BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elml
ər seriyası
2015
UOT 94(479-24)
1988-1991-ci
İLLƏRDƏ
AZƏRBAYCANDA İCTİMAİ-SİYASİ VƏZİYYƏT
N.K.QAYBALIYEVA
Bakı Dövlət Universiteti
qaybaliyeva.nigar@mail.ru
M
əqalə 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Azərbaycanın ictimai-siyasi vəziy-
y
ətini əks etdirir. Məqalədə eyni zamanda XX əsrin sonlarından etibarən Ermənilərin Azərbay-
cana qarşı torpaq iddiaları, Dağlıq Qarabağı özünə birləşdirmə iddiaları, Sumqayıt hadisələri
il
ə əlaqədar Beynəlxalq ictimaiyyətdə Azərbaycanın milli dəyərlərinin azaldılması öz əksini
tapmışdır. Bütün bunlar Azərbaycan millətinin qırğınına səbəb oldu və sonda Azərbaycan Res-
publikası öz müstəqilliyini qazandı.
Açar sözl
ər: ictimai-siyasi vəziyyət, 20 yanvar, Azərbaycan Respublikasının Dövlət
Müst
əqilliyi
XX
əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində Dünyada ge-
d
ən ictimai-siyasi proseslər – xüsusilə SSRİ-də başlanmış yenidənqurma nə-
tic
əsində bu dövlətin tərkibində olan respublikalarda demokratik ruhun oyanışı
fonunda Az
ərbaycanda dövlətçilik ənənələrinin bərpası uğrunda milli məfku-
r
əçiliyin vüsət almasına şərait yaranmışdı. Bəhs edilən dövr üçün Azərbaycanın
ictimai-siyasi h
əyatındakı hadisələr sırasında SSRİ-nin dağılması fonunda milli
m
əfkurəçiliyin yeni mərhələsinin başlaması, Azərbaycan ərazilərinə qarşı er-
m
əni iddialarının daha geniş müstəviyə keçməsi, tarixi torpaqlarımız üzərində
qurulmuş Ermənistan dövlətinin Dağlıq Qarabağdakı erməniləri separatçılığa
t
əşviq etməsi və Rusiyanın milli dirçəlişimizin qisası kimi ermənilərə köməyi
il
ə ərazilərimizin işğalı, erməni terrorunun yeni mərhələsi kimi Sumqayıt hadi-
s
ələri, İttifaq ordusu tərəfindən törədilən “20 yanvar” qırğınının Azərbaycanda
n
əinki qarşısını ala bilmədi, əksinə milli azadlıq hərəkatı keyfiyyətcə daha
s
əmərəli mərhələyə daxil oldu.
XX
əsrin 80-ci illərinin sonlarında artıq SSRİ-də kommunist partiyasının
inzibati amirlik sistemi çökm
əkdə idi. Bunun ardınca isə 1988-ci ildə SSRİ Ali
Soveti R
əyasət Heyətinin sədri vəzifəsini ələ keçirdikdən sonra Qorbaçov
“partiya amirliyi”n
ə qarşı daha ciddi addımlar atmağa başladı. Moskvada Azər-
baycanın mənafeyini müdafiə edə biləcək yeganə şəxs Heydər Əliyevin isə
siyasi hakimiyy
ətdən kənarlaşdırılması ilə Azərbaycan xalqına qarşı hücumlar
196
başladı (1, 190).
Yaranmış siyasi vəziyyətdən istifadə edən ermənilər Azərbaycan xalqının
öz tarixi torpaqlarından qovulmasının – deportasiyasının son mərhələsini
h
əyata keçirməyə başladılar. 1988-ci il fevralın 19-da Yeravanda böyük anti-
türk mitinqi keçirildi. “Erm
ənistan türklərdən təmizlənməli!”, “Ermənistanda
erm
ənilər yaşamalıdır!” və başqa millətçi şüarlar səsləndi (2, 23).
1988-ci ild
ə Ermənistan SSR ərazisindən, öz dədə-baba yurdundan, 185
k
ənddən və başqa yaşayış məntəqələrindən 230 min azərbaycanlı qovuldu,
onlara m
əxsus 31000 ev, şəxsi təsərrüfat, 165 kolxoz və sovxozun əmlakı
talandı, 214 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə
verildi. Erm
ənistan, monoetnik bir respublikaya çevrildi. Ermənistanın Qafan
v
ə Mehri rayonlarından ilk qaçqınlar 1988-ci il yanvarın 25-də Azərbaycana
p
ənah gətirdilər. Qaçqınların yeni dəstələri fevralın 18-23-də təqiblərdən yaxa
qurtarıb Azərbaycana gəldilər. 1988-ci il fevralın 21-də ermənilər Yeravanda
qalmış son məscidə hücum edərək onu dağıtdılar. Bu cür terror halları 1988-ci
ild
ə geniş vüsət aldı və növbəti hal Vedibasarda, Xankəndində təkrarlandı.
“1988-ci ild
ən Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün başlanması
n
əinki Ermənistandakı ayrı-ayrı millətçilərin və özgə ərazisini ələ keçirməyə
can atan şəxslərin əməlləri idi, bu həm də böyük bir siyasətin – artıq baş vermiş
müsb
ət proseslərə maneçilik törətməyə yönəlmiş siyasətin tərkib hissəsi idi” (5,
57).
Yeravandakı anti-azərbaycan mitinqlərindən ruhlanan Dağlıq Qarabağ
erm
əniləri 1988-ci ilin əvvəllərindən Xankəndində (1923-cü ilin avqustundan
1991-
ci ilin noyabrınadək Stepanakert adlanıb) ardı-arası kəsilməyən kütləvi
mitinql
ər, nümayişlər keçirirdi. Fevral ayının 15-18-də vilayətin, Şuşadan
başqa, bütün rayon sovetlərində sessiya keçirildi və DQMV-nin Azərbaycan
SSR-in t
ərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə verilməsini təklif
ed
ən qərarlar qəbul olundu. Mitinqçilərin tələbi ilə fevralın 20-də Vilayət
Sovetinin sessiyası DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılıb Ermə-
nistan SSR t
ərkibinə verilməsi haqqında qərar qəbul etdi.
Erm
ənistanda qarşıya qoyulan vəzifəni “türksüz Ermənistan”, monoetnik
dövl
ət qurmaq planını həyata keçirtdilər, sonra isə Dağlıq Qarabağın azər-
baycanlılar yaşayan məntəqələrinin boşaldılmasına başladılar. Həmişə ədaləti,
haqqı, insana qayğını, yer üzündə sülhü, əmin - amanlığı, xalqların azadlığını
t
əbliğ edən Kreml işdə erməni özbaşınalıqlarına haqq qazandırmaq xəttini
götürürdü (5, 66-67).
Erm
ənilərin çirkin siyasətinin növbəti planı Sumqayıt hadisələrində öz
əksini tapmışdı. Əsas məqsəd isə dünya ictimaiyyəti qarşısında azərbaycan-
lılara qarşı mənfi fikir oyatmaqla onları “qaniçən”, “qəddar” obrazında təqdim
etm
əklə onları ləkələmək idi. Bununla da Ermənistandakı azərbaycanlılara
qar
şı törətdikləri cinayətlərini və Dağlıq Qarabağdakı separatçı əməllərini pər-
d
ələyə bildilər. Hətta ilk qaçqın dəstələrinin Azərbaycan torpaqlarında yerləş-
dirilm
əsindən istifadə edən erməni millətçiləri təxribat törədib günahsız
197
insanları məhv etməkdən belə çəkinmədilər. “Pravda” 1988-ci il 1 mart tarixli
buraxılışında yazırdı: “Sumqayıt şəhərində bir qrup xuliqan şuluqluq salmış,
azqınlıq və zorakılıq şüarları olmuşdur. Şəhərdə şəraiti normal hala salmaq,
intizamı və asayişi təmin etmək üçün tədbirlər görülmüşdür. İstintaq orqanları
t
ədqiqat aparırlar. Sumqayıtda fevralın 28-dən 29-na keçən gecə qan töküldü.
Martın 1-də şəhərdə komendat saatı elan olundu. SSRİ Müdafiə Nazirliyinin
general-
leytenantı V.V.Karayev Sumqayıtın komendantı təyin edildi” (4, 9).
S
umqayıt hadisələrində ermənilərin xüsusi rolu olmuşdu. Onların əksəriyyəti
bu hadis
ələrdə alət kimi istifadə edilirdilər. Bu erməni millətçi ideoloqlarının
ill
ərlə apardığı təbliğatın nəticəsi idi. Sumqayıt hadisələri ilə əlaqədar çıxışında
SSRİ Baş prokurorluğunun istintaq qrupunun rəhbəri Qriqori Kotenko müsahi-
b
ələrinin birində qeyd etmişdi ki, Sumqayıt hadisələrindən əvvəl şəhərdəki
mü
əssisələrdə çalışan ermənilərin Qarabağda baş verən hadisələrlə bağlı
mövqeyi Stella adlı erməni qızının vasitəsilə Yerevana çatdırılırmış, bu eyni
zamanda reaksiyasız qalan ermənilərin “qara siyahı”ya düşməsi üçün bəhanə-
l
ərdən biri olmuşdu.
Sumqayıt hadisələrinin təxribat olduğunu prokurorluq sənədləri də sübut
edir: “1988-ci ild
ə Azərbaycan “Dəmiryol vağzalı” mehmanxanasının direk-
toru işləmiş Dianova Səmayə Mirzə qızı və inzibatçısı işləmiş Nəcəfova Fazilə
Abas qızının ifadələrinə görə onlar 1988-ci ilin fevral ayında Ermənistandan
g
əlmiş bir neçə nəfər erməni millətindən olan şəxslərin mehmanxanada yaşa-
malar
ını və burada erməni millətindən olan müxtəlif şəxslərlə görüşmələrini
görmüşlər. Həmin ermənilər özlərini onlara hüquq mühafizə orqanlarının işçi-
l
əri kimi təqdim etmiş və burada onlarla görüşməyə gələn ermənilərlə erməni
dilind
ə danışmışlar. İstintaq zamanı arxiv sənədləri əsasında müəyyən edil-
mişdir ki, 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt
şəhərindəki əmanət kassalarından əmanətlər kütləvi şəkildə çıxarılmışdır.
Mü
əyyən edilmişdir ki, 1988-ci ilin yanvar-fevral aylarında, yəni bilavasitə
Sumqayıt şəhərində kütləvi iğtişaş baş verməmişdən əvvəl şəhərdə fəaliyyət
göst
ərən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərə-
find
ən 143.064 rubl məbləğində əmanətlər götürülmüşdür. “Kapitalbank”ın 2
saylı Sumqayıt filialı tərəfindən əmanətlərin verilməsinə dair təqdim edilmiş
ilkin s
ənədlərdən görünür ki, yuxarıda göstərilən dövr ərzində 18 nəfər 1000
rubldan artıq, 7 nəfər 2000 rubldan artıq, 8 nəfər 3000 rubldan artıq, 4 nəfər
4000 rubldan artıq, 3 nəfər isə 5000 rubldan artıq məbləğdə əmanətlərini
götürmüşlər. İş üzrə şahid qismində dindirilmiş, 1971-2007-ci illərdə 193 saylı
əmanət kassasının böyük kassiri vəzifəsində işləmiş Quliyeva Yazgül Ələsgər
qızı ifadəsində göstərmişdir ki, 1987-ci ilin axırlarından gedən söhbətlərdən,
televiziyadan, qazetl
ərdən və digər mənbələrdən ona məlum olmuşdur ki,
Dağlıq Qarabağda ermənilər mitinqlər təşkil edərək Azərbaycan Respublika-
sının tərkibindən çıxıb Ermənistan Respublikasına birləşmək istədiklərini
bildirirl
ər. İstintaqın gedişində həmçinin müəyyən edilmişdir ki, 1988-ci ilin
yanvar-
fevral aylarında, yəni Sumqayıt şəhərində kütləvi iğtişaş baş vermə-
198
mişdən əvvəl şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla
çoxsaylı telefon danışıqları aparılmış, pul köçürmələri edilmişdir. Bununla
bağlı həmin vaxtlar poçt bölmələrində işləmiş şəxslər müəyyən edilib din-
dirilmişdir. 11 saylı poçt bölməsində işləmiş Sorokina Marina Nikolayevna
göst
ərmişdir ki, onunla birlikdə 1987-1988-ci illərdə həmin poçtda Jenya
Arustamyan, Rai
sa Mejlumyan adlı qadınlar işləmiş, 1987-ci ilin axırlarından
h
əmin şəxslər əksər hallarda yalnız öz aralarında söhbət etmiş, digər milliy-
y
ətdən olan işçilər onlara yaxınlaşdıqda, söhbətlərini kəsmişlər. Eyni zamanda,
onlara çoxsaylı zənglər başlamış, yanlarına milliyyətcə erməni olan şəxslər
g
əlmiş və pıçıltı ilə söhbətlər aparmışlar. Bundan başqa, əvvəllər onun işlədiyi
poçt bölm
əsinin xidmətlərindən istifadə etməyən ermənilər tərəfindən Ermə-
nistana pul köçürm
ələrinin sayı artmışdır. Köçürmə məbləğləri 10-15 rubl
olmuş, lakin köçürmələrin sayı çox olmuşdur” (6).
Fransız jurnalisti Aryel Kuri bu məsələyə toxunaraq yazırdı: “Ermənistan
milli istiqlaliyy
ət birliyinin nümayəndələri M.Yermakyan və M.Zurabyan
q
ətiyyətlə bildirmişdilər ki, 1988-ci il 28-29 fevral Sumqayıt hadisələrinin
t
əşkilatçıları azərbaycanlılar deyil. Onlar demişlər: “Bizim əlimizdə faktlar və
sübutlar var” . Onu qeyd ed
ək ki, hadisələrə qiymət verərkən Azərbaycanda da
vaxtil
ə təhrifə yol verənlərə rast gəlmək mümkün idi. Azərbaycan KP MK mart
1988-
ci il tarixli büro iclasında Sumqayıt şəhər partiya komitəsinin birinci
katibi C.Müslümzad
əyə ən ağır partiya cəzası verildi. Lakin hadisələrin mahiy-
y
əti açılmadı ( 5, 61).
XX
əsrin 80-ci illərinin sonlarında siyasi şəraitin təsirindən asılı olaraq
siyasi şüurun yüksəldilməsinə xidmət edən siyasi birlik və cəmiyyətlərin
yaradılmasına başlanıldı. Bu cəmiyyət və təşkilatlar Sovet imperiyasına qarşı
mübariz
əyə qalxmış və əsas amalları ölkəmizin azadlıq və müstəqilliyini təmin
etm
ək üçün siyasi ideologiyanı formalaşdırmaqdan ibarət olmuşdur. Xalq
h
ərəkatının hərəkətverici qüvvəsi xalq, idarəedici qüvvəsi isə ziyalılar idi.
1988-ci ilin
əvvəllərində Əbülfəz Elçibəyin rəhbərliyi altında 6 nəfərdən
ibar
ət ilk siyasi özək yaradıldı. Mövcud siyasi şəraitdə xalqın təşkilatlanmağa,
siyasi şüurunun yüksəldilməsinə olan ehtiyac nəzərə alınaraq, siyasi birlik və
c
əmiyyətlərin yaradılmasına başlandı. İlk dəfə Gənc alimlər şurası təşkil edildi.
G
ənc alimlər müəyyən mövzular ətrafında şurada keçirilən elmi diskussiya-
larla yanaşı, imperiya əleyhinə fikirləri də təbliğ edirdilər. Az sonra “Çənlibel”,
“Müst
əqillər”, “Tərəqqi”, “Qala”, “Yurd”, “Aşıq Ələsgər”, “Ozan”, Varlıq” və
s. ictimai-siyasi t
əşkilatlar meydana çıxdı (7, 56).
M
ərkəzin Dağlıq Qabağ məsələsindəki biganə mövqeyi isə Azərbay-
candakı hərəkata yeni təkan verirdi. Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin
24 mart 1988-ci il tarixli “1988-1995-ci ill
ərdə Azərbaycan SSR-in DQMV-
nin sosial-
iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqındakı” qərarı icti-
mai-siyasi v
əziyyəti daha da gərginləşdirdi (8, 27). Moskvanın Dağlıq Qara-
bağdakı səlahiyyətli nümayəndəsi A.Volskinin ermənipərəst siyasəti, xüsusən
nadir “Topxana” meşəsində sənaye obyekti tikintisinə başlanması xəbəri xalqı
199
h
ərəkətə gətirdi.
1990-
cı il yanvarın 19-da Naxçıvan MSSR-in Ali Soveti Muxtar Respub-
likası SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul etdi. Azərbaycanda
xalqın ayağa qalxması, gündən-günə müstəqillik uğrunda mübarizə əzminin
daha da artd
ığını görən SSRİ rəhbərliyini bu vəziyyət qorxuya salmışdı.
1990-
cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də
saat 00-
dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fər-
man verdi. Fövq
əladə vəziyyət və komendant saatı vaxtının elan edilməsi qanlı
planları poza bilərdi. Odur ki, fövqəladə vəziyətin elan ediləcəyi xalqdan gizli
saxlanılmışdı. Buna görə də AXC İdarə Heyəti komendant saatı tətbiq olun-
duğu təqdirdə orduya müqavimət göstərmədən piketləri götürmək haqqında
q
ərar qəbul etmişdi. Piketçilər imperiyanın və respublikanın səlahiyyətli nüma-
y
əndələrinin ordunun şəhərə girməyəcəyi haqqında dəfələrlə təkrar etdikləri
v
ədlərə inanmışdılar. Xalqa məlumat verilməsin deyə yanvarın 19-da saat
19:27-d
ə Azərbaycan Televiziyasının enerji bloku partladılaraq sıradan çıxarıl-
mışdı. Fövqəladə vəziyyətin yanvarın 20-də, saat 00-dan başlanmasına göstəriş
verildiyin
ə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən ilk olaraq
Türkan-Qala t
ərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na SSRİ müdafiə na-
ziri D.Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonu qoşunları, gətirilən hərbi
hiss
ələr, hərbi gəmilərdən desant, xüsusi cəza dəstələri hücuma keçdi. Ağır
h
ərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan
istifad
ə edir, əliyalın adamlara avtomat silahlardan güclü atəş açırdılar. Qaçıb
sığınacaqlarda gizlənənlər tanklar üzərindəki projektorların köməyi ilə axtarılıb
tapılır, gülləbaran edilirdilər. Hərbçilər təsadüfən yola çıxanları, yaşayış ev-
l
ərini, təcili yardım maşınlarını, şəhər nəqliyyatını atəşə tutur, yaralıları öl-
dürür, meyitl
əri yandırır, təhqir edir, adamları tankların tırtılları altına salıb
əzabla öldürür, eybəcər hala salırdılar. Şəhərin küçələri öldürülmüş, yaralanmış
adamların, qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibb
mü
əssisələrini mühasirəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə,
habel
ə tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular. Rəsmi
m
əlumatlara görə, Bakıya və başqa yaşayış məntəqələrinə sovet ordusunun
hücumu vaxtı 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar
öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər itkin düş-
müşdür. Evlərə, ictimai və şəxsi nəqliyyat vasitələrinə, şəhər təsərrüfatına və
v
ətəndaşlara böyük maddi ziyan dəymişdi. Fövqəladə vəziyyət haqqında fər-
man artıq iş işdən keçəndən sonra, yanvarın 20-də saat 7-də elan olunmuşdu (1,
212).
Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nüma-
y
əndəliyinə gələrək burada təşkil olunmuş, 6 minədək adamın iştirak etdiyi
izdihamlı yığıncaqda çıxış etdi, bu ağır günlərdə yaralı, heç yerdən kömək
almayan doğma xalqı ilə birgə olduğunu bildirdi. Gizlicə respublikadan qaçmış
Ə.Vəzirovun yerinə Moskva yanvarın 24-də Ayaz Mütəllibovu Azərbaycan KP
MK-
nın birinci katibi vəzifəsinə gətirdi. İmperiya rəhbərləri, onların yerli
200
əlaltıları istədiklərinə nail oldular. Bakıda fövqəladə vəziyyət, komendant saatı
t
ətbiq edildi. AXC dağıdıldı, bir çox fəal cəbhəçilər həbs olundu, ölkədən qaç-
dı, qeyri-leqal işə keçdi. AXC-nin hakimiyyətə gəlmək cəhdi baş tutmadı (1,
214).
Tarixin bu m
əsuliyyətli dövründə Azərbaycan Xalq Cəbhəsi artıq xalqa
r
əhbərlik edə bilmədi. Onun başçıları siyasi naşılıq göstərərək, hakimiyyəti
bölüşdürmək barədə iqtidarla sövdələşməyə başladılar və xalq içərisində nüfuz-
larını itirdilər. Belə ki, bir qrup ziyalının “75-lərin müraciəti” adlı müraciə-
tind
ən “təsirlənən” iqtidar və AXC liderləri mayın ortalarında görüşüb Məş-
v
ərət Şurası yaratdılar. Azərbaycan SSR Ali Sovetinin sessiyası mayın 18-də
M
əşvərət Şurasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, müxalifətin ma-
ne
əsinə rast gəlmədən prezident vəzifəsi təsis etdi və Ayaz Mütəllibovu
respublikanın prezidenti seçdi (3, 84).
Naxçıvan MR-də həyata keçirilən demokratik tədbirlər bütün Azərbay-
cana örn
ək oldu. Demokratik qüvvələrin tələbi ilə 1991-ci il fevralın 5-də
Az
ərbaycan SSR Ali Sovetinin sessiyası bir sıra tarixi qərarlar qəbul etdi.
Dövl
ətin adı dəyişdirilib “Azərbaycan Respublikası” adlandırıldı. Azərbaycan
Cümhuriyy
ətinin bayrağı Dövlət Bayrağı kimi təsdiq olundu. Sentyabrın 8-də
Az
ərbaycanda prezident seçkiləri keçirildi. Demokratik qüvvələr bu seçkiləri
boykot etdil
ər. Prezident seçkiləri Naxçıvan MR ərazisində keçirilmədi. 8
sentyabr seçkil
ərinin nəticələrinə görə A.Mütəllibov yenidən prezident elan
olundu (1, 235).
Prezident yerl
ərdə tərəfdarları vasitəsilə möhkəmlənmək üçün dövlət,
hakimiyy
ət, idarəetmə quruluşunu və fəaliyyətini təkmilləşdirmək adı ilə
oktyabrın 18-də rayonlarda, şəhərlərdə, şəhər rayonlarında icra hakimiyyəti
başçıları vəzifəsini təsis etdi və bu vəzifələrə özünə dayaq hesab etdiyi adam-
ları qoydu. Prezident idarəsi yaradıldı. Dövlət katibi və dövlət müşavirləri
v
əzifələri təsis edildi. İlk dövlət katibi Tofiq İsmayılov təyin edildi. Lakin nə
bu t
ədbirlər, nə də əhalinin sosial vəziyyətini yaxşılaşdırmağa yönəldilən, dərin
inflyasiya şəraitində real təsirə malik olmayan bəzi sosial güzəştlər A.Mütəl-
libovun mövqeyini möhk
əmləndirə bilmədi. 1991-ci il oktyabrın 18-də Azər-
baycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının
Dövl
ət Müstəqilliyi haqqında” Konstitusiya aktı yekdilliklə qəbul edildi.
ƏDƏBİYYAT
1. Az
ərbaycan tarixi. VII cild. Bakı: 2008.
2. Tahir Qaffarov. Az
ərbaycanın ən yeni tarixi. Bakı: 2005.
3. Az
ərbaycan Respublikası (1991-2001). Ramiz Mehdiyevin redaktəsi ilə. Bakı: 2001.
4. Eyruz M
əmmədov. Erməni təxribatı (Sumqayıt, fevral 19988-ci il) Faktlar və mülahizələr.
B
akı: 2005
5. Əli Məmmədov. Müstəqil Azərbaycan Dövlətinin bərpası və möhkəmləndirilməsi uğrunda
mübariz
ə (80-ci illərin sonu – 1997-ci il). Bakı: 1999.
6. http://www.prokurorluq.gov.az/sumqayit/?p=senedler&id=3
7. Oqtay Sultanov. 80-ci ill
ərin sonu – 90-cı illərin əvvəllərində Azərbaycanda siyasi mübarizə.
201
Bakı: 1995.
8. N
əsiman Yaqublu. Məmməd Əmin Rəsulzadə. Bakı: 1991.
9.http://metbuat.az/news/87078/sabir-rustemxanli-kqb--ye-90-sehifelik-ifade-verdim.html
10. Alı Balayev. Azərbaycanda ictimai-iqtisadi və siyasi vəziyyət. Bakı: 2005.
1988-1991-
ГОД ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ СИТУАЦИЯ
В АЗЕРБАЙДЖАНЕ
Н.К.ГАЙБАЛИЕВА
РЕЗЮМЕ
Эта статья о социальной и политической ситуации в Азербайджане конец 80-х и
начале 90-х годов ХХ века. В статье отражены территориальные притязание армян и
наращивание их усилий для осуществление планов по оттражению Нагорного Карабаха
от Азербайджана и присоединение к Армении. Для сорвать социальной стабильности в
Азербайджане и дискредитировать азербайджанского народа в глазах международного
сообщество лицами армянской национальности совершили кровавые событие в Сум-
гаите, в след за етим высшим руководствам СССР был введен контингент войск и
осуществлен акт насилие против азербайджанского народа 20 января 1990 года. В связи
с вышеизложенным народ азербайджана начал национально-освободительную борьбу за
независимость.
Ключевые слова: социальная политическая ситуация, 20 января, Государ-
ственная независимость Азербайджанской Республики
SOCIO-POLITICAL SITUATION IN AZERBAIJAN IN 1988-1991
N.K.GAYBALIYEVA
SUMMARY
This article reflects the common political position of Azerbaijan late in 80s – early in
90s of the XX century. The article reflects Armenian territorial claims against Azerbaijan start-
ing from the end of XX century which included combining Nagarno Karabakh to herself. All
these caused Azerbaijanis’ national struggle and our nation regained independence in the end.
Key words: Social political situation, January 20, State Independence of the Republic
of Azerbaijan
202
Dostları ilə paylaş: |