BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Humanitar elmlər seriyası
2011
UOT 94 (479.24)
AZƏRBAYCAN ƏHALİSİNİN MİQRASİYASININ BƏZİ
PROBLEMLƏRİ (1990-2009-CU İLLƏR)
L.L.HƏSƏNOVA
Bakı Dövlət Universiteti
L.Letife@ mail.ru
SSRİ-nin süqutu və Azərbaycanın müstəqillik əldə etməsi prosesində respublikada
mövcud olan demoqrafik durum kökündən dəyişdi. Ölkədə baş verən demoqrafik dəyişikliklərə
ciddi təsir göstərən amillərdən biri də əhalinin miqrasiyasıdır. Məqalədə demoqrafik
proseslərin tənzimlənməsi, müvafiq əhali və onun tərkib hissəsi olan miqrasiya siyasətinin
hazırlanması və s. problemlərdən bəhs edilir.
Açar sözlər: Azərbaycan əhalisi, miqrasiya, miqrasiya saldosu, demoqrafiya
Məlumdur ki, müstəqillik ərəfəsində və dövründə başqa postsovet res-
publikalarında olduğu kimi Azərbaycan Respublikasında da mövcud olan de-
moqrafik durum köklü şəkildə dəyişdi. Ölkədə baş verən demoqrafik
proseslərin dəyişməsinə ciddi təsir göstərən amillərdən biri də əhalinin miqra-
siyasıdır. Bu problem, xüsusilə də əhalinin qeyri-qanuni miqrasiyası hazırda
dünyanı narahat edən qlobal problemlərdən biridir. Belə ki, əhali içərisində
baş verən demoqrafik proseslərin və xüsusilə də miqrasiyanın kortəbii şəkil
alması böyük problemlərlə (aclıq, demoqrafik partlayış, yoluxucu xəstəliklər
və s.) müşayiət olunur. Həmin hadisələrin idarə edilməsi, demoqrafik pro-
seslərin tənzimlənməsi, müvafiq əhali və onun mühüm hissəsi olan miqrasiya
siyasətinin hazırlanmasının əhəmiyyətini daha da artırmışdır (6, 3-4). Məhz bu
baxımdan Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr 290
nömrəli sərəncamı ilə qəbul edilmiş «Azərbaycan Respublikasının Demoqrafik
İnkişaf Konsepsiyasında» (1, 2911-2927) məsələnin bu tərəfinə xüsusi diqqət
göstərilmişdir. Sonrakı illərdə də gənc respublika bu məsələni diqqət mər-
kəzində saxlamış və onun qanunvericilik bazarını daha da möhkəmləndirmiş-
dir. Belə ki, 2002-ci ildə qəbul edilmiş «Gənclər siyasəti haqqında» Azərbay-
can Respublikasının qanununda da gənclərin xaricə miqrasiyasının qarşısını
almaq üçün onlara dövlət qaydasını genişləndirmək, gənclərin yeni peşələrə
yiyələnməsi, iş və mənzillə təmin edilməsi, onlara torpaq sahələri və güzəştli
kreditlərin verilməsi üçün geniş tədbirlər planı hazırlanmışdır (5, 858-859).
97
2004-cü ildə qəbul olunmuş «Azərbaycan Respublikasında demoqrafiya
və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramında əhalinin miqra-
siyasının demoqrafik proseslərdə mühüm yer tutduğu qeyd edilir və bu prob-
lemi tənzimləmək üçün bir sıra tədbirlərin: miqrasiya üzrə informasiya mərkə-
zinin yaradılması, qanunsuz miqrasiya ilə mübarizəyə dair təkliflərin hazırlan-
ması, daxili miqrasiya ilə bağlı uçot sahəsində vəziyyətin öyrənilməsi,
məlumat mənbələrinin dəqiqləşdirilməsi və s.,-nəzərdə tutulmuşdu (2, 3201-
3202). Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul
tarixi, 1575 №-li sərəncamı ilə «Azərbaycan Respublikasının Dövlət Miqrasi-
ya Proqramı» (2006-2008-ci illər) qəbul edildi. Proqramda qeyd edildiyi kimi,
Bu Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11
noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında
demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramına uyğun
olaraq hazırlanmışdır və ölkədə mövcud miqrasiya proseslərinin təhlili
əsasında bu sahənin gələcək inkişaf istiqamətlərini və həyata keçirilməli olan
zəruri tədbirləri özündə əks etdirir» (8, 1617).
Proqramda qeyd edildiyi kimi, miqrasiya proseslərinin təhlili onun iki
istiqamətinin: daxili və xarici miqrasiya, müəyyənləşdirilməsinə imkan verir.
Məlumdur ki, Azərbaycan keçmiş Sovet respublikaları içərisində qaçqın və
məcburi köçkün problemi ilə qarşılaşan ilk ölkələrdən biri olmuşdur. XX əsrin
80-ci illərinin ortalarında ölkə rəhbərliyi on illərlə yığılıb qalmış problemlər-
dən əhalinin diqqətini yayındırmaq məqsədilə «yenidənqurma», «demok-
ratikləşmə», «aşkarlıq» və s. şüarları irəli sürdü. Bundan məharətlə istifadə
edən ermənilər «Qarabağ problemini» yenidən gündəmə gətirdilər. Mərkəzin
«ermənipərəst» siyasətindən istifadə edən ermənilər Qərbi Azərbaycanda
yaşayan etnik azərbaycanlıların öz ata-baba yurdlarından qovulması prosesini
başa çatdırdılar. Nəticədə 250 mindən çox soydaşımız Ermənistan SSR-dən
qovularaq Azərbaycana pənah gətirdilər (9, 4). SSRİ-də keçirilən əhalinin
sonuncu–1989-cu il, siyahıyaalması zamanı Ermənistan SSR əhalisinin 93,
3%-i ermənilər təşkil edirdilər (6, 136). Ermənistan faktik olaraq, on beş sovet
respublikası arasında yeganə monoetnik dövlətə çevrilmişdir.
Onu da qeyd etmək lazımdır ki, 1989-cu ilin iyununda Özbəkistanın Fər-
qanə vilayətində baş verən etnik toqquşmalardan sonra öz yaşayış yerlərindən
qaçmış 51 mindən çox mesxeti türkü də Azərbaycana gəldi ki, bu da qaçqınla-
rın sayının artmasına səbəb oldu. Bununla bərabər, Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20%-i işğal olundu. Dağlıq Qara-
bağ və onun ətrafında olan yeddi rayonun: Laçın, Kəlbəcər, Ağdam. Fizuli,
Cəbrayıl, Qubadlı, Zəngilan,- işğalı nəticəsində onların 600 min nəfərdən çox
əhalisi öz doğma vətənində məcburi köçkünə çevrildilər (7, 5). Eyni zamanda
Ermənistan və Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrinin 100
mindən çox əhalisi də, ermənilərin təcavüzü nəticəsində öz daimi yaşayış
yerlərini tərk etmişdilər. Azərbaycan Respublikası Dövlət Statistika Komitə-
sinin 2000-ci il məlumatına görə respublikada məskunlaşan qaçqın və məcburi
98
köçkünlərin sayı 788,8 min nəfər olmuşdur və Ermənistanla həmsərhəd
rayonlarda məcburi köçkünlərin sayı da nəzərə alınmaqla Azərbaycanda
qaçqın və məcburi köçkünlərin sayı 1 milyon nəfərdir (3, 11). Bundan başqa
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20 mindən çox adam həlak
olmuş, 50 min nəfər əlil olmuşdur. Əlbəttə yuxarıda göstərilən faktlar XX
əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində respublikamızda və onun
ətrafında baş verən hərbi-siyasi hadisələrlə bağlı ölkədə genişlənməkdə olan
məcburi miqrasiya prosesinin intensivləşməsini göstərir.
«Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı
sahəsində Dövlət Proqramında göstərildiyi kimi,
〈…〉 1990-1994-cü illərdə
SSRİ-nin dağılması, ölkənin müharibə vəziyyətində olması, daxili qeyri-sabit-
lik və iqtisadiyyatın böhran keçirməsi ölkədə miqrasiyanın, o cümlədən əhali-
nin məcburi yerdəyişməsini gücləndirmişdi (2, 3201). Beləliklə, ölkədaxili
məcburi miqrasiyanın əsas subyektləri həmin məcburi köçkünlərdir. Bütövlük-
də, son zamanlar ölkə iqtisadiyyatının, o cümlədən regionların iqtisadi
inkişafı, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması
daxili miqrasiyanın nisbətən tənzimlənməsinə şərait yaratmışdır. Ona görə də,
biz əsas diqqəti xarici miqrasiyaya, yəni immiqrasiya və emiqrasiyaya
yönəldəcəyik. Müstəqilliyin ilk illərində Azərbaycanda və regionlarda baş
verən hadisələr ölkəmizdən emiqrant axınını gücləndirdi. Halbuki, sovet dövrü
adlandırdığımız dövrdə ən az hərəkətlilik Azərbaycan əhalisi arasında idi. Belə
ki, bütün əhaliyə görə ən az miqrasiya 1,3% azərbaycanlılar arasında idi.
Bütün rəsmi dövlət sənədlərindən və tədqiqatlardan göründüyü kimi,
miqrasiya proseslərinə dövlət səviyyəsində təsir göstərmək və onu tənzim-
ləmək, qismən nizamlamaq üçün miqrantların dəqiq qeydiyyatının və
statistikasının aparılması zəruridir. Lakin əksər hallarda miqrasiya, o cümlədən
emiqrasiya və immiqrasiya haqqında dəqiq statistik məlumatlar əldə etmək
olmur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hər il çap
etdirdiyi «Azərbaycan əhalisi» adlı statistik məcmuədə miqrasiyaya həsr
edilmiş cədvəli nəzərdən keçirək:
Cədvəldəki rəqəmlərdən də göründüyü kimi, 1990-cı ildən 2008-ci ilə
qədər Azərbaycanda əhalinin miqrasiyası mənfi saldoya malik olmuşdur. Yəni
Azərbaycandan gedənlər gələnlərdən sayca çox olmuşdur. Belə ki, müstəqillik
ərəfəsində – 1990-cı ildə regionda baş verən hadisələrlə bağlı olaraq, 84,3 min
nəfər Azərbaycana gəldiyi halda, 137,9 nəfər Azərbaycanı tərk etmiş və
miqrasiya saldosu-53,6 min nəfər olmuşdur. Bu həmin dövrdə ölkədə gedən
hərbi siyasi proseslərlə və iqtisadi vəziyyətlə bağlı olmuşdur. Təxminən 2001-
ci ilə qədər miqrasiya prosesi sabitləşməyə və təbii ki, azalmağa doğru
getmişdir.
99
Azərbaycan Respublikası əhalisinin miqrasiyası [min nəfərlə] (4, 50)
illər
gələn
gedən
miqrasiya
saldosu
o cümlədən
şəhərdə
kənddə
1990 84,3 137,9 -53,6 -52,7 -0,9
1991 66,3 106,4 -40,1 -39,4 -0,7
1992 35,7 49,9 -14,2 -13,8 -0,4
1993 16,3 28,5 -12,2 -11,9 -0,3
1994 8,6 19,6 -11,0 -10,8 -0,2
1995 6,2 16,0 -9,8 -9,5
-0,3
1996 5,8 13,2 -7,4 -7,2
-0,2
1997 7,5 15,7 -8,2 -8,1
-0,1
1998 5,4 10,5 -5,1 -5,0
-0,1
1999 4,8 9,1 -4,3 -3,5
-0,8
2000 4,4 9,9 -5,5 -5,0
-0,5
2001 2,6 7,3 -4,7 -3,6
-1,1
2002 1,2 4,3 -3,1 -2,0
-1,1
2003 2,5 3,8 -1,3 -1,6
0,3
2004 2,4 2,8 -0,4 -0,7
0,3
2005 2,0 2,9 -0,9 -0,5
-0,3
2006 2,2 2,6 -0,4 -1,9
1,5
2007 2,0 3,1 -1,1 -1,4
0,3
2008 3,6 2,5 1,1 -
-
2009 2,3 1,4 0,9 -
-
Respublikada yaranan ictimai-iqtisadi, siyasi sabitliklə bağlı olaraq ilk
dəfə 2008-ci ildə Azərbaycanda miqrasiya saldosu müsbət 1,1 min nəfər
olmuşdur. Bu proses növbəti 2009-cu ildə də davam etmiş, Azərbaycana
gələnlər gedənlərdən 0,9 min nəfər çox olmuşdur.
Cədvəldə başqa bir məsələ də diqqəti cəlb edir. Şəhər əhalisi miqrasiya-
da «daha fəal iştirak edir». Yəni ölkədən gedən və gələnlərin əksəriyyəti şəhər
əhalisidir. Məsələn, 1990-cı ildə-53,6 min nəfər miqrasiya saldosunun 52,7
min nəfəri şəhər əhalisinin payına düşdüyü halda, yalnız 0,9 min nəfəri kənd
yaşayış məskənlərində yaşayanlar idilər.
Sovetlər İttifaqı çoxmillətli bir dövlət idi; bu dövlət uzun onilliklər
ərzində təbliğ və təşviq etdiyi kimi milli məsələni həll etməmişdi və SSRİ-də
xeyli dondurulmuş münaqişə ocağı var idi. Çoxmillətli bir dövlət kimi, SSRİ-
nin dağılması zamanı postsovet məkanında olan bir çox respublikalarda
müxtəlif xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar yaşayırdılar ki,
onlar da müxtəlif səbəblər üzündən öz tarixi vətənlərinə qayıtmağa başladılar.
Məhz bu səbəbdən də müstəqillik ərəfəsində və onun ilk illərində Azərbaycana
gələnlərin əksəriyyəti MDB ölkələrindən gəlmişdilər. Məsələn, 1990-cı ildə
Azərbaycana gələn 84.279 nəfərdən 83184 nəfəri keçmiş sovet respublikala-
rından-MDB-dən gələnlər təşkil etmişdilər. Sonrakı illərdə də bu meyl özünü
qabarıq şəkildə büruzə vermişdir: 1995-ci ildə Azərbaycana gələn 6222 nəfə-
rin 5953 nəfəri, 2007-ci ildə isə müvafiq olaraq 1954 nəfəri MDB ölkələrindən
100
gələnlər olmuşlar.
MDB ölkələri içərisində Azərbaycana ən çox miqrant verən və qəbul
edən Rusiya Federasiyası olmuşdur. 1990-cı ildə MDB ölkələrindən Azərbay-
cana gələn 83184 nəfər miqrantın 30857 nəfəri Rusiya federasiyasının payına
düşür. Azərbaycana miqrant verən MDB ölkələrini miqrantların sayına görə sı-
ralasaq aşağıdakı nəticələri almış olarıq: 1. Rusiya Federasiyası, 2. Özbəkistan;
3. Gürcüstan; 4. Ukrayna; 5. Qazaxıstan; 6. Qırğızıstan; 7. Türkmənistan və s.
Azərbaycana ən çox miqrant verdiyi kimi, Azərbaycandan da ən çox
miqrant qəbul edən MDB ölkəsi Rusiya Federasiyasıdır. Qəbul etdiyi miqrant-
ların sayına görə Rusiyadan sonra Ukrayna, Qazaxıstan, Gürcüstan, Belorus,
Türkmənistan və Özbəkistan gəlir.
Yuxarıda göstərilənlərlə yanaşı postsovet məkanında Azərbaycan ən çox
qaçqın və məcburi köçkünlə qarşılaşan respublikadır. Hal-hazırda Azərbaycan-
da bir milyona yaxın məcburi köçkün və qaçqın var.
ƏDƏBİYYAT
1.
Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası// Azərbaycan Respublika-
sının Qanunvericilik toplusu. 2001, №8, s. 2921-2927.
2.
Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişaf sahəsində Dövlət
Proqramı//Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2004, №11, s. 3198-3224.
3.
Azərbaycan rəqəmlərdə. 2000. Bakı: Azərbaycan Dövlət Statistika Komitəsi, 2000, 117 s.
4.
Azərbaycan əhalisi (statistik bülleten) 2008. Bakı: Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsi, 2008, 113 s.
5.
«Gənclər siyasəti haqqında» Azərbaycan Respublikasının Qanunu // Azərbaycan Respubli-
kasının Qanunvericilik toplusu, 2002, №5, s. 853-861.
6.
Həsənova L.L. Azərbaycan əhalisi XX yüzilliyin ikinci yarısında. Bakı: BDU, 2003, 301 s.
7.
Краткая информация об истории Карабаха. Баку: Фонд Гейдара Алиева. Из серии
«Карабахские реалии», 2006, 14 с.
8.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər) // Azərbaycan
Respublikasının Qanunvericilik toplusu, 2006, №7, s. 1617-1627.
9.
Начало Карабахского конфликта. Баку: Фонд Гейдара Алиева. Из серии «Карабахские
реалии», 2006, с.14
НЕКОТОРЫЕ ПРОБЛЕМЫ МИГРАЦИИ НАСЕЛЕНИЯ АЗЕРБАЙДЖАНА
(1990-2009 гг.)
Л.Л.ГАСАНОВА
РЕЗЮМЕ
В процессе распада СССР и завоевания Азербайджаном независимости произош-
ли серьезные изменения в демографической ситуации существующий в республике.
Одним из важных факторов, оказавших влияния на демографические изменения в стра-
не, миграция населения.
В статье повествуется о стабилизации демографических процессов, народо-
населении и подготовка миграции как ее составной части и др. проблемах.
Ключевые слова: население Азербайджана, миграция, сальдо миграции, демография
101
SOME PROBLEMS OF MIGRATION OF THE AZERBAIJAN POPULATION
(1997-2009)
L.L.HASANOVA
SUMMARY
The processes of collapse of the Soviet Union and independence of Azerbaijan
radically changed the existing demographic situation.
Migration of the population is one of the factors seriously influencing demographic
changes in the country.
The article deals with the regulation of demographic processes, migration policy and
other problems.
Key words: Population of Azerbaijan, migration, the balance of migration, demography
102
Dostları ilə paylaş: |