RedaktoR:
Ka man dar Şə ri fov
koRRektoR:
Leyla Binyatova
Dİzayner:
Ofelya Firidunqızı
“Müasir cəmiyyətdə İslam” kitabında İslam dininin təkallahlılıq,
mənəviyyat, qəzavü-qədər, iman, müqəddəs kitab, həmçinin
allaha inam kimi dərin anlayışlar sadə, lakin eyni zamanda canlı,
obrazlı və müasir dildə oxuculara çatdırılır. Kitab həm də onunla
maraqlıdır ki, İslamın mənəvi aspektləri müəllif tərəfindən təcrid
olunmuş halda deyil, təbiət və fəlsəfə elmlərindən məlum olan
ümumi bilgilər fonunda tədqiq edilir. Müəllif kitabda bol-bol
hədislərə istinad edir, bir çox tanınmış teoloqlardan iqtibaslar verir.
Kitab teoloqlar, şərqşünaslar, həmçinin geniş oxucu kütləsi – İslam
dini haqqında ətraflı məlumat almaq, xurafatı tərk etmək və bu din
haqqında yanlış təsəvvürlərdən qurtulmaq istəyən şəxslər üçün
nəzərdə tutulub.
Kitab elmi-kütləvi xarakterli olduğundan, “ədəbiyyat siyahısı”
verilməyib.