İlham Mazanlı
JURNALİSTİKA
VƏ MÜASİR DÖVRÜN
QLOBAL PROBLEMLƏRİ
DƏRS VƏSAİTİ
Azərbaycan Respublikası Təhsil Nazirinin
10.05.2012-ci il tarixli 799 saylı əmri
ilə təsdiq
edilmiş “Jurnalistika və müasir dövrün qlobal
problemləri” kursu üzrə tədris-metodik vəsaitə
uyğundur.
Bakı – 2013
2
Elmi redaktor:
prof. H.A.Vəliyev
Rəyçilər: prof.
Ş.Q.Vəliyev
prof.
N.A.Əhmədli
Mazanlı İ.A.
Jurnalistika və müasir dövrün qlobal problemləri: Dərs
vəsaiti. – Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2013. 416
səh.
Dərs vəsaiti jurnalistika və pablik rileyşnz ixtisasları
üzrə təhsil alan tələbələrə, qəzet və jurnal redaksiyalarında,
elektron KİV-lərdə işləyən jurnalistlərə, sahə mütəxəssis-
lərinə, eyni zamanda korporativ qruplara və geniş oxucu
kütləsinə ünvanlanmışdır və müasir dövrün qlobal problem-
lərinin KİV-də işıqlandırılması məsələlərinin araşdırılması
istiqamətində atilan ilk addımlardan biridir. Müəllif heç də
bu
problemləri, onların həlli yollarını, bu sahədə KİV-in
iştirakını ideal şəkildə əhatə etmək iddiasında deyil və kitab
haqqında, burada qoyulan məsələlər barədə öz fikir və
qeydlərini bildirən hər bir kəsə əvvəlcədən minnətdarlığını
bildirir. Sizin təklif və mülahizələriniz əsasında kurs üzrə
dərslik hazırlayıb çap etdirmək niyyətindəyik.
Elektron ünvanı: micenteraz@gmail.com
“Bakı Universiteti” nəşriyyatı, 2013
© İ.A.Mazanlı, 2013
3
M Ü N D Ə R İ C A T
G İ R İ Ş ................................................................................... 5
I MÖVZU. KİV və müasir dövrün qlobal problemləri:
ümumi nəzər..................................................................... 18
II MÖVZU. Jurnalistika və müasir dövrün qlobal
geosiyasi problemləri........................................................ 53
III MÖVZU. Jurnalistika və qlobal iqtisadi problemlər,
planetar iqtisadi inteqrasiya məsələləri............................. 99
IV MÖVZU. Jurnalistika və müasir dövrün qlobal
ərzaq problemi ................................................................ 137
V MÖVZU. Jurnalistika və müasir dövrün qlobal
demoqrafiya problemləri ................................................ 170
VI MÖVZU. Jurnalistika və müasir dövrün qlobal
ekoloji problemləri ........................................................ 202
VII MÖVZU. Müasir elektron KİV-lər
və qlobal
psixoekoloji problemlər .................................................. 226
VIII MÖVZU
.
Jurnalistika və beynəlxalq
terrorizm problemi ........................................................ 235
IX MÖVZU. Jurnalistika və müasir dövrün qlobal
narkomaniya problemi .................................................. 269
X MÖVZU. Jurnalistika və qlobal korrupsiya
problemi ....................................................................... 282
4
ƏLAVƏLƏR
I ƏLAVƏ. Qlobal problemlərə aid terminlərin izahlı
lüğəti.................................................................................303
II ƏLAVƏ. Kursun proqramı..........................................320
III ƏLAVƏ. Tələbələrə təklif olunan sərbəst işlərin
siyahısı və tematikası........................................................337
IV ƏLAVƏ. Praktik məşğələlər üçün çalışma və
tapşırıqlar ........................................................................340
V ƏLAVƏ . Praktik məşğələlər üçün işgüzar oyunlar.....351
VI ƏLAVƏ. Təklif olunan ədəbiyyat siyahısı................356
VII ƏLAVƏ. Təklif olunan internet saytları..................363
VIII ƏLAVƏ. BMT- nin Minillik Bəyannaməsi............365
IX ƏLAVƏ. BMT Baş katibinin Narkotiklərdən sui-
istifadə və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə
günü münasibəti ilə Müraciəti ........................................ 382
X ƏLAVƏ. Təklif olunan beynəlxalq sənədlərin
siyahısı..............................................................................384
XI ƏLAVƏ. Azərbaycan Respublikasının Milli
Təhlükəsizlik Konsepsiyası............................................. 386
5
G İ R İ Ş
Kursun predmeti, vəzifələri və
terminoloji aparatı
Ötən əsrin sonlarında
beynəlxalq münasibətlərdə,
insanlarla cəmiyyət, cəmiyyətlə təbiət arasındakı münasibət-
lərdə yaranmış ziddiyyətlər, intersosial və geosiyasi prob-
lemlər, cəmiyyətin müxtəlif təbəqələrinin yoxsulluğu və
zənginliyi arasındakı kəskin təzadlar, planetar iqtisadi inteq-
rasiyaya olan ehtiyac, ekoloji fəlakətlər, qlobal ərzaq, de-
moqrafiya, narkomaniya,
miqrasiya, beynəlxalq terrorizm
problemləri, nüvə qırğını xofu və s. kimi digər qlobal prob-
lemlər bəşəriyyəti daha çox nara hat etməyə başlamışdır.
Müasir dövrün qlobal problemləri əvvəllər lokal xarakter
daşısalar da, elm və texnikanın inkişafı, sənayeləşmə şə-
raitində insanların razılaşdırılmamış fəaliyyətləri nəticəsin-
də getdikcə ümumbəşəri xarakter almışdır və bütövlükdə
bəşəriyyətin marağını ifadə edirlər. Planetimizin gələcəyi
qlobal problemlərin həllindən olduqca asılı bir vəziyyətə və
təhlükəli həddə gəlib çatmışdır.
Qlobal problemləri araşdırma
mərkəzləri, aparıcı mü-
təxəssislər, o cümlədən jurnalistika nəzəriyyəçiləri vəziy-
yətin ciddiliyini və təxirəsalınmaz tədbirlərin həyata ke-
çirilməsinin vacibliyini dərk edərək,
qlobal dünya konsep-
siyasını işləyib hazırlamışlar.
Bəşəriyyətin inkişaf yolunda böhran proses və təza-
hürlərinin güclənməsi, eyni zamanda, müstəqilliyini yeni-
dən bərpa etmiş respublikamızın həyatında regionda gedən
geosiyasi,
iqtisadi, sosial və mədəniyyət sahələrində baş ve-
rən transformasiyalarla əlaqədar olaraq yaranan kəskin də-
yişikliklər Azərbaycan ictimaiyyətinin və jurnalistikasının
qarşısında da bir sıra prinsipal vəzifələr qoymuşdur və bu
vəzifələri şübhəsiz ki, gənc nəsil jurnalistlər həyata keçir-
məlidirlər.
6
Məhz bunları nəzərə alaraq,
“Jurnalistika və müasir
dövrün qlobal problemləri” kursunun
məqsədi
jurnalistika
və pablik rileyşnz fakültələrinin məzunlarını bu məsul
vəzifəni yerinə yetirməyə hazırlamaqdan, onlara müasir
qlobal problemlər barədə zəngin bilik verməkdən, bu
problemlərin həllində mühüm rol oynaya biləcək,
potensial
nəzəri və praktik gücə malik kütləvi informasiya vasitələ-
rinin geniş imkanları ilə tanış etməkdən ibarətdir.
Qlobal problemlərin həllində jurnalistikanın xüsusi
rolu vardır. Zamanın çağırışına adekvat cavabların tapıl-
masında jurnalistikanın qarşısında konkret vəzifələr durur.
Qlobal problemlərin həllində jurnalistikanın iştirakının əsas
istiqamətləri, onun səmərəli iştirakını təmin edən amillər
müəyyənləşdirilmişdir. Kütləvi informasiya vasitələrinin
hər birinin bu problemlərin işıqlandırılmasında özünəməx-
susluğu: ümumi və fərqli cəhətləri var. Qlobal problemlər
mövzusunda olan materiallara xususi tələblər qoyulur.
Jurnalistin bəhs etdiyi problemə ən azı sahə mütəxəssisi
səviyyəsində bələd olmasının zəruriliyi, şərhlərin və təh-
lillərin elmiliyi,
sadəliyi, oxucu auditoriyasının səciyyəvi
xüsusiyyətlərini nəzərə alması və s. şərtlərin araşdırılması,
bu xüsusiyyətlərin xüsusilə də jurnalistika fakültələrində
təhsil alan tələbələr tərəfindən mənimsənilməsi, həmçinin
tələbə jurnalistlərin qlobal problemlərin kütləvi informasiya
vasitələrində işıqlandırılmasının forma və metodları ilə taniş
olmaları olduqca əhəmiyyətlidir.
Gələcək jurnalistlərin qlobal problemlərin mahiyyəti,
onların yaranma səbəblərı, həlli yolları, bu işdə jurnalis-
tikanın yeri, rolu və əhəmiyyəti ilə dərindən və hərtərəfli
tanış olmaları müstəsna əhəmiyyətə malikdir.
Eyni zaman-
da, tələbə və gənc jurnalistlərin KİV-in bu mövzularda çı-
xışlarının tematik, forma və metod, janr və sənətkarlıq
xüsusiyyətlərinə bələd olmaları mətbuatın, xüsusilə də elek-