Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar



Yüklə 225,33 Kb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü225,33 Kb.
#57785


BAKI 

UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar 

elmlər seriyası   

 

2014 

 

 



 

 

 



UOT 821(091)  

 

 

SAHİB BİN ƏBBAD: HƏYAT VƏ YARADICILIĞININ 

TƏDQİQ TARİXİNƏ QISA BİR NƏZƏR 

 

X.S.CƏFƏRLİ 

Bakı Dövlət Universiteti 

nuşhaba 49@mail.ru 

 

Məqalədə X əsrin görkəmli ictimai-siyasi və ədəbi xadimi olan Sahib bin Əbbadın həyat 



və yaradıcılığı öyrənilir. Göstərilir ki, Sahib bin Əbbadın yaradıcılığı hələ onun öz dövründə 

müasirləri  tərəfindən  öyrənilməyə  başlanılmışdır.  Bu  proses  hətta  XIX  əsrə  qədər  davam 

etmişdir.  XX  əsrdə  də  bu  böyük  şəxsiyyətin  həyat  və  yaradıcılığına  maraq  azalmamış,  onun 

haqqında  ərəb,  İran,  türk  və  Avropa  alimləri  tərəfindən  onlarla  qiymətli  əsər  meydana 

gəlmişdir. Azərbaycan alimlərindən görkəmli əruzşünaslar Əkrəm Cəfər və Tərlan Quliyev də 

Sahib bin 

Əbbadın yaradıcılığın tədqiq etmişlər. 

 

Açar 



sözlər: Sahib Bin Əbbad, XIX əsr ərəb ədəbiyyatı, Bağdad, Misir ərəb ədəbiyyatı, 

Hüseyn 


Nəssab, Al-e-Yasin, Əkrəm Cəfər, əruz 

 



əsrin görkəmli ictimai-siyasi xadimi, alimi, ədibi, şairi olan Sahib bin 

Əbbad  o  şəxsiyyətlərdəndir  ki,  onun  haqqında  hələ  onun  öz  dövründən  eti-

barən,  müasirləri  tərəfindən  tədqiqatlar  aparılmış,  ona  müxtəlif  əsərlər  ithaf 

olunmuş,  haqqında  yüzlərlə  şeir,  onlarla  kitab  yazılmışdır.  Onun  haqqında 

kitab  yazanlardan, 

məsələn,  Əbu  Həyyan  ət-Touhidinin,  Hüseyn  bin  Əli  bin 

Babveyhin, 988-ci 

ildə vəfat etmiş Həsən bin Məhəmməd bin Həsən Quminin, 

991-ci 

ildə vəfat etmiş Əbu Cəfər Məhəmməd bin Əli bin Hüseyn bin Musa bin 



Babüveyh Quminin, 999-cu 

ildə vəfat etmiş Əbul Hüseyn Əhməd bin Fars bin 

Zəkəriyyə bin Məhəmməd bin Həbib Razinin,  1037-ci ildə vəfat etmiş Sələbi 

adıyla  məşhur  olan  Əbu  Mənsur  Əbdül  Məlik  bin  Məhəmməd  bin  İsmayıl 

Nişapurinin,  1154-cü  ildə  anadan  olub,  1245-ci  ildə  vəfat  etmiş  Əbu  Talib 

Məhzəbəddin  Məhəmməd  bin  Əli  bin  Əli  bin  Müfəddəl  Hilli  Məzidinin  və 

başqalarının adlarını çəkmək olar (1, 25-26). Sonralar da Sahib bin Əbbad haq-

qında müxtəlif əsərlər yazılmış və yaxud da ayrı-ayrı mənbələrdə onun haqqın-

da 

qiymətli məlumatlar verilmişdir. Sahib bin Əbbad haqqında məlumat verən 



 

157 



orta 

əsrlərdə yaşayıb-yaratmış alimlər sırasında İbnun Nəccar, İbn Nədim, Ya-

qut 

əl-Həməvi, Suyuti və başqalarının adlarını  qeyd etmək olar (2,  513-514). 



Sahib  bin 

Əbbad haqqında, hətta XIX əsrdə də əsərlər yazılmışdır. Belə 

ki, 

belə əsərlərdən Əbül Qasim Kuhpayi  İsfəhaninin 1843-cü ildə  yazmış ol-



duğu  “əl-İrşad  dər  şərhe-əhvale-Sahib”  əsərini  və  başqalarını  göstərmək  olar 

(1, 26). 

Sahib bin 

Əbbad haqqında tədqiqatlar  XX əsrdə də davam etmişdir. Bir 

sıra ərəb ölkələrində, xüsusilə Misir, İraq və eyni zamanda, İranda bu görkəmli 

şəxsiyyətin həyat və yaradıcılığı daima diqqət mərkəzində olmuş və Sahib bin 

Əbbad  haqqında  onlarla  kitab  işıq  üzü  görmüşdür.  Xüsusilə,  onun  ayrı-ayrı 

əsərləri görkəmli ərəb və İran alimləri tərəfindən ayrıca olaraq nəşr edilmişdir. 

Sahib  bin 

Əbbadın  tədqiqatçıları  sırasında  Məhəmməd  Həsən  Al-e  Yasinin, 

Naci 

Həsənin, Əli Məhfuzun və başqalarının adlarını qeyd etmək olar.  



Sahib  bin 

Əbbadın  həyat  və  yaradıcılığının  öyrənilməsində,  əsərlərinin 

nəşr olunmasında görkəmli İraq alimi Məhəmməd Həsən Al-e Yasinin xidmət-

ləri xüsusilə böyükdür. Belə ki,  İslam tarixinin, ərəb dilinin və ədəbiyyatının 

görkəmli  tədqiqatçısı  olan  Məhəmməd  Həsən  Ali-e  Yasin  müxtəlif  illərdə 

Sahib bin 

Əbbadın “əl-İbanə ən-məzhəbi əhlil ədl bil hüccəc əl-Quran vəl əql”,  

“ət-Təzkirə fil üsulil xəmsə”, “Şərhu qəsidətis Sahib bin Əbbad fi üsulid din”, 

“Ünvanül 

məarif və zikrül xəlaif”, “əl-Mühit fil luğa”, “əl-Fərq bəyanəd  dad 

vəz za”, “əl-İqna fil-əruz və təxricil qəvafi”, “Kitabül kəşf ən məsavii şiril Mü-

tənəbbi”, “əl-Əmsalüs sairə min şiiril Mütənəbbi”,  “Kitabü divani şirih”, “ər-

Ruznamcə”, “əl-Əyad və fəzailün novruz” əsərlərini çap etdirmiş, onlara qiy-

mətli ön söz, qeydlər və şərhlər yazmışdır. Qeyd edək ki, bu əsərlərdən bəziləri 

elə Məhəmməd Həsən Al-e Yasin tərəfindən iki dəfə, bəziləri isə Məhəmməd 

Həsən  Al-e  Yasinlə  bərabər  digər  alimlər  tərəfindən  də  nəşr  edilmişdir.  Mə-

sələn,  “əl-İbanə  ən-məzhəbi  əhlil  ədl  bil  hüccəc  əl-Quran  vəl  əql”  əsəri  Mə-

həmməd Həsən Al-e Yasin tərəfindən ilk dəfə Nəcəfdə 1371-ci ildə, daha sonra 

Bağdadda  1383-cü  ildə,  “Ünvanül  məarif  və  zikrül  xəlaif”  əsəri  yenə  onun 

tərəfindən Nəcəfdə 1371-ci ildə,  Bağdadda 1383 və 1385-ci illərdə, “Kitabül 

kəşf  ən  məsavii  şiril  Mütənəbbi”  əsəri  Qahirədə  1349,  Bağdadda  isə  1385-ci 

illərdə nəşr edilmişdir. Eyni zamanda, “əl-İqna fil əruz və təxricil qəvafi” əsəri 

Məhəmməd  Həsən  Al-e  Yasin  tərəfindən  1379-cu  ildə  Bağdadda  nəşr  edil-

dikdən  sonra,  1407/1987-ci  ildə  Qahirədə  əl-İdqavi  tərəfindən,  “əl-Əmsalüs 

sairə min şiiril Mütənəbbi” 1950-ci ildə Beyrutda Zühdi Yegen tərəfindən nəşr 

olunduqdan sonra, 1958, 1965-ci 

illərdə yenə də Məhəmməd Al-e Yasin tərə-

findən Bağdadda nəşr edilmişdir. Naci Həsən də Sahib bin Əbbadın “Kitabüz 

Zeydiyyə”  əsərini  iki  dəfə  -  bir  dəfə  1977-ci  ildə  Bağdadda,  ikinci  dəfə  isə 

1986-ci 


ildə Beyrutda nəşr etdirmişdir (2, 513-514). 

Sahib  bin 

Əbbadın tədqiqatçıları və naşirləri sırasında  Naci Həsənin də 

adını qeyd etmək lazımdır. Belə ki, o, Sahib bin Əbbadın “Kitabüz Zeydiyyə”, 

“Nüsrətü məzahibiz Zeydiyyə” əsərlərini çap etdirmişdir (2, 513-514).  

 

158 




Misir 

ərəb  alimləri  Əbdülvəhhab  Əzzəm  və  Şövqü  Dayf  da  Sahib  bin 

Əbbadın  bir  sıra  risalələrini  “Rəsailüs  Sahib  bin  Əbbad”  adıyla  nəşr  etdir-

mişlər.  Həmçinin,  Əli  Məhfuz  adlı  alim  də  Sahib  bin  Əbbadın  “Risalə  fil 

hidayə vəd dəlalə” əsərini Tehranda nəşr etdirmişdir (2, 513-514).  

Qeyd  etdiyimiz  kimi,  Misir, 

İraq  və  İran  alimləri  Sahib  bin  Əbbadın 

əsərlərini nəşr etdirdikləri kimi, eyni zamanda, onun haqqında tədqiqat əsərləri 

də  yazmışlar.  Belə  alimlərdən  Əbülqasim  Əhməd  bin  Məhəmməd  əl-İsfa-

haninin  1933-cü 

ildə Tehranda çap olunmuş “Risalətül irşad  fi əhvalis Sahib 

bin 


Əbbad”  əsərinin,  Bədəvi  Əhməd  Təbanənin  Qahirədə  çap  olunmuş  “əs-

Sahib  bin 

Əbbad:  əl-vəzir  əl-ədib  əl-alim”  əsərinin,  Əhməd  Bəhmənyarın 

1344-cü 


ildə  Tehranda  çap  olunmuş  “Sahib  bin  Əbbad  şərhi-əhval  və  asar”, 

yenə  də  Məhəmməd  Həsən  Al-e  Yasinin  “əs-Sahib  bin  Əbbad  həyatühü  və 

ədəbih” əsərinin, Kamil Məhəmməd Üveydanın “əs-Sahib bin Əbbad əl-vəzir 

əl-ədib”  əsərinin,  Xəlil  Mərdəm  Bəkin  1932-ci  ildə  Dəməşqdə  çap  olunmuş 

“əs-Sahib bin Əbbad” əsərlərinin adlarını çəkmək olar. Qeyd edək ki, yuxarıda 

adları çəkilən bu əsərlər bilavasitə Sahib bin Əbbadın həyat və yaradıcılığına 

həsr  olunmuş  əsərlərdir.  Lakin  bəzi  tədqiqatçılar  bəzən  ədəbiyyat  tarixi  və 

bəzən  digər əsərlərində də yeri gəldikcə Sahib bin Əbbaddan bəhs etmiş, bu və 

ya 

digər mənada onun haqqında söz söyləmişlər. Belə tədqiqatçılardan  Hüseyn 



Nəssar və onun 1968-ci ildə Qahirədə çap etdirdiyi “əl-Mucəmul ərəbi: nəşə-

tuhu 


və  tətəvvüruh”  əsərini,  Məhəmməd  Həsən  Al-e  Yasin  və  onun  1372-ci 

ildə  Nəcəfdə  çap  etdirdiyi  “Nəfaisül  məxditad”  əsərini,  M.Rza  əl-Hakimi  və 

onun  1983-cü 

ildə  Beyrutda  çap  etdirdiyi  “Tarixül  üləma  əbrəil  üsuril  müx-

təlifə” əsərini, Əbdül Hüseyin Əhməd əl-Əmini və onun 1366-cı ildə Tehranda 

çap  etdirdiyi 

“əl-Ğadir  fil  kitab  vəs-sünnə  vəl  ədəb”  əsərini  və  onlarla  baş-

qalarını misal göstərmək olar (2, 513-514). 

Sahib  bin 

Əbbadın  yaradıcılığı ilə çox sayda olmasa da, hər halda, Av-

ropa 

alimləri də maraqlanmışlar. Belə ki, bizə belə əsərlərdən  yalnız biri Ch. 



Pellatın 1990-cı ildə Kembricdə çap etdirdiyi “Abbasid Belles-lettres” əsərində 

“Al-Sahib 

İbn Abbad” məqaləsi məlumdur (2, 515).  

Maraqlıdır ki, Azərbaycan alimləri də Sahib bin Əbbadın yaradıcılığı ilə 

məşğul olmuş, xüsusilə onun əruz və qafiyənin nəzəri əsaslarından bəhs edən 

“əl-İqna  fil  əruz  və  təxricil  qəvafi”  əsərini  tədqiqat  obyektinə  çevirmişlər. 

Ümu

miyyətlə,  bu  əsər  iki  dəfə  nəşr  olunmasına,  yəni  ilk  dəfə  Məhəmməd 



Həsən Al-e Yasin tərəfindən 1960-cı ildə Bağdadda və 1987-ci ildə əl-İdqavi 

tərəfindən  Qahirədə  çap  olunmasına  baxmayaraq,  demək  olar  ki,  ayrıca  təd-

qiqat  mövzusu 

olmamışdır. Lakin XX əsrin görkəmli əruzşünası, altı xalqın - 

ərəb, fars, türk, özbək, tacik və Azərbaycan xalqlarının əruzlarını müqayisəli 

şəkildə tədqiqata cəlb edib, 1977-ci ildə “Əruzun nəzəri əsasları və Azərbaycan 

əruzu” adlı fundamental monoqrafiyasını yazaraq çap etdirən, filologiya elm-

ləri  doktoru  Əkrəm  Cəfər  əsərini  yazarkən,  ərəb  əruzuna  aid  istifadə  etdiyi 

mənbələr  sırasında  Sahib  bin  Əbbadın  Məhəmməd  Həsən  Al-e  Yasin  tərə-

findən 1960-cı ildə Bağdadda çap olunmuş “əl-İiqna fil əruz və təxricil qəvafi” 

 

159 



əsərindən də istifadə etmişdir (3). Qeyd edək ki, Əkrəm Cəfər ərəb əruzuna aid 

mənbələrdən  istifadə  edərkən  əsasən,  Sahib  bin  Əbbadın  fikirlərinə  söykən-

mişdir.  Ərəb  əruzuna  aid  mənbələrdən  isə  onun  əlində  demək  olar  ki,  yalnız 

İbn Hacibin və əl-Əndəlüsinin ərəb əruzuna aid əsərlərinin əlyazmaları və Si-

racəddin Səkkakinin 1317/1899-cu ildə Misirdə çap olunmuş “Miftahül ülum” 

əsəri olmuşdur. Doğrudur, Əkrəm Cəfər bu mənbələrlə yanaşı, eyni zamanda, 

fars 

əruz  elminin  görkəmli  nümayəndələri  olan  Şəmsəddin  Məhəmməd  bin 



Qeys 

ər-Razinin  və  Nəsirəddin  Tusinin  də  ərəb  əruzuna  aid  olan  fikirlərinə 

söykənmişdir.  Lakin  bu  qeyd  olunan  əsərlər  içində  ərəb  əruzu  haqqında  ən 

qədim və ən mötəbər mənbə Sahib bin Əbbadın “əl-İqna” əsəri olduğu üçün, 

Əkrəm  Cəfərin  əsərinin  ərəb  əruzundan  bəhs  edən  hissəsinin  əsas  mənbəsini 

Sahib bin 

Əbbadın əsəri təşkil etdiyi açıq-aşkar duyulur. 

