BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Təbiət elmləri seriyası
2015
YUBİLEY
AZADƏLİYEV CƏBRAYIL− 80
Geologiya-mineralogiy
a elmləri doktoru, profes-
sor Cəbrayıl Əbdüləli oğlu Azadəliyev 29 noyabr
1935-
ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının
Qafan rayonun
da anadan olmuşdur. 1954-cü ildə Gığı
kənd tam orta məktəbində orta təhsilini 8 il ərzində əla
qiymətlərlə başa çatdırmışdır. C.Ə.Azadəliyev Azər-
bay
can Dövlət Universiteti (hazırda Bakı Dövlət Uni-
versiteti) Geologiya-
coğrafiya fakultəsinin «Geoloji
syomka və faydalı qazıntı yataqlarının axtarışı» şöbə-
sini fərqlənmə diplomu ilə bitirmişdir. Mühəndis-geo-
loq ixtisa
sına yiyələnən Cəbrayıl Azadəliyev tələbəlik illərində dövrünün tanın-
mış müəllimlərindən aldığı nəzəri bilikləri çöl təcrübələrində təkmilləşdirərək
gənc yaşlarından bacarıqlı geolog kimi özünü tanıtdırmışdır. 1959-cu ilin iyun
ayından akad. M.Ə. Qaşqayın şəxsi təşəbbüsü və inadlı təhriki ilə Azərbaycan
MEA Geologiya (indi
ki Geologiya və Geofizika) İnstitutuna təyinat alır, 1961-
ci ildə əyani aspirant, sonra kiçik elmi işçi, böyük elmi işçi, böyük elmi işçi-
qrup rəhbəri kimi fəaliyyət göstərmişdir. 1986-cı ildən «Metasomatizm və filiz-
əmələgəlmə» şöbəsinə rəhbərlik etmişdir. 1966-cı ildə namizədlik, 1998-ci ildə
doktorluq dissertasi
yalarını müdafiə etmiş və həmin ildən professordur. 1967-
ci il
dən eyni zamanda Bakı Dövlət Universitetinin «Faydalı qazıntıların geolo-
giyası» kafedrasında saathesabı qaydada pedaqoji fəaliyyətlə məşğul olmuş və
1999-cu il
dən indiyədək kafedranın professoru vəzifəsində fəaliyyət göstərir.
Prof. C.Ə.Azadəliyev metamorfizm, metasomatizm və filizəmələgəlmə
pro
seslərinin fiziki-kimyəvi analizi, filiz yataqlarının geologiyası, mineralo-
giyası və geokimyası, endogen metallogeniya, genetik mineralogiya və fiziki
geokimya, tətbiqi geologiya, geoekologiya kimi elm sahələrində dəyərli təd-
qiqatlar aparmışdır. Respublikada metasomatik mineraləmələgəlmə proses-
lərinin öyrənilməsi sahəsində yeganə mütəxəssis olan C.Ə.Azadəliyev elmin bu
mütərəqqi istiqamətini müvəffəqiyyətlə inkişaf etdirir. Alimin bu sahədə əldə
etdiyi 20-
dən çox dəyərli elmi və tətbiqi nəticələr ən mühüm nailiyyətlər qis-
mində keçmiş SSRİ Elmlər Akademiyasının və Azərbaycan Milli Elmlər Aka-
demiyasının illik hesabatlarına daxil edilmişdir. Prof. C.Ə.Azadəliyev Azər-
baycanın geologiyasında bir sıra yeniliklərə imza atmışdır. Daşkəsən skarn-
180
dəmir yatağı əmələ gələrkən skarn metasomatozu zamanı kimyəvi komponent-
lərin filizdaşıyan hidrotermal məhlullar vasitəsilə metasomatoz zonasına miq-
dari gətirilmə-çıxarılma balansını ilk olaraq mütərəqqi metodla hesablayan və
bu pro
sesdə komponentlərin geokimyəvi davranışını təhlil edən C.Ə.Azad-
əliyev eyni zamanda skapolit mineralının izomorf marialit minalının Daşkəsən
skarn-
dəmir yatağının skarnətrafı metasomatitlərində geniş yayıldığını, Ketam-
Kilit zonasının (Ordubad rayonu) skarnlarında qalay minerallaşmasını müəy-
yən etmiş, eləcə də Kiçik Qafqaz regionunda ilk olaraq dəqiq tədqiqatlarla Mu-
rov
dağ strukturunda yura-paleogen yaşlı vulkanogenlərin regional metamor-
fizmə uğramış fasiyalarında geniş yayılmış abissofob xassəyə malik pumpelliit
mine
ralarını aşkar etmişdir. Alim Kiçik Qafqazın filizdaşıyan metasomatitlə-
rinin geniş genetik-formasion təsnifatını, Kiçik Qafqazın mezokaynozoy
intruziyalarının kontakt-termal metamorfizmin petroloji-genetik modelini, mis-
porfir və skarn-dəmir filiz formasiyalarının geoloji-genetik və həcmi-geokim-
yəvi modellərini işləyib hazırlamış, bununla da gizli filiz yığımlarının birbaşa
axtarışı və proqnozu istiqamətində mineraloji-geokimyəvi və metasomatik
kriteri
lər kompleksini təklif etmişdir. Kiçik Qafqazın ultraəsasi massivlərinin
150 ildən artıq öyrənilmə tarixində onların yan süxurlarla təmaslarında yük-
səktemperaturlu termal dəyişilmələrin tipomorf mineral assosiasiyalarını ilk
ola
raq C.Ə.Azadəliyev kompleks presizion metodlarla öyrənib aşkarlamış, re-
gionun ultra
əsasi massivlərinin avtoxton-intruziv yolla formalaşdığını təkzib
olunmaz dəlillərlə əsaslandırmışdır; alim, həmçinin yer qabığında kalsiumlu
skarn
ların əmələ gəlməsinin konvergentliyi ideyasını elmdə ilk olaraq irəli
sürmüşdür. Prof. Azadəliyev eyni zamanda ilk olaraq Kiçik Qafqaz regionunun
tektonik-
maqmatik inkişafı ərzində yer qabığında yaranmış «filiz-maqmatik
sistemlər»in ayrılması prinsiplərini işləyib hazırlayaraq, maqmatik kütlənin
homo
drom təkamülü ilə əlaqədar bu sistemlərin hidrotermal fəaliyyətinin ikili
xarak
terli (maqmanın özünün təkamülü ilə bağlı hidrotermal məhlulların
bilavasitə təkamülü) ideyasını irəli sürərək əyani olaraq əsaslandırmışdır.
Prof.C.Ə.Azadəliyev 60-dan çox Beynəlxalq, Ümumittifaq və Respub-
lika miqyaslı elmi konfransların, müşavirələrin, sessiyaların fəal iştirakçısı
olaraq maraqlı elmi məruzələrlə və konstuktiv təkliflərlə çıxış etmişdir. Meta-
somatik filizəmələgəlmə sahəsində uzaq xaricdə və SSRİ məkanında kifayət
qədər tanındığına görə C.Ə.Azadəliyev vaxtilə SSRİ Elmlər Akademiyasının
Filiz
əmələgəlmə Şurasının Metasomatizm seksiyasına (1972), həmin Şuranın
Metamor
fizm və Metamorfogen Flizəmələgəlmə Komissiyasına (1982), SSRİ
Elmlər Akademiyasının Petroqrafiya Komitəsinin Metamorfizm Komissiyasına
(1983) üzv seçil
ərək uzun illər fəaliyyət göstərmişdir. Cəbrayıl müəllim Ümu-
mittifaq Minera
logiya Cəmiyyətinin və Azərbaycan Mineralogiya Cəmiyyəti-
nin üzvüdür (1960), Azərbaycan Mineralogiya Cəmiyyətinin vitse-prezidenti
(1995) seçil
mişdir.
Azərbaycan elminin inkişafında qazandığı nailiyyətlərə və fədakar əmə-
yinə görə möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə prof.
181
C.Ə.Azadəliyev «Tərəqqi» medalı və «Azərbaycan Respublikası Prezidentinin
Fəxri Diplomu» ilə təltif edilmişdir; dəfələrlə Azərbaycan Milli Elmlər Akade-
mi
yasının Rəyasət Heyətinin, Yer elmləri bölməsinin, Geologiya və Geofizika
İnstitutunun rəhbərliyinin «Fəxri fərman»ları ilə mükafatlandırılmışdır. Ame-
rika Bioqrafi
ya İnstitutu (ABŞ) C.Ə.Azadəliyevi «2000-ci ilin Adamı» və
«2001-
ci ilin Görkəmli Elm Xadimi» elan etmiş, «Görkəmli Nailiyyətlərinə
görə Ömürlük Xatirə Medalı» və «Beynəlxalq Müvəffəqiyyət Tərif Qramotası»
ilə təltif etmişdir.
Prof. C.Ə.Azadəliyev 300-dən çox elmi əsərin, o cümlədən 5 monoqra-
fiyanın, dərsliklərin, dərs vəsaitlərinin, eləcə də bakalavriantlar və magistrant-
lar üçün tədris proqramlarının müəllifidir, 25 elmi hesabatın, o cümlədən 10
təsərrüfat müqaviləli işin elmi rəhbəri və məsul icraçısı olmuşdur. «Azərbayca-
nın geologiyası» çoxcildiyinin (rus dilində) 6-cı cildinin (2003, 2005) redaksi-
ya he
yətinin üzvü, «Azərbaycanın geologiyası» (Azərbaycan dilində) 3-cil-
dliyin
də (2015) «Bərk faydalı qazıntılar» bölməsinin müəllifidir.
Prof. C.Ə.Azadəliyev eyni zamanda gənc mütəxəssislərin və elmi kadrla-
rın hazırlanmasında fəal iştirak edir. Bir sıra monoqrafiyaların redaktoru, eləcə
də elmi külliyatların və məcmuələrin redaktoru və redaksiya heyətlərinin üzvü
olmuşdur. Geologiya və Geofizika İnstitutu Elmi Şurasının üzvüdür; müvafiq
ixtisaslar üzrə Birdəfəlik Müdafiə Şurasına üzv təyin olunur.
Prof. C.Ə.Azadəliyev bacarıqlı təşkilatçı və ictimaiyyətçidir. Uzun illər
Geologiya İnstitutunda Xalq Nəzarəti qrupuna rəhbərlik etmişdir. 1992-ci ildə
Azərbaycan EA Azad Həmkarlar İttifaqlarının yaradılmasının fəal təşkilatçı-
larından biri olaraq təşkilatın ilk Nizamnaməsini şəxsən hazırlayaraq Ədliyyə
Nazirliyinin Kollegiyasından keşirtmiş, İttifaqın Kollegial Rəyasət Heyətinin
həmsədri və Məclisinin sədri olmuşdur. 1997-ci ildən Geologiya İnstitutunda
Yeni Azərbaycan Partiyasının ərazi təşkilatının yaradıcısı və sədridir.
Pr
ofessor Cəbrayıl Azadəliyev mötəbər və şərəfli, səmimi və mehriban
bir ailənin başçısıdır: bir qız, iki oğul atası, 5 nəvə babası olaraq, özünün dediyi
kimi, xoşbəxt insanlardandır.
Dostları və həmkarları əziz Cəbrayıl müəllimi 80-illik yubileyi münasi-
bətilə səmimiyyətlə təbrik edərək, ona mənalı və sağlam ömür, möhkəm can-
sağlığı və ailə səadəti, elmi və pedaqoji fəaliyyətində daha da böyük nailiy-
yətlər arzulayırlar!
V.M.Babazadə, A.İ.Xasayev, M.İ.Çıraqov, Ə.Q.Novruzov,
M
.N.Məmmədov, N.Ə.İmamverdiyev,
B.H.Qələndərov, S.A.İsayev, H.M.Hüseynov.
182
Dostları ilə paylaş: |