlükəni  aradan  qaldırmaq  barədə  hələ  XVIII  əsrin  əvvəlindən

hazırlanmış planını gerçəkləşdirməyə başladı. Bu məqsədlə çarizmin müttəfiqi olan ermənilər kütləvi şəkildə İrəvan

və  Türkiyədən  Şimali  Azərbaycan  torpaqlarına  köçürüldü.  Təkcə  1828-ci  ildən  1830-cu  ilədək  Cənubi  Qafqaza

İrandan  40  mindən,  Türkiyədən  isə  84  mindən  çox  erməni  köçürülərək  Şimali  Azərbaycan  ərazisində  yaradılmış

Yelizavetpol və İrəvan quberniyalarının ən münbit torpaqlarında yerləşdirildi. 

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində xüsusilə intensiv surətdə məskunlaşdırılan ermənilər

yerli  azərbaycanlılarla  müqayisədə  xeyli  azlıq  təşkil  etmələrinə  baxmayaraq,  çar  Rusiyasının  himayəsi  altında

1828-ci  il  martın 21-də  "Erməni  vilayəti"  adlandırılan  süni  inzibati  bölgü  yaradılmasına  nail  oldular.  Bununla  da

azərbaycanlıların  əzəli  torpaqlarından  qovulmasının  və  soydaşlarımıza  qarşı  soyqırımı  siyasətinin  bünövrəsi

qoyuldu,  mifik  "böyük  Ermənistan"  ideyaları  təbliğ  olunmağa  başlandı.  XIX  əsrin  2-ci  yarısından  sonra

təşkilatlanmağa  başlayan  ermənilər  Birinci  rus  inqilabı (1905-1907)  dövründə  yaranmış  şəraitdən  istifadə  edərək

azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar törətdilər. Ermənilərin 1905-ci ilin fevralında Bakıdan başlanan

vəhşilikləri  bütün Azərbaycanı və indi Ermənistan adlanan ərazilərdəki yaşayış məntəqələrini əhatə etdi.  Yüzlərlə




Azərbaycan kəndi dağıdıldı, on minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bütün  bu  vəhşiliklər  ermənilərin

vaxtilə  yerləşdirildikləri,  lakin  əhalinin  milli  tərkibində  azlıq  təşkil  etdikləri  Azərbaycan  torpaqlarını  zorla

erməniləşdirmək, "azərbaycanlılarsız Ermənistan" kimi qeyri-insani planlarını azərbaycanlıların soyqırımı hesabına

həyata keçirmək niyyətindən xəbər verirdi.

1905-1907-ci  illərdə  öz  mənfur  məqsədlərinə  nail  ola  bilməyən  ermənilər  Birinci  dünya  müharibəsindən

(1914-1918-ci illər), Rusiyada baş vermiş fevral inqilabından (1917) və oktyabr çevrilişindən (1917) istifadə edərək

sərsəm "böyük Ermənistan" ideyalarını bolşevik bayrağı altında gerçəkləşdirməyə ciddi səy göstərdilər. 1918-ci ilin

martında  erməni-daşnak  S.  Şaumyanın  başçılıq  etdiyi  Bakı  Kommunası  "əksinqilabi  ünsürlərlə  mübarizə"  şüarı

altında  Bakı  quberniyasını  azərbaycanlılardan  təmizləmək  məqsədi  güdən  soyqırımı  planını  həyata  keçirməyə

başladı.  Nəticədə  1918-ci  il  martın 31-dən  aprelin  2-dək  təkcə  Bakı şəhərində  12  min  nəfərdən  çox  azərbaycanlı

ermənilər  tərəfindən  soyqırımına  məruz  qaldı.  1917-1918-ci  illərdə  ermənilər  Zəngəzurda  115,  Qarabağda  157,

Qubada  122,  İrəvan  quberniyasında  211,  Gəncə  ətrafında  272,  Ağsu,  Kürdəmir  və  Lənkəranda  130  yaşayış

məntəqəsinin  əhalisini  vəhşicəsinə  qırmış,  kəndləri  talan  edərək  yandırmışdılar.  Təkcə  1918-ci  ildə  Şamaxı

şəhərində  7  min,  Quba  şəhərində  2  min,  Zəngəzurda  3  mindən  çox,  İrəvan  quberniyasında  135  min,  Cənubi

Azərbaycanın  Xoy  və  Səlmas  şəhərlərində  130  min  azərbaycanlı,  Urmiya  şəhərində  bir  gecədə  500  azərbaycanlı

ailəsi  qətlə  yetirilmişdi.  1919-1921-ci  illərdə  Naxçıvanın  100  mindən  bir  qədər  artıq  əhalisinin  73720  nəfəri

ermənilər tərəfindən öldürülmüş, İrəvan quberniyasının 1916-cı ildəki 375 min nəfərlik azərbaycanlı əhalisinin sayı

azalaraq  1922-ci  ildə  70  min  nəfərə  enmişdi.  Beləliklə,  1918-1920  illərdə  ermənilər  yüz  minlərlə  azərbaycanlını

qətlə yetirmiş, xalqımıza məxsus çoxlu milli mədəniyyət abidəsini məhv və talan etmişdilər.

Ermənilərin  xalqımıza  qarşı  törətdikləri  soyqırımı  nəticəsində  milyonlarla  insan  məhv  edilsə  və  qaçqına

çevrilsə  də,  əslində  bəşəriyyət  əleyhinə  yönəlmiş  bu  cinayət  bütün  təfərrüatı ilə  heç  vaxt  dünya  ictimaiyyətinin

mühakiməsinə çıxarılmamış, yüksək səviyyəli beynəlxalq məclislərdə ciddi müzakirə obyekti olmamışdır. 1918-ci il

mart  qırğınlarına  Azərbaycan  Xalq  Cümhuriyyəti  yarandıqdan  sonra  xüsusi  diqqət  yetirilmişdir.  Cümhuriyyətin

Nazirlər  Şurasının  1918-ci  il  iyunun  15-də  bu  faciənin  tətbiq  olunması  məqsədilə  yaratdığı  Fövqəladə  Təhqiqat

Komissiyası  mart  soyqırımını,  ilkin  mərhələdə  ermənilərin  Şamaxıda,  İrəvan  quberniyası  ərazisində  törətdikləri

vəhşilikləri,  ağır  cinayətləri  araşdırmış, bu  həqiqətləri  dünya  ictimaiyyətinə  çatdırmaq  üçün  Xarici  İşlər  Nazirliyi

nəzdində xüsusi qurum təsis etmişdi. 1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən

ümummilli matəm günü kimi qeyd olunmuşdu. Əslində bu, azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinə

və  bir  əsrdən  artıq  davam  edən  torpaqlarımızın  işğalı  proseslərinə  tarixdə  ilk  dəfə  siyasi  qiymət  cəhdi  idi  və

cümhuriyyətin süqutu bu işi başa çatdırmağa imkan verməmişdi. 