Əkrəm Cəfər öz əsərini yazarkən, qarşısına, əsasən, əruzun nəzəri əsasları 

haqqında  məlumat  vermək  məqsədini  qoyduğuna  görə,  əruz  elminin  inkişaf 

tarixinə  demək  olar  ki,  ötəri  bir  nəzər  salmışdır.  Lakin  o,  əruzun  tarixi  haq-

qında  ötəri  fikir  söyləsə  də,  hər  halda  onun  bu  fikirlərində  yenə  də  ilk  yeri 

Sahib bin 

Əbbad tutur.  Belə ki, Əkrəm Cəfər Xəlil ibn Əhməddən sonra əruz-

şünaslıq tarixinə nəzər salarkən yazır: ”Tarix boyu gəlib-getmiş bir sıra məşhur 

əruzçular onu (Xəlil ibn Əhməd nəzərdə tutulur – X.C.) təsdiq etmiş və onun 

yolu 


ilə  getmişlər.  Böyük  əruzçular  –  “Əl-İqna”  müəllifi  Sahib  bin  Əbbad 

(937-995), 

“Əruzi-Əndəlüsi” adlı məşhur mənzum əruz kitabının müəllifi Əbil-

Ç

iyş Ənsari (vəf.1229), “Miftahül ülum”un sahibi Siracəddin Səkkaki (1160-



1229), 

“Əruzi İbn Hacib”in sahibi Əbu Ömər İbn Hacib (1144-1248), “Miyarül 

-

əşar”  müəllifi  Nəsir  Tusi  (1201-1274),  “Əl-Möcəm  fi  məayir  əşaril  Əcəm” 



müəllifi Ş.M. Qeys Razi (XIII əsrin I yarısı), “Risaleyi -əruz dər sənaəte şeir və 

qafiyə” sahibi Əbdürrəhman Cami (1414-1492), “Mizanül övzan” sahibi Əlişir 

Nəvai  (1441-1501),  “Mövzuatül-ülum”  sahibi  Əhməd  Daşköprüzadə  (1495-

1560), Seyfi 

Nişaburi, Vəhid Təbrizi, Qiyasəddin Rampuri, Əbdülnafe, Əli Cə-

maləddin, Əhməd Aymutlu və başqaları Xəlil ibn Əhmədin qoyduğu prinsipləri 

qəbul etmişlər, ona əsaslanaraq öz traktatlarını yazmışlar” (3, 42-43). 

Qeyd  etdiyimiz  kimi, 

Əkrəm  Cəfər  öz  əsərində  ərəb  əruzunun  nəzəri 

əsaslarından danışarkən daha çox Sahib bin Əbbadın fikirlərinə əsaslanmış və 

onun  fikrini 

ərəb əruzu haqqında olan qəti və elmi fikir kimi qəbul etmişdir. 

Bunu 

Əkrəm  Cəfərin  ən  azı  ərəb  əruzunun  ayrı-ayrı  bəhrlərindən  danışarkən 



görmək mümkündür. Belə ki, məsələn o, bəsit bəhri haqqında danışarkən yazır: 

“Bəsit bəhri haqqında bir cəhəti də qeyd etməliyik. Ənənəvi əruzun bəsit bəhri 

haqqındakı  prinsiplərinə  baxılarsa,  istər  Nəsir  Tusinin,  istərsə  Qeys  Razinin 

göstərdikləri  vəznlər  tamam  deyildir.  Xəlil  ibn  Əhmədə  əsaslanan  mənbələrə 

gör

ə,  bəsit  bəhrində  xəbn,  təyy,  xəbl,  qət,  müzal  və  xəl  zihafları  olmalıdır. 



Nəsirəddin Tusinin və Qeys Razinin bəsit bəhri vəznlərində xəl ilə təyy yox-

dur, 


yəni bunların gətirdikləri qəliblərin təfilələri arasında fə’Ulün (müxəllə) və 

müftə’ilün (mətviyy) yoxdur. Sahib bin Əbbadda isə bunlar var” (3, 180). Di-

gər  bir  yerdə  isə  Əkrəm  Cəfər  rəcəz  bəhrindən  danışarkən  yazır:  “Bizim  yu-

 

160 




xarıda  ərəb  rəcəzinə  aid  gətirdiyimiz  beş  zihafsız  növ  X  əsrdə  yaşamış  alim 

Sahib  bin 

Əbbadın  “əl-İqna”  əsərinə  əsasən  idi”  (3,  222.).  Beləliklə,  gördü-

yümüz  kimi, 

Əkrəm  Cəfər  öz  yaradıcılığında  Sahib  bin  Əbbaddın  fikirlərinə 

daha  çox 

əsaslanmışdır  və onun Sahib bin Əbbadla  bağlı fikirləinə daha bir 

sıra nümunələr gətirmək olar. 

Azərbaycan  alimlərindən  Əkrəm  Cəfərin  tələbəsi  görkəmli  əruzşünas, 

filologiya 

elmləri  doktoru  Tərlan  Quliyev  də  istər  1998-ci  ildə  çap  etdirdiyi 

“Əruz  və  qafiyəşünaslıq  tarixi  (VIII-XVI  əslər)”  adlı  monoqrafiyasında,  istər 

2013-cü 

ildə dərs vəsaiti kimi çap etdirdiyi “Əruz vəq afiyəşünaslıq tarixi” adlı 

dərsliyində və istərsə də ərəb əruz və qafiyəsi haqqında yazdığı məqalələrində 

Sahib  bin 

Əbbadın  yaradıcılığına  müraciət  etmişdir  (4;  5).  Belə  ki,  Tərlan 

Quliyev 


Əkrəm Cəfərdən fərqli olaraq, əruzun başqa bir qolunu, yəni əruz və 

qafiyəşünaslıq  tarixini  tədqiq  etdiyi  üçün  Sahib  bin  Əbbadın  yaradıcılığına 

daha 

geniş  şəkildə  müraciət  etmiş,  onun  elmi-nəzəri  fikirlərindən  bərhələn-



məklə  bərabər,  əruzşünaslıq  tarixində  Sahib  bin  Əbbadın  daha  çox  yerini, 

mövqeyini 

təyin  etməyə  çalışmışdır.  Bu  mənada,  Tərlan  Quliyev  bütövlükdə 

əruz və qafiyəşünaslıq tarixini izləmiş, xüsusilə, əruz və qafiyəşünaslıq elminin 

Xəlil ibn Əhməddən, yəni VIII əsrdən başlamış X əsrə qədər – Sahib bin Əb-

badın yaşayıb-yaratdığı dövrə qədər yaşayıb-yaratmış əl-Əxfəş, Mazini, Cərmi, 

Sicistani, 

İbn  Keysan,  İbn  Quteybə,  Zəccac,  Naşii,  İbn  Əbd  Rəbbih,  İbn  əs-

Sərrac, əl-Cövhəri və bir sıra başqa əruz və qafiyəşünasların həyat və yaradı-

cılıqlarını  araşdırdıqdan  sonra,  Sahib  bin  Əbbada  qiymət  vermişdir.  Belə  ki, 

Tərlan  Quliyev  Sahib  bin  Əbbaddan  danışarkən  yazır:  ”Sahib  Əbül  Qasim 

İsmayıl  bin  Əbbad  (937-995)  dövrünün  görkəmli  alimi  və  dövlət  xadimi 

olmuşdur. O, əruzu hicri 360-cı ildə vəfat etmiş İbnul Əmid ləqəbi ilə məşhur 

olan 


Əbülfəz Mühəmməd bin əl-Hüseyn və hicri 368-ci ildə vəfat etmiş Əbu 

S

əid əs-Sirafi kimi görkəmli alimlərdən öyrənmişdir. Sahib bin Əbbadın əruz 



və  qafiyə  haqqındakı  bilikləri  o  qədər  şöhrət  tapmışdır  ki,  hətta  ən  qəddar 

düşmənlərindən olan Əbu Həyyan ət-Tauhidini də dilə gətirmiş və o demişdir: 

“Sahib  bin 

Əbbad əruz və qafiyəni ən yaxşı bilənlərdəndir”. Sahib bin Əbbad 

əruz və qafiyəşünaslıq tarixində “əl-İqna fil əruz vəl təxricil qəvafi” adlı əsəri 

ilə  məşhurdur.  O,  bu  əsərində  demək  olar  ki,  Xəlilin  yaratdığı  prinsiplərdən 

kənara çıxmamış, əruz və qafiyə haqqında yığcam, lakin ətraflı şəkildə məlu-

mat 


vermişdir” (4, 122). Təbii ki, filologiya elmləri doktoru Tərlan Quliyevin 

yuxarıda adları çəkilən əsərlərində Sahib bin Əbbadla əlaqədar olaraq, əruz və 

qafiyənin  nəzəri  əsasları  ilə  bağlı  daha  bir  sıra  məsələlər  haqqında  fikir 

yürütmək olar. Lakin bizə elə gəlir ki, istər Əkrəm Cəfər və istərsə də, Tərlan 

Quliyevin 

yaradıcılıqlarında Sahib bin Əbbadla əlaqədar yuxarıda gətirdiyimiz 

sitatlar da 

onların öz əsərlərini yazarkən Sahib bin Əbbad və onun əsəri ilə nə 

qədər  yaxından maraqlandıqlarını bir daha sübut edir.  Bu mənada, Sahib bin 

Əbbadın  “əl-İqna”  əsərinin  ilk  dəfə  1960-cı  ildə  Bağdadda  çap  olunmasına 

baxmayaraq,  onun 

haqqında  geniş  tədqiqat  aparan  alimlər  sırasında  Azər-

baycan 

alimlərinin adlarını da iftixarla çəkmək olar. 



 

161 



ƏDƏBİYYAT 

1. Dehxuda. 

Lüğətnamə. S-Saleh ibn Nəsr. Tehran, 1333? Xurşidi, Çapxaneyi Məclis, 100 s., 

s.17. 


2. 

İlyas Çələbi . Sahib b.Abbad. Türkiyə Dəyanət Vakfı  İslam ansiklopedisi, cild 35, İstanbul: 

2008, 587 s., s. 512. 

3. 


Əkrəm Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı: Elm, 1977, 416 s.  

4. 


Tərlan Quliyev. Əruz və qafiyəşünaslıq tarixi (VIII-XVI əsrlər). Bakı: Əbilov, Zeynalov və 

oğulları, 1998, 180 s.  

5. 

Tərlan Quliyev. Əruz və qafiyəşünaslıq tarixi. Bakı: Elm və təhsil, 2013, 292 s. 



 

ИСТОРИЯ ИССЛЕДОВАНИЯ ЖИЗНИ И ТВОРЧЕСТВА САХИБ БИН АББАДА 

 

Х.С.ДЖАФАРЛИ  

 

РЕЗЮМЕ 

 

В статье изучается жизнь и творчество выдающегося общественно-политического 

и художественного деятеля X века Сахиб бин Аббада. Показано, что еще в свое врема 

творчество Сахиб бин Аббада начало изучатся его современниками. Этот процесс про-

должался до IX века. Даже в XX веке был интерес к  жизни и творчеству этой большой 

личности, про него были написаны десятки ценных произведений со стороны арабских, 

иранских,  турецких  и  европейских  ученых.  Из  азербайджанских  ученых  выдающиеся 

исследователи  аруза  Акрам  Сафар  и  Тарлан  Гулиев  занимались  исследованием  твор-

чества Сахиб бин Аббада. 

 

Ключевые  слова:  Сахиб  Бин  Аббад,  арабская  литература  XIX  века,  Багдад, 

Египтская арабская литература, Гусейн Нассаб, Ал-е-Ясин, Акрам Джаффар, аруз. 

 

SAHIB IBN ABBAD: A BRIEF GLANCE TO THE HISTORY  



OF HIS LIFE AND  RESEARCH ACTIVITIES 

 

Kh.S.JAFARLI 

 

SUMMARY 

 

The eminent social-political and literary figure of the X century – Sahib ibn Abbad’s life 

and  activities  are  researched  in  this  article. 

İt  is  shown  that,  Abbad’s  activities  started  to  be 

researched  by  his  contemporaries  during  the  period  he  lived. This  process  lasted  till  the  XIX 

century. In the XX century, there was still a represented interest for Sahib ibn Abbad’s life and 

activities,  and  numerous  works  were  devoted  to  him  by  Arabian,  Iranian,  Turkish  and  Euro-

pean  researchers.  Akram  Jafar  and  Tarlan  Guliyev,  Azerbaijani  notable  researchers  of  Aruz 

metre, also researched Sahib ibn Abbad’s activities.   

 

Key  words:  Sahib  Bin  Abbad,  XIX  century’s  literature,  Baghdad,  Egyptian  Arabic 

literature, Hüseyn Nassar, Al-e-Yasin, Akram Jafar, aruz. 

 

 



162 

Yüklə 225,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə