Respublikanın ümumtəhsil məktəblərinin
6-cı sinifləri üçün “Fizika” dərslik komplekti
Müəlliflər: Mirzəli Murquzov
Rasim Abdurazaqov
Rövşən Əliyev
Bakı: Bakı Nəşr, 2013.
Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq
müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında
hazırlanmış
YEKUN RƏY
2
Yekun
rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1. Məzmunun işlənməsi baxımından;
2. Dil və yazı üslubu baxımından;
3. Dizayn və bədii tərtibat baxımından;
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;
5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi
baxımından.
1.
Məzmunun işlənməsi baxımından
Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarət olmaqla,
yeni təhsil proqramına (kurikulum) əsasən hazırlanmış ilk komplektdir. Dərslik 4
tədris vahidi üzrə (“Fizika nəyi öyrənir”, “Materiya”, “Maddə və onun xassələri”,
“Qarşılıqlı təsirlər və hərəkətlər”) 25 mövzunu əhatə etmişdir. Dərslikdə hər bir
mövzu üzrə “Maraqoyatma”, “Araşdırma”, “İzahlar”, “Bilirsinizmi”, “Mühüm
bacarıqlar”, “Bu maraqlıdır”, “Öyrəndiklərinizi tətbiq edin”, “Nə öyrəndiniz”,
“Açar sözlər”, “Öyrəndiklərinizi yoxlayın”, “Layihə”, “Ümumiləşdirici
tapşırıqlar” kimi təlim materialları verilmişdir. Dərsliyin sonunda “Əlavələr”
bölməsində verilmiş cədvəllər şagirdlərə tapşırıqları həll etməkdə köməklik göstərən
bir vasitədir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tədris
planına əsasən fənnin tədrisinə həftədə 1 saat olmaqla, 32 saat vaxt ayrılmışdır. Bura
həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük
summativ qiymətləndirməyə ayrılan vaxt da daxildir.
Dərslikdə verilmiş materiallarla yeni təhsil proqramına (kurikulum) əsasən 3
məzmun xətti üzrə əsas və alt standartların reallaşdırılması nəzərdə tutulmuşdur.
Materiallar elmilik, mövzular üzrə məqsədlərin dəqiqliyi, fəndaxili və
fənlərarası inteqrasiya mövcudluğu, fizika sahəsində şagirdlərin dünyagörüşünün, söz
ehtiyatının və nitq mədəniyyətinin formalaşması baxımından standartların
reallaşdırılmasına yönəlmişdir. Burada tapşırıqların mövzularla uyğunluğu, elmiliyi,
sadədən-mürəkkəbə prinsipinin gözlənilməsi, dil və ifadə tərzi şagirdlərin yaş
səviyyəsinə uyğunluğu baxımından təqdirəlayiqdir.
Bununla belə, dərslikdə müəyyən qüsurlar, dəqiqləşməyə ehtiyacı olan
məqamlar vardır:
3
Səhifə 8-də 1-ci abzasda verilmiş cümlələr səhifə 13-də “Bilirsinizmi?”
bölməsində təkrarlanmışdır. Təkrarçılığa yol verilməməsi üçün bu rubrikanın
çıxarılması təklif olunur.
Səhifə 10-da verilmiş “Təbiətdəki bütün canlı və cansız varlıqlar (obyektlər)
fiziki cisim və ya cisim adlanır” cümləsinin “ Təbiətdəki bütün canlı və cansız
əşyalar fiziki cisim və ya cisim adlanır” kimi verilməsi məsləhətdir. Çünki heç də
bütün varlıqlar cisim deyil. Məsələn, sahə varlıqdır, ancaq cisim deyil. Bu təklif
səhifə 39-a da aid edilir.
Səhifə 12-də dərsliyin rus dilində olan variantında verilmiş “İşıq hadisələri”
fikrinin tərcüməsi Azərbaycan dilində olan variant ilə üst-üstə düşmür. Buradan
“günəş şüalarının havadakı su damcılarından sınaraq 7 rəngə ayrılması” ifadəsi
çıxarılarsa və ya rus dilinə tərcümə olunarsa hər iki variantda fikir eyni olar.
Səhifə 16-da sonuncu cümlənin “Reaktiv hərəkət-qaz, buxar və s.-nin
yaratdığı təsirə əsaslanan hərəkətdir” deyil, “ Reaktiv hərəkət- cisimdən bir hissə
müəyyən sürətlə ayrılaraq hərəkət etdiyi zaman onun qalan hissəsinin əks istiqamətdə
hərəkət almasıdır” kimi verilməsi məqsədəuyğundur
.
Çünki qaz, buxar və s.-nin
yaratdığı təsirə əsaslanan hərəkət reaktiv olmaya da bilər.
Səhifə 18-də “Araşdırma 1” bölməsində “Xətkeşin yerədüşmə qanunu”nun
yazılışı doğru hesab edilmir. Burada bir neçə əşyanın yerə düşməsinin şəkilini
vermək və “Cisimlərin yerə düşməsi hadisəsi” yazmaq daha düzgün olar.
Səhifə 20-də “Bilirsinizmi” bölməsində “İngilis fiziki Ceyms Maksvellin
formalaşdırdığı “Elektromaqnit sahə” nəzəriyyəsi klassik mexanikanın
tətbiqolunma sərhədlərini müəyyən etdi” cümləsinin “İngilis fiziki Ceyms Maksvell
“Elektromaqnit sahə” nəzəriyyəsini vermişdir” kimi verilməsi məsləhətdir.
Ümumiyyətlə, 6-cı sinif dərsliyində məşhur fiziklərin kəşf etdikləri mürəkkəb
nəzəriyyələrin adının verilməsinə ehtiyac duyulmur. Sadəcə bu alimlərin fizikanın
inkişafında böyük xidmətlərinin olduğunun qeyd edilməsi kifayətdir. Çünki həmin
nəzəriyyələrin adlarının açıqlanması 6-cı sinif şagirdlərinin yaş səviyyəsinə uyğun
deyil.
Səhifə 23-də sonuncu abzasda verilmiş “Uzunluğun vahidi metr, kütlənin
vahidi kiloqram və zamanın vahidi saniyə – metrik hesablama sistemini əmələ
gətirdi” cümləsindən “və zamanın vahidi saniyə” ifadəsinin çıxarılması tövsiyə
edilir. Çünki saniyə metrik hesablama sisteminə aid deyil.
4
Səhifə 38-də “Nə öyrəndiniz” bölməsində “hadisələr və” ifadəsinin
çıxarılması təklif edilir. Materiyanın tərifinin “Kainatda mövcud olan bütün varlıqlar
materiya adlanır” kimi ifadə olunması məqsədəuyğundur. Çünki hadisə materiya
deyil, materiyanın xassəsidir.
Səhifə 42-də 3-cü abzasda verilmiş “Proton və elektronların mühüm xassəsi
onların elektrik yüklərinə malik olmalarıdır” cümləsindən sonra “ Proton və
elektronun elektrik yükləri qiymətcə bərabər, işarəcə əksdir” cümləsinin verilməsi,
daha yaxşı olar. Həmin abzasın sonunda “Atom bütövlükdə elektrik yükünə malik
deyildir, çünki onu təşkil edən müsbət yüklü protonların sayı mənfi yüklü
elektronların sayına bərabərdir” cümləsi verildiyindən təklif edilən cümlənin əlavə
olunması məqsədəuyğundur.
Yenə həmin səhifədə son abzasda verilmiş cümlənin “Atomdan elektron
ayrılması və ya özünə əlavə elektron birləşdirməsi nəticəsində yaranan zərrəcik
ion adlanır” deyil, “ Özünə elektron birləşdirən və elektron itirən atomlar ion
adlanır” kimi verilməsi daha düzgün olar və şagirdlər tərəfindən daha yaxşı başa
düşülər.
Səhifə 45-də mövzunun axırıncı abzasında verilmiş “Maddələr dörd halda
mövcuddur. Bunlar maddənin aqreqat hallarıdır: bərk, maye, qaz və plazma”
fikrinin səhifə 48-də üç müddəadan sonra verilməsi daha yaxşı olar. Çünki bu
anlayışlar növbəti mövzuda (“Maddənin aqreqat halları”) öyrənilir.
Səhifə 49-da “Nə öyrəndiniz” bölməsində son cümlədə “mühit” deyil, “qabın
bütün həcmi” verilərsə, daha yaxşı olar.
Yenə həmin səhifədə “Öyrəndiklərinizi yoxlayın” bölməsində 1-ci sualın
“Hansı maddənin molekullarını görmək olur?” kimi verilməsi düzgün deyil.
Çünki heç bir molekulu gözlə görmək mümkün deyil. Sual “Maddənin molekullarını
görmək olarmı?” kimi verilərsə, daha düzgün olar.
Səhifə 52-də mövzu ilə bağlı izahda “Maddələrdə baş verən bəzi fiziki
hadisələr molekullararası boşluqların olması ilə izah edilir” cümləsinin
“Maddələrdə baş verən bəzi fiziki hadisələr molekullararası boşluqların olması və
molekulların hərəkəti ilə izah edilir” kimi verilməsi və müvafiq olaraq səhifə 54-də
“Açar sözlər”ə “ Molekulların hərəkəti” ifadəsinin də əlavə edilməsi məsləhətdir.
Həmin səhifədə dərsliyin rus dilində olan variantında son abzasda verilmiş
“Однако молекулы твердых тел не могут свободно поменять свое место,
поэтому между твердыми телами диффузия протекает очень медленно”
5
cümləsinin “Однако, молекулы твердых тел не могут свободно поменять свое
место, поэтому диффузия в твердых телах протекает очень медленно” kimi
verilməsi məsləhətdir.
Səhifə 53-də 5-ci sətirdə verilmiş “Deməli, diffuziyanın sürəti maddənin
quruluşundan asılıdır” cümləsi dərsliyin rus dilində olan variantında öz əksini
tapmır. Məhz bu səbəbdən səhifə 54-də “Açar sözlər”də dərsliyin Azərbaycan və
rus dilində olan variantları arasında fərq yaranır. Verilmiş cümlə dərsliyin rus dilində
olan variantına əlavə olunarsa, “Açar sözlər”ə “Строение вещество” sözünün,
“Nə öyrəndiniz” bölməsinin sonuna isə “ и ___” əlavə olunması məqsədəuyğundur.
Səhifə 54-də dərsliyin rus dilində olan variantında “Araşdırma 2” bölməsinin
ikinci bəndində verilmiş “Прижмите ватные шарики друг к другу и
подумайте над наблюдаемым явлением” cümləsinin “ Прижмите ватные
шарики друг к другу” kimi verilməsi tövsiyə edilir.
Səhifə 54-də dərsliyin rus dilində olan variantında 3-cü sualın “Можно ли
стакан чечевицы ссыпать в чашу, заполненную горохом, не пересыпав
крупу через край?” kimi deyil, “ Можно ли манного крупу ссыпать в чашу,
заполненную горохом, не пересыпав?” kimi verilməsi tövsiyə edilir.
Səhifə 54 və 57-də dərsliyin rus dilində olan variantında verilmiş
“Öyrəndiklərinizi yoxlayın” bölməsində yanlış fikirlərlə yanaşı düzgün fikirlərin də
verilməsi, uyğun olaraq 2-ci (səhifə 54) və 3-cü (səhifə 57) sualların isə “Найдите и
преобразуйте ошибочные утверждения в истинные” kimi verilməsi
məqsədəuyğundur.