1905-ci il soyqırımı

Birinci  rus  inqilabı  (1905-1907)  başlanan  dövrdə  çarizm  ucqar  əyalətlərdə  öz  mövqeyini  möhkəmlətmək

məqsədilə  milli  qırğınlar  üçün  tədbirlər  planı  hazırlamışdı.  Azərbaycandakı  qırğına  qədər  çarizm  bu  üsuldan

Polşada,  Baltikyanı  ölkələrdə  və  digər  milli  ucqarlarda  istifadə  etmişdi.  Lakin  digər  ölkələrdən  fərqli  olaraq,

Azərbaycanda  çarizmin  bu  mənfur  siyasətindən  öz  maraqları  üçün  istifadə  edən  qatı  millətçi  "Daşnaksütun"

partiyası Bakıda,  Şuşada,  Naxçıvanda,  Gəncədə,  İrəvanda  və  digər  bölgələrdə  azərbaycanlı əhaliyə  qarşı  kütləvi

soyqırımları törətdilər. 

Birinci  rus  inqilabı  illərində  Azərbaycanda  və  Cənubi  Qafqazın  müsəlmanlar  yaşayan  digər  bölgələrində

törədilən  milli  qırğınlar  çar  ordusunun  və  rəsmi  dövlət  adamlarının  gözləri  önündə  baş  verirdi.  Ordu  və  polis  bu

milli qırğını cəllad xisləti  ilə seyr edirdi. "Daşnaksütun" partiyası və erməni quldur dəstələri  hökumətin bu seyrçi

mövqeyindən  istifadə  edərək  az  vaxt  ərzində  azərbaycanlılar  yaşayan  158  kəndi  dağıtmış,  evləri  yandırmış  və

yüzlərlə  insanın həyatına  son  qoymuşdular.  Təkcə  1905-06-cı illərdə  erməni  quldurları müsəlmanlara  qarşı 500-ə

qədər  cinayət  hadisəsi  törətmişlər.  Daşnaklar  zahirən  muxtariyyət  tələbi  ilə  çıxış  etməsələr  də,  bunun  arxasında

"böyük  Ermənistan"  yaratmaq  xülyası  dururdu.  Onlar  bu  sərsəm  niyyətlərini  həyata  keçirmək  üçün  daha  çox

Rusiyadan istifadə etmək istəyirdilər.

1905-ci  il  fevralın  əvvəllərində  Bakıda  milli  qırğına  başlamaq  üçün  bəhanə  axtaran  daşnaklar  hər  yerdə

müsəlmanların qaniçən, vəhşi olmaları barədə təbliğat  aparırdılar. Fevralın 2-də şəhərdə azərbaycanlı əhaliyə qarşı

düşmənçilik ruhunda tərbiyə olunmuş ermənilər tərəfindən bir azərbaycanlı öldürüldü. Səhərisi ermənilər daha bir

qətl törətdilər. Daha sonra erməni əsgəri istintaqa apardığı müsəlman dustağı yolda güllələdi. Bu qətllər əvvəlcədən

hazırlanmış  plana  əsasən  həyata  keçirilirdi.  Özünü  müdafiə  etmək  məcburiyyətində  qalan  əliyalın  müsəlmanlar

küçələrə  çıxdılar.  Şiddətli  döyüşlər  başlandı.  Evlər  dağıdılır,  mal-mülk  qarət  edilirdi.  Qubernatorun  ixtiyarında

kifayət  qədər  əsgər  və  polis  olsa  da,  o,  baş  verən  qırğının  qarşısını  almadı.  Fevralın  6-dan  10-na  qədər  Bakıda

davam  edən  qırğın  nəticəsində  yüzlərlə  insan  öldürüldü.  Fevralın  18-də  Bakı quberniyasında  hərbi  vəziyyət  elan

edilsə  də,  1905-ci  il  avqustun  16-21-də  Şuşada,  avqustun  20-26-da  yenidən  Bakıda,  noyabrın  18-də  Gəncədə

azərbaycanlıların soyqırımı həyata keçirildi. 

Erməni  quldurlarının  növbəti  hədəfi  Naxçıvan  oldu.  Daşnaklar  soydaşlarımızın  üzərinə  qəflətən  hücum

etməklə  azərbaycanlıların  arasında  vahimə  yaratmağa  çalışdılar.  Naxçıvan  əhalisi  tərəfindən  ermənilərin  cinayət

əməllərindən  İrəvan  qubernatorunun  müavini  Baranovskiyə  şikayət  verilsə  də  buna  məhəl  qoyulmadı.  Bu,




ermənilərin  əl-qol  açmasına  imkan  verdi.  Onlar  şəhərin  müsəlmanlar  yaşayan  məhəllələrini  kütləvi  şəkildə  atəşə

tutdular. Adamlar öldürülür, dükanlar yandırılır və qarət edilirdi.

Döyüşü müşahidə edən polis rəisi Angil qırğına  mane olmadı.  Bir qədər sonra azərbaycanlılarla ermənilərin

birlikdə  yaşadığı Çəhri  kəndində  dəhşətli  faciə  baş  verdi.  Noyabrın  26-da  kazaklarla  birləşən  erməni  caniləri  bir

neçə  ailəni  qətlə  yetirdikdən  sonra  kəndi  xarabazarlığa  çevirdilər.  Camaata  bir  daha  aydın  oldu  ki,  erməniləri

qızışdıran və qırğına rəvac verən Rusiya hökumətidir. 

Ermənilər Bakı və Naxçıvandan sonra öz məkrli niyyətlərini İrəvan şəhərində və onun ətrafındakı bölgələrdə

yaşayan müsəlmanlara qarşı həyata keçirdilər. Bu məqsədlə onlar silahlı quldur dəstələri yaratmışdılar. Ermənilərin

niyyətindən xəbərsiz olan İrəvan azərbaycanlıları lazımi müdafiə tədbirləri görməmişdilər. Mayın 24-də ermənilər

şəhərin  azərbaycanlılar  yaşayan  hissəsinə  qəflətən  hücum  edərək  xeyli  insan  qətlə  yetirdilər.  Azərbaycanlıları

soyqırımından  xilas  etmək  üçün  qonşu  qəzalardan,  Türkiyədən  və  İrandan  müsəlman  könüllüləri  İrəvana  doğru

hərəkət  etdilər.  Ermənilər  Məngüş,  Güllücə  və  Kamal  kəndlərini  viran  qoydular,  onlarca  adam  vəhşicəsinə  qətlə

yetirildi.  İyunun  3-də  Uşu  kəndində  8  saat  davam  edən  döyüşdə  könüllülər  erməni  quldurlarını  geri  oturtdular.

Ermənilər  yaralıları  və  meyitləri  səngərlərdə  qoyub  qaçdılar.  Onlar  iki  gündən  sonra  böyük  qüvvə  ilə  yenidən

hücuma keçsələr də, məğlubiyyətə uğradılar. İyunun 9-u və 10-u erməni quldurları yaxşı silahlanaraq Uşu və Təkyə

kəndləri  üzərinə  hücuma  keçdilər.  Düşmənin  sayca  çoxluğu və  kənardan  lazımi kömək  göstərilməməsi  əhalini  bu

kəndləri tərk etmək məcburiyyətində qoydu. 

Zəngəzurun erməni kəndlərindən və digər yerlərdən toplanan quldur dəstələri  Sokratın başçılığı ilə  qəflətən

hücuma keçərək Cəbrayıl qəzasının Veysəlli kəndini yandırdılar. 150 evdən ibarət olan Qacar kəndinin sakinləri 6

saatdan çox davam edən döyüşdə düşməni pərən-pərən saldılar. Qonşu müsəlman kəndindən gələn könüllü dəstələr

döyüş meydanından qaçan erməniləri təqib etdilər və xeyli quldur əsir götürüldü. Daşnaklar 3 min quldurla Qacar

kəndinə  yenidən  hücuma  keçsələr  də,  məğlubiyyətə  uğradılar.  Döyüşdə  qələbə  çalan  qacarlar  və  könüllülər  xeyli

qulduru qətlə yetirdilər. 

Müsəlman  süvariləri  Şeyxməli  kəndində  məşq  edən  min  nəfərlik  quldur  dəstəsinə  qəflətən  hücum  etdilər.

Bütün günü davam edən döyüşün sonunda xeyli itki verdikdən sonra qaçıb Düdüklü kəndinə sığınan ermənilər az

sonra  oradan  da  çıxarıldılar.  Həmin  günün  səhəri  müsəlman  süvariləri  Çəmənli  kəndinə  hücum  edən  erməniləri

məğlubiyyətə  uğratdılar.  Bu  məğlubiyyətdən  və  itkilərdən  sonra  ermənilər  Xırmancıq  kəndinə  2500  quldur

topladılar.  Onlar  müsəlman  könüllülərinin  toplaşdığı  Arış  kəndini  ələ  keçirmək  istəyirdilər.  Lakin  quldurlar

döyüşdə atlarını və silahlarını da qoyub qaçdılar. Alınmaz hesab edilən Xırmancıq kəndi döyüşçülərimiz tərəfindən

tutuldu.  Pristav  Davıdovun  öz  strajnikləri  ilə  ermənilərə  köməyi  də  nəticə  vermədi.  Buna  baxmayaraq,  ermənilər

Cəbrayıl və  Qaryagin  (indiki  Füzuli  rayonu)  qəzalarında  Veysəlli,  Divanəlilər,  Süleymanlı kəndlərini  yandırmış,

insanları kütləvi şəkildə qırmışdılar. 

1905-ci  il  hadisələri  içərisində  Şuşa  faciəsi  daha  dəhşətli  idi.  Qəzalardakı  qırğının  qarşısını  almalı  olan

əsgərlər  qəsdən  Şuşada  saxlanılırdı.  Məqsəd  müsəlmanların  soyqırımında  onlardan  istifadə  etmək  idi.  Ermənilər

Şuşa  döyüşünə  böyük  hazırlıq  işləri  görmüş  və  çoxlu  canlı  qüvvə  toplamışdılar.  Avqustun  8-də  növbəti  fitnə

törədildi - Cənubi Azərbaycandan gəlmiş  və bir məktəbin təmiri ilə məşğul olan 17 fəhlə qətlə yetirildi. Avqustun

16-da  silahlı  ermənilər  azərbaycanlıları  atəşə  tutdular.  Rus  ordusunda  qulluq  edən  15  nəfər  erməni  əsgəri

komandanlığın  razılığı  ilə  silahlarını  götürüb  vuruşan  quldurlara  qoşuldu.  Tiflisdən  də  100  erməni  köməyə

gəlmişdi.  Azərbaycanlılar  müdafiə  olunmaq  üçün  şəhərin  müxtəlif  yerlərində  5  səngər  qurmuşdular.  Hər  səngərə

bacarıqlı adamlar  başçılıq  edirdilər.  Ətraf  kəndlərdən  şəhərə  xeyli  atlı dəstələri  köməyə  gəlmişdi.  Elə  həmin  gün

ermənilərin hücumlarının qarşısı alındı.  İki-üç gün  ərzində  ermənilərin  bütün  mövqeləri  ələ  keçirildi.  Ermənilərin

yandırdıqları binalar içərisində teatr və qız məktəbinin binası da var idi. 1905-ci il avqustun 16-dan 21-dək Şuşada

ermənilərin törətdikləri milli qırğın baş versə də, daşnak qüvvələri istədiklərinə nail ola bilmədilər. 

Şərqi Anadoluda ermənilərin törətdikləri soyqırımı

Birinci  dünya  müharibəsi  illərində  ermənilərin  Türkiyəyə  qarşı  ilk  silahlı  müdaxiləsi  çoxdan  hazırlıq

gördükləri  Zeytun  bölgəsində  oldu.  Onlar  Türkiyədə  hərbi  səfərbərliyə  qarşı  çıxır,  qeydiyyat  üçün  məntəqələrə

gedən müsəlmanları qətlə yetirir, qarətlər edirdilər. Zeytundakı erməni "Hnçaq" komitəsinin yığıncağında "ingilislər

İskəndəruna  çıxacaqları üçün  Adana,  Maraş  işğal  olunana  qədər  səfərbərliyə  mane  olmaq,  ingilislərin  hərəkətini

dəstəkləmək, jandarmların silah və cəbbəxanalarını ələ keçirmək, hökumət məmurlarını və ailə üzvlərini öldürmək,

teleqraf  tellərini  kəsmək"  tövsiyə  olunmuşdu.  Bundan  sonra  1915-ci  ilin  fevralında  800  nəfərlik  erməni  quldur

dəstəsi  Maraşın  teleqraf  xəttini  kəsdikdən  və  hərbi  qışlaya  basqın  etdikdən  sonra  Təkkə  monastırına  sığınmışdı.

Ermənilərin bu əməlləri  nəticəsində 25 jandarm  həlak  olmuş, 34-ü  yaralanmışdı.  Bundan  əlavə,  Maraşın müxtəlif

yerlərində çoxlu müsəlman öldürülmüşdü. Bölgədən orduya çağırılan ermənilərin hamısı fərarilik etmişdi. 

"Hnçaq" komitəsi mühüm ticarət və strateji məntəqələrdən olan Qeysəriyyədə də xeyli miqdarda silah-sursat

toplamışdı. "Daşnaksütyun" da Qeysəriyyədə geniş fəaliyyət göstərirdi. Ermənilər Amerikada yaşayan soydaşlarının

maddi  yardımı  ilə  müxtəlif  ticarət  mallarının  içərisində  hissələrə  ayrılmış  halda  göndərilən  silah  və  sursatla  da

silahlandırılmışdılar.  Bölgədə  təşkilatlanma  və  təbliğat  fəaliyyəti  gücləndirilmişdi.  Komitəçilər  müxtəlif  yerlərə

gizli  çəkilən  məftillərə  elektrik  cərəyanı  buraxmaqla  müsəlman  əhalini  və  əsgərləri  öldürməyə  çalışırdılar.



Amerikada  bomba  düzəltməyi  öyrənən  ermənilər  bu  məqsədlə  emalatxanalar  qurmuşdular.  Lakin  1914-cü  ilin

yanvarında  bir  erməninin  evində  bomba  partlaması  nəticəsində  bu  emalatxanada  saxlanan  silah  və  sursat

hakimiyyət  orqanları  tərəfindən  ələ  keçirilmişdi.  Erməni  patriarxlığının  hazırladığı  qiyam  planı  hakimiyyət

orqanlarına  əvvəlcədən  məlum  idi.  Odur  ki,  1915-ci  ilin  əvvəllərində  Qeysəriyyənin  bir  çox  yerində  qiyam  və

qətl-qarətlər vaxtından qabaq başlanmışdı.

Osmanlı  dövləti  səfərbərlik  elan  etdikdən  sonra  Məmuratüləzizdə  də  (Elazığ)  müsəlman  əhaliyə  basqınlar

edildi.  Mərkəzi  ingilis  konsulluğunun  tərcüməçisi,  Osmanlı  təbəəsi  olan  erməni  casusun  konsulluğa  verdiyi

məlumatlar səfirliyə göndərilərkən ələ keçirilmişdi. Vilayət  mərkəzində ermənilərə məxsus anbarda 5000-dən  çox

silah,  300-ə  qədər  bomba,  40  kq  bomba  fitili,  xeyli  dinamit  aşkar  olunmuşdu.  Səkur  nahiyəsində  ermənilər

jandarmlara silahlı basqın edərək ikisini öldürmüşdülər. 

Ermənilər Diyarbəkirdə də qiyama hazırlaşırdılar. Əsgərliyə getməyən və silahları ilə birlikdə ordudan qaçan

ermənilər "dam taburu" adlı dəstələr təşkil edərək ev-ev gəzir, hərbi ehtiyaclar üçün pul və vəsait toplayır, boyun

qaçıranları  hədələyirdilər.  Ruslar  Cənubi  Azərbaycanda  Diyarbəkir  istiqamətində  hücum  planlaşdırmışdılar.

Bununla  əlaqədar  ermənilər  Diyarbəkirdə  böyük  qiyam  qaldırmaq  fikrində  idilər.  Amma  türk  hakimiyyət

orqanlarının apardıqları axtarışlar nəticəsində "dam taburu"nu təşkil edən 500 silahlı erməni yaxalanmışdı.  1000-ə

qədər  erməni  fərarisi  tutulmuş,  onlardan  çoxlu  silah  və  hərbi  sursat  müsadirə  edilmiş,  silahların  böyük  qisminin

kilsələrdə və məzarlıqlarda gizlədildiyi məlum olmuşdu. 

Diyarbəkirin  Silyan  qəzasının  Başnik kəndində  gizlənən  erməni  quldurları 1915-ci  il  iyunun  28-də  jandarm

mühafizə dəstəsinə hücum edərək dəstə üzvlərinin əksəriyyətini qətlə yetirmişdilər. Şərq nahiyəsindəki Arazoğluda

və  Saniköydə  əli  silah  tutan  bütün  kişilərin  cəbhədə  olduğundan  istifadə  edərək  Xıdır  İlyas  kəndinə  basqın  edib

qadın və uşaqları güllələmiş, süngüdən keçirmişdilər. 

Ermənilər  təxribat  törətmək  və  silah  gizlətmək  məqsədilə  müxtəlif  üsullara  əl  atırdılar.  Hələ  1913-cü  ilin

oktyabrında  Sivasda  Şirşəhri  qəzasının  Ezdebir  nahiyəsindəki  erməni  monastırının  keşişi  evində  çoxlu  silah

gizlətdiyi  üçün  həbs  olunmuşdu.  Başqa  bir  erməni  keşiş  1914-cü  ilin  noyabrında  Sivas  bölgəsinin  kəndlərini

gəzərək ermənilər arasında Türkiyə əleyhinə təbliğat aparırdı.

Ermənilər  Ərzurum  bölgəsinə  xüsusi  əhəmiyyət  verirdilər.  Rusiya  erməniləri  buradan  Türkiyəyə  keçərək

orada mərkəz yaratmışdılar. Ərzurum Trabzon-Van yolunun ortasında  yerləşdiyindən,  həm quru  yolla  Qafqazdan,

həm  də  Trabzon  yolu  ilə  Batum,  Göstənçə  və  digər  yerlərdən  müntəzəm  məlumat  almaq,  vilayətlərə  silah,  hərbi

sursat  göndərmək  üçün  çox  əlverişli  idi.  Müharibə  başlayan  kimi  vilayət  mərkəzində  və  Bayaziddə  yaşayan  və

ordudan  fərarilik  edən  ermənilərin  böyük  bir  qismi  Rusiya  tərəfinə  keçmiş,  silahlandırılıb  təşkil  edilən  könüllü

alaylar rus orduları ilə birlikdə Osmanlı ordusuna qarşı vuruşmağa başlamış və bölgənin müsəlman əhalisinə qarşı

qətl-qarətlər törətmişdilər.

Səfərbərliyin  elanından  sonra  Kağızmanda  böyük  qismi  fərari  əsgərlərdən  ibarət  olan  ermənilər  ruslar

tərəfindən  silahlandırılmışdılar.  Orada  800-dən  çox  erməni  toplaşmışdı.  Eyni  zamanda,  ermənilərdən  ibarət  rus

könüllü  bölüyü  də  gəlmiş, beləliklə,  bölgədəki  silahlı ermənilərin  sayı 15000  nəfərə  çatmışdı.  Ermənilər  Osmanlı

hökumətinin  bölgələrlə  əlaqəsini  kəsmək  məqsədilə  poçtlara  basqınlar  edirdilər.  Ərzincanda  sui-qəsdlər,  insanları

atəşə  tutmaq  adi  hal  almışdı.  Erməni  evlərində  xüsusi  tərtibatlı  yerlər,  gizli  yollar,  mağaralar,  evləri  birləşdirən

yeraltı dəhlizlər  salınmışdı.  Nazyan  Tiqran  adlı ərzincanlı erməni  komitəçisi  açıqca  bildirmişdi ki,  on  beş  gün  də

keçsəydi,  komitələrin  aldıqları təlimatlarla  Ərzincan  başdan-başa  od  vurulub  yandırılacaq,  bütün  müsəlmanlar  və

türk əsgərləri doğranacaqdı. Lakin hökumətin vaxtında xəbər tutması ilə bu təxribatın qarşısı alınmışdı.

Erməni  komitəçilərinin  mühüm  əhəmiyyət  verdikləri  bölgələrdən  biri  də  Van-Diyarbəkir-Hələb-İskəndərun

yolu üstündəki Bitlis idi. Bura yaxın olan Muş, Taloru şəhərləri keçmişdə də erməni qiyamlarının mərkəzi olmuşdu.

Ermənilərin və onların avropalı havadarlarının ən çox təbliğat  və təşkilat işi apardıqları bölgə isə Van idi. Erməni

komitələri  bölgədəki  konsulluqlardan,  məktəblərdən,  kilsələrdən  və  dərnəklərdən  istifadə  edərək  sürətlə

təşkilatlanmış  və  quldurluğa  başlamışdılar.  Bölgənin  daşnak  liderlərinə  Qafqazda,  o  cümlədən  Qarabağda

törətdikləri cinayətlərə görə Rusiya hökuməti tərəfindən edama məhkum edilmiş İşxan və Aram da qatılmışdı. Van

gölünün  Axtamar  adasındakı  ruhani  məktəbi  təşkilatın  mərkəzinə  çevrilmişdi.  Van  və  Muşun  erməni  əhalisinin

qiyama hazırlanmasına Vandan millət vəkili Papazyan rəhbərlik edirdi. Ətrafdakı kəndlərdə, Gevasda baş qaldıran

erməni dəstələri onlarca türkü öldürmüşdülər. Quldurları tutmaq üçün Şükür kəndinə gələn jandarmlar öldürülmüş,

gözləri oyulmuş, cəsədləri daşqalaq edilmişdi. 1915-ci il fevralın 27-28-də Adilcəvazdan Vana gedən 300-ə qədər

siyirtli əsgər Arın adlı erməni kəndində gecələmək istərkən ermənilər buna silahlı müqavimət göstərmiş və könüllü

əsgərlərdən səkkizini öldürmüşdülər. 

Van  bölgəsinin  Mahmudiyyə  qəzası  qaymaqamının  Daxili  İşlər  Nazirliyinə  göndərdiyi  1915-ci  il  15  mart

tarixli  raportda  ermənilərin  Mərkəhu  və  İstisu  kəndlərində  70  dinc  müsəlmanı  qətlə  yetirdikləri,  9  qadının

namusuna təcavüz etdikləri xəbər verilirdi. Raporta şəhidlərin şəkilləri də əlavə olunmuşdu. 

Osmanlılar  Vanı tərk  etdikdən  bir  neçə  gün  sonra  rusların  ön  bölmələri  buraya  gələrək  erməni  dəstələri  ilə

birləşmişdilər.  Vanın  yeni  hakimi  Aram  Manukyan  şəhərin  açarlarını  rus  komandanı  Nikolayevə  təqdim  etmiş,

Nikolayev isə onu Vanın rəsmi valisi təyin etmişdi. Vanın işğalından sonra rusların da təhriki ilə erməni qiyamları

ətrafa yayılmış, erməni quldur dəstələri bir çox yerdə qətllər törətmiş və bəzi kəndləri tamamilə viran etmişdilər. 

1916-cı il  fevralın  16-da  Ərzurum  alındı.  ABŞ  tarixçisi  St.  C.  Şou  yazır:  "Bunun  ardınca  bütün  müharibə




ərzində  ən  dəhşətli  qırğın  baş  verdi:  milyondan  çox  müsəlman  kəndlisi  qaçmalı  oldu...  Onlardan  minlərcəsi

Ərzincana çəkilən Osmanlı ordusu ilə birlikdə qaçmağa cəhd göstərərkən tikə-tikə doğrandı".

Muşda  və  ətrafında  əvvəlcə  7000  erməni  silahlandırılaraq  kəndlərə  səpələndi.  Ordudan  fərarilik  edən

ermənilər  də  onlara  qoşuldular  və  Sasunda  böyük  quldur  dəstələri  təşkil  olundu.  Daşnak  dəstələri  və  "Hnçaq"

qrupları  bölgəyə  gələn  "ruslara  sədaqətlərini  və  şücaətlərini"  göstərmək  üçün  cəbhə  boyu  türk  kənd  və

qəsəbələrindəki qadın, uşaq və yaşlılara təsəvvürəgəlməz işgəncələr verib qətlə yetirirdilər.

Muş  süqut  edərkən  erməni  quldurları qarşılarına  çıxan  müsəlmanları rəhmsizcəsinə  qətlə  yetirir,  qadınların

namusuna  toxunur,  yaşlıları  diri-diri  yandırırdılar.  Ayaz  nahiyəsində  15  kəndin  sakinlərinin  ayaqlarına  ağır  at

nalları vurub Hazal gölünə atıblar. 

Ərzurum,  Qars,  Van,  Bitlis,  Muş, Sivas,  Ankara  bölgələrində  ermənilər  tərəfindən  qətlə  yetirilmiş  türklərin

100-ə yaxın kütləvi məzarlığı mövcuddur. Bunların beşində minlərcə insanın skeleti tapılmışdır.

Beləliklə,  erməni  millətçiləri  Birinci  dünya  müharibəsində  Türkiyənin  ağır  vəziyyətə  düşməsini  sərsəm

"böyük Ermənistan" yaratmaq xülyalarının həyata keçirilməsi üçün əlverişli məqam bilib Şərqi Anadolunun bir çox

yerində  qiyamlar  təşkil  etmiş,  silahlı  erməni  quldur  dəstələri  gələcək  Ermənistan  dövləti  üçün  ərazi  yaratmaq

məqsədilə dinc türk əhalisinə qarşı dəhşətli soyqırımı törətmiş, əhalini ata-baba yurdlarından qovmuşdular.

 

Cənubi Azərbaycanda soyqırımı

Erməni  və  assur  (aysor)  silahlı  birləşmələri  1917-1918-ci  illərdə  Cənubi  Azərbaycanda  da  türk-müsəlman

əhalisinə  qarşı  soyqırımı  cinayətləri  həyata  keçirmişlər.  Ermənilər  öz  məkrli  niyyətlərinə  çatmaq  üçün  xristian

təəssübkeşliyi ilə Cənubi Azərbaycan ərazisində yerləşdirilən assurlardan da (yerli camaat onları cilo adlandırırdı)

istifadə edirdilər. İri dövlətlərin himayəsinə arxalanan erməni-assur hərbi birləşmələri öncə Urmiya şəhəri ətrafında

hərbi  mövqe  tutaraq,  yerli  əhalini  soyub-talayır,  gündüz  barışığa  vəd  versələr  də,  gecələr  şəhərin  ayrı-ayrı

məhəllələrini  yandırıb,  viran  qoyurdular.  Onlar  bu  cinayətlərdə  toplardan  da  istifadə  edirdilər  ki,  bu  da  əhali

arasında kütləvi qırğına  səbəb olurdu. Seyid Əhməd Kəsrəvinin yazdığına  görə, şəhəri top atəşinə tutan ermənilər

əhali arasında vahimədən istifadə edərək, şəhərə daxil olmuş, dinc əhaliyə divan tutmuş, evləri yandırmış, kütləvi

qətl-qarət  törətmişlər.  1918-ci  il  martın 17-də,  axır  çərşənbə  günü  erməni  daşnakları və  assurlar  500-dən  çox  evi

odlayıb, 10 mindən çox azərbaycanlını qırmışlar.  Xalq arasında "Urmi bəlvası" kimi yad  olunan  bu  qanlı faciələr

indi də xatirələrdən silinməmişdir. 

Urmiya, Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində və onların ətrafındakı kəndlərdə Azərbaycan türklərinin

soyqırımı davam etdiyi vaxt Osmanlı ordusu soydaşlarımızın yardımına gəldi. 1918-ci ilin iyununda Xoy şəhərinə

çatan türk ordusu oradan Salmasa doğru hərəkət etdi. Bir neçə günlük döyüşlərdən sonra erməni ordusu darmadağın

edildi,  onlar  qaçmağa  başladı.  Lakin  ermənilər  geri  çəkilərkən  belə,  kəndlərə  od  vurur,  insanları  qətlə  yetirir,

məğlubiyyətlərinin acığını dinc əhalidən çıxırdılar. 

Həmin  vaxt  daşnak  qaniçəni  Andronik  Xoy  şəhərini  ələ  keçirmək  və  erməni-assur  silahlı  dəstələri  ilə

birləşmək  üçün  8  min  nəfərlik  hərbi  qüvvə  ilə  Culfa  yolundan  hərəkət  etdi.  Ermənilər  Xoy  şəhərini  ələ  keçirib,

əhalini  qırdıqdan  sonra  özləri  ilə  gətirdikləri  10  min  erməni  ailəsini  burada  yerləşdirmək  və  Azərbaycanın  bu

hissəsini  Ermənistana  birləşdirmək  niyyətində  idilər.  1918-ci  il  iyunun  24-də  Andronikin  ordusu  Xoy  şəhərini

mühasirəyə  aldı.  Ermənilər  Urmiyada  törətdikləri  vəhşilikləri  burada  da  davam  etdirdilər.  Lakin  şəhər  sakinləri

silahlı müdafiə  dəstəsi  yaradaraq  düşmənə  ciddi  müqavimət  göstərdilər.  Şəhərin  müdafiəsində  qadınlar  da  iştirak

edirdilər.  Ermənilər  şəhəri  top  atəşinə  tutdular.  Lakin  bu  vaxt  Salmas  tərəfdən  Osmanlı ordusunun  yaxınlaşdığını

görən ermənilər məğlub olacaqlarını hiss edib, gəldikləri yolla da geri döndülər. Ermənilər yeni-yeni məkrli planlar

qurur,  zəif  müdafiə  olunan  şəhər  və  kəndlərə  basqınlar  edir,  yeni  faciələr  törədirdilər.  Onlar  rusların  Urmiya

gölündəki  hərbi  gəmisindən  də  istifadə  etməyi  nəzərdə  tuturdular.  180  nəfər  yaxşı  təlim  görmüş  erməni-assur

hərbçisinin əlində olan bu gəmi vasitəsilə Şərəfxana limanına çıxmaq və oradakı gəmiləri ələ keçirmək istəyirdilər.

Lakin onlar sahilə çıxarkən Osmanlı və Azərbaycan türkləri ilə döyüşdə məhv edildilər. Beləliklə, onların bu planı

da baş tutmadı. 

Ermənilər  1917-1918-ci  illərdə  Cənubi  Azərbaycanın  qərb  bölgələrindəki  onlarla  şəhər  və  kəndi  viran

qoymuş,  talan  etmiş,  kişi,  qadın,  uşaq  və  qocalara  fərq  qoymadan,  ümumiyyətlə,  190  minə  yaxın  Azərbaycan

türkünü qətlə yetirmişdilər. 



Bakıda 1918-ci ilin mart-aprel soyqırımı

S.  Şaumyanın  başçılıq  etdiyi  bolşevik-daşnak  rejiminin  hakimiyyəti  dövründə  Azərbaycanda  güclənməkdə

olan  milli  dirçəliş  prosesi  bolşevik-daşnak  qruplarını  hərəkətə  gətirdi.  "Daşnaksütyun"un  liderlərindən  olan

Kaçaznuni  bununla  bağlı  yazmışdı:  "Bolşeviklərə  qarşı  ancaq  iki  partiya  real  qüvvə  kimi  duruş  gətirə  bilərdi  -

"Müsavat"  və  ermənilərin  "Daşnaksütyun"  partiyaları.  Bolşeviklərlə  mübarizədə  qalib  gəlmək  üçün  bu  partiyalar

hökmən  birləşməliydilər,  bu  isə  ağlasığmaz idi.  Bakının erməni  əhalisinə  gəlincə,  onlar  üçün  bolşevik  diktaturası

"Müsavat" diktaturasından daha məqbul idi. Elə buna görə də bizimkilər (daşnaklar) Bakıda daha çox bolşeviklərə

xidmət edərək onun dayağına çevrilirdi".




Bolşeviklərin yerli əhali arasında heç bir nüfuzu, sosial dayağı yox idi. Bunu  1917-ci  ilin  oktyabrında  Bakı

Sovetinə  keçirilən  seçkilərin  nəticələri  də  aydın  sübut  edirdi.  Seçkilərdə  cüzi  səs  qazanan  bolşeviklər  "Müsavat"

partiyasına  ciddi  şəkildə  uduzmuşdu.  "Müsavat"ın Azərbaycanın ərazi  muxtariyyəti  və  siyasi  hakimiyyət  uğrunda

inamlı mübarizəsi bolşevikləri ciddi narahat edirdi. Elə buna görə də, Şaumyan Bakıda azərbaycanlılara qarşı milli

qırğın  törədərək  xalqın  oyanmaqda  olan  milli-azadlıq,  qurtuluş  hərəkatını  beşikdə  ikən  boğmaq,  "Müsavat"

partiyasının sosial bazasını zəiflətmək, müsəlmanlara "dərs vermək" istəyirdi.

Bakının türk-müsəlman əhalisinə qarşı soyqırımına ciddi hazırlaşan Şaumyan Stalinə məktub yazaraq Qafqaz

qırmızı ordusunun  təşkili  üçün  təcili  surətdə  on  milyon  rubl  göndərilməsini  xahiş  edirdi.  Bolşeviklərin  Şaumyan

göndərdikləri  ərzaq  eşelonları  bu  dövrdə  Şimali  Qafqazda  yaranmış  Terek-Dağıstan  müsəlman  hökumətinin

maneçilik törətməsi nəticəsində Bakıya yetişməsə də,  ermənilər  Moskvadan  böyük  mənəvi  dəstək aldılar.  1917-ci

ilin  29  dekabrında  Lenin  Türkiyə  ərazisində  ermənilərə  muxtariyyət  verilməsinə  dair  sənəd  imzaladı.  Bu  sənəd

daşnak-bolşevik  ittifaqını  daha  da  gücləndirdi.  Bakıda  azərbaycanlılara  qarşı  törədilən  1918-ci  ilin  mart

soyqırımında "Daşnaksütyun" bolşeviklərin zərbə qüvvəsini təşkil etdi. Digər tərəfdən, S. Şaumyanın təşkilatçılığı

ilə Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri  Bakıda cəmləşdirildi. Sonradan

1918-ci  il  aprelin  19-da  Bakı  Sovetinin  yığıncağında  Şaumyan  etiraf  etmişdi  ki,  Bakının  milli  tərkibi  onu  çox

qorxudurmuş və o, erməni-daşnak alaylarının köməyindən heç cür imtina edə bilməzdi.

Bakıda azərbaycanlılara qarşı törədilən soyqırımının əsas təşkilatçısı və icraçısı V. Leninin Qafqaz işləri üzrə

müvəqqəti fövqəladə komissar təyin etdiyi Şaumyan idi. Onun təşkil etdiyi "qırmızı ordu"nun tərkibi də, demək olar

ki, tamamilə ermənilərdən ibarət olmuşdur.

Bu cinayəti həyata keçirmək üçün bəhanə lazım idi. Bu məqsədlə "Evelina" münaqişəsi törədildi. Azərbaycan

milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev təsadüfən öz əlindəki

silahdan açılan atəş nəticəsində həlak olmuş, müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün Bakıya

gəlmişdilər. Dəfn mərasimindən sonra zabitlər "Evelina" gəmisi ilə Lənkərana qayıtmalı idilər. Əlverişli məqamın

yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik partiyaları arasında

belə  bir  şayiə  yaydılar  ki,  "Evelina"  ilə  gedən  zabitlər  Lənkəranda  olan  müsəlman  hərbi  dəstələri  ilə  birlikdə

Muğandakı rus-molokan kəndlərini məhv etmək tapşırığı almışlar. Bu təxribat xarakterli şayiə öz nəticəsini verdi.

Bakıda  olan  bütün  qeyri-azərbaycanlı siyasi  və  hərbi  qüvvələr  "Evelina"  gəmisinin  tərk-silah  edilməsinə  tərəfdar

oldu.  Təcili  şəkildə  martın  30-da  Bakı  şəhəri  mədən-zavod  rayonlarının  İnqilabi  Müdafiə  Komitəsi  yaradıldı.

İnqilabi Komitənin təşəbbüsü ilə "Evelina"nın Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərk-silah

edildi. Müsəlman əhali məscidlərə toplanaraq silahların qaytarılmasını tələb etdi. Vəziyyətin ciddi xarakter aldığını

görən  Azərbaycanın  milli  təşkilatlarının  nümayəndələri  İnqilabi  Komitəyə  gəlib  alınmış  silahları  "Hümmət"

müsəlman  bolşevik  komitəsi  vasitəsilə  qaytarmağa  cəhd  göstərdilər.  Martın  30-da  N.  Nərimanovun  evində  Ş.

Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M. Ə. Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq

əldə  edilməsinə,  silahların  qaytarılmasına  vəd  verilməsinə  baxmayaraq,  bolşevik-daşnak  komissiyası sözünə  əməl

etmədi.

Martın 30-da saat 16.40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş



açdılar  və  soyqırımına  başladılar.  Martın  31-də  səhər  tezdən  bolşevik-daşnak  dəstələri  azərbaycanlılar  yaşayan

"Kərpicxana", "Məmmədli" və digər Azərbaycan məhəllələrinə hücum etdilər. Şaumyanın xahişi və Leninin xüsusi

göstərişiylə Saritsından göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin  azərbaycanlılar  yaşayan

məhəllələrini  bombalamağa  başladılar.  Azərbaycan  xalqına  divan  tutmaq  üçün  əllərinə  girəvə  düşmüş  daşnaklar

erməni neft sənayeçilərinin birjalarında qoyulmuş toplardan Abşeronun şimalındakı kəndləri də atəşə tutdular.

Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları və silahlanmış erməni ziyalıları İnqilabi

Müdafiə  Komitəsinin  qərargahına  gəldilər.  Onlar  qısa  vaxtda  təlimatlandırılaraq  müsəlman  məhəllələrinə

göndərildilər. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür,

onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər.

Dinc  əhalini  qorxudan  dəhşətə  gətirib,  istədiklərinə  nail  olmaq  üçün  hər  cür  vəhşiliyə  əl  atan  bolşevik-erməni

cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər:  şəhərin təkcə bir  yerində  qulaqları, burunları

kəsilmiş,  qarınları  yırtılmış  57  müsəlman  qadının  meyiti  tapılmışdı.  Çoxlu  gənc  qadını  diri-diri  divara

mıxlamışdılar.  Qaçıb  canını  qurtarmağa  çalışan  əhalini  gülləbaran  etmək  üçün  şəhərin  müvafiq  yerlərində

əvvəlcədən pulemyotlar qoyulmuşdu. 

Bir  çox  müsəlman  məhəllələri  məhv  edildikdən  sonra  martın  31-də  axşamüstü  İçərişəhərin  alınması

əməliyyatı  başlandı.  Bununla  bağlı  Fövqəladə  İstintaq  Komissiyası  sədrinin  Ədliyyə  Nazirliyinə  təqdim  etdiyi

məruzədə  aşağıdakı  faktlar  göstərilir:  Nikolay  (indiki  İstiqlaliyyət)  küçəsilə  hücuma  keçmiş  erməni  əsgərlərinə

başlıca  olaraq erməni ziyalılarının nümayəndələri rəhbərlik edirdilər. Belə dəstələrdən biri evə girib, səkkiz qadın

və  uşağı  güllələmişdi.  Başqa  dəstə  Fars  küçəsində  Bala  Əhməd  Muxtarovun  evinə  girərək,  doqquz  müsəlmanı

küçəyə  çıxarmış  və  kilsə  meydanında  güllələmiş,  meyitlərin  ikisini  "Dağıstan"  mehmanxanasının  alovu  içinə

atmışlar...

Dəhşətli  soyqırımına  məruz  qalan  azərbaycanlılar  martın  31-də  müqaviməti  dayandırdılar.  Lakin  erməni

daşnak  birləşmələri  azərbaycanlılara  qarşı  soyqırımını  aprelin  2-si  gecədən  xeyli  keçənədək  davam  etdirdilər.

Rəsmi  məlumatlara  görə,  mart-aprel  soyqırımı nəticəsində  Bakıda  12  mindən  çox  azərbaycanlı qətlə  yetirilmişdi.




Bolşevik-daşnak  birləşmələri  "Kaspi"  mətbəəsini,  "Açıq  söz"  qəzetinin  redaksiyasını, "İsmailiyyə"  (hazırda  Milli

Elmlər Akademiyası Rəyasət Heyətinin binası)  binasını yandırmış, "Təzəpir" məscidinin minarələrini top atəşi ilə

zədələmişdilər.

Bakı Sovetinin  antiazərbaycan  siyasətini  xalqa  nümayiş  etdirən  mart  soyqırımına  qədər  Azərbaycanın  milli

demokratik  qüvvələri  Rusiya  tərkibində  milli-məhəlli  muxtariyyət  tələbi  ilə  çıxış  edirdilərsə,  artıq  qırğınlardan

sonra  bu  ümidlər  boşa  çıxdı.  Mart  soyqırımı nəticəsində  Azərbaycan  xalqına  yabançı olan  sovetləşmə  ideyasına

güclü zərbə vuruldu, xalqın milli birliyini və qədim ənənələrə malik müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha

da gücləndi. 



Rəşad CƏFƏRLİ.

 

 

Yüklə 106,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə