AĞ EV
Mətbuat Xidməti
______________________________________________________________________________
DƏRHAL YAYIM ÜÇÜN
12 sentyabr 2012
Benqazidəki hücümla bağlı ABŞ Prezidentin bəyanatı
Səfir Kris Stivens də daxil olmaqla dörd amerikalı vətəndaşın həyatını aparmış Benqazidəki
diplomatik nümay
əndəliyimizə edilən hiddətləndirici hücumu güclü qınayıram. Hal-hazırda
Amerika xalqı itirdiyimiz insanların ailələrini öz düşüncə və dualarında saxlayırlar. Onlar
azadlığa, ədalətə və dünyadakı ölkələr və xalqlarlaəməkdaşlığa Amerikanın sədaqətinin
t
əcəssümü idi və onların həyatına qəddarcasına qəsd edənlərlə tam ziddiyyət təşkil edirlər.
Mən Administrasiyama Liviyadakı heyətimizin təhlükəsizliyinə dəstək vermək üçün lazım olan
bütün v
əsaitləri təmin etmək və yer üzərindəki bütün diplomatik postlarımızda təhlükəsizliyi
artırmaq göstərişi vermişəm. ABŞ digərlərinin dini inanclarına dil uzatmaq cəhdlərini rədd edir.
Eyni zamanda hamımız bu dövlət xadimlərinin həyatlarına qəsd etmiş bu cür hissiyyatsız
q
əddarlığa yekdilliklə qarşı çıxmalıyıq.
Şəxsən onu deyə bilərəm ki, Kris ABŞ-ın cəsur və nümunəvi təmsilçilərindən idi. Liviyadakı
inqilab dövründ
ə o, Benqazidəki diplomatik missiyamızda ölkəmizə və Liviya xalqına
f
ədakarlıqla qulluq etmişdir. Tripolidə səfir kimi o, Liviyanın demokratiyaya keçidini
d
əstəkləmişdir. Nə qədər ki, insanlar azadlıq və ədalətə çatmaq istəyəcəklər onun mirası davam
ed
əcək. Mənim Administrasiyama göstərdiyi xidmətə görə ona çox minnətdaram və onun
itkisind
ən çox təəssüflənirəm.
İtirdiklərimiz cəsur amerikalılar hər gün yer kürəsi üzərində vətəndaşlarımızın etdikləri
müst
əsna xidmət və verdikləri qurbanların təcəssümüdür. Onların ailələri ilə həmrəy olduğumuz
kimi g
əlin onların işlərinin irəliləməsi üçün öz səylərimizi ikiqat artıraq.
###