173
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Sosial-siyasi elmlər seriyası
2013
PEDAQOGİKA
UDC 378:303: 147
“QALIQ” BİLİKLƏRİN FORMALAŞMASINDA KOQNİTİV
ELMLƏRİN METODOLOJİ ƏHƏMİYYƏTİ
A.H.KAZIMZADƏ
*
, R.M.MAHMUDOVA
**
, Q.Y.ABBASOVA
***
Bakı Dövlət Universiteti
akazimzade@yahoo.com
*
, social-sciences&dsk/az
**
,
q.abbasova@mail.ru
***
Bu gün dünyada, dünyagörüşünün bəzi fəlsəfi əsaslarının itirilməsi ilə əlaqədar (xü-
susilə dünyanın bütövlüyü, kainatın və insanın qarşılıqlı əlaqəsi ilə bağlı ontoloji təsəvvürləri
və s.), ictimai şüurda onların kompensasiya edilməsi dərin özünüdərk istiqamətində gedir.
Burada idrak prosesləri xüsusilə önə çıxır. Məlumdur ki, müasir fəlsəfi konsepsiyalar insan
mövcudluğu problemləri ilə daha çox əlaqəlidir, burada tədqiq etmək üçün psixologiya, o
cümlədən digər elm sahələrinin müxtəlif aspektləri təqdim olunur. Koqnitiv inkişaf məsələləri
şəxsiyyətin sosiallaşması, təlim və özünü savadlandırma, öyrənmə prosesi üçün xüsusilə
vacibdir.
Açar sözlər: fəlsəfə, metodologiya, koqnitiv psixologiya, təlim, mütəxəssislərin
hazırlığı, öz-özünə təhsil alma
Məlumdur ki, hər bir ölkənin rəqabətə dözümlülüyü, yəni təhlükəsizliyi
həm də əhalinin təhsil səviyyəsi ilə müəyyən olunur. Dünya bazarlarında
səmərəli şəkildə rəqabətə davamlı olmaq, ölkənin bütün mövqelərini güclən-
dirmək üçün təhsil sahəsində dərin islahatlara həmişə ehtiyac var. Islahatlar
sırasında təhsil standartlarının dünya tələblərinə uyğunlaşdırlıması diqqət
mərkəzində olmalıdır.
Təhsilin vacib məsələlərindən biri hər bir tədris prosesinin iştirakçısında,
yəni bilikləri öyrənəndə qavramaq yolunun daha uğurlu və keyfiyyətli
olmasıdır. Burada meyarlar müxtəlifdir və bunlardan biri diqqətimizi daha çox
cəlb edir. Söhbət “qalıq” biliklərin formalaşması və səmərəliliyindən gedir.
Burada əhəmiyyətli olan tərəf qalıq biliklərinin formalaşmasında nəzəri-
metodoloji əsasların axtarılmasıdır. Hər bir sosial fəaliyyət sahəsində olduğu
kimi, təhsilin metodoloji əsasını da fəlsəfi biliklər təşkil edir. Yaşamağın
174
mənası, şəxsiyyətin bioloji və sosial tərəflərinin vəhdəti, cəmiyyətin tarixi
inkişaf mərhələlərinin inkişaf xüsusiyyətləri, həyat tərzi, həyat üslubu, ictimai
şüur və burada sosial psixologiya və ideologiya problemləri, sosial dəyərlər,
sosial dərketmə və s. kimi problemlərin fəlsəfi səpgidə həlli təhsilin fəlsəfə-
sinin düzgün dərk edilməsi və burada fəaliyyətin təhlili və proqnozlaşdırılması
üçün olduqca əhəmiyyətlidir. Bizi daha çox maraqlandıran sosial dərketmə ilə
bağlı koqnitiv problemlərin nəzəri-metodoloji problemləridir.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Qərbi Avropa və Amerika sosio-
loqları Tonnis, Zimmel, Dürkheym, M.Veber, Pareto, Veblen öz yaradıcılıq-
larında sosial reallığın mahiyyətini, sosial idrakın qnoseoloji xüsusiyyətlərini,
elmi və dünyagörüşününün nisbətini təhlil edir, cəmiyyətin norma və
dəyərlərini qiymətləndirməyə çalışırdılar. Nəticədə tarixi – təkamülçü yanaşma
tədricən struktur – analitik yanaşma ilə əvəz olundu, nəzəri ideyalarla yanaşı
empirik tədqiqatlar da genişləndi. Müxtəlif nəzəri oriyentasiyalar yarandı.
Dürkheym pozitivist obyektivizmin, M.Veber yeni kantçılıq və həyat
fəlsəfəsinin, Zimmel şəxsiyyətlərarası qarşılıqlı fəaliyyət prosesi ideyasının
imkanlarından istifadə edirdilər.
Kiçik qrupların strukturu və dinamikası, insanların qarşılıqlı fəaliyyət
formaları, şəxsiyyətlərarası münasibətlərin tipləri, şəxsiyyətin sosial ustanov-
kalarının formalaşması, qrup səviyyəsində qərarların qəbul olunması yolları,
kommunikasiya vasitələri və s. kimi hadisələrin təhlil olunmasında böyük
nəticələr əldə edilmişdi. Bu problemlərin təhlili metodikası ilkin etibarlı
məlumatın əldə edilməsi üçün imkan yaradırdı.
Sosial texnologiyalardan təhsil problemlərinin öyrənilməsində də geniş
istifadə edilməyə başlandı. Sosiologiyada tədricən sosial-psixoloji tədqiqatlar
çoxalır (simvolik interaksionizm), sosial fəlsəfə ilə bağlı olan fenomenologi-
yanın rolu, ümumsosioloji nəzəriyyələr yaratmaq cəhdləri artırdı (Q.Qarfinkel,
A.Qouldner, P.Sorokin, A.Etsioni və başqaları). Təhsil problemləri postindu-
strial, informasiya cəmiyyətində insan amilinin rolunun artması və yeni tipli
istehsal – iqtisadi və sosiomədəni münasibətlərin yaranması şəraitində təhlil
edilirdi. Təbii ki, bu zaman elmi-texniki tərəqqinin aparıcı roluna xüsusi diqqət
yetirilirdi.
Məlum olduğu kimi, təhsil sayəsində mədəni sərvətlər hifz olunur, qoru-
nub zənginləşdirilir və sonrakı nəsillərə ötürülür. Yeni texnoloji metodların
tətbiqi və müvafiq biliklərin yenidən dəyərləndirilməsi ilə əlaqədar olaraq
cəmiyyətdə önəmli sosial dəyişikliklər baş verir.
Hal-hazırda bütün, o cümlədən fəlsəfə sahələrinə aid elmlərdə koqnitiv -
psixoloji problemlər ilk növbədə sinergetik dərketmə baxımından öyrənilir və
tədqiq olunur [3]. Koqnitiv fəlsəfə sahəsi də koqnitiv elmlərin metodoloji
dərketmə vasitəsi kimi qiymətləndirilir. Demək olar ki, bu vəziyyətdən daha
çox psixoloqlar faydalanır. Bununla belə hesab olunur ki, ontologiya və episte-
mologiyanı fərqləndirərkən unutmaq olmaz ki, “bizim üçün tam dərkolunmaz
175
şeylər var və buna görə çox ehtiyatlı olmaq və biliklərin hədlərini varlıqda
sərhədlərin axtarışı üçün bir fürsət saymaq olmaz” [1, 10].
Dərketmədə fəlsəfi yanaşmadan həm də psixoterapiya sahəsində fəal
şəkildə istifadə olunur. Bu barədə Ollport (Allport, 1961) deyir ki, “bizim
müzakirələrdə, müvafiq nəzəriyyələrdə özünü biruzə verən dərin fəlsəfi əsaslar
olmalıdır”, yəni “insan təbiəti haqqında müxtəlif nəzəriyyələrin əsaslandığı
ehtimallar nəzərə alınmalıdır” [2, 9].
Bundan başqa, humanitar elmlərin bir çox bölmələrinin və hər şeydən
əvvəl psixologiyanın inkişafı nəticəsində fəlsəfənin yeni istiqaməti meydana
gəldi: fəlsəfi ideyaların formalaşması və inkişafı aspektlərinin öyrənilməsi. Bu
halda fəlsəfə yalnız psixologiyanın nailiyyətlərinə yox, “həm də epistemolo-
giya, neyropsixoloqiya, sosiologiya (elmi biliyin sosial təhlili), kulturologiya,
koqnitiv linqvistika, süni intellekt sahəsindəki tədqiqatlara söykənir” [4, 175].
Güman edilir ki, "bütün təfəkkür prosesləri müəyyən strategiyaları təşkil
edir, və onları verbal və ya qeyri-verbal xüsusiyyətlər əsasında öyrənmək olar"
[4, 175].
Təxminən son yüz ildə psixologiyanın məhz mental-psixoloji
istiqamətinin yaranması təsadüfi deyil. İlk növbədə bu, insan təbiətinin istər
fərdi, istərsə də ictimai planlarda tədqiqinə ehtiyacın artması ilə bağlıdır.
Əvvəlki dövrlərdə bu sahədəki təcrübə fəal öyrənilirdi, lakin bunu universal
nizam baxımından edirdilər: problemlərin insani ölçüsü həmişə kosmik ölçüsü
ilə tutuşdurulur, müqayisə olunurdu, hətta bu müqayisə etmənin harmonik
yolları axtarılırdı; belə axtarışlar dini təcrübədə, həmçinin Zərduşt, Aristotel,
Heqel kimi nəhənglərin yaradıcılığında adi hal olmuşdu.
Məlumdur ki, fəlsəfə - düşüncə üslubudur; burada insan özü və dünya
haqqında olan təsəvvürlər əsasında dünyaya öz münasibətini bildirir. Adətən
rasional və irrasional düşüncə üslublarını fərqləndirir. Bunların hər biri
fəlsəfədə kifayət qədər dərindən tədqiq edilmişdir. Sosial proseslərdə mühüm
rol oynayan bu sahənin indi də xeyli nümayəndələri vardır. Fəlsəfə ilə koqnitiv
fəlsəfənin ümumi sahəsi məhz dərketmə prosesi ilə bağlıdır. Bununla da fəlsəfi
sistemlər tərəfindən insan şüurunun dərketmə səviyyəsində kompleksli,
sistemli təhlil imkanını yaradırlar. Burada ilk növbədə söhbət hafizə, təxəyyül,
dilin işarələr sistemi vasitəsi ilə həyata keçirilən düşüncə fəaliyyətindən gedir.
Fəlsəfədə bu problemlə əsasən epistemologiya nümayəndələri məşğul olurlar.
Ədalət naminə qeyd etməliyik ki, filosoflar həmişə təfəkkür proseslərinin
müxtəlif tərəfləri ilə yaxından maraqlanırdılar, amma bu prosesə həm fizioloji,
həm də sosial səpgidə insan zehninin dərin tədqiqatlarına təkan vermiş böyük
təbii-elmi inqilablar xüsusilə təsir göstərmişdir. Albert Ellis psixoterapiyaya
məntiqi və fikri (emotiv - səmərəli terapiya səviyyəsində) daxil etməyə
çalışanlardan biri olmuşdur [5]. Bu haqda S.Dennet Deniel belə yazırdı:
"Biz,… genetik irsiliyin cığırları üzrə deyil, mədəniyyətin geniş yolları ilə bizə
verilmiş, sözün əsil mənasında tarixin və ya tarixdən əvvəlki iğtişaş dövrlərinin
dərinliklərində başqaları tərəfindən ixtira edilmiş minlərlə belə faydalı
176
fəndlərdən istifadə edirik. Bu mədəni irsin sayəsində biz, fikirlərimizi dünyaya
necə yaymağı öyrənirik, burada biz, bizim əla qurulmuş anadangəlmə
qabiliyyətlərimizə əsasən obrazları izləməyə və tanınmasına yol tapıb onlardan
optimal istifadə edə bilirik [1, 145].
Təfəkkür prosesinin imkanları, onun həm mahiyyəti, həm də praktik
istifadəsi nöqteyi-nəzərindən sonuna qədər öyrənilməmiş və çətin ki, nə vaxtsa
öyrəniləcəkdir: onlar sonsuzdur. Bununla belə hər il insanın təfəkkür
fəaliyyətinin müxtəlif istiqamətlərinə aid maraqlı materiallar toplanılır və bu
sahədə tədqiatlar aparılır.
Şüur proseslərinin koqnitiv tədqiqinə marağın güclənməsinə imkan
yaradan bir neçə səbəb var: elmi-texniki tərəqqinin nailiyyətləri, səhiyyə
sahəsində psixologiya, o cümlədən onun tətbiqi sahələrində nailiyyətlər,
insanlar arasında ünsiyyətin kommunikativ bazasının, həmçinin fəaliyyətin
müxtəlif, xüsusən ictimai (müxtəlif tədbirlərdə çıxışlar və s.) sferalarında
ritorik imkanlardan istifadənin genişləndirilməsi və s. Bir çox tədqiqatçılar, o
cümlədən psixologiya sahəsində, anlayırlar ki, bu sahədə bir çox konsepsiyalar
həm qədim, həm də müasir filosoflar, psixoloqlar, psixoterapevtlər və
sosioloqlar tərəfindən xülasə edilmişdi [5, 19-20]. Bu gün də fəlsəfi fikir,
əvvəlki əsrlərdə olduğu kimi, kifayət qədər fəaldır, Belə ki, alimlər öz
tədqiqatlarında əsas məzmunu və onun istiqamətlərini insan şəxsiyyəti, onun
şüuru və düşüncəsi ilə bağlamışlar.
Psixologiya və fəlsəfənin maraqlarının toqquşması və ya uyğunluğunun
nöqtəsi həmişə insan düşüncəsi idi; elmi kəşflər insan psixikasının öyrənil-
məsinə müxtəlif cür yanaşmağa imkan yaratdı, buna görə də, fəlsəfə öz
dünyagörüşü yanaşmalarını və daha əvvəl xülasə edilmiş qnoseoloji proseslər
barəsində ümumi qanunauyğunluqların məzmununu yenidən qurmaq məcbu-
riyyətində idi. Qnoseoloji problemlərə rasional və intuitivist yanaşmalar
ənənəvi olaraq fərqləndirilirdi. İndi oxşar münasibət müşahidə olunur və
psixologiyada (məsələn, A.Ellis tərəfindən) rasional düşüncənin imkanları fəal
istifadə olunur [5, 161].
Bek bu barədə açıq yazır ki, koqnitiv terapiya şüursuzun konsepsiyasına
ehtiyac duymur, psixoloji problemlər isə "adi proseslərin nəticəsi ola bilər,
məsələn, yanlış öyrətmə, natamam və ya səhv informasiya əsasında yanləş
nəticələrin çıxarılması, uydurma və reallıq arasında dəqiq sərhədi keçirmək
bacarıqsızlığı və s. Bundan başqa, düşüncə qeyri-real ola bilər, çünki o, ola
bilsin ki, yanlış mühakimələrə əsaslanmışdır; davranış həm də özünə ziyana
yönəldilmiş ola bilər, çünki düşüncəsiz quraşdırmalara əsaslanır" [2, 253-254].
Hər iki yanaşma – realistik və koqnitiv, rasional ilə irrasional düşüncənin
xüsusiyyətlərinə əsaslanır və şüuraltı ilə bağlıdır. Bu sahə kifayət qədər yaxşı
tədqiq edilmişdir, ancaq hal-hazırda terapiyanın koqnitiv imkanları əvvəlki
əsrlərə nisbətən daha geniş açıqlanır və istifadə olunur.
Koqnitiv psixologiya adi prosesləri tədqiq etməyə və nəzərə alınmasına
üstünlük verir. Bunlar sırasında "yanlış öyrətmə, natamam və ya səhv
177
informasiya əsasında səhv fikirlərin çıxarılması, uydurmanın və reallığın
arasında dəqiq sərhədi keçirmək bacarıqsızlığı, və s. Məlumdur ki, düşüncə
qeyri-realist ola bilər, çünki o səhv metodologiyaya əsaslanmışdır; davranış,
əgər düşüncəsiz quraşdırmalara əsaslanarsa, onda səhvə yol verilə bilər" [yenə
orada].
Düşüncə qanunlarının tədqiqatında yeni yanaşmaların mövcudluğu
haqqında həm filosoflar, həm də psixoloqlar (məsələn, B.M.Veliçkovski) yazır.
B.M.Veliçkovski qeyd edir ki, "beyin (hər şeydən əvvəl üçölçülü beyin xəritə-
çəkməsi əsasında) işinin analizinin yeni metodlarının yaradılması nəticəsində
vəziyyət guya "müstəqil" maddələrin böyük qarşılıqlı təsirinin tanınmasına
tərəf dəyişməyə başladı. Bundan başqa, paralel və paralel-iyerarxik quruluşlu
modellərin yayılmasına görə aparıcı elmi koqnitiv paradiqma bu gün daha çox
Leybnitsin monadologiyasını xatırladır. Koqnitiv elmin və onun tətbiqi
proqramlarının sonrakı perspektivləri Novalis, Fixte və Heqel tərəfindən ilk
dəfə xülasə edilmiş, bir qədər unudulmuş, lakin olduqca məhsuldar fəaliyyət
paradiqması ilə tədqiqatların plüralizm üzərində qurulmuş strategiyası ilə
bağlanmışdir [6, 282].
Fixte hesab edirdi ki, "yalnız ağıl özündə sonsuza malikdir, çünki o heç
vaxt mütləqi dərk etmək vəziyyətində olmamışdır; yalnız mütləq, hansı ki,
formaliter kimi, heç vaxt başqa cür ağıla daxil olmur, yalnız və yalnız
keyfiyyətli, heç vaxt miqdar olmayan vahiddir və s." [7, 371]. O yazırdı ki,
bizim düşüncəmiz "fəaliyyətdir, beləliklə, sizin müəyyən düşüncəniz müəyyən
fəaliyyətdir, yəni ki, siz məhz ona görə belə düşünürsünüz ki, siz belə hərəkəti
məhz düşüncədə edirsiniz" [7, 510].
O, özünün
“Mən” konsepsiyasında Mənim haqqımda düşüncənin və
özünə istiqamətlənmiş "fəaliyyət"ə ayrılması ehtiyacını vurğulayır. Bu
“fəaliyyət” nəticəsində özünün “Mən” haqqında düşüncəsi əmələ gəlir: "Yalnız
anlayış yaradan aktın göstərişi vasitəsilə həmin anlayış tamamilə təyin edilir.
Mən sənə dediyimi et və sən mən sənə dediyimi düşünəcəksən.… amma yalnız
burada, söhbətdə gətirdiyim Mən, yəni hansı ki, yalnız sənin düşüncənin sənə
müraciəti vasitəsilə yaranır" [7, 511].
Filosofların, istər klassik istiqamətin (Berkli, Kant, Fixte, Şellinq, həyatın
fəlsəfəsinin nümayəndələri Nitsşe, Şopenhauer, Yum, Avenarius, Max), istərsə
də müasir fəlsəfənin nümayəndələri, xüsusilə E.Hüsserl, neopozitivistlər bila-
vasitə təfəkkür problemləri ilə məşğul olurdular, özü də Fixtenin yaradıcı-
lığında gördüyümüz kimi, onun koqnitiv-psixoloji aspektinə böyük diqqət
yetirirdilər.
Bu gün Fixtenin ardınca psixoloqlar (Meyhenbaum) iddia edirlər ki,
"özünütəlimatlandırma ilə bağlı təlim aşağıdakı ehtimal ilə əsaslandırılmalıdır:
"insanların özünə dedikləri onların etdiyi hər şeyi müəyyən edir". Davranış
"insan fəaliyyətinin müxtəlif aspektlərinin təsirinə meyillidir, o cümlədən
müxtəlif konstruktlarla təyin edilir: fizioloji reaksiyalar, affektiv reaksiyalar,
178
koqnisiya, həmçinin şəxslərarası qarşılıqlı təsirlə. Daxili nitq, və ya daxili
dialoq, fəaliyyətin və ya konstruktların bu növlərindən biridir" [8, 202].
D. Meyhenbaumun vurğuladığı kimi, 70-ci illərin əvvəllərində koqnitiv-
bihevioral terapiya (KBT) və koqnitiv-bihevioral modifikasiya (KBM)
bihevioral texnikalarla psixodinamik və sistem psixoterapiyasının kliniki
məsələlərinin inteqrasiyasına cəhd edirdi. Bütün bu istiqamətlər psixotera-
pevtik inteqrasiyasının ümumi prosesinə, həmçinin onunla koqnitiv tərəfindən
bağlı sahəyə öz töhfəsini verdi,. "Koqnitiv-funksional qiymətləndirmənin hə-
dəfi Mən-fikirlərinin funksional qiymətinin müəyyən növünün ehtimal
terminlərində təsvir olur, bu fikirlərin ardınca davranışın və ya insanın
emosional vəziyyətinin konkret növləri, məsələn, əhval-ruhiyyə və ya onun
fizioloji reaksiyaları, və ya diqqətin bölgüsünün prosesləri və s izlənilir. Daxili
dialoqu hansı təsir göstərir və öz növbəsində necə kənardan başqa hadisələr və
ya davranış proseslərini necə hiss edir?" [9, 349].
Tədqiqatçıların qeyd etdiyi kimi, koqnitiv elmin əsaslarında təbii, həm də
ictimai və humanitar elmlərinir bir çox istiqamətlərinin inkişafı dururdu. İlk
metodik yanaşmaları V.Vund tərəfindən hazırlanmışdı, bu işi onun davamçı-
ları, həmçinin fizikalizm istiqamətinin nümayəndələri daha da inkişaf etdirmiş-
lər. Prosesin inkişafı burada ziddiyyətli idi, bunun da təsdiqini psixoloji fikirdə
inkişaf etmiş böhranlarda görmək olar. Buraya böyük töhfəni fiziologiyanın və
fəaliyyət psixologiyasının nümayəndələri gətirmişlər. Yanaşma müxtəlifliyi
həm də, yuxarıda qeyd edildiyi kimi, kompüter texnologiyalarının inkişafı ilə
bağlı olmuşdur [6, 90-162].
Hal-hazırda sensor-perseptiv proseslər, şüur və hərəkətə nəzarət, yadda-
şın funksional strukturu, biliklərin təsnifləşdirilməsi və təsviri, kommunikasiya
və nitq fəallığı, təfəkkür və fövqəldərketmə və s. kimi istiqamətlər fəal şəkildə
inkişaf etdirilir [yenə orada]. Burada təhsil işçilərinin də qarşısında bir sıra
vacib məsələlər durur. Ilk növbədə hər bir istiqamət üzrə fəaliyyət göstərən
kafedralar və digər struktur bölmələrində metodik sahədə aparılan işlərin
əsasını koqnitiv elmlərin ən son nailiyyətləri təşkil etməlidir. Təhsil standartla-
rına daha ciddi riayət olunmalıdır. Hər bir tələbənin koqnitiv fəaliyyətinə aid
olan təfəkkür sahələri (yaddaş, təxəyyül, diqqət və s.) xüsusi testlər və digər
sorğu materialları vasitəsilə yoxlanılmalıdır ki, tədris prosesi daha faydalı və
səmərəli olsun. Bundan başqa, belə yoxlama nəticəsində müəllimin də işlətdiyi
tədris materialları, onların tətbiqedilməsi metodikaları da getdikcə təkmilləş-
diriləcək ki, təhsilin yüksək nəticələri əldə edilmiş olsun.
Artıq bu istiqamətdə müəyyən işlər aparılır. Ilk növbədə Sosial elmlər və
psixologiya fakültəsi nəzdində fəaliyyət göstərən sosioloji və eksperimental
psixologiya laboratoriyaları, “İnkişaf” Respublika elmi-praktik mərkəzi bir sıra
layihələri həyata keçirərək, təhsilin fəlsəfəsi, şəxsiyyətin milli özünügerçəkləş-
dirməsini inkişaf etdirmək üçün təhsil sisteminin rolunun artırılması, orta və ali
məktəblərdə təlimin praktik, o cümlədən interaktiv təliminin imkanlarından
daha geniş istifadə edilməsi kimi məsələləri həll etməyə çalışırlar.
179
Məsələn, tədqiqatçıların gəldiyi qənaətlərdən biri də ondan ibarət
olmuşdur ki, şəxsiyyətin mədəniyyət kontekstində özünügerçəkləşdirmə im-
kanlarını istiqamətləndirmək üçün inkulturasiya prosesinin psixoloji mexa-
nizmlərinin öyrənilməsi vacibdir, çünki bu prosesin mexanizmlərinin öyrənil-
məsi mədəni dəyərlərin assimlyasiyasının qarşısını alır, milli təfəkkürün və
özünütəsdiqin adekvatlığını təmin edir. Təhsildə olan universal imkanlarından
faydalanmaq, şəxsiyyətin hərtərəfli inkişafına şərait yaratmaq üçün sosial və
humanitar elm sahələrinin sıx əməkdaşlığı təmin olunmalıdır. Burada
infrastruktur əhəmiyyətli köməkçi sahə də var – İKT. İKT-nin yaratdığı hədsiz
imkanlardan düzgün bəhrələnən hər bir təhsil işçisi tədrisdə yüksək
göstəriciləri əldə edə bilər.
Hal-hazırda bir çox ölkələrdə koqnitiv elmlər və onların tətbiqi məsə-
lələri ilə bağlı yeni tədqiqat sahələri və tədris proqramları yaradılır. Məsələn,
Rusiyanın Ali İqtisad Məktəbində, Psixologiya fakültəsində yeni, “Koqnitiv
Elmlər və Texnologiya: neyrondan biliyə doğru” magistr proqramı yaradılmış-
dır. Bu, fənlərarası proqramdır. Diqqət mərkəzində həm psixoloqlar, həm də
riyaziyyatçılar, menecerlər, dilçilər, ictimai elmlərin nümayəndələri, iqtisadçı-
lar üçün maraqlı ola biləcək bir sıra sahələrinin öyrənilməsidir, o cümlədən in-
san tərəfindən informasiya emalı prosesləri, təhsil proqramı iki mümkün istiqa-
mət - idrak psixologiyası və idrak psixofiziolologiyası üzrə aparıla bilər [10].
Nəticə. Koqnitiv elmlər üzrə IV Beynəlxalq konfransında R. Şenka öz
məruzəsində təhsil sistemində təfəkkür təbiətinin anlamında elmin koqnitiv
nailiyyətlərinə əsaslanan transformasiya üzrə təkliflər irəli sürmüşdür. Onun
proqramında on iki fundamental koqnitiv proses seçilmişdir: modelləşdirmə,
sınaq, proqnoz, qiymətləndirilmə, diaqnoz, planlaşdırma, səbəbiyyət, fikir,
danışıqlar və ya razılaşmaq bacarığı, təsir, komandada işləmək bacarığı, təsvir.
Bu prinsipləri, ən erkən yaşdan başlayaraq, sonra isə məktəbdə və hətta
universitetlərdə təhsilin əsası kimi, hamıya öyrətmək lazımdır. Prinsiplərin sayı
əhəmiyyətli deyil, düşünmək bacarığını formalaşdıran üç fundamental bacarığı
seçmək olar ki, onlar xüsusilə əhəmiyyətlidir:
1) təsvir etmək qabiliyyəti olan təsviri funksiya, yəni özünü ifadə etmə
qabiliyyəti; 2) diaqnoz qoymaq bacarığı intellektual proses kimi, bu zaman
“nə” və “necə olur” anlamaq bacarığı formalaşır; 3) Onsuz hər hansı bir fəaliy-
yət qeyri-mümkündür: bu, əsas proses olan planlaşdırmadır. Təhsil qaydaları
və düsturları məcburi öyrədən yer yox, həyatda bizə kömək edəcək koqnitiv
bacarıqların tədrisi olmalıdır [11, 114].
Göründüyü kimi, fəlsəfə, mədəniyyətin (Rusiya alimi V.S.Styopinin
terminologiyası üzrə) universaliyaların mahiyyətinə əsaslanaraq, humanitar
elmlərə (həmçinin psixologiyaya), o cümlədən insan düşüncəsi ilə əlaqədar
olaraq özünü inkişaf etdirmənin qabiliyyətini aşılamağı bacardı. Texnikanın və
insan sivilizasiyasının inkişaf tarixi bütün koqnitiv elmlərin insan inkişafının
universal ensiklopediyaya çevrilməsinə imkan yaradırdı. Demək olar ki, hər
gün o, yeni biliklərlə, bacarıqlarla və qabiliyyətlərlə zənginləşir.
180
ƏDƏBİYYAT
1.
Дэниел С. Деннет. Виды психики: на пути к пониманию сознания. Перевод с
английского Андрея Веретенникова. Под общей редакцией Л.Б.Макеевой. ИДЕЯ-
ПРЕСС. М.: Наука, 2004, 185 с.
2.
Сесил Паттерсон, Эдвард Уоткинс. Теории психотерапии. 5-ое изд., 1997.
3.
Синергетическая парадигма. Когнитивно-коммуникативные стратегии современного
научного познания. Издательство: Прогресс-Традиция, 2004, 560 с. http://myword.ru/
4.
Современный когнитивизм: философия, когнитивная наука, когнитивные
дисциплины (материалы научной конференции)// «Вопросы философии», 2006, №1/
5.
Эллис А., Драйден У. Практика рационально-эмоциональной поведенческой терапии.
СПб., Речь, 2002, с. 19-20.
6.
Величковский Б.М. Когнитивная наука: Основы психологии познания. В 2-х т. Т. 1 /
Борис М.Величковский. М.: Смысл: Издательский центр «Академия», 2006, 448 с.
7.
Фихте И.Г. Избранные сочинения. Под редакцией кн. Е.Трубецкого. Т.1. Путь. М.,
1916, 520 с.
8.
Meichenbaum D. Cognitive behavior modification: An integrative approach. New York:
Plenum, 1977, p.256.
9.
Breger, L., & McGaugh, J. (1965). Critique and reformulation of “learning theory”:
Approaches to psychotherapy and neurosis. Psychological Bulletin 63, 2010, с. 338-358.
10.
На факультете психологии ВШЭ создана англоязычная магистерская программа
«Когнитивные науки и технологии: от нейрона к познанию» // http://www.hse.ru
11.
Черникова И.В. Когнитивные науки и когнитивные технологии в зеркале философ-
ской рефлексии // Эпистемология и философия науки, XXVII. 1. М.: Альфа, 2011,
с.101-117
МЕТОДОЛОГИЧЕСКОЕ ЗНАЧЕНИЕ КОГНИТИВНЫХ НАУК В
ФОРМИРОВАНИИ «ОСТАТОЧНЫХ» ЗНАНИЙ
А.Г.КАЗЫМЗАДЕ, Р.М.МАХМУДОВА, Г.Я.АББАСОВА
РЕЗЮМЕ
В современном мире, с утратой некоторых философских основ мировосприятия, в
частности, связанных с онтологическими представлениями о целостности мира и
взаимосвязанности мироздания и человека, компенсация их в общественном сознании
пошла в направлении углубленного самоанализа. Особенно стоит выделить здесь
когнитивные процессы. Известно, что современные философские концепции больше
связаны с проблемами человеческого существования, разные аспекты которого здесь
стремятся исследовать в комплексе с другими научными сферами, в том числе с
психологией. Вопросы когнитивного развития особенно важны в процессе обучения,
при социализации личности, подготовке специалистов и в самообразовании.
Ключевые слова: философия, методология, когнитивная психология, обучение,
подготовка специалистов, самообразование
181
METHODOLOGICAL SIGNIFICANCE OF COGNITIVE SCIENCE IN THE
FORMATION OF THE "RESIDUAL" KNOWLEDGE
A.H.KAZIMZADƏ, R.M.MAHMUDOVA, G.Y.ABBASOVA
SUMMARY
In today's world, with the loss of some philosophical foundations of attitude, in
particular related to the integrity of the ontological conceptions of the world and the
interconnectedness of the universe and man, their compensation in the public mind went in the
direction of deep introspection. Cognitive processes are particularly remarkable here. It is
known that modern philosophies are more concerned with the problems of human existence,
different aspects of which tend to study as a complex with other scientific areas, including
psychology. Cognitive development issues are particularly important in the learning process,
socialization of personality, training and self-education.
Key words: philosophy, methodology, cognitive psychology, education, training, self-
education
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondunun maliyyə dəstəyi ilə yerinə yetirilmişdir
Republic qrant № EİF - 2012 - 2 (6) - 39 / / 30/5
Dostları ilə paylaş: |