Səhifə 61-də birinci abzasda verilmiş “Kütlə cismin ağırlıq dərəcəsini ifadə
edir. Cismin ağırlığı ondakı maddənin miqdarından asılıdır. Belə ki, cisimdəki
maddənin miqdarı nə qədər çox olarsa, o daha ağır olar” fikrinin “ Kütlə cismin
ağırlıq dərəcəsini ifadə edir. Məsələn, içərisi dolu olan arabacığı yerindən
tərpətmək, boş arabacığı tərpətməkdən daha çətindir. Çünki dolu arabacığın kütləsi
boş arabacığın kütləsindən daha böyükdür” ilə əvəz edilməsi məqsədəuyğundur.
Yenə həmin səhifədə “Tərəzilərdə cismin kütləsi iridium və platin
maddələrinin ərintisindən hazırlanmış nümunənin-etalonun kütləsi ilə
müqayisə edilir” cümləsinin bu şəkildə verilməsi bütün çəki daşlarının iridium və
platindən hazırlanması fikrini yaradır. Bu fikirin “Kütlə vahidi olaraq platin və
iridium ərintisindən hazırlanmış etalon qəbul edilmişdir. Bu etalonun kütləsi 1 kq-
6
dır. Həmin etalon Fransanın Sevr şəhərində saxlanılır (a). Tərəzilərdə cismin kütləsi
bu etalonun sürətləri ilə müqayisə edilir” kimi ifadə olunması məsləhətdir.
Səhifə 63-də “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilmiş “Müxtəlif
cisimlərin ağırlığı onların həcmlərinin böyük, yaxud kiçikliyindən asılıdırmı?”
sualının birmənalı cavabı yoxdur. Yəni müxtəlif cisimlərin ağırlığı onların
həcmlərinin böyük və ya kiçik olmasından asılı ola və ya olmaya da bilər.
Səhifə 68-də dərsliyin rus dilində olan variantında verilmiş “Температура–
физическая величина, которая количественно определяет степени
нагревания (или охлаждения) тел” cümləsinin “Температура–физическая
величина, определяюшая степень нагретости тела” kimi verilməsi
məqsədəuyğundur.
Həmin səhifədə dərsliyin rus dilində olan variantında axırdan ikinci abzasda
verilmiş “Наиболее часто используемых принцип действия термометров
основан на свойстве теплового расширения жидкостей” cümləsinin
“Принцип действия наиболее часто используемых термометров основан на
свойстве теплового расширения жидкостей” ilə əvəz edilməsi məsləhətdir.
Səhifə 69-da ilk termometr şkalasının Selsi tərəfindən təklif edilməsi mətndə
verildiyindən, Anders Selsi ilə bağlı şəkilaltı yazıda təkrar məlumatın yer alması
məqsədəuyğun hesab edilmir.
Səhifə 70-də “Araşdırma 2” bölməsində verilən tapşırığın ev şəraitində
aparılması məsləhət görülmür. Çünki evdə olan termometrlərlə isti suyun
temperaturunu ölçmək mümkün deyil.
Səhifə 71-də “Məsələlər” bölməsində 4-cü tapşırığı həll etmək üçün havanın
sıxlığının (
3
1, 29
kq
m
)
verilməsi tövsiyə edilir.
Səhifə 72-də 2-ci tapşırığın c bəndində “Su yeganə maddədir ki, təbiətdə üç
halda mövcuddur: buz ... , buxar ... və su isə onun ... halıdır” cümləsinin “ Su
təbiətdə üç halda mövcuddur: buz ... , buxar ... və su isə onun ... halıdır” kimi
verilməsi məqsədəuyğundur.
Səhifə 75-də 1-ci abzasda verilmiş “Məsələn, yüksəklikdən sürüşən xizəkçi
Yerin cazibəsi nəticəsində sürətlənir, lakin qarın səthinə sürtünməsi onu
dayandırır” cümləsinin “ Məsələn, yüksəklikdən sürüşən xizəkçi Yerin cazibəsi
nəticəsində sürətlənir, lakin qarın səthinə sürtünməsi onun sürətini azaldır” ilə əvəz
edilməsi məqsədəuyğundur.
7
Yenə həmin səhifədə “Araşdırma 2” bölməsində verilmiş oyunun və şəkilin
mahiyyəti aydın deyil.
Səhifə 77-də şagirdlərin qravitasiya haqda bilgiləri olmadığı halda, ikinci
abzasda “Artıq bilirsiniz ki, kütləyə malik cisimlər ətrafında qravitasiya sahəsi
mövcuddur” cümləsi verilmişdir. Həmin abzasda “kütləyə malik cisimlər”
ifadəsinin “cisimlər” kimi verilməsi məsləhətdir. Çünki kütləyə malik olmayan cisim
mövcud deyil.
Səhifə 81-də verilmiş “Öz ətrafında maqnit sahəsi yaradan cisimlər maqnit
adlanır” cümləsinin “Uzun müddət maqnit xassəsini özündə saxlayan cisimlər
maqnit adlanır” ilə əvəz edilməsi məsələhətdir. Çünki heç də öz ətrafında maqnit
sahəsi yaradan bütün cisimlər maqnit hesab edilə bilməz. Məsələn, cərəyanlı naqil öz
ətrafında maqnit sahəsi yaradır, lakin maqnit deyildir.
Yenə həmin səhifədə axırdan ikinci abzasda 3-cü (“Dəmir filizi təbii
maqnitdir”) cümlənin çıxarılması, “Fizika laboratoriyalarında süni hazırlanmış
maqnitlərdən istifadə edilir” cümləsinin isə “Təbiətdə sabit maqnitlər mövcuddur.
Bəzi maddələrdə maqnit xassəsi yaratmaq mümkündür (məsələn, dəmir).
Laboratoriyalarda həmin maqnitləşmiş cisimlərdən istifadə edilir” kimi verilməsi
məsləhətdir.
Yenə həmin səhifədə sonuncu abzasda “Maqnitlərin uc hissələri maqnit
qütbləri adlanır” cümləsinin “ Maqnit xassələri güclü olan hissələr maqnitin
qütbləridir” kimi verilməsi məqsədəuyğundur. Çünki kürə şəkilində də maqnitlər
olur.
Səhifə 86-da mövzu “İstilik hərəkəti” adlandırılmışdır, mövzunun adına uyğun
olaraq mətndə atom-molekulların istilik hərəkəti (məsələn, Broun hərəkəti və ya
diffuziya) haqqında yazılmalı olduğu halda, istilikvermənin növü olan konveksiya
haqqında izah verilmişdir. Həmin paraqrafda konveksiyanın izahı düzgün
verilməmişdir.
Səhifədə 89-da mövzu başlığının “Elektrik hərəkəti. Elektrik cərəyanı” deyil,
“Elektrik yüklərinin hərəkəti. Elektrik cərəyanı” kimi verilməsi tövsiyə edilir. Çünki
fizikada “elektrik hərəkəti” termini deyil, “elektrik yüklərinin hərəkəti” termini
mövcuddur.
8
2. Dil və yazı üslubu baxımından
Dərslikdə verilmiş təlim materialları əsasən dil və yazı üslubu baxımından
şagirdlərin yaş səviyyəsinə uyğundur və sadə şəkildə yazılmışdır. Yeni termin və
sözlər izahı ilə verilmişdir. Bununla yanaşı, dərslikdə bəzi qüsurlara da rast gəlinir.
Bunlar aşağıdakılardır:
Səhifə 10-da 4-cü abzasda verilmiş “Ən sadə hadisələr belə, məsələn,
budaqdan qopan almanın yerə düşmə hadisəsində çoxlu sayda təbiət obyekti
iştirak edir: ağac, budaq, yarpaq, hava, Yer kürəsi” cümləsindən “yarpaq”
sözünün çıxarılması məsləhətdir. Çünki almanın yerə düşmə hadisəsində yarpaq
iştirak etmir.
Səhifə 13-də dərsliyin rus dilində olan variantında “Araşdırma 3” bölməsinin
3-cü bəndində “Заставьте посуду вращаться” deyil, “Приведите сосуд в
емкости вращательное” kimi verilməsi məqəsədəuyğundur.
Səhifə 14-də dərsliyin Azərbaycan dilində olan variantındakı “Açar sözlər”in
rus dilinə “Mexaniki hadisələr”–“Механические явления”, “İşıq hadisəsi”–
“Световые явления”, “İstilik hadisəsi”–“Тепловые явления”, “Səs hadisəsi”–
“Звуковые явления” kimi tərcümə olunması tövsiyə edilir.
Səhifə 22-də 3-cü abzasda verilmiş “Qısa uzunluqları ölçmək üçün baş
barmağın oynağının uzunluğundan–“düym”dən istifadə olunur” cümləsinin
“Qısa uzunluqları ölçmək üçün baş barmağının ucundan birinci oynağa qədər
məsafədən–“ düym” dən istifadə olunur” kimi verilməsi məsləhətdir
Yenə həmin səhifədə 4-cü abzasda “Uzun məsafələr” ifadəsinin “ Böyük
məsafələr” ilə əvəz edilməsi məqsədəuyğundur.
Səhifə 23-də mətnin 3-cü abzasında “və s.” ifasəsinin verilməməsi tövsiyə
edilir.
Səhifə 25-də “Nə öyrəndiniz” bölməsində verilmiş birinci cümlənin “ Uyğun
ölçünü xarakterizə edən ____ və onun ____ müəyyənləşdirmək lazımdır” kimi
verilməsi məqsədəuyğundur.
Səhifə 27-də “Araşdırma 2”də “Nəticəni müzakirə edin” bölməsində 1-ci
sualın “Xətkeşlə ölçülən uzunluq hansı vahidlə ifadə olunur?” kimi verilməsi daha
doğru olar.
Həmin səhifədən başlayaraq dərsliyin rus dilində olan variantında işlədilmiş
“цена одного деления” ifadəsinin “цена деления” ilə əvəz edilməsi məsləhətdir.
9
Səhifə 34-də 1-ci sualın qoyuluşunun düzgün olması üçün bir neçə fiziki
olmayan hadisələrin sadalanması məsləhətdir.
Yenə həmin səhifədə 4-cü bənddə verilmiş “yalan” sözünün “yanlış” sözü ilə
əvəz edilməsi məqəsədəuyğundur.
Səhifə 37-də ikinci abzasda 1-ci cümlənin “Hərəkət təbiətdə... ” deyil, “ Hərəkət
kainatda...”, beşinci abzasda isə 2-ci cümlənin “Fiziki sahənin bir neçə növü təyin
olunmuşdur” deyil, “ Fiziki sahənin bir neçə növü mövcuddur” kimi verilməsi
məsləhətdir.
Səhifə 38-də dərsliyin rus dilində olan variantında “Araşdırma 2” bölməsində
verilmiş “Большой водоворот” ifadəsinin “Большой круговорот воды в
природе” kimi yazılması tövsiyə olunur.
Səhifə 39-da sonuncu abzasda verilmiş “bütün varlıqlar” ifadəsinin “ bütün
obyektlər” kimi, “Cisim maddələrin müəyyən şəkil verilmiş halıdır, məsələn... ”
cümləsinin isə “Cisim maddələrin müəyyən forma verilmiş halıdır, məsələn...” kimi
verilməsi məqsədəuyğundur.
Səhifə 40-da birinci abzasda verilmiş “Deməli, cisimlər maddədən təşkil
olunmuşdur” cümləsinin “Deməli, cisimlər maddələrdən təşkil olunmuşdur” kimi,
“Oxşar maddələr də müəyyən adla qruplaşdırılır; məsələn, yuxarıda sadalanan
maddələr metal adlanır” cümləsinin isə “Bir çox fiziki xassələri oxşar olan
maddələr də müəyyən adla qruplaşdırılır; məsələn, yuxarıda sadalanan maddələr
metallardır” kimi verilməsi məsləhətdir. Çünki “metal adlanır” ifadəsi metallara
tərif verilmiş kimi səslənir. Sadəcə onların metal olduqlarını bildirmək kifayətdir.
Yenə həmin səhifədə “Nə öyrəndiniz” bölməsində “calı” sözü “ canlı” kimi
verilməlidir.
Yenə həmin səhifədə “Nə öyrəndiniz” bölməsində 1-ci cümlədə verilmiş
“elektrondan” sözünün “ elektronlardan” kimi verilməsi məsləhətdir.
Səhifə 51-də dərsliyin rus dilində olan variantında mövzu başlığının
“Измеряемые свойства вещества: объем и его измерение” deyil,
“Измеряемые свойства тела” kimi verilməsi məqsədəuyğundur. Eyni təklif səhifə
58-ə də aid edilir.
Səhifə 52-də sonuncu abzasda “Ətir şüşəsinin qapağını açdıqda onun
molekullarının öz-özünə hava molekullarına qarışması nəticəsində qoxu bütün
otağa yayılır” cümləsinin “ Ətir şüşəsinin qapağını açdıqda onun molekullarının öz-
10
özünə hava molekullarına qarışması nəticəsində ətrin iyi bütün otağa yayılır” kimi
verilməsi tövsiyə edilir.
Yenə həmin səhifədə sonuncu cümlənin “Lakin bərk cisimlərin molekulları
yerlərini sərbəst dəyişə bilmədiklərindən onlar arasında diffuziya çox ləng
gedir” deyil, “Lakin bərk cisimlərin molekulları yerlərini demək olar ki, sərbəst
dəyişə bilmədiklərindən onlar arasında diffuziya çox ləng gedir” kimi verilməsi
məsləhətdir.
Səhifə 55-də “Araşdırma 1” bölməsində “Halqanı yuxarı qaldırıb
kürəcikdən keçirməyə çalışın” cümləsinin “ Halqanı yuxarı qaldırıb kürəciyi
halqadan keçirməyə çalışın” kimi verilməsi daha yaxşı olar.
Səhifə 56-da birinci abzasda “Cismi qızdırdıqda onu təşkil edən
molekulların sürəti və ara məsafələri artır-cisim genişlənir” cümləsinin “ Cismi
qızdırdıqda onu təşkil edən əksər molekulların sürəti və ara məsafələri artır-cisim
genişlənir” kimi verilməsi məqsədəuyğundur.
Yenə həmin səhifədə üçüncü abzasda verilmiş “Qazların istidən genişlənməsi
bərk cisimlərin genişlənməsindən təqribən 1000 dəfə böyükdür” cümləsində
“təqribən 1000 dəfə böyükdür” ifədəsinin “ çox böyükdür” ilə əvəz edilməsi tövsiyə
edilir.
Səhifə 58-də dərsliyin rus dilində olan variantında 1-ci sualın “Почему при
выпечке торта используется прозрачная посуда с делениями” deyil,
“Почему при подготовке теста для выпечки торта используется прозрачная
посуда с делениями” kimi verilməsi məqsədəuyğundur.
Səhifə 59-da dərsliyin rus dilində olan variantında cədvəldə birinci sütunun
başlığının “Цена деления” kimi verilməsi məsləhətdir.
Səhifə 60, 61, 63, 65, 66-da dərsliyin rus dilində olan variantında verilmiş “в
системе СИ” ifadəsindən “системе” sözünün çıxarılması daha düzgün olar.
Səhifə 60-da birinci abzasda verilmiş “Nəticədə menzurkadakı mayenin
səviyyəsi ona batırılan cismin həcmi qədər qalxır” cümləsinin “ Nəticədə
menzurkadakı mayenin həcmi ona batırılan cismin həcmi qədər artar” kimi verilməsi
məqsədəuyğundur. Çünki səviyyə həcm deyil, hündürlükdür.
Yenə həmin səhifədə “Öyrəndiklərinizi tətbiq edin” bölməsində 2-ci
tapşırığın “Suyun səviyyəsi neçə ml qalxdı” deyil, “Suyun həcmi neçə milli litr
artdı” kimi verilməsi məsləhətdir.
11
Həmin səhifədə dərsliyin rus dilində olan variantında “Öyrəndiklərinizi tətbiq
edin” bölməsində “Вычислите средний объем одной горошины” cümləsinin
“Вычисление среднего объема одной горошины” ilə əvəz edilməsi tövsiyə edilir.
Səhifə 63-də “Bu maraqlıdır” bölməsinin son cümləsində verilmiş “dəfə
ağırdır” ifədəsinin “ dəfə çoxdur” ilə əvəz olunması tövsiyə edilir. 40 000 000 000
(qırx milyard) ədədinin yazılış formasının sətirdən-sətirə keçirilməsi düzgün deyil.
Yenə həmin səhifədə “Araşdırma 2” bölməsində сədvəlin 3-cü sütununda “Su
dolu stəkanın kütləsi” ifadəsinin “ Su ilə dolu stəkanın kütləsi” ilə, sonda verilmiş
sualda isə “adi tərəzi” ifadəsinin “tərəzi” ilə əvəz edilməsi, “Öyrəndiklərinizi
yoxlayın” bölməsində 2-ci sualda qarşısında ədəd olmadığına görə “kq” ifadəsinin
“kiloqram” kimi verilməsi məqsədəuyğundur.
Həmin səhifədə dərsliyin rus dilində olan variantında “Öyrəndiklərinizi
yoxlayın” bölməsində 2-ci sualda “Переведите его массу в килограммы”
ifadəsinin “Выразите его массу в килограммах” kimi verilməsi tövsiyə edilir.
Səhifə 65-də mövzu başlığının və səhifə 51-də 16-cı bəndin “Sıxlıq və onun
təyin edilməsi” kimi verilməsi düzgün deyil. Çünki sıxlıq çox məna kəsb edir,
məsələn, cərəyan sıxlığı, maddənin sıxlığı, enerji sıxlığı, əhalinin sıxlığı və s. Burada
məhz maddənin sıxlığı nəzərdə tutulduğundan mövzu başlığının “Maddənin sıxlığı”
kimi verilməsi məsləhətdir.
Həmin səhifədə dərsliyin rus dilində olan variantında “Araşdırma 1”
bölməsindən sonrakı abzasda “Масса, приходящася на единицу обьема,
называется плотностью вещества” cümləsinin “ Масса единицы обьема
называется плотностью вещества” kimi verilməsi məsləhətdir.
Səhifə 66-da “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilmiş məsələnin ilk
cümləsində “metal” yazıldığı üçün sonrakı cümlələrdə “maddə” sözünün “metal”
ilə əvəz edilməsi məqsədəuyğundur.
Həmin səhifədə dərsliyin rus dilində olan variantında “Araşdırma 2”
bölməsinin üçüncü bəndində və səhifə 67-də “4-cü addım”-da “плотности”
sözünün “плотностей” kimi verilməsi tövsiyə edilir.
Səhifə 67-də “5-ci addım”-da “Cavabın tam verilməsi” cümləsinin “Cavab”
ilə əvəz edilməsi məsələhətdir.
Səhifə 69-da 3-cü abzasın sonuda “Termometr şkalası” ifadəsinin “ temperatur
şkalası” kimi verilməsi məqsədəuyğundur.
12
Həmin səhifədə dərsliyin rus dilində olan variantında 3-cü abzasın sonuncu
cümlələrində “помещается” sözünün “помещают” kimi, “отмечается” sözünün
isə “отмечают” kimi verilməsi məsləhətdir.
Səhifə 70-də dərsliyin rus dilində olan variantında “Araşdırma 2” bölməsində
son cümlədə, “Nə öyrəndiniz” bölməsində ikinci cümlədə verilmiş “принцип
работы” ifadəsinin “ принцип действия” ilə əvəz olunması məqsədəuyğundur.
Həmin səhifədə dərsliyin rus dilində olan variantında “Açar sözlər”də verilmiş
“градуирование” sözü “ проградуирована” kimi verilərsə daha yaxşı olar.
Səhifə 71-də dərsliyin rus dilində olan variantında 1-ci tapşırıqda verilmiş
“жидкости” sözünün “ жидкостей” ilə əvəz edilməsi məsləhətdir.
Səhifə 72-də dərsliyin rus dilində olan variantında “Ümumiləşdirici
tapşırıqlar” bölməsində verilmiş cədvəlin “Tətbiq olunan əməliyyat” sütununun ilk
sətrindəki ifadənin “Ставят в мoрoзильную камеру холодильника” kimi verilməsi
məsləhətdir.
Həmin səhifədə 2-ci tapşırığın b bəndində verilmiş “Между молекулами
тела имеются …, поэтому возникает …” cümləsinin “Между молекулами
тела имеются … и они движутся, поэтому возникает …” ilə, d bəndində
verilmiş cümlədə “вещества” sözünün “жидкости” ilə, 4-cü tapşırıqda verilmiş
cümlədə “жемчуга” sözünün “жемчужины” ilə əvəz edilməsi, 5-ci tapşırıqdan isə
“Расплавив, их смешали” cümləsinin çıxarılması məsləhətdir. Ümumiyyətlə, 5-ci
tapşırıq 6-cı sinif şagirdləri üçün çox çətindir. Verilmiş tapşırığın çətinlik dərəcəsi
şagirdlərin yaş səviyyəsinə uyğun olan tapşırıqla əvəz edilməsi tövsiyə olunur.
Səhifə 75-də “Nə öyrəndiniz” bölməsində “Onlar cisimlərin bir-birinə__ və
toxunma olmadan yaranır” cümləsinin “Onlar cisimlərin bir-birinə__ olmaqla və
toxunma olmadan yaranır” kimi verilməsi məqsədəuyğundur.
Həmin səhifədə dərsliyin rus dilində olan variantında 1-ci sətirdə verilmiş
“воздействие” sözünün “действие” ilə əvəz olunması, “они” sözünün isə
cümlədən çıxarılması məqsədəuyğundur.
Həmin səhifədə dərsliyin rus dilində olan variantında “Öyrəndiklərinizi
yoxlayın” bölməsində 3-cü sualın “ Какие тела взаимодействуют при нанесение
удара по резиновой “ груше”?” kimi verilməsi məsləhətdir.
Səhifə 87-də “Bu maraqlıdır” bölməsində “Dənizlərin hərəkəti” ifadəsinin
dırnaq işarəsi içərisində verilməsi məsləhətdir.
13
Səhifə 92-də
“Araşdırma 1” bölməsində “Hansı cisim daha enerjilidir?”
sualının “Hansı halda kürəciyin enerjisi daha çoxdur?” kimi verilməsi məsləhətdir.
Çünki burada söhbət yalnız bir cisimdən-kürəcikdən gedir.
Səhifə 93-də
“Araşdırma 2” bölməsində “Spiralı hərəkət etdirən nədir?”
sualının “Spiral nə üçün hərəkət edir?” kimi verilməsi tövsiyə edilir.
3. Dizayn və bədii tərtibat baxımından
Dərsliyin tərtibatı, burada verilmiş ilüstrasiyalar və sxemlər dərsliyin məzmunu
ilə uyğunluq təşkil edir. İstifadə edilən şriftlər müvafiq yaş qurupuna uyğundur.
Bununla yanaşı, dərslikdə müəyyən qüsurlara rast gəlinir. Bunlar aşağıdakılardır:
Dərsliyin rus dilində olan variantında “Elmi redaktor” göstərilməmişdir.
Səhifə 12, 16, 26, 28, 30, 31, 37, 46, 47, 53, 75, 78 və s.-də dərslikdə verilmiş
bir sıra illüstrasiyalar aydın deyil.
Səhifə 6-da “Bilirsinizmi” bölməsi “ Bilirsinizmi?” kimi verilərsə, daha yaxşı
olar. Çünki digər mövzularda bu bölmənin adında sual işarəsi verilmişdir.
Yenə həmin səhifədə “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilmiş
sonuncu cümlədə “biliklərə dəyər vermək” ifadəsinin “bilikləri qiymətləndirmək”
kimi verilməsi məsləhətdir.
Səhifə 10-da dərsliyin rus dilində olan variantında Nizami Gəncəvidən verilmiş
misraların altında “Nizami Gəncəvi” yazılması məsləhətdir.
Səhifə 17-də “Layihə” bölməsində verilmiş şəkildə kölgə düzgün
çəkilməmişdir. Belə ki, yanan şam, oğlanın başının kənarları və kölgənin kənarları bir
düz xətt üzərində olmalı idi.
Səhifə 22-də verilmiş şəkildə 1 dirsəyin 6 ovuca bərabər olduğu göstərilmişdir.
Lakin şəkildə 7 bölgü verilmişdir.
Səhifə 29-da termometrin bölgüləri düzgün göstərilməmişdir.
Səhifə 30-da da həm termometrin, həm də üçüncü xətkeşin bölgüləri düzgün
göstərilməmişdir.
Səhifə 34-də sonuncu sxemdə soldan ortadakı düzbucaqlının içərisi dərsliyin rus
dilində olan variantında rəngli göstərilmişdir. Dərsliyin Azərbaycan dilində olan
variantında da onun rəngli verilməsi məsləhətdir.
Səhifə 36-da “Araşdırma 1” bölməsində verilmiş cədvəldə “Göy gurultusu”
və “Dondurma” sözləri qarşısındakı xanalarda “+” işarəsinin verilməməsi
məsləhətdir. Çünki şagird verilmiş obyektləri necə müəyyən etməyin mümkün
14
olduğunu özü təyin etməlidir. Dərsliyin rus dilində olan variantında isə düzgün olaraq
yalnız “Книга” obyekti qarşısındakı xanalar doldurulmuşdur.
Səhifə 40-da sonda verilmiş sxemdə “qar” sözünün “ qar dənəciyi” ilə, dərsliyin
rus dilində olan variantında isə “дерево” sözünün “деревесина” ilə əvəz edilməsi
məqsədəuyğundur.
Həmin səhifədə “Nə öyrəndiniz” bölməsində “Açar sözlər”də “тело” sözü
verildiyindən, “кольцо-это тело” ifadəsinin “кольцо-это __” kimi yazı lması
tövsiyə edilir.
Səhifə 41-də “Bəzi maddələrin atom modelləri”nin şəklində kölgəli kürələrlə
təsvirə ehtiyac yoxdur. Çünki növbəti səhifədə atomun modeli daha düzgün
verilmişdir.
Səhifə 52-də “Araşdırma 1” bölməsində verilmiş hər üç menzurkada 200
bölgüsünün göstərilməsi, 3-cü menzurkada isə maye səviyyəsinin 200 bölgüsündən
bir qədər aşağıda (190 ml-də) olmasının bilinməsi məqsədəuyğundur.
Yenə həmin səhifədə son sətirdə “bərk cisimlərin molekulları yerlərini
sərbəst dəyişə bilmədiklərindən” ifadəsinin “bərk cisimlərin molekulları yerlərini
demək olar ki, sərbəst dəyişə bilmədiklərindən” kimi verilməsi məsləhətdir.
Səhifə 59-da “Araşdırma 1” bölməsində verilmiş cədvəldə dərsliyin
Azərbaycan və rus dilində olan variantları arasında fərq mövcuddur. Belə ki,
dərsliyin Azərbaycan dilində olan variantında “Cisim” başlığı və cismin adı
(“Qaşıq”) verildiyi halda dərsliyin rus dilində olan variantında buna təsadüf edilmir.
Yenə həmin səhifədə şəkilə əsasən menzurkaya salınmış qaşığın həcmi 50 ml-
dir. Bu həcm hətta xörək qaşığı üçün də çox böyük həcmdir. Onu bir xeyli (reallığa
uyğun) kiçiltmək lazımdır.
Səhifə 60-da dərsliyin rus dilində olan variantında kubun tillərinin “a” olduğu
verilsə də, dərsliyin Azərbaycan dilində olan variantında bu öz əksini tapmır.
Səhifə 63-də “Bu maraqlıdır” bölməsində balina ilə ağcaqanadın
müqayisəsinin şəkildəki kimi veriməsi məqsədəuyğun hesab edilmir.
Səhifə 65-də “Araşdırma 1” bölməsində təchizat kimi “tərəfləri 1 sm olan
plastilin və penoplast kub” verilsə də, şəkildə plastilin və penoplast paralelepiped
formasındadır. Həmçinin, “Penoplast” sözünün “taxta tircik” kimi verilməsi
məsləhətdir.
15
Səhifə 81-də dərsliyin rus dilində olan variantı üzrə “Araşdırma 1” bölməsində
sonuncu iki sualın Azərbaycan dilindəki varianta uyğun olaraq yerini dəyişmək
məqsədəuyğundur.
Səhifə 83-də şəkildə velosipedçinin hərəkət istiqaməti aydın deyil.
Velosipedçinin biristiqamətli hərəkətinin təsvir edilməsi tövsiyə edilir.
Səhifə 91-də şəkildə verilmiş naqildən axan cərəyanın istiqamətinə uyğun olaraq
kompasın əqrəbinin vəziyyəti düzgün göstərilməmişdir. Kompasın əqrəbinin
vəziyyətini müəyyən etmək üçün batareyanın qütbləri aydın olmalı (yəni “+” və “–”
qütbü), buna əsasən cərəyanın istiqaməti müəyyənləşdirilməli və cərəyanın
istiqamətinə görə maqnit əqrəbinin vəziyyəti təyin olunmalıdır.
Səhifə 95-də “Ümumilləşdirici tapşırıqlar” bölməsində 2-ci tapşırıq korrekt
verilməmişdir. 3-cü tapşırığın a bəndində isə verilmiş “Fiziki sahə” cavabı doğru
cavab kimi şagirdlər tərəfindən qəbul edilə bilər. Çünki qravitasiya sahəsi də fiziki
sahəsinin bir növüdür. Odur ki, “Fiziki sahə” cavabı “Elektromaqnit sahəsi” ilə əvəz
olunarsa, doğru cavab məhz e bəndi, “qravitasiya sahəsi” olur.
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
Dərslikdəki tapşırıqlar əsas etibarı ilə mövzulara uyğun verilmiş, burada
biliklərin tətbiqini tələb edən, məntiqi düçüncəyə və idraki bacarıqların
formalaşmasına yönəlmiş tapşırıqlar üstünlük təşkil etmişdir. Burada fiziki hadisə,
anlayış, model və kəmiyyətlərin, fiziki qanunların dərk edilməsi və mahiyyətinin
mənimsənilməsinə yönəlmiş keyfiyyət, hesablama xarakterli, müxtəlif tip və çətinlik
səviyyələrində olan məsələ və tapşırıqların yer alması təqdirəlayiqdir.
Bununla yanaşı, dəslikdə verilən tapşırıqlarda bir sıra qüsurlara da rast gəlinir.
Bunlar aşağıdakılardır:
Səhifə 18-də sxemdə hadisə, problem-sual, fərziyyə öyrənmə metodları ilə
qarışdırılmışdır.
Səhifə 39-da “Maraqoyatma” mövzunu tam əhatə etmir. Mövzu “Maddə və
cisim” olduğu üçün “Maraqoyatma”nın aşağıdakı kimi verilməsi daha yaxşı olar:
“Eyni bir qaşığı misdən, qızıldan, poladdan hazırlamaq mümkündür. Bəzən də
gümüşdən saat, qab-qacaq, bilərzik hazırlanır.
Bunlardan hansılar eyni cisimdir?
Bunlardan hansılar eyni maddədir?
16
Cisimlər maddələrdən nə ilə fərqlənir?”
Səhifə 47-də “Maraqoyatma” mövzunu tam əhatə etmir. Burada verilmiş
şəkillər şagirdlərə nə öyrənəcəyini düşünməyə vadar etmir. Həmin şəkillər
səhifə 45-dəki “Suyun təbiətdə üç halı” şəkli ilə əvəz edilərsə, mövzuya daha uyğun
olar. “Maraqoyatma”nın “Fizikada təbiət hadisələrini yalnız müşahidə və təsvir
etmək deyil, həmçinin onları izah etmək də lazımdır. Məsələn, suyun soyuq havada
donaraq buza, qaynadıqda buxara çevrildiyini müşahidə etmisiniz” kimi verilməsi
məqsədəuyğundur. Suallar isə aşağıdakı kimi verilərsə daha yaxşı olar:
Nə üçün suyu dondurduqda buza, qaynatdıqda buxara çevrilir?
Nə üçün çaydandakı çayı armudu stəkana tökdükdə dərhal onun formasını
alır?
Qənd parçasını stəkana atsaq, onun stəkanın formasını almamasına səbəb
nədir?
Su buxarı formasını saxlaya bilirmi?
Səhifə 51-də 3-cü tədris vahidində maddənin xassələri ilə onun ölçülə bilən
kəmiyyətləri qarışdırılmışdır. Maddənin sıxlığı, istidən genişlənməsi və s. onun
xassələridir. Ancaq həcm, kütlə, temperatur onun ölçülə bilən kəmiyyətləridir.
Yenə həmin səhifədə “Diffuziya” mövzusunun verilməsi elmi-metodiki
uyğunluq baxımından düzgün deyil. “Diffuziya” 4-cü tədris vahidində, “İstilik
hərəkəti” mövzusunda verilərsə, daha düzgün olar.
Səhifə 57-də “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilmiş “Nə üçün
tarzən isti otaqda tarın simlərini dartaraq onu tez-tez kökləməli olur?” sualının
mətni aydın deyil.
Səhifə 76-da “Araşdırma 1” bölməsinin mövzu ilə, yəni qravitasiya qarşılıqlı
təsirlə və ya Günəş sistemi ilə qətiyyən uyğunluğu yoxdur. Bu araşdırmanın
dərslikdən çıxarılması məsləhətdir.
Səhifə 78-də “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilmiş tapşırığa əsasən
planetləri ölçülərinə görə dairəvi sxemdə sıralamaq mümkün deyil.
Yenə həmin səhifədə “Layihə” bölməsinin sonunda verilmiş “...“Günəş
sisteminin möcüzələri” adlı elmi məqalə yazın” cümləsinin “ ...“ Günəş sisteminin
möcüzələri”
mövzusunda yazı işini yerinə yetirin” ilə əvəz edilməsi
məqsədəuyğundur.
17
5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Müəllim üçün metodik vəsaitdə dərslik və MMV-dən istifadə qaydaları, tədris
vahidləri, bölmələr üzrə struktur, standartlatın şərhi, tövsiyə olunan iş planının
verilməsi müsbət haldır. Mövzular üzrə alt-standartların və qiymətləndirmə
meyarlarının verilməsi təqdirəlayiqdir. Bununla yanaşı, MMV-də müəyyən qüsurlara
da rəst gəlinir. Bunlar aşağıdakılardır:
MMV-də verilmiş qiymətləndirmələrdə zəif və orta səviyyə arasında fərqin
nədən ibarət olduğu aydın deyil. Zəif səviyyədə olan şagirdlərin göstəricisinin daha
üstün olması hiss olunur.
MMV-də müəllimə kömək məqsədi ilə dərslikdə verilən sualların cavabları,
təcrübələrin izahları ətraflı verilərsə daha yaxşı olar. Bəzi hallarda “müəyyən fiziki
hadisələrə aid özünüzdən misallar çəkin” yazılmışdır. Həmin nümunələrin vəsaitdə
verilməsi daha yaxşı olar.
Səhifə 3-də “Maraqoyatma”da “Verilən suallar əvvəllər qazanılmış biliklərə
əsaslanır və şagirdləri