1
Slayd 1
Cənab sədr, möhtərəm qonaqlar, xanımlar və cənablar!
Gəlin 1994-cü ili yada salaq. Azərbaycan üç il idi ki
müstəqillik əldə etmişdi.
İqtisadiyyatda, idarəetmə prinsiplərində, texnologiyalar
və infrastrukturda dəyişikliklərə ehtiyac var idi və ölkə
tələb olunan dəyişiklikləri gerçəkləşdirmək üçün qısa
müddətdə planlar hazırladı. Bütün bu dəyişikliklər
mərhum Prezident Heydər Əliyevin uzaqgörən siyasəti
nəticəsində imzalanmış bir müqavilədən başladı və onun
və Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkliyə
çevrildi.
1994-cü ildə BP və onun tərəfdaşlıarı Azərbaycan
hökuməti ilə “Əsrin Müqaviləsi” kimi tanınan saziş
imzaladı. Və hamımıza məlum olduğu kimi, bu da
ölkənin bir daha dünyanın aparıcı neft və qaz hasil edən
dövlətlərindən birinə çevrilməsi istiqamətində inamla
addımlamasına imkan verdi.
İndi isə, görün bu ölkə və onun enerji sektoru hansı
səviyyəyə çatıb.
İyirmi il ərzində biz Azərbaycan hökuməti və ARDNŞ ilə
çiyin-çiyinə işləyərək dünyada dövlət sektoru ilə özəl
sektoru birləşdirən ən uğurlu biznes tərəfdaşlıqlarından
birini qurmuşuq. Və biz bunu təhlükəsiz şəkildə
2
gerçəkləşdirmişik. Regionda əməyin təhlükəsizliyi üzrə
göstəricimiz sənayedə ən yüksək kvartildədir.
Slayd 2
Dənizdə yerləşən nəhəng bir neft yatağının, yəni Azəri-
Çıraq-Günəşli yatağının istismarına başlanıldı. 1997-ci
ildən etibarən AÇG yatağında təxminən 2,5 milyard barel
neft hasil edilib.
Bununla yanaşı, nəhəng və geoloji baxımdan mürəkkəb
qaz yatağı olan Şahdəniz yatağı aşkar edildi və bu
yatağın işlənməsinə başlanıldı. Və Səngəçalda
karbohidrogenlərin emalı və ixacı üzrə dünya miqyaslı
kompleks terminal inşa edildi.
Xəzər regionuna ən müasir texnologiyalar gətirildi.
Minlərlə yeni iş yeri açıldı və yüzlərlə yeni şirkətlər
yaradıldı. İxtisaslaşmış təlim mərkəzləri fəaliyyətə
başladı və yerli universitetlərdə enerji sektoru ilə bağlı
yeni ixtisas bölmələri açıldı. Beynəlxalq standartlara
uyğun hasilat platformaları istehsal etmək iqtidarında
olan istehsalat obyektləri formalaşmağa başladı.
3
Slayd 3
Və Xəzər dənizindəki neft və qaz yataqlarını Aralıq dənizi
regionu ilə birləşdirən, dünyanın ən böyük sənaye
infrastruktur layihələrindən ikisi – BTC və CQBK boru
kəmərlərinin inşası uğurla başa çatdırıldı və onlar
bugünkü gündə tam qaydasında fəaliyyət göstərir.
Bu vaxtadək BTC boru kəməri vasitəsilə Xəzər
regionundan dünya bazarlarına 1,9 milyard bareldən
artıq xam neft nəql olunub. Ümumilikdə biz Ceyhan
terminalından 2500-dən artıq tanker yola salmışıq.
BTC boru kəməri istismara verildiyi ilk gündən etibarən
texniki təhlükəsizlik və etibarlılıq baxımından mükəmməl
göstərici nümayiş etdirib – bu isə, Azərbaycan üçün və
əməliyyatçı şirkət olaraq bizim üçün qürur mənbəyidir.
Bu boru kəmərlərinin verdiyi digər faydalardan əlavə,
BTC/CQBK marşrutu boyunca yerləşən yerli icmalar
bizim sponsorluğumuzla həyata keçirilən yüzlərlə
davamlı inkişaf layihələrindən xeyli faydalanıb. Və bütün
bunlar təbii landşafta minimal təsirlə həyata keçirilib.
Hazırda Bakı Xəzər regionundakı enerji sənayesinin
mərkəzi hesab edilir. Yeni bazarlar yaranıb və yeni
üfüqlər açılıb.
“Əsrin Müqaviləsi” kimi tanınan AÇG HPBS-in
imzalanmasının 20-ci ildönümü ərəfəsində bir daha qeyd
4
etmək yerinə düşər ki, bu iyirmi il ərzində biz çox uzun
bir yol qət etmişik.
Slayd 4
Bu nailiyyətlərə aparan mühüm amillərdən biri də, bizim
müxtəlif layihələrimizin inteqrasiya edilmiş xüsusiyyətə
və bir-birinə uyğun ardıcıl layihələndirməyə malik olması
idi.
Bu slayddan da göründüyü kimi, Çıraq platformasında
hasilatın başladığı vaxtdan, yəni 1997-ci ildən başlayaraq
qət edilmiş bu yolda atılan hər bir addım Səngəçaldakı
əməliyyatlarla əlaqələndirilərək növbəti addımla bağlı
olub. Biz buna bir sıra səbəblərdən nail ola bilmişik.
İlk növbədə, biz Azərbaycan hökuməti və ARDNŞ ilə
müzakirələr apararaq bir sıra hasilat razılaşmaları əldə
etmişik və bu razılaşmalar çoxsaylı hadisələrin təsirlərinə
baxmayaraq öz quvvəsini qoruyub saxlayıb. İkinci səbəb
odur ki, BP və onun tərəfdaşları konkret plana malik
olub və həmin plana riayət edib.
Və üçüncü səbəb isə odur ki, bir uğur öz ardınca digər
uğuru gətirir. Bu meqalayihələrin maliyyələşdirilməsi
rahat şəkildə davam edib və bizim hasil etdiyimizi
məhsula konkret tələbat var.
Şahdəniz Mərhələ 2 bizim üçün növbəti böyük bir
işlənmə layihəsidir. 2018-ci ilədək biz iki dəniz
5
platforması inşa edəcəyik, sualtı boru kəmərləri
quraşdıracağıq, sualtı quyular qazacağıq, Səngəçalda
terminalı genişləndirəcəyik və Avropaya uzanan yeni
boru kəməri dəhlizinin çəkilməsini tamamlayacağıq.
Bu, nəhəng və mürəkkəb bir işdir, lakin biz əminik ki, o,
öz vaxtında və büdcə daxilində həyata keçirilə bilər.
Slayd 5
Nə üçün? Deməli, biz bunların həyata keçirilməsi üçün
lazımi resurslara və səriştələrə - xüsusən də
texnologiyalara, investisiya kapitalına, yerli potensiala,
infrastruktura və layihələrin koordinasiyası üzrə
təcrübəyə malikik.
Götürək texnologiya sahəsini. Hər il BP Qrupu kəşfiyyat
və hasilat texnologiyaları üzrə tədqiqat və araşdırmalara
yarım milyard dollar vəsait xərcləyir. Şirkətimizdə
təxminən 300 nəfər əməkdaş xüsusi olaraq kəşfiyyat və
hasilat texnologiyaları sahəsində işləyir.
Biz özümüzü texnologiyalara əsaslanan şirkət kimi
görürük. Həm AÇG, həm də Şahdəniz yatağının
işlənməsi bu təcrübə və biliklərə söykənir. Bizim
mütəxəssislərin bəziləri Bakıda yerləşir, digərləri isə
London və Hyustondakı ofislərimizdə işləyir. Bunun heç
bir fərqi yoxdur – biz qlobal bir şirkətik və vahid
komanda işinə inanırıq. “Vahid komanda ruhu” bizim
6
əsas dəyərlərimizdən biridir və biz bütün heyətin ümumi
bilik ehtiyatından faydalanmağa çalışırıq.
Faktiki olaraq, bizim bir çox qabaqcıl texnologiyalarımız
artıq Azərbaycanda uğurla tətbiq edilib. Bunlara misal
kimi, qum təzahürü ilə mübarizə, hasilatın
optimallaşdırılması və uzaq məsafəyə maili qazma
proseslərini göstərmək olar.
Slayd 6
İrəlilədikcə, bizim üçün Azərbaycanda əsas
texnologiyalar çox güman ki, fəaliyyət göstəricilərini
yaxşılaşdırmaq və qoruyub saxlamaq potensialına malik
olan texnologiyalar olacaq.
Bunlardan biri uzaq məsafəyə maili qazmadır. O, AÇG
yatağının gələcəyi üçün mühüm əhəmiyyətə malikdir.
AÇG yatağı yumşaq və keçirici qum qatlarından ibarət
qırışlı və çoxlaylı kollektordur. O, açıq dənizə doğru 120
km məsafədə yerləşir və 150 kvadrat kilometr ərazini
əhatə edir.
Onun hasilatını sabitləşdirmək və yataqdan çıxarılan
həcmləri maksimuma çatdırmaq üçün hər il çox sayda
quyular qazmaq tələb olunur. Biz qazma işi aparmaq
üçün istifadə edə biləcəyimiz altı platformaya və bir
yarımdalma qazma qurğusuna malikik və buna görə də,
7
hər bir qazma qurğusunda qazma göstəricilərini
maksimuma çatdırmaq son dərəcədə əhəmiyyətlidir.
Həmçinin, AÇG mürəkkəb yataq kompleksidir. O,
çoxsaylı kollektor-lay dəstəsindən ibarətdir və daim
dəyişən fazalararası təmas konturlarına (flüidlərarası
kontaktlara) malikdir. Hər bir quyunu müvafiq vaxtda
düzgün yerdə yerləşdirmək son dərəcədə vacib
əhəmiyyət daşıyır. Uzaq məsafəyə maili qazma metodu
bizə bu maneələrin öhdəsindən gəlməyə imkan verir. Bu
vaxtadək bizim ən uzaq məsafəyə qazdığımız maili quyu
Çıraq platformasından 6,4 kilometr məsafədə yerləşir.
Bu slayddan da görə bilərsiniz ki, 6,4 kilometr uzunluğa
malik uzaq məsafəyə qazılmış maili quyu Bakı buxtası ilə
müqayisədə necə görünür. Biz əminik ki, bu texnologiya
bizə qarşıdan gələn uzun onilliklər ərzində bu nəhəng
yataqdan hasilatı maksimuma çatdırmağa imkan
verəcək.
Slayd 7
BP-nin Azərbaycanda istifadə etdiyi digər qabaqcıl
texnologiyalar da mövcuddur.
Onlardan biri seysmik təsvirlərin çəkilməsi
texnologiyasıdır. BP Qrupu təsvirlərin çəkilməsi üçün
stasionar seysmik qəbuledicilər qrupunun
təkmilləşdirilməsinə 150 milyon dollardan artıq vəsait
xərcləyib. Biz 4-ölçülü seysmik məlumatların əldə
8
edilməsi kimi tanınan sahədə aparıcı mövqedəyik – və
həmin texnologiya artıq burada tətbiq edilib. Biz AÇG
yatağında 132 km uzunluğunda dənizdibi seysmik
tədqiqat kabelləri quraşdırmışıq.
Bizim qumdaşı qatlarından ibarət kollektorlarımız çox
yumşaq laylardan təşkil olunduğuna görə, burada
tamamlama vasitəsi kimi Açıq Lülədə Çınqıl Kipkəci
adlanan digər bir texnologiyadan istifadə edirik.
Slaydlardan da göründütü kimi, Açıq Lülədə Çınqıl
Kipkəci adlı bu tamamlama avadanlığı xarici hissəsi iri
fraksiyalı qum qatından ibarət olan bir sıra qum süzgəci
dəstindən ibarətdir. İri fraksiyalı qum və ya “çınqıl”
materialı kollektordakı qumun səthə çıxmasının qarşısını
alır və üzəri açılmış qum laylarının uçmasına imkan
vermir.
AÇG yatağında qazılan quyularımızda qarşıya
qoyduğumuz məqsəd əlaqədar qum təzahürünə yol
vermədən maksimum neft debitinə nail olmaq olub. Biz
hələ ki həmin səviyyəyə tam nail olmamışıq, lakin dünya
səviyyəli nəticələr əldə etmişik. Və biz davamlı olaraq
təcrübədən əldə olunan nəticələri öyrənirik və öz
tamamlama metodlarımızı təkmilləşdirik.
Üçüncü texnologiya isə layın neft verimini artırmaq və
laydakı təzyiqi qoruyub saxlamaq üçün laya suyun və
qazın vurulmasıdır. Xəzərdə bu cür texnologiyanın ilk
tətbiqi Azəri yatağına qazın vurulması ilə başlayıb.
9
Slayd 8
AÇG
və
Şahdəniz
yataqlarından
hasil
edilən
karbohidrogenlərin mümkün qədər səmərəli emalını
təmin etmək üçün düzgün layihələndirmə, düzgün
avadanlıq və düzgün işçi heyətinin olması mühüm
əhəmiyyət kəsb edir.
Buradakı emal obyektləri BP şirkətinin ən iri
obyektləridir. Onların istismar hazırlığı da təxminən
100%-ə çatmaqla çox yüksəkdir. Həmin müstəsna
məhsuldarlıq bütün sənaye boyu müzakirə mövzusudur
və AGT öz sinfinin ən yaxşısı kimi qəbul edilib. Bütün bu
karbohidrogenlərin daşınması üçün xeyli miqdarda enerji
tələb olunur.
Biz BP şirkətində quraşdırılmış ən iri fırlanan avadanlıqlar
parkına malikik. Azərbaycanda və Gürcüstanda bizim
quraşdırdığımız effektiv val gücü təxminən 1 qiqavatt
təşkil edir və bu da, kiçik bir şəhəri elektrik enerjisi ilə
təmin etmək üçün yetərlidir. Daha aydın təsəvvür
yaratmaq üçün qeyd edim ki, Azərbaycanda ümumi
enerji istehsalı təxminən 7 qiqavatt təşkil edir.
Biz, həmin avadanlığı müxtəlif məqsədlər üçün, yəni
enerji və köməkçi vasitələr təmin etmək, neft və suyu
nasosla vurmaq, həmçinin qazı sıxmaq və vurmaq üçün
istifadə edirik.
10
İl boyu daha yüksək templərlə qaz vurmaq üçün biz, bu
yaxınlarda Mərkəzi Azəri platformasındakı qazvurma
kompressorlarının mühərriklərini moderləşdirmişik. Biz,
yeni konstruksiyalı mühərrikdən istifadə etmişik.
Məmnuniyyətlə bildirirəm ki, həmin modernləşdirmə
hasilat baxımından dərhal öz bəhrəsini verib və lay
təzyiqinin azalması dayandığına görə biz, uzunmüddətli
effektivliyin şahidi oluruq.
Obyektlərin yüksək səviyyədə istismara yararlılığını
qoruyub saxlamaq və istismar müddətlərinin gələcək
onilliklər ərzində davam etməsini təmin etmək üçün
qurğuların
dövri
texniki
xidməti
və
onların
konstruksiyasına davamlı texniki xidmətin göstərilməsi
çox vacibdir.
Slayd 9
Əməliyyatlarımızı
təhlükəsiz
qaydada
həyata
keçirməyimiz eyni dərəcədə əhəmiyyətlidir, yəni etibar
etdiyimiz bütün avadanlığın saz vəziyyətdə olmasını
təmin etməliyik.
Misal üçün, uzunluğu 1400 km olan sualtı boru
kəmərlərimiz var. Onların bütövlüyünü təmin etmək
üçün nəzarət ciddi olmalıdır.
Həmin məqsədə nail olmaq üçün istifadə etdiyimiz
vasitələrdən Məsafədə idarə olunan aparatlar (ROV) və
11
avtonom sualtı aparatları (AUV) qeyd etmək olar.
Qarşılaşdığımız problem Xəzərin bulanıq sularında,
xüsusən də 25m-dən az su dərinliklərində görüntü
imkanının zəif olmasıdır. Bu da məlumatların
toplanmasında gecikmələrə və gəmilərin istifadə
edilməsi üçün böyük xərclərə səbəb olur.
Beləliklə biz boru kəmərlərinin effektiv istismarını təmin
etmək üçün indiyə qədər Xəzər dənizində istifadə
edilməmiş bəzi ən müasir avadanlıq tətbiq etmişik.
Həmin avadanlıq akustik tədqiqatlar aparır, yaxşı işləyir
və yoxlamaların daha tez və daha səmərəli aparılmasına
imkan verir.
Slayd 10
Təsəvvürünüzə gətirə bilərsiniz ki, bunları həyata
keçirmək üçün maddi-texniki təchizat və personal ilə
bağlı xeyli miqdarda çətinliklər ilə üzləşirik.
Burada, AGT regionunda biz, BP şirkətinin 1 nömrəli
maddi-texniki təchizat xidmətinə malikik. Həmin
12
xidmətin dəstəklədiyi layihələrin və əməliyyatların
miqyasını nəzərə alaraq, bu, sənayenin faktiki olaraq ən
iri xidmətidir.
Bir neçə fakt və göstəriciləri təqdim etmək istərdim.
Dənizdəki əməliyyatlarımız üçün xidmət göstərən 51
gəmimiz var. Hər ay 10000 yükqaldırma əməliyyatı
yerinə yetiririk. 2013-cü ildə təchizat gəmilərimiz dənizdə
bir milyon barel flüidlərin daşınmasına kömək etmişdir.
Sahildəki təchizat bazamız regionda ən böyük bazadır və
genişlənməkdədir. Lövbər daşıyan gəmilərimiz də Xəzər
dənizindəki ən böyük gəmilərdir. Bundan başqa,
təchizat, işçi heyəti üçün sürətli katerlər, boru
kəmərlərinin mühafizəsi və ehtiyat gəmilərdən də
istifadə edirik.
Keçən il 250 000 nəfər dənizə təhlükəsiz surətdə
aparılmış
və
geri
qaytarılmışdır.
Biz,
müasir
vertolyotlardan, o cümlədən axtarış və xilasetmə tipli
vertolyotlardan istifadə edirik.
Daha bir unikal obyektimiz, yəni flotel və ya üzən
mehmanxanamız var. Orada 180 nəfəri yerləşdirmək
mümkündür.
Slayd 11
13
Çoxunuz bilirsiniz ki, BP şirkəti və tərəfdaşları işçi
qüvvəmizin milliləşdirilməsi ilə bağlı öhdəliyə malikdir.
Biz, həmin sahədə dayanıqlı irəliləyişə nail olmuşuq.
Bunu etmək üçün yaratdığımız obyektlərdən biri Xəzər
Texniki Təlim Mərkəzidir (XTTM). Cəmi bir neçə gün
əvvəl obyekt uğurlu fəaliyyətinin 10-cu ildönümünü
təntənəli surətdə qeyd edib. Ötən on il ərzində o, burada
həyata keçirdiyimiz bütün layihələr çərçivəsində
texniklərə təlimlərin keçirilməsi ilə bağlı tələbatın təmin
edilməsinə öz əhəmiyyətli töhfəsini verib.
Bugünədək biz, istismar və qazma sahələrində təxminən
900 texnik üçün təlim keçirmişik. Onlardan 45%-i
dənizdəki, 33%-i isə qurudakı işlərə cəlb olunub. Həmin
texniklərdən təxminən 200 nəfəri rəhbər vəzifələrə irəli
çəkilib.
Bundan başqa biz, BP şirkətinə gələn gənc
mühəndislərin potensialının inkişaf etdirilməsinə dəstək
olmaq məqsədilə yerli mühəndislər və neft-qaz ixtisaslı
məzunlar üçün dünya səviyyəli Neft-qaz ixtisaslı
məzunların təkmilləşdirilməsi (PREP) proqramını da
uğurla həyata keçiririk. Yerli mühəndislərin inkişaf
etdirilməsi proqramlarını dəstəkləmək üçün biz həmçinin
Dövlət Neft Akademiyası, Bakı Ali Neft Məktəbi, Xəzər və
Qafqaz Universitetləri kimi aparıcı yerli ali təhsil
müəssisələri ilə əməkdaşlıq edirik. Bu il biz həmçinin
həmin ali təhsil müəssisələrinin Neft-qaz sərgisində
14
iştirakına dəstək veririk. İnanırıq ki, bu, həmin ali təhsil
müəssisələrinə
bütövlükdə
neft-qaz
sənayesi
çərçivəsində özlərini təbliğ etdirmək imkanı verəcək.
Biz, ölkənin öz potensialının artırılmasına yönəlmiş
cəhdlərinə dəstək verilməsini davam etdirəcəyik.
Slayd 12
Beləliklə BP və Azərbaycan üçün ötən bu iki onilliyə necə
yekun vurmaq olar?
Tərəfdaşlarımızla birlikdə biz, 1984-cü ildən Azərbaycana
43 milyard dollardan çox investisiya yatırmışıq. Bir sıra
nəhəng və yüksək məhsuldarlıqlı layihələri sıfırdan
başlayaraq
beynəlxalq
standartlar
səviyyəsinə
çatdırmışıq. Əməliyyatlarımızı təhlükəsiz yerinə yetirmiş
və ətraf mühiti mühafizə etmişik.
İnvestisiyalarımızın yerli tərkibini maksimuma çatdırmaq
üçün gərgin əmək sərf etmişik. Təxminən 3000 nəfər
yerli mütəxəssis BP şirkətinə işə götürülmüş və on
minlərlə insan layihələrimiz çərçivəsində işlərə dolayısı ilə
cəlb olunmuşdur.
Biz bunu tək etməmişik. Bütün bu müddət ərzində biz,
Azərbaycan
hökuməti,
ARDNŞ,
tərəfdaşlarımız,
podratçılarımız, təchizarçılarımız və yerli icmalardan
güclü dəstək görmüşük.
15
Bu sənaye sahəsində fəaliyyətsiz dayanmaq heç zaman
mümkün deyil. Müəyyən mənada, indi qarşımızda duran
mühüm vəzifələr indiyə qədər əldə etdiklərimizə
bərabərdir və fəaliyyət göstəricilərimizi davamlı surətdə
təkmilləşdirmək, hasilatı sabitləşdirmək və Xəzər
dənizindən daha çox karbohidrogenin dünya bazarlarına
çatdırılmasını təmin etməkdən ibarətdir.
Amma sizi əmin edirəm ki, biz müvəffəqiyyət
qazanacağıq və müvəffəqiyyətə birlikdə, əməkdaşlıq və
tərəfdaşlıq ruhunda nail olacağıq.
İndi isə sizi öz təqdimatımda təsvir etməyə çalışdığım
məqamları əyani surətdə görməyinizə imkan verən qısa
videofilmə baxmağa dəvət etmək istərdim.
Diqqətinizə görə təşəkkür edirəm!
Dostları ilə paylaş: |