73
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Sosial-siyasi
elmlər seriyası
2012
UOT 101.1; :316
ƏXLAQİ ŞÜURUN MAHİYYƏTİ VƏ STRUKTURU
A.M.
MƏMMƏDOVA
Bakı Dövlət Universiteti
aygun.memmedova.1976@mail.ru
Məqalədə əxlaqın mahiyyətindən söhbət açılır, əxlaqi prinsiplərin və normaların əsas
cəhətləri ifadə olunur, əxlaqın tarixi tipləri təhlil olunur, əxlaqi şüurun əhəmiyyəti qeyd
olunur. Eyni zamanda burada
əxlaqi şüurun struktur elementi kimi əxlaqı qiymətləndirmə
göstərilir və əxlaqi şüurun baza elementləri olan qiymətləndirmə və dəyərləndirmə meylləri
təhlil edilir.
Açar sözlər: əxlaqi şüur, dəyər, mahiyyət, motiv, qarşılıqlı əlaqələr, ünsiyyət
Bütün tarixi dövrlərdə əxlaqi şüurun mahiyyəti, onun inkişaf meylləri
istər gündəlik həyatda, istərsə də elmi-nəzəri səviyyədə müzakirə olunan mü-
hüm məsələlərdən biridir. Müasir tədqiqatçıların çoxu əxlaqda iki, nisbətən
müs
təqil sahə olduğunu söyləyir: əxlaqi şüur və əxlaqi fəaliyyət (praktika və
təcrübə). Bəziləri əxlaqda üçüncü elementi də ayırır ki, bu da əxlaqi münasi-
bətlərdir. Lakin əxlaqi münasibətlər əxlaqi fəaliyyətlə (praktika ilə) əlaqədar
ol
duğu üçün əksər hallarda hər iki element vəhdətdə nəzərdən keçirilir.
Əvvəla, qeyd etmək lazımdır ki, mənəviyyat və ya əxlaq (latınca mores
–
mənəviyyat deməkdir) ayrı-ayrı fərdlərin, sosial qrupların, bütövlükdə isə
cəmiyyətin baxışları, təsəvvürləri və davranış normaları və qiymətləndirmənin
əks olunduğu ictimai şüur formasıdır. Məlum olduğu kimi, əxlaq cəmiyyətdə
insanların davranış və hərəkətlərinin tənzim edilməsi üsulu olmaq etibarilə
dövlətin gücünə arxalanan hüquqdan fərqli olaraq bilavasitə əxlaq normalarına
riayət etməyə məcbur edən heç bir xüsusi təsisata arxalanmır. Əxlaqın arxasın-
da inandırma, nümunə, ictimai rəy, ənənə gücü, xeyir və şər kateqoriyaları ilə
ifadə olunan mənəvi nüfuz durur.
Əxlaq normaları insanlar arasında dövlət orqanları tərəfindən tənzim
edilməyən münasibətləri (dostluq, yoldaşlıq, məhəbbət və s.) əhatə edir. Yuxa-
rıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, əxlaq cəmiyyətin inkişa-
fının hər bir formasiya və sivilizasiya pillələri üçün zəruri olan tənzimedici
74
sistemdən ibarətdir.
Qeyd edək ki, əxlaqi şüur ictimai şüurun spesifik forması olub, ictimai
mü
nasibətləri əks etdirən anlayış və təsəvvürlərin məcmusundan ibarətdir. An-
la
yışlar sistemi hər hansı bir təlimin – siyasi, dini, estetik və s. özünəməxsus
«dili
dir» və bunlarsız əsas ideyaları ifadə etmək mümkün deyil. Əxlaqi şüurun
anla
yışları cəmiyyətin və şəxsiyyətin mənəvi həyatını özünəməxsus şəkildə
əks etdirir. Bu anlayışlardan hər hansı bir hərəkətin qiymətləndirilməsi zamanı
da istifadə edilir. Əxlaqi şüurun əsas anlayışlarına xeyir və şər, borc və vicdan,
şərəf və ləyaqət, əxlaqi hisslər, əxlaq normaları, əxlaqi prinsiplər, əxlaqi ideal,
əxlaqi qiymətləndirmə və s. aiddir. Bunların arasında isə vicdan anlayışı etika-
nın ilk anlayışı, yaxşılıq anlayışı onun əsas anlayışıdır (1, 301). Xeyir şərsiz
müm
kün deyil, ancaq insan onları seçir. Xeyirlə şər arasında ziddiyyət və
onla
rın seçilmək imkanı insanın təbiətində, onun məzmunundadır (2,21).
Əxlaqi şüur anlayışının təşəkkülü hələ qədim dövrlərdən başlayır. Etika
ilə məşğul olan ilk filosoflar – Platon, Aristotel, Epikur və başqaları əxlaqın
əsas anlayışlarının bir çoxunun, məsələn, ədalət, xoşbəxtlik, müxtəlif fəzilətlər
və s. dərin təhlil etmişlər. Hətta müxtəlif anlayışların təsnifatına, içərilərindən
ən əsaslarının seçilməsinə, digər anlayışların onun üzərində qurulmasına da
təşəbbüs göstərmişlər. Bu istiqamətdə hərə öz variantını qurmağa çalışsa da,
antik etikanın əsas anlayışı xoşbəxtlik sayılırdı. Həzz (zövq almaq) də bu
qəbildən idi. Epikur hesab edirdi ki, bütün fəzilətlər öz təbiətinə görə gözəl
həyatla əlaqədardır, həzz isə həyatın bizə verdiyi ilk və fitri xoşbəxtlikdir.
Sonralar İmmanuil Kant əsas anlayış kimi borcu diqqət mərkəzinə qoyur və
onun vasitəsilə digər anlayışları müəyyən etməyə çalışır.
Mənəvi-əxlaqi sferanın, əxlaqi şüurun inkişafı mexanizmi çoxtərəfli və
mürəkkəb olduğuna görə, əxlaqa və əxlaqi şüura dair müxtəlif yanaşma tərzlə-
rin
dən çıxış edərək çoxsaylı fikir və mülahizələrin irəli sürülməsi təbii haldır.
Əxlaqın mahiyyətinin dəqiq və konkret müəyyən edilməsi çətindir. Fəlsəfə
tari
xində bununla əlaqədar olaraq bir sıra cəhdlər edilməmişdir. Ancaq bunun-
la belə, bu elmi «əmələ gətirən», «yaradan» anlayışların əsas özülləri müəyyən
edil
məmişdir.
Əxlaq bugünkü vəziyyətinə birdən-birə, «hazır şəkildə» gəlib çıxmamış-
dır. Primitiv norma və təsəvvürlərdən yetişməyə başlayan əxlaq, bəşəriyyətin
bütün tarixi boyu mövcud olmuş və olduqca mürəkkəb, uzun və hətta çətin bir
yol keçmişdir. Tarixi inkişafın hər bir pilləsində maddi və mənəvi istehsal
prosesi zamanı insanlar müəyyən davranış normaları, prinsipləri, qaydaları,
adət və ənənələr dəblər yaratmışlar. Cəmiyyətin təşəkkül tapdığı ilk günlərdən
insanlar bir-bir
ilə münasibətlərini tənzim etmək üçün yaratdıqları bu birgə ya-
şayış qaydalarına riayət edir, öz hərəkətlərində nəyin pis, nəyin yaxşı olduğu-
nu, hansı hərəkətin bəyənilib-bəyənilmədiyini xeyir və şər kateqoriyaları vasi-
təsilə qiymətləndirmişlər.
İctimai şüurun qədim formalarından olan əxlaq insanlar arasındakı mü-
75
na
sibətləri əks etdirir. Əxlaq insanların bir-birinə, dövlətə və cəmiyyətə olan
mü
nasibətlərini nizama salır, ictimai həyatın bütün sahələrində insanların
hərəkətlərini tənzimləyir. Məsələn, əməkdə, məişətdə, siyasətdə, elmdə, ailədə,
ictimai yerlərdə və s.-də bunların hər birində o, müxtəlif rol oynayır. Bununla
əlaqədar «peşə etikası», «ailə və nigah etikası» və s. terminlər yaranıb. Bütün
bu sahələrdə əxlaqla yanaşı insanların hərəkətlərinin digər tənzimləyiciləri də
var. Məsələn, dövlətin hüquq normaları və dekretləri, istehsalatdakı qanun-
qaydalar, takt, etiket, ədəb, davranış qaydaları, idman və digər oyunların
şərtləri, nəqliyyatın idarə olunma qaydaları, sanitar-gigiyena normaları və s. -
bütün bunlar bəzən əxlaq normalarının spesifikasını aydınlaşdırmağa bir qədər
mane olur. Əxlaqda «bu belədir» anlayışı ilə yanaşı, «belə olmalıdır» daha çox
uyğun gəlir.
Bəzi təsir formaları, məsələn, milli ənənələr, məişətdəki estetik norma-
lar, əmək vərdişlərinin tərbiyə edilməsi və s. əxlaqla yanaşı digər sahələrə də
aiddir. Ayrı-ayrı insanların tərbiyəsinə təsir edən ictimai formalar – adət və
ənənələr, ictimai rəy, tərbiyə və s. əxlaqla bağlı olsa da, bütünlükdə ona məx-
sus ola bilməz. Hər bir dövrün və cəmiyyətin özünəməxsus əxlaq qaydaları,
prinsip və normaları olduğu üçün hər bir insan da əsasən yaşadığı dövrün və
cəmiyyətin əxlaq qaydalarına tabe olur. Tarixi hadisə olan əxlaq bəşəriyyətin
ictimai tərəqqisi gedişində dəyişir və inkişaf edir. Cəmiyyətdə əxlaq normala-
rının əsası dəyişildikcə, onun özü də dəyişir və cəmiyyətin inkişafından asılı
olaraq tamamilə yeni formaya düşür, tədricən öz əvvəlki məzmununu itirir və
nəhayət, yeni məzmun daşıyır (4,38).
Cəmiyyət siniflərə bölünən zaman əxlaq qaydaları da sinfi xarakter
daşımağa başladı. Hər sinfin özünəməxsus əxlaq qaydaları yarandı. Müəyyən
sinfə xidmət edən əxlaq sinfi xarakter daşıyaraq hakim sinfə xidmət etdi.
Tarixdə əxlaqın aşağıdakı əsas tipləri var ki, bunlara əxlaqın konkret-tarixi tip-
ləri də deyilir:
1) ibtidai icma əxlaqı; 2) quldarlıq əxlaqı; 3) feodal əxlaqı; 4) burjua əx-
la
qı və s.
Əxlaqın inkişafında bəşər mədəniyyətinin tarixi tərəqqisini əks etdirən
varislik elementlərinə də rast gəlmək olar. Əxlaq bir formadan digərinə
keçərkən insanlar arasındakı münasibətlərdə humanizm ünsürləri də artır.
Artıq ibtidai icma dövründə qarşılıqlı yardımın sadə formaları yaranır. Adam
əti yemək adəti yox olur. Tayfa ittifaqları və dövlətin yaranması ilə qan düş-
mənçiliyinə son qoyulur. Feodal əxlaqı təhkimli kəndlini öldürməyə yol ver-
mir. Halbuki, quldarın öz qulunu öldürməsi onun şəxsi işi idi. Burjua əxlaqın-
da şəxsiyyətə hörmət prinsipi təsdiqlənir. Zaman keçdikcə, cəmiyyət inkişaf
etdikcə əxlaq qaydaları da dəyişir. Çox vaxt hətta zahirən əbədi görünən əxlaq
qaydaları belə dəyişikliyə uğrayır, öz əvvəlki məzmununu itirir və ya onlara
heç bir ehtiyac qalmır.
Əxlaqın bir sıra kateqoriyaları onu sistem kimi xarakterizə edir. Onlar-
76
dan biri vicdan kateqoriyasıdır. O, insanın öz davranışlarını hamı tərəfindən
qəbul edilən əxlaq normaları əsasında qiymətləndirilməsindən ibarətdir. İnsa-
nın vicdanlılığı onda utanmaq qabiliyyətinin olması ilə, yəni öz hərəkətlərinə
ictimai normalar əsasında qiymət verməsi ilə əlaqədardır. Utanmaq hissindən
uzaq olan adamın vicdanı da təmiz olmur. Vicdan insanlığın ölçüsüdür. Xalq
arasında vicdanı ləkəli adamları yazıq və miskin adlandırırlar. Vicdan kateqo-
ri
yası şərəf anlayışı ilə bilavasitə əlaqədardır. Onun məzmunu isə öz sözünə
sahib olmaq, qeyd-
şərtsiz düzlük, öz borcunu və insan ruhunun xeyirxahlığını
anlamaqdan ibarətdir. İnsanların öz şərəfini anlaması onun konkret şəraitdə
mövcudluğundan, həmin şəraitin xüsusiyyətlərindən asılıdır.
Əxlaqi fəaliyyət hərəkət və əməllərdə, davranış normalarında təzahür
edən əxlaqın ən mühüm komponentidir. Şəxsiyyətin davranışını xarakterizə
edən hərəkət və ya əməllərin məcmuyu onun əsl mahiyyəti barəsində təsəvvür
yaradır. Bu cəhətdən, yalnız əxlaqi prinsiplərin və normaların fəaliyyəti və hə-
yata keç
irilməsi şəxsiyyətə belə bir imkan verir ki, onun əsl əxlaqi mədəniyyə-
ti tanınsın.
«Xeyir» anlayışının çoxmənalı təyini əxlaqın öz təbiətindən irəli gəlir.
Bunun özü də insanların həyat fəaliyyətinin bütün tərəflərinə təsir edir. Məlum
olduğu kimi, xeyir həmişə şərə qarşı durur. Yunan filosofu Heraklit qeyd
etmişdir ki, «xeyir də, şər də – birdir» (11,74).
Xeyir və şər – xoşbəxtlik, vicdan, borc kimi digər əxlaqi anlayışlarla sıx
bağlıdır. Bunlar adekvat başa düşülə bilməz. Eyni zamanda, şəxsiyyətdə xeyir
və şərin düzgün başa düşülməsi formalaşmayıbsa, o, davranışın aktual prinsip-
lərinə də malik ola bilməz.
Xeyir və şər anlayışlarının tarixən dəyişkən xarakterinə baxmayaraq,
onların mahiyyəti bundan ibarətdir ki, bütün zamanlarda və dövrlərdə «xeyir»
dedikdə əxlaqi, təqdirə layiq olan şeylər, «şər» dedikdə isə bir-birinə əks, zid-
diy
yətli mənalar – əxlaqsızlıq, pislənilməyə layiq olanlar başa düşülmüşdür
(16, 130).
Ümumi xarakter daşıyan digər qiymətləndirmə anlayışı ədalət prinsipidir.
M.N.Ru
tkeviçin qeyd etdiyi kimi, bu anlayışda «cəmiyyətdə hakim əxlaqa nəyin
uyğun gəlib-gəlmədiyi haqqında əxlaqi təsəvvürlər aşkar edilir» (13,127).
“Xoşbəxtlik” anlayışı hər bir insan üçün xüsusi əhəmiyyət kəsb edir.
“Xoşbəxtlik – dəyərdir, insan həyatında xeyirxahlıq ölçüsüdür, şəxsiyyətin və
bütövlükdə varlığın ideal kamilliyidir” (12, 63). Aristotelə görə isə, insanlar
təlim və səyləri sayəsində xoşbəxt ola bilərlər (6,303). Aydındır ki, etika da
siyasətdən və hüquqdan ayrılıqda xoşbəxtlik, borc və azadlıq konsepsiyasını
hazırlaya bilməz. Burada əlaqəli fəaliyyət özünü göstərir (3, 6).
Əxlaqi şüurun elementləri kimi qiymətləndirmə istiqamətləri bir sıra
funksiyalar yerinə yetirirlər. Tədqiqatçı E.V.Sokolov tərəfindən qiymətləndir-
mə istiqamətlərinin aşağıdakı ən mühüm funksiyaları irəli sürülür: a) fərdin
özünü
təsdiqinə və özünü ifadəsinə kömək edən ekspressivlik; b) insan əxz et-
77
di
yi dəyərləri digərlərinə ötürməklə tanınmağa, uğurlar qazanmağa çalışır.
Şəxsiyyətin, cəmiyyətin malik olduğu üsullar və dəyərlər vasitəsilə özünün
əsas tələbatını ödəmək qabiliyyəti ilə ifadə olunan adaptivlik; c) şəxsiyyətin
mü
dafiəsi – yalnız şəxsiyyətin bütün sisteminin əsaslı surətdə yenidən qurul-
ma
sını tələb etməyən informasiyaları bir növ süzgəcdən keçirən qiymətləndir-
mə istiqaməti; ç) şəxsiyyətin daxili bütövlüyünün qorunub saxlanılması üçün
ob
yektlərin və informasiyaların axtarışına yönəldilmiş idraki, dərketmə prosesi;
d) psixi proses
lərin harmonizasiyasının, onların zamana və fəaliyyət şərtlərinə
uyğunlaşdırılmasının, daxili psixoloji həyatın əlaqələndirilməsi (14, 174.)
Hərəkət, əməl üç komponenti özündə birləşdirir. Bunlardan birincisi
motiv
dir. Motivlərin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Bu, mahiyyət
etiba
rilə şəxsiyyətin fəaliyyətini öyrənmək dəməkdir. İnsan fəaliyyətinin spesi-
fik xüsusiyyəti ondan ibarətdir ki, o, həmişə məqsədyönlüdür.
Motiv (latınca movere – hərəkətə gətirmək, itələmək dəməkdir) dedikdə
tələbatların təmin olunması ilə əlaqədar olaraq insanı fəaliyyətə təhrik edən
amil
lər nəzərdə tutulur. Motiv insanı fəaliyyətə təhrik edir və onun fəaliyyəti-
nin istiqamətini müəyyənləşdirir. Bu iki cəhət bir-birilə vəhdət təşkil edir və
motivin əsas funksiyaları kimi meydana çıxır.
Motivlər bir-birindən onlarda təzahür edən tələbatların növünə, onların
kəsb etdiyi formalara, genişliyinə və ya məhdudluğuna, onların fəallaşdığı
fəaliyyətin konkret məzmununa görə fərqləndirilir. Fəaliyyətin mürəkkəb növ-
ləri bir qayda olaraq bir motivə deyil, еyni vaxtda bir neçə təsir göstərən və
qarşılıqlı təsirdə olan motivə cavab verir ki, bunlar da insanın hərəkət və
əməllərinin şaxələnməmiş motivləşmə sistemini təşkil edir.
Motivlər hər bir fəaliyyət sahəsində özünəməxsus xüsusiyyətlərlə təza-
hür edirlər. Bu cəhəti nəzərə alsaq, biz onları fəaliyyətin növlərinə görə: oyun,
təlim və əmək motivləri kimi xarakterizə edə bilərik.
İkinci komponent nəticədir, yəni müəyyən mənaya malik hərəkətin
maddi və mənəvi nəticələridir. Üçüncü komponent isə həm hərəkətin özünün,
həm də onun nəticəsinin ətrafdakılar tərəfindən qiymətləndirilməsidir. Hərəkə-
tə qiymət onun sosial əhəmiyyətinə, yəni adamlar, kollektivlər, cəmiyyət və s.
üçün onun əhəmiyyətinə görə verilir. Deməli, insani hərəkət bütün fəaliyyətlər
deyil, amma subyektiv motiv
asiya edilmiş fəaliyyətdir.
Əxlaqi şüurda və cəmiyyətin mənəvi həyatında baş verən dəyişikliklər
bəzən müxtəlif ziddiyyətlərlə müşahidə olunur. Sözsüz ki, bu ziddiyyətləri
doğuran səbəblər içərisində əxlaqi şüur və davranışlar sistemində mövcud olan
stereotiplərin, vərdişlərin yeni ictimai münasibətlərin xarakterindən doğan
yeniliklərlə qarşılaşması, cəmiyyətin mənəvi təşkilinin çoxvariantlığı, sosial
qrupların maraq və tələbatlarının müxtəlifliyi mühüm yer tuturdu. Digər
tərəfdən ictimai həyatın bütün sahələrini əhatə edən bu dəyişikliklərin cəmiy-
yətin sosial strukturu kontekstində insan faktoruna təsir göstərməsi heç də
təsadüfi deyildi. Çünki cəmiyyətdəki yeniləşmələr zamanı insanın bu proseslə-
78
rin mərkəzi faktoru kimi çıxış etməsi onun yaradıcılıq imkanlarını, mənəvi
dün
yasını və həyat tərzini müəyyənləşdirən mənəvi-əxlaqi dəyərlərin daşıyıcı-
sı olması ilə bağlıdır.
Qeyd etmək lazımdır ki, əxlaqi şüur çoxölçülü və çoxstrukturlu sistem-
dən ibarətdir. Əxlaqi şüurun strukturunda iki dərəcəni ayırmaq olar: adi (gün-
dəlik) və nəzəri. Bunlar qanunsuz, yanlış olaraq bir-birinə qarşı qoyulur. Onla-
rın arasındakı sərhəd mütəhərrikdir. Belə ki, ayrı-ayrı struktur elementlər (nor-
ma
lar, qiymətləndirmələr, anlayışlar) hər iki səviyyədə fəaliyyət göstərə bi-
lərlər. Adi əxlaqi şüurun daha sabit, davamlı struktur elementləri adət və ənə-
nələr, nəzəri elementləri isə – ideallardır. Qiymətləndirmə və qiymətləndirmə
istiqamətləri bütün elementləri vahid halda birləşdirən inteqrativ başlanğıcdır.
Bütün bunlar isə son nəticədə öz əksini kollektivçilik, vətənpərvərlik və
s. əxlaqi prinsiplər, eyni zamanda xeyirxahlıq, azadlıq, həyatın mənası, xoş-
bəxtlik və s. kimi ali əxlaqi dəyərlərin məzmunun müəyyənləşməsində tapırdı.
İnsanların həyatında adi əxlaqi şüurun əhəmiyyəti belə bir amili də
təsdiq edir ki, bütün tarix boyu insanların böyük əksəriyyəti mənəvi həyatda
adi şüur səviyyəsi ilə kifayətlənmişlər. Bu barədə A.Labriola olduqca dəqiq və
obra
zlı surətdə demişdi ki, «Bütün bəşər nəsli özünün inkişafı boyunca Plato-
nun və ya Ouenin, Pestalotsinin və ya Herbartın məktəbinə getmək üçün heç
vaxt nə vaxtları, nə də ki, imkanları olmuşdur. O necə lazımdır, o cür də hərə-
kət etmişdir» (10, 134).
Əxlaqi şüur həmçinin özünün fərqli cəhətlərinə də malikdir. Onlardan
biri mənəvi halların dərinliyində əks olunmaqdan ibarətdir. Adi, gündəlik
səviyyədə insanlar əsasən empirik qəbul edilmiş məlumatlardan istifadə edirlər
və ictimai həyatın bu və ya digər hadisələrinin dərinliyinə və mahiyyətinə var-
ma
ğa qabil olmurlar.
Hazırda əxlaqi şüurun strukturlarına münasibətdə vahid fikir yoxdur.
Əvvəla, bu məsələ üzrə mövcud olan işlərdə yalnız onun ayrı-ayrı elementləri
öy
rənilir. İkincisi, bu elementlərin əxlaqi şüurun adi və nəzəri səviyyələrinə
aid edilməsində elmi ciddilik yoxdur. Üçüncüsü, bəzən əxlaqi şüurun struktu-
run
da ayrı-ayrı elementlər öz əksini tapır.
Bütün bunlar bütövlükdə həm əxlaqi şüur, həm də onun strukturu haq-
qında kifayət dərəcədə tam təsəvvür vermir. Bu məsələləri tədqiq edən tədqi-
qat
çı rus müəllifi A.İ.Titarenko olduqca dəqiq qeyd etmişdi ki, «Əxlaqi şüurun
strukturu –
bu təkcə dərəcələr sistemi deyildir, amma bu, hər şeyin qarşılıqlı
əlaqədə olduğu və hər bir elementin yalnız digər elementlərlə xüsusi
əlaqəsində məna kəsb etdiyi bir vəhdətdir (15, 277).
Əxlaqi şüurun gündəlik səviyyəsi adət, ənənə, norma və qiymətləndir-
mələr kimi struktur komponentlərlə təmsil oluna bilər. Adət – adi əxlaqi
şüurun sabit elementidir. Ənənə isə adi əxlaqi şüurun tarixən bərqərar olmuş
möhkəm və uzunmüddətli elementidir, o, ictimai həyatı onun bütün sahələrin-
də fəal əks etdirir, insanın davranışını onun fəaliyyətinin emosional tərəfləri ilə
79
sıx bağlı olan adamlar arasında əxlaqi münasibətlərin inkişafına və möhkəm-
ləndirilməsinə yönəldir.
Əxlaqi norma əxlaqi şüurun struktur elementidir, adamların davranış-
larının mümkün olan və məcburi variantlarının özünəməxsus ölçüsüdür.
Bunun əsasında fərdlərin xeyir və şər mövqelərindən fəaliyyət və münasibət-
lərinin nizamlanması həyata keçirilir. Əxlaqi qiymətləndirmə əxlaqi şüurun
struk
tur elementidir. Onun köməyi ilə insanın davranışının əxlaqi normalara
uyğun olub-olmaması müəyyən edilir.
Bütün yuxarıda qeyd olunan struktur elementlər bir-birilə sıx əlaqədar-
dır. Belə ki, onların köməyi ilə adamların maraqlarının uyğunlaşdırılması, ün-
siy
yət prosesinin təşkili, ünsiyyətdə subyektlərin qarşılıqlı fəaliyyətinin qoru-
nub saxlanılması mümkün olur.
Nəzəri-əxlaqi şüur üçün daha yüksək səviyyə xasdır. Tədqiqatçı Q.Ak-
mam
etov bunu «ideal haqqında, həyat barəsində zəruri sistem» kimi müəyyən-
ləşdirir (5,74). Bu cür təyinat tam deyildir. Belə ki, müəllif bu şərhdə nəzəri
əxlaqi şüurun struktur tərkibini göstərərək, orada baza xarakterli, dəyər və
qiymətləndirmə istiqamətləri komponentlərini ayırmamışdır. Bunlar əxlaqi
şüurun digər elementlərini tam halında, onun mahiyyətini ifadə edən, əxlaqi
şüurun bütün strukturlarının vəhdətini təmin edən möhkəm bir əsas olardı.
Tədqiqatçılardan A.Q.Zdravomıslov və V.A.Yadov qiymətləndirmə isti-
qa
mətlərinin birləşdirici rolunu qeyd edirlər (8, 189). Tədqiqatçı A.İ.Titarenko
dəyərləri və qiymətləndirmə meyllərini əxlaqi şüurun mərkəzi elementi kimi
ayırır (15,291).
Əxlaqi şüurun baza elementləri kimi, dəyərlər və dəyərləndirmə meyllə-
ri
nin qanunauyğun ayrılması onunla izah olunur ki, əvvəla, onların vasitəsilə
bu və ya digər məqsədlərə yetişmək üçün adamların şüurunun ümumi
qiymətləndirmə-imperativ meyli ifadə olunur.
Tarixdə elə insanlar olmuşdur ki, onlar özlərinin bütün düşüncəsini,
ümid
lərini, hisslərini hər hansı bir yüksək məqsədlərə həsr etmişdilər. Məsələn
öz vətənlərini yadelli zülmündən xilas etməyə (Babək, Cavanşir, Dimitri
Dons
koy, Kuzma Minin, Haribaldi və b.), bəziləri isə xəstələrin əzab və əziy-
yətlərinin yüngülləşdirilməsinə (R.Kox, A.Şveytser və b.), gənc nəslin tərbiyə-
si
nə (Y.Korçak, V.Suxomlinskiy və b.) həsr etmişlər. Bu adamların bütün hə-
ya
tının əsas məqsədi, qayəsi aydın surətdə əxlaqi dəyərlərin göstəricisidir və
onların mənəvi dünyasına nüfuz etmişlər. Bu məqsədlərə ali, bu şəxsiyyətlərin
ira
də və hisslərini tabe etmiş, onların dəyərləndirmə meylləri kimi baxmaq olar.
Qeyd etmək lazımdır ki, qiymətləndirmədə insan üçün lazım olan bütün
əhəmiyyətli fikir və düşüncələr ifadə olunur. Ancaq onlardan ən qlobalı həya-
tın mənasıdır. Onun mahiyyəti şəxsiyyətin özünə və cəmiyyətə münasibətin-
dən, cəmiyyətdə öz yerini anlamaqdan və öz fəaliyyətinin sosial əhəmiyyətini
başa düşməkdən ibarətdir. Həyatın məqsədinin bu və ya digər anlamı insanın
davranışının bütün xəttini müəyyən edir. «Həyatın mənası» adı altında adam-
80
lar tərəfindən bütün fəaliyyətin əsas məzmunu (keçmiş, indiki, gələcək) başa
düşülür, bu isə, öz növbəsində, cəmiyyət həyatında onların yerini və əhəmiy-
yətini müəyyən edir.
Hər bir insan əmin olmalıdır ki, fərdi həyat həm onun özünə, həm onu
əhatə edən insanlara və həm də bütövlükdə cəmiyyətə gərəkdir. İnsan tərəfin-
dən həyatın mənasının düzgün başa düşülməsi ona elə bir mənəvi güc verir ki,
bu da həyat yolundakı çətinlikləri dəf etməkdə ona kömək edir. İnsan üçün
təkcə onun fəaliyyətinin nəticəsi deyil, həm də fəaliyyətin özü, ona olan tələ-
bat maraq doğurur.
Həyatın mənası haqqında sual insan qarşısında birdən-birə dayanmır. Bu
anlayışın formalaşması – şəxsiyyətin mənəvi yaranış prosesidir. İnkişaf və
kamilləşmə səviyyəsindən asılı olaraq insan həyatın mənasını və bəşəri
dəyərlər haqqında öz təsəvvürlərini yenidən gözdən keçirməli olur. Həyatın
özü, insan
ların təcrübəsi və digər adamların nümunəsi bu cür yenidən qiy-
mətləndirməyə təsir göstərən həlledici amillərdir.
Hazırda adamların çoxu həyatın mənasını maraqlı işdə, uşaqların tərbi-
yəsində, rifah halının yaxşılaşdırılmasında, ictimai münasibətlərin humanist-
ləşdirilməsində, fəaliyyəti insanın harmonik inkişafı üçün şəraitin yaradılması-
na yönəldilmiş əsl demokratik dövlətin qurulmasında görürlər. Bunu sosioloji
tədqiqatlar nəticəsində əldə edilmiş məlumatlar da sübut edir (17).
Bu cəhətdən belə bir tezis irəli sürüb təsdiq etmək olar ki, istənilən insa-
nın həyatı obyektiv məna kəsb edir, belə ki, bəzən o, insan tərəfindən dərk
olunmasa da, nəyəsə doğru istiqamətlənmiş olur (9,47).
Qeyd etmək lazımdır ki, dəyərlər və qiymətləndirmə meylləri insanın
davra
nışının və əxlaqi şüurunun əlaqələndirici həlqəsidir. Dəyərləndirmə isti-
qa
mətləri əxlaqi şüurun elə elementləridir ki, bunlar insanın əməllərində, mü-
na
sibətlərində real surətdə təkrar olunur, təzələnir və ifadə edilirlər (15,83).
On
lar fərdin tələbatları və maraqları ilə, onun psixikasının emosional-iradi
mexa
nizmləri ilə sıx bağlıdır.
Dəyərlər və dəyərləndirmə meyllərinin psixoloji aspektləri haqqında
danışarkən qeyd etmək lazımdır ki, əxlaqi şüurun bu struktur elementləri
motivlərin və subyektlərin fəaliyyətinin bütün növ və formalarının tərkibinə
daxil olaraq onun yönümünü müəyyən edir.
Dəyərləndirmə meyllərinin əxlaqi şüurun strukturuna daxil edilməsi
davranışın motivləşməsinin ən ümumi sosial determinantlarını başa düşməyə,
anlamağa imkan verir. Onun köklərini isə cəmiyyətin sosial-iqtisadi təbiətində
və şəxsiyyətin formalaşdığı, insanın gündəlik həyat fəaliyyətinin cərəyan
etdiyi mühitdə axtarmaq lazımdır (18,32). İnsan öz mühitinin dəyərlərini
mənimsəyərək və onları dəyərləndirmə meyllərinə, öz davranışının motivləş-
dirmə qüvvəsinə çevirərək ictimai fəaliyyətin aktiv subyektinə çevrilir.
Beləliklə, dəyərlər və qiymətləndirmə meylləri əxlaqi şüurun baza ele-
mentləri kimi təmsil oluna bilər. Onlar təkcə nəzəri əxlaqi şüurun deyil, həm
81
də gündəlik əxlaqi şüurun elementlərini bir-birilə əlaqələndirir, onları bir araya
gətirir.
Əxlaqi şüurun, onun motivlərlə və tələbatlarla sıx bağlı olan düşüncələr
sisteminin, dəyərləndirmə və dəyərləndirmə meyllərinin məqsədyönlülüyünün
ifadə edilməsi insanın fəaliyyətində, davranışında və digər adamlarla münasi-
bətlərində şüurunun təzahürünə kömək edir.
Yuxarıda göstərilənlərlə yanaşı, əxlaqi münasibətlərin ümumbəşəriliyi-
nin, onların həm milli adət-ənənələrlə bağlılığının, həm də müasir dövrün
tələblərindən doğan yeniliklərə açıqlığının təmin edilməsində, daha geniş mə-
nada götü
rsək, bütövlükdə əxlaqi şüurun formalaşmasında ailə, təhsil, ədəbiy-
yat və incəsənət, kütləvi informasiya vasitələri və s. qarşısında mühüm vəzifə-
lər dayanır. Hamıya məlumdur ki, ailədaxili tərbiyə əxlaqi şüurun formalaş-
ma
sına təsir göstərən amillərdən biridir. Əxlaqi keyfiyyətlər insanda bütün hə-
ya
tı boyu formalaşır və inkişaf edir. Lakin əsas əxlaqi norma və keyfiyyətlərin
bünövrəsi insanın uşaqlıq, yeniyetməlik və gənclik yaşında qoyulur. Uşağın
ilk
in yaş dövrləri əsasən ailənin təsiri altında keçir. Uşaqlar valideynlərinin
dav
ranışlarından əxlaqi nümunələr götürür, onların əxlaqi norma və ali əxlaqi
dəyərlərlə bağlı fikirlərini mənimsəyirlər, identifikasiya yolu ilə özünü vali-
deyn
lərinə oxşatmağa çalışırlar. Onlar müəyyən yaşa çatdıqdan sonra əsas tər-
bi
yəçi funksiyasını məktəb yerinə yetirir. Lakin ailədə uşağa məktəbəqədərki
dövrdə hansı əxlaqi keyfiyyətlərin aşılanmasının böyük əhəmiyyəti vardır.
Bəzi görkəmli pedaqoqların qeyd etdiyi kimi, uşağın evdə aldığı tərbiyə ilə
məktəbdə aldığı tərbiyənin üst-üstə düşməsi müsbət haldır. Məktəbli müəllimi-
nə və sinif yoldaşlarına o halda inanır ki, məktəbdəki əxlaqi tərbiyə ilə evdə
aldığı tərbiyə üst-üstə düşsün. Əgər ailədə yüksək əxlaqi dəyərlər qorunursa,
uşaqların əxlaqi şüuru və mənəvi dünyası düzgün istiqamətdə formalaşır.
Əxlaqi dəyərlərin struktur elementləri müəyyən iyerarxiya təşkil edir. Bu
onunla izah olunur ki, insanların öz əxlaqi inkişafının zirvəsinə tarixi və ontoloji
yüksəlişi tədricən baş verir: individin cəmiyyətin əxlaq normalarına uyğunlaş-
ma
sından, onun əsasında dəyərləndirmə mülahizələrinin formalaşması, sonra ən
ümumi
ləşdirilmiş dünyagörüşü anlayışı kimi əxlaqi idealın işlənib hazırlanma-
sınadək daha mürəkkəb məna törəmələri (əxlaqi anlayışlar, prinsiplər). Bu
dünyagörüşü verilmiş mərhələdə onun inkişafında və bir şəxsiyyətdə təmsil
olunan əxlaqın işləyib hazırladığı bütün yaxşı nə varsa hamısını özünə götürür.
Buna görə qeyd etmək lazımdır ki, ayrılmış struktur elementlər mütəhər-
rik
dir, onlar inkişaf edərək və ya tənəzzülə uğrayaraq sistemdə öz vəziyyətini
dəyişə bilər. Məsələn, feodalizm mərhələsinin əxlaqi şüurunda geniş yayılmış
zümrə, təbəqə şərəfi prinsipi tədricən öz əhəmiyyətini itirərək xüsusi əxlaqi
normaya çevrilir.
Əxlaq normalarının qiymətləndirmə xarakteri artıq onların şərhində
aydın izlənilir. Əxlaqi normalar ictimai şüurda təsdiq olunmuş başlıca əxlaqi
dəyərlərin davamlı yerləşməsidir. Tədqiqatçı V.A.Vasilenkonun fikrincə, əxla-
82
q
i normalarda əməl və münasibətlərin müəyyən növünün dəyərləndirmə struk-
turu modelləşir (7,146).
Əxlaq normalarının dəyərləndirmə əsası ondan ibarətdir ki, onlarda düz-
gün olan və düzgün olmayanlar, xeyir və şər haqqında informasiyalar vardır.
İnsan bunları rəhbər tutaraq əxlaqi davranışın optimal variantını seçir. Müəy-
yən ölçüyə, fərdi davranış çərçivəsinə salınan normalar insani münasibətlərin
nizamlanmasına kömək edir. Dəyərləndirmə məzmununun xüsusi dərinliyi
ümumbəşəri əxlaqi normalarla xarakterizə olunur: öldürmə, oğurlama, yalan
danışma, qibtə etmə, zəiflərə, müdafiəsiz şəxslərə və s. kömək et.
Əxlaqi dəyərlərin tərkib hissəsi olan əxlaqi normalar onunla fərqlənirlər
ki, onların əsasını təşkil edən zərurilik, şəxsiyyətlər tərəfindən onların könüllü
etirafının ilkin şərtlərini, davranışın zəruri xəttinin seçim azadlığı imkanını
özündə əks etdirir.
Dəyərlər iyerarxiyasında növbəti element əxlaqi qiymətləndirmədir.
Əxlaqi qiymətləndirmə obyektiv və subyektiv xarakter kəsb edə bilər. Qiymət-
ləndirmənin obyektiv tərəfi ictimai praktika və abstrakt anlayışlarla, subyektiv
tərəfi isə ən müxtəlif təbiətə malik olan qiymətləndirmə subyektinin maraqları
və tələbatları ilə şərtlənir.
Qiymətləndirmə prosesi informasiyanın iki növünün əlaqələndirilməsin-
d
ən ibarətdir: qiymətləndirmə predmeti haqqında bilgi və qiymətləndirmə
subyekti: onun maraqları və tələbatları haqqında bilgi. Bir tərəfdən subyektin
özü dolğunluğun çox və ya az dərəcəsi ilə əks oluna bilər, digər tərəfdən
maraqlar və tələbatlar həmçinin qeyri-bərabər, subyektiv, qabaqcadan tədqiq
edilmədən əks oluna bilər.
ƏDƏBİYYAT
I.
Azərbaycan dilində
1.
Mehdiyev R.
Ə. Fəlsəfə. Dərs vəsaiti. Bakı: Şərq-Qərb, 2010, 360 s.
2.
Məmmədzadə İ.R., Məmmədzadə R.H. Xeyir və şər arasında. Bakı: Təbib, 1993, 51 s.
3.
Məmmədzadə İ. Siyasi etika. Bakı: İnam, 1997, 18 s.
4.
Sadıqov Q. Etika. Bakı: Maarif, 1971, 183 с.
II. Rus
dilində
5.
Акмамметов Г.Г. Нравственная культура и личность. Алма-Ата: Госиздат, 1988, 273 с.
6.
Аристотель Соч. в 4 т. т.4, М.: Мысль, 826 с.
7.
Василенко В.А. Мораль и общественная практика. М.: МГУ, 1983, 176с.
8.
Здравомыслов А.Г., Ядов В.А. Отношение к труду и ценностные ориентации лич-
ности // Социология в СССР. Т.2, М.: Мысль, 1965, 511 с.
9.
Леонтьев Д.А. Очерк психологии личности. М.: Мысль, 1997, 47 с.
10.
Ларушфуко Ф., Паскаль Б., Лабьюйер Ж. Суждения и афоризмы. М.: Наука, 1990, 164 с.
11.
Материалисты Древней Греции. М.: Госполиздат, 1955, 239 с.
12.
Нешев К. Этика счастья. М.: Знание, 1982, 64 с.
13.
Руткевич М.Н. Диалектика и социология. М.: Мысль, 1980, 356 с.
14.
Соколов Э. В. Культура и личность. Л.: Наука, 1972, 228 с.
15.
Титаренко А.И. Структуры нравственного сознания. М.: Мысль, 1974, 516 с
16.
Философский словарь / Под ред. И.Т.Фролова), М.: Политиздат, 1986, 588 с.
17.
Шабанова М. Свобода в условиях реформ // Свободная мысль. 1996, № 4, 62-72 с.
83
18.
Ядов В.А. Регуляция и саморегуляция социального поведения личности: постановка
проблемы // Саморегуляция и прогнозирование социального поведения личности. Л.:
Наука, 264 с.
СУЩНОСТЬ И СТРУКТУРА МОРАЛЬНОГО СОЗНАНИЯ
А.М.МАМЕДОВА
РЕЗЮМЕ
В статье речь идет о сущности морали, в целом. Были изложены основные осо-
бенности моральных принципов и норм. Анализируется исторические типы морали. А
также было отмечено значение морального сознания. Как структурные элементы мо-
рального сознания, отмечены моральные ценности. Анализируются как базовые эле-
менты морального сознания, ценности и ценностные ориентации.
Ключевые слова: моральное сознание, сущность, мотив, взаимные связи, общение
THE ESSENCE OF THE MORAL CONSCIOUSNESS AND ITS STRUCTURE
A.M.MAMMADOVA
SUMMARY
The article studies the essence of the moral principles and norms. The historical types
of moral attitudes are analyzed. The importance of the moral consciousness is marked. Moral
values as structural elements of the moral consciousness are interpreted.
Key words: moral consciousness, essence, motive, mutual connection, intercourse
Dostları ilə paylaş: |