Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİl problemləR İnstiTUTU azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 102,14 Kb.
tarix23.09.2017
ölçüsü102,14 Kb.
#1319


AZƏRBAYCAN RESPUBLİKASININ

TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL

PROBLEMLƏR İNSTİTUTU

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
«Menecment» kafedrası


«Bakalavr» pilləsində təhsil alanlar üçün

İDARƏETMƏNİN SOSİOLOGİYASI

VƏ PSİXOLOGİYASI

fənninin

TƏDRİS PROQRAMI

İxtisas: İİ020200 «Menecment»



BAKI – 2008
AZƏRBAYCAN RESPUBLİKASININ

TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL

PROBLEMLƏR İNSTİTUTU

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

«Bakalavr» pilləsində təhsil alan tələbələr üçün

İDARƏETMƏNİN SOSİOLOGİYASI

VƏ PSİXOLOGİYASI

fənninin

TƏDRİS PROQRAMI

İxtisas: İİ020200 «Menecment»


Azərbaycan Respublikası Təhsil

Nazirliyi Elmi-Metodik Şurasının

«İdarəetmə» bölməsinin 25.01.2006-cı

il tarixli qərarı ilə təsdiq edilmişdir




BAKI – 2008


Tərtib edənlər:

  1. Kamil Ağazaman oğlu Şahbazov.

  2. Məmməd Şümbət oğlu Məmmədov,

  3. Səadət Tağı qızı Qəndilova,

  4. Heydər Sərdar oğlu Həsənov,

  5. Xəqani Zahid oğlu Quluzadə.




Elmi redaktor:

Azərbaycan Dövlət İqtisad

Universitetinin «Menecment»

kafedrasının dosenti, iqtisad elmləri

namizədi Qəndilova səadət Tağı qızı




Rəyçilər:

1. Zeynalov həmid Səfər oğlu

Azərbaycan Dövlət İqtisad

Universitetinin «Əməyin iqtisadiyyatı»

kafedrasının dosenti







2. Azadov Eldar Həsənxan oğlu

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik

Akademiyasının «Dövlət idarəetməsi və

menecment» kafedrasının dosenti



I. İZAHAT VƏRƏQİ
Bazar iqtisadiyyatı şəraitində ölkənin sosial-iqtisadi inkişafının nail olmaq üçün xalq təsərrüfatının müxtəlif sahələrinin idarə edilməsində təcrübəsi qabiliy­yətlər və biliklər əldə edilməlidir. Bununla yanaşı yüksək sosial-psixoloji hazırlıq müasir menecerlərə daim yeniləşməkdə olan cəmiyyətdə öz rolu və fəaliyyət­lərini daha səmərəli qurmağa, eləcə də insanlarla münasibətlərini daha düzgün uyğunlaşmağa imkan verir. Odur ki, ictimai həyatın bütün sahələrində insan amilinin rolunun artması sosiologiya və psixologiya elmlərinə marağı artmışdır. Bu baxımdan «Menecment», «Dövlət və bələdiyyə idarəetməsi» ixtisasları üzrə mütəxəssis kadrlar hazırlanmasında «İdarəetmənin sosiologiyası və psixologiyası» fənni özünə məxsus yer tutur.

«İdarəetmənin sosiologiyası» fənninin tədrisi üçün hazırlanmış proqram mövzuları 4 bölmədə verilmişdir. Mövzuların ayrı-ayrı bölmənin əhatə dairəsini bildirməklə yanaşı müəllimlərin müvafiq məsələləri müasir tələblərə uyğun olaraq etməsinə və tələbələrin həmin fənni daimi yaxşı mənimsəməsinə geniş şərait yaradır.

Belə ki, proqram «İdarəetmənin sosiologiyası və psixologiyasının nəzəri və metodoloji əsasları», «Əmək kollektivi və kollektivdaxili münasibətlər», «Əməyin motivasiyasının və rəhbərliyin sosial-psixoloji aspektləri», «İdarəetmə təcrübə­sin­də sosial-psixoloji metodlar» və digər problemlərlə əlaqədar mövzular həsr edilmişdir.

«İdarəetmənin sosiologiyası və psixologiyası» fənninin proqramı 54 saat üçün nəzərdə tutulmuşdur ki, onlardan 30 saatı mühazirələr və 24 saatı məşğələlər təşkil edir.


II. MÖVZULAR VƏ ONLARIN MƏZMUNU
Bölmə I. İdarəetmənin sosiologiyası və psixologiyasının

nəzəri və metodoloji əsaslar

Mövzu 1. «İdarəetmənin sosiologiyası və psixologiyası»

kursunun predmeti, metodu və məzmunu
İdarəetmənin sosiologiyası və psixologiyasının mahiyyəti, məzmunu və vəzifələri. Bazar iqtisadiyyatı şəraitində ölkənin sosial-iqtisadi inkişafına nail olmaq üçün xalq təsərrüfatının idarə edilməsinə praktik qabiliyyətləri və bilikləri.

Kursun predmeti və metodları. Müxtəlif münasibətlərdə insanların davranış­larının sosial və iqtisadi tənzimlənməsi səviyyəsində asılı olan orientasiyanın keyfiyyəti.

Əmək kollektivlərinin fəaliyyətlərinin şəxsi və kollektiv xüsusiyyətləri, bu zaman yaranan münasibətlərin xüsusiyyətləri, rəhbərliyin və əmək fəaliyyətinin sosial-psixoloji xüsusiyyətləri, sosial tədqiqatların aparılması təcrübəsi, mövcud təcrübə və nəzəriyyə, idarəetmə təcrübəsində sosial-psixoloji metodların istifadəsinin effektivliyinin qiymətləndirilməsi.

İdarəetmənin sosiologiyası və psixologiyası nəzəriyyəsi və təcrübəsinin xarici alimlərin əsərlərində. Təşkiletmə nəzəriyyəsinin üç əsas məktəbi.


Mövzu 2. İstehsal kollektivi idarəetmə obyekti kimi
İlkin istehsal kollektivinin təşkilati struketuru. İdarəetmənin formal (qanun­ve­rici səviyyədə yaradılan və tənzimlənən) təşkili və qeyri-formal idarəetmə strukturu (kollektivdə əmək prosesində yaranan) anlayışı.

Psixoloji uyğunluq idarəetmənin effektivliyi amili kimi.

İstehsal kollektivinin sosial-psixoloji mühiti. Kollektivdə münaqişələrin və gərginliklərinin sosial-psixoloji aspektləri və onların həlli yolları. Sosial-psixoloji mühitin və kollektivin qeyri-formal strukturunun tədqiq edilməsi metodları.

Sosial planlaşdırma, kollektivin inkişafı. Kollektivin sosial-planlaşdırması zamanı istehsal, sosial və istehsaldan kənar amillərin nəzərə alınması. Müəssisənin idarəetmənin demokratikləşməsi istiqaməti. Əmək kollektiv­lərinin demokratik­ləşmə şəraitində rolu.

Psixoloji praktikum: işgüzar oyunların keçirilməsi və situasiyaların həlli.
Mövzu 3. Şəxsiyyət idarəetmə subyekti kimi
İstehsal kollektivinin idarəetməsinin sosial psixoloji aspektləri. Rəhbərə təşkilatçı kimi olan əsas tələblər. Rəhbərin iş üslubu.

İdarəetmə qərarlarının qəbulunun və reallaşdırılmasının sosial-psixoloji as­pektləri. Resional qərarların hazırlanmasına və reallaşdırılmasına kömən edən və mane olan amillər. Qeyri-müəyyənlik şəraitində şəxsiyyətin davranış xüsusiy­yətləri.

İş prosesində idarəetmə qərarlarının hazırlanması və qəbulunun sosial-psixoloji xüsusiyyətləri.

Psixoloji praktikum: işgüzar oyunların keçirilməsi və situasiyaların həlli.


Mövzu 4. İstehsalın idarə edilməsinin sosial-psixoloji metodları
İstehsalın idarə edilməsi sosial-psixoloji metodların təyini. İdarəetmənin sosial-psixoloji metodlarının iqtisadi, təşkilati və inzibati-hüquqi idarəetmə metodları rolu və yeri. Psixo-diaqnostika metodlarının tətbiqinin effektivliyi.
Bölmə II. Əmək kollektivi və kollektiv daxili münasibətlər

Mövzu 5. Əmək kollektivinin sosiologiyası və psixologiyası
Kollektivin əsas əlamətləri səciyyəvi xüsusiyyətləri və psixoloji vəzifə kimi əmək kollektivinə rəhbərliyin məzmunu. Kollektivin əsas əlamətləri: ictimai-faydalı məqsəd, həmrəylik, rəhbərliyinin olması. Özünü idarəedən və özünü tənzimləyən sistemlər.

Kollektivin psixologiyası anlayışı-psixoloji hadisələrin məcmusu kimi. Sosial-psixoloji hadisələr insanlar arasında qarşılıqlı münasibətlərin nəticəsi kimi (qarşılıqlı qiymətləndirmə, tələblər, avtoritet və s.). İctimai fikir (kollektiv ba­xışlar, ustanovkalar, fikirlər). Kollektiv əhval ruhiyyə, adətlər, ənənələr və rituallar.

Əmək kollektivinin idarəedilməsi problemi psixoloji vəzifə kimi. Kollektivdə sosial-psixoloji mühitin və onu təyin edən amillər vacibliyi və mənası və eyni za­manda əmək kollektivinin üzvlərinin psixoloji uyğunluğu sabitliyin əsas şərti kimi.
Mövzu 6. Əmək kollektivində şəxslərarası münasibətlər
Əmək kollektivində münasibətlərin yaranması sahələri – əmək (reşəkar) və həyat fəaliyyətinin ictimai-siyasi sferası.

Şəxsiyyətin dəyərli orientasiyası və kollektivin dəyərli – təşkilati vahidliyi (individual dəyərli orientasiyalarının məcmusu kimi), onların şəxslərarası mü­nasibətlərə və əmək kollektivinin həmrəyliyinə təsiri. Kollektivin vahidliyinin dəyərli orientasiya səviyyəsinin kəmiyyətcə qiymətləndirilməsi metodikası. Əmək kollektivlərində şəxslərarası münasibətlər onun üzvlərinin sosial statusunun for­malaşması kimi. Kollektiv üzvlərinin sosial statusunu müəyyən edib, qiy­mət­ləndirən metod-sosiometriya və onun rəhbərin şəxslərarası münasibətlərin tənzim­lənməsində və münaqişələrin həllində isti­fadə imkanları. Sosiometrik sorğunun keçiriləmsi, sosiomatrisanın yaradılması və sosiqramların hazırlanması metodikası.


Mövzu 7. Sosial təşkilatın strukturu

Sosial təşkilatın strukturu və onun növləri. Formal struktur – formal təs­diq edil­miş hüquq, səlahiyyət və məsuliyyətlər əsasında yaranan münasibətlər məc­musu kimi. Qeyri-formal struktur – insanlar arasında şhəxsi simpatiya və anti­patiya, xarakterlərin uyğunluğu, dəyərli oriyentasiyanın ümumiliyi və əsasınca yaranan münasibətlərin məcmusu kimi. Hər iki strukturun nisbəti və onun əmək kollektivinin sabitliyinə və sosial-psixoloji mühitinə təsiri.

Əmək kollektivlərində formal və qeyri-formal liderlərin rolu, qeyri-formal struktur funksiyası – onun hesabına təşkilat xarici mühitdəki dəyəişiklərə və müxtəlif yeniliklərə uyğunlaşır.

Kollektivin qeyri-formal strukturunun funksiyası ünsiyyət tələbatların ödənilməsi əsas nəticə kimi.

İdarəetmə demoqrafikləşmənin rolu və sosial təşkilatda strukturun təkmilləş­dirilməsi üçün rəhbər vəzifələrinin rəqabətli dəyişdirilməsi.
Mövzu 8. Əmək kollektivində münaqişələr, onları xəbərdaretmə

və həlli metodları
Kollektivdə münaqişə sosial-psixoloji problemi kimi. Yaşda, təhsildə, həyat təcrübəsində, dəyərli oriyentasiyasında və sairdə fərqlər. Münaqişələrin yaranma mənbələri. Bir sıra rəhbərlər münaqişəli vəziyyətləri açmağa çalışırlar, lakin onlar insanlar və təşkilatların həyat fəaliyyətinin təbii və qanunauyğun prosesdir.

Konstruktiv (əmək kollektivinin inkişafını stimullaşdıran) və destruktiv (kollektivi dağıdan, onun inkişafına mane olan) münaqişələr.

Yaranma səbəblərindən asılı olaraq kollektivdə münaqişələrin növləri: təş­ki­lati (formal təşkilati qaydalarla kollektiv üzvlərinin davranışı arasında fərq əsa­sında yaranır), istehsal (texniki təşkilatın aşağı səviyyəsi, pis əmək şəraiti səbə­bin­dən yaranır), şəxslərarası (antipatiya, şəxsi qərəzlik, psixoloji uyğunsuzluq) olur.

Münaqişələrin strukturu və mövcudolma mərhələləri. Münaqişələrin tərəfləri tərəflərin dəyərlilər və ya niyyətlərinin üst-üstə düşməməsi; digər tərəfin davranışını dəyişmək üçün gücdən istifadə.

Münaqişəli situasiyanın yaranması; situasiyanın münaqişəli davranıl­ması; tərəflərin münaşəli davranışı; münaqişələrin həlli.
Bölmə III. Əməyin motivasiyasının və rəhbərliyin

sosial-psixoloji aspektləri

Mövzu 9. Rəhbərliyin sosial-psixoloji problemləri
Bütün idarəetmə səviyyələrindən rəhbərliyin rolu. Rəhbərliyin keyfiyyəti insanlarla işləmək qabiliyyəti ilə təyin edilir. Rəhbərliyin keyfiyyətinə təsir edən sosial-psixoloji amillərin vacibliyi. Rəhbərin əməyinin kompitentləri: aparatın işinin təşkili, qərarların hazırlanması və qəbulu, rəhbərlik metod­larının seçilməsi.

Rəhbərlik üslublarının idarəetmə metodları, mədəniyyəti və sənətindən fərqli. Rəhbərin şəxsi keyfiyyətləri və onun işgüzar xüsusiyyətləri.

Rəhbərlik tiplərinin sosial-psixoloji klassifikasiyası. Avtoritar (vahid, tək­başına) demokratik (kollegial) və liberal (həlledici) rəhbərlik tipləri. Hər rəhbərlik tipinin müsbət və mənfi cəhətləri.

Rəhbərin əməyinin motivləri (müxtəlif motivasiyalar, peşəkar səviyyəyə tələblər, rəhbərin ideyalarının realizasiyasına olan tələblər və s.) şəxsiyyətin key­fiyyətləri (emosianallıq, iradənin gücü və s.), rəhbərin münasibətlərinin xarakteri (formal və qeyri-formal və s.).

Rəhbərin idarəetdiyi kollektivin əsasında duran sosial-psixoloji mühitin formalaşdırılması.
Mövzu 10. Əməyin motivasiyasının sosial psixoloji aspektləri

Əməyin məzmunun artırılması, onun şəraitinin yaxşılaşdırılması və işçilərin şəxsi və peşakar keyfiyyətlərinə yeni tələblərin formalaşdırılması. Onların maddi və mənəvi həyatının səviyyəsinin artırılması, onun nəticəsində əmək kollektivində əmək motivləri və davranış təyin edilir.

Rəhbərin tabeçilərlə işi. Hər işçinin əməyə motivasiyanın xüsusiy­yətlərinin əhəmiyyəti. Öz tabeçilərini istehsal əməyinə həvəsləndirilməsi rəhbərin funksiyası kimi.

Motiv və motivləşdirmə anlayışlarının fərqi.

Maddi və mənəvi amillər. Mənəvi stimullaşdırma idarəetmənin sosioloji metodu kimi.

Əməyin sosial-psixoloji motivasiya sferasında maddi stimullaşdırma. İqtisadi stimullaşdırma cəmiyyətlə şəxsiyyətin və kollektivin maraqlarının tutuşdurulması əsasında formalaşması.

Düzgün seçim və rəhbər tərəfindən əməyin stimullaşdırılmasının forma və metodlarının tətbiqi. Sosial-psixoloji amillərin rolu.
Mövzu 11. İdarəetmə prosesində işgüzar kommunikasiyanın

(ünsiyyətin) psixologiyası)
Təşkilatlarda kommunikasiya. Kommunikasiya əlaqələrin tipləri. Liderlik və kiçik qrupların kommunikasiya şəbəkələrinin strukturlarında liderin rolu. Təşkilati strukturun kommunikasiya prosesində davranışa təsiri.

Kommunikasiya mövcudluğu - müxtəlif idarəetmə həlqələri arasında əla­qə imkanıdır. Kommunikasiya – ünsiyyət, fikirlərin, ideaların, məlu­mat­ların və s. mübadiləsidir.

İdarəetmə kommunikasiya diapazonu. Kommunikasiyanın idarəedici, inor­mativ, emotiv və fatik (kontakt yaratma) funksiyası. Fəaliyyətə sövqedici (inan­dırma, təlqin, əmr, xahiş), informativ (bu və ya digər xəbərlərin ötürülməsi), eks­presiv (emosional oyanma), faktik (kontakt yaratma və saxlanma) füunksiyaların məzmunu.

İştirakçıların arasında işgüzar münasibətləri tipləri: şəxsi, şəxslərarası, ictimai, kütləvi. İnlik ideyalara malikolma, sosial, siyasi, əxlaqi, peşəkar və digər fərqlər idarəetmənin obyekti kimi əmək kollektivində ünsiyyətin xüsusiyyətləri.

Ünsiyyətin 3 tərəfi arasında fərq: kommunikativ, interaktiv, perseltiv.

İşgüzar ünsiyyətin effektivliyi kollektivdə sosial-psixoloji durum y aranan itəsərrüfat problemlərinin həlletmə qəbiliyyəti, qeyri-standart vəziyyətlərlə rasional orientasiya, yüksək son nəticələrin əldə edilməsi.


Bölmə IV. İdarəetmə təcrübəsində sosial-psixoloji metodlar

Mövzu 12. Əmək kollektivlərinin idarə edilməsində

sosioloji tədqiqatlar
Sosioloji tədqiqatların əmək kollektivlərinin idarə edilməsində əhəmiyyəti və imkanları. Tətbiqi sosioloji tədqiqatların əsas mərhələləri (problemin təyini; tədqiqatın obyekt və predmetinin təyini; verilənlərin təhlil və hipotezlərin yoxlanılması; nəticə və məsləhətlərin formula edilməsi), eyni zamanda sosioloji informasiyanın yığılması metodlarına aiddir.

Sənədli mənbələrin təhlili, müşahidə, anket sorğuları və müsibiqə, psixoloji testlər və sosiometrik prosedurlar.

Sosioloji sorğuların növləri. Müsahibənin növləri (söhbətin məzmununa görə keçirilmə texnikasına məqsəd, təşkili üsuluna görə).

Anket sorğuların növləri. Sosioloji tədqiqatlarda psixoloji testlərin rolu, əhəmiyyəti və növləri, rəhbərlik təcrübəsində effektivliyi.


Mövzu 13. İstehsal təşkilatının sosioloji xidməti və kollektivin sosial

inkişafı prosesləri
İstehsal kollektivi – çoxməqsədli və çoxfunksiyalı orqanizmdir. Sahəvi və regional aidolma xüsusiyyətləri, texniki təminat səviyyəsi, sosial-demoqrafik və peşəkar-ixtisas strukturu və s.

İstehsalın subyekt kimi insana, onun ümumi və xüsusi biliklərinə, peşəkar hazırlığına, nizamlılığına, müstəqil yaradıcılıq qabiliyyətinə və icraçı keyfiy­yət­lərinə xüsusi tələblər. Əmək kollektivinin idarəedilməsi məsələlərinin genişlən­dirilməsi sosial tənzimləmənin yeni forma və üsullarının axtarılması və tətbiqi.

Konkret sosioloji tədqiqatların vəzifələrinin həlli aləti. Sosioloji xidmətin yaradılmasında ehtiyac.

Sosioloji xidmətin qarşısında duran əsas öhdəliklər. Birinci qrup funksiya-kollektiv sosial inkişafının planlaşdırılması və icrasına nəzarət, ikinci – kollek­tivdə kompleks sosial tədqiqatların keçiriləmsi və onun əsasında konkret tövsiyyələrin hazırlanması.

Kollektivin sosial-demoqrafik strukturunun dəyişilməsi müəyyən edilməsi ardıcıllığı, sosial-mədəni və yaşayış-məişət şəraitini, işçilərin ailələrinin vəziy­yətlərinin yaxşılaşdırılması, kollektivi idarəetmənin təkmilləşdirilməsi, əmək şə­raiti və mühavizəsinin yaxşılaşdırılması, işçilərin sağlamlığının möhkəmlən­dirilməsi.

Sosioloji xidmətin işində əsas mərhələlər. İdarəetmə aparatının funksional bölmələrinin sosioloji xidməti. Əməyin keyfiyyəti və intensiv­ləşdirilməsi, əmək kollektivinin sosial və mənəvi inkişafının idarə edilməsi.


Mövzu 14. Sosial münasibətlərin tənzimlənməsinin

xarici nəzəriyyə və təcrübəsinin təhlili
Təşkilatda sosial münasibətlərin tənzimlənməsinin xarici nəzəriyyə­lərinin tədqiqi məqsədi və tənqidi təhlili: «iqtisad» insan konsepsiyası, F.Teylorun idarə­etmə nəzəriyyəsi, M.Veberin bürokratik təşkilati, E.Meyonun «insan münasibətlər» taktikası. Bu nəzəriyyələrin mahiyyəti və məzmunu, onların güclü və zəif cəhətləri.

Yaponiya müəssisələrinin idarə edilməsi təcrübəsi və Yapon idarəetmə üslubunun xüsusiyyətləri və digər qərb ölkələrəi təcrübəsindən fərqi.

Kollektiv – daxili və kollektivlərarası münasibətlərin tənzimlənməsinin effektiv forma və üsullarının seçilməsi imkanları və onların təcrübəsində edilməsini stimullaşdırma.
Mövzu 15. Sosial-psixoloji metodların idarəetmə

prosesində effektivliyi
Cəmiyyətdə baş sistemli islahatlar kompleksi: siyasi, iqtisadi, sosial, texniki, hüquq və s.

İdarəetmədə maraqların növləri, onların təsiri, onların reallaşdırılması üçün təşkilati imkanların təmini, maraqlara elə təsir etmək ki, idarəetmə prosesində bütün şöbə və bölmələrin fəaliyyəti razılaşdırılsın. Əmək kollek­tivinin idarə­edilməsi səviyyəsinin administrasiya tərəfindən sosial-psixoloji təsir metodları tətbiq etmək qabiliyyəti və bilikləri ilə müəyyən edilir. Rəh­bər­lərin peşəkar hazırlığı və təsərrüfat kadrlarının ixtisasının artırılması sistemi.

Kadrların yerləşdirilməsi və qiymətləndirilməsinin sosial psixoloji xüsu­siyyətləri. Sosial orientasiyanın psixoloji şəraitinin formalaşdırılması. İdarəetmə kadrlarının işgüzar qiymətləndirilməsi. Tələblər sistemi və ehtiyat çıxardılan zaman rəhbər kadrların və mütəxəssislərin qiymətləndirilməsi. Rəhbərlərin mühəndis-texniki işçilərin və digər sənaye müəssisələrin və təşkilatların işçilərinin qiymətləndirilməsi.

Sosial-psixoloji metodların idarəetmədə istifadənin effektivliyinin təyini. Əmək kollektivinin idarəedilməsinin sosial psixoloji metodlarının reallaşdırıl­masının əsas amilləri.


V. SAATLARIN MÖVZULARI ÜZRƏ BÖLGÜSÜ


Sıra №-si

Mövzuların adı

Cəmi

Mühazirə

Məşğələ

BÖLMƏ I.

İdarəetmənin sosiologiyası və psixologiyasının nəzəri və metodoloji əsasları










Mövzu 1.

«İdarəetmənin sosiologiyası və psixologiyası» kursunun predmeti, metodu və məzmunu

4

2

2

Mövzu 2.

İstehsal kollektivi idarəetmə obyekti kimi

2

2

-

Mövzu 3.

Şəxsiyyət idarəetmə subyekti kimi

4

2

2

Mövzu 4.

İstehsalın idarə edilməsinin sosial-psixoloji metodları

4

2

2

BÖLMƏ II.

Əmək kollektivi və kollektiv daxili münasibətlər










Mövzu 5.

Əmək kollektivinin sosiologiyası və psixologiyası

2

2

-

Mövzu 6.

Əmək kollektivində şəxslərarası münasibətlər

2

2

-

Mövzu 7.

Sosial təşkilatın strukturu

4

2

2

Mövzu 8.

Əmək kollektivində münaqişələr, onları xəbərdaretmə və həlli metodları

4

2

2

BÖLMƏ III.

Əməyin motivasiyasının və rəhbərliyin sosial-psixoloji aspektləri










Mövzu 9.

Rəhbərliyin sosial-psixoloji problemləri

4

2

2

Mövzu 10.

Əməyin motivasiyanın sosial psixoloji aspektləri

4

2

2

Mövzu 11.

İdarəetmə prosesində işgüzar kommunikasiyanın (ünsiyyət) psixologiyası

4

2

2

BÖLMƏ IV.

İdarəetmə təcrübəsində sosial-psixoloji metodlar

4

2

2

Mövzu 12.

Əmək kollektivlərinin idarəedilməsində sosioloji tədqiqatlar

4

2

2

Mövzu 13.

İstehsal təşkilatının sosioloji xidməti və kollektivin sosial inkişafı prosesləri

4

2

2

Mövzu 14.

Sosial münasibətlərin tənzimlənməsinin xarici nəzəriyyə və təcrübəsinin təhlili

4

2

2

Mövzu 15.

Sosial-psixoloji metodların idarəetmə prosesində effektivliyii

4

2

2



Cəmi:

54

30

24


IV. ƏDƏBİYYAT SİYAHISI


  1. Авдеев В.В. Психология решения проблемных ситуаций. М. Феликс, 1992.

  2. Анцупов А.Я., Шипилов А.И. Конфликтология. М.ЮНИТИ, 1999.

  3. Axundov M.Ə. Strateji idarəetmə. Bakı, 2001.

  4. Берн Э. Игры, в которые играют люди. Психология человеческих взаимоотношений. СП, Ленинздат, 1993.

  5. Bayramov A.S. İdarəetmə psixologiyası, Bakı, Azərnəşr, 1990.

  6. Вейл П. Искусство менеджера. М., Новости, 1993.

  7. Вихайский О.С. Стратегические управление. Учебник. Менеджент. М. 1995.

  8. Грачев М.В. Супер – кадры: управление персоналом и междуна­родные корпорации. М., Дело, 1993.

  9. Грейсон Дж. (Мл.), О Делл К. Американский менеджмент на пороге XXI века. М., Экономика, 1991.

  10. Quliyev T.Ə. İdarəetmə metodlarının təkmilləşdirilməsi. Bakı, 1989.

  11. Quliyev T.Ə. İdarəetmənin (menecmentin) əsasları. B., 2001.

  12. Ивановская А.В., Свистунова В.М. Обеспечение системы и управления персоналом на предприятии. М., 1995.

  13. Кабаченко Т.С. Психология управления. Учебное пособие. М., 2000.

  14. Карнеги Д. Как завоевать друга и отказывать влияние на людей. Минск, 1997.

  15. Кибанова А.Ф. Управление персоналом организации. Учебник. М., ИНФРА, 1998.

  16. Козырев Л.И. Введение в конфликтологию. Учебное пособие. М. Владос, 2002.

  17. Лебедов М.М. Политика урегулирования конфликтов. Подходы решения технология. М., 1999.

  18. Мескон М.Х. и др. Основы менеджмента. М., Дело, 1992.

  19. Столаренко А.Д. Психология делового общения и управления. Учебник. Ростов-на-Дону. Феникс.

  20. Şahbazov K.A., Məmmədov M.H., Həsənov H.S. Müasir menecment (I kitab), 1994.

  21. Şahbazov K.A., Məmmədov M.H., Həsənov H.S. Müasir menecment (I kitab), 1995.

  22. Şahbazov K.A., Məmmədov M.H., Həsənov H.S. Antiböhranlı idarəetmə müflisləşmə, iflas və sanasiya. Bakı, 1997.

  23. Şahbazov K.A. Menecment (dərslik), Bakı, 2007.

  24. Хоскинг А. Курс предпринимательства. М., Межд.Отношения, 1993.

Çapa imzalanıb 27. 10.2008, Kağız formatı 60x84 1/16.

Həcmi 1 ç.v. Sifariş 89. Sayı 200

-------------------------------------------------------------------------

«İqtisad Universiteti» nəşriyyatı,

AZ1001, Bakı, İstiqlaliyyət küçəsi, 6



----------------------------------------------------------------------


Yüklə 102,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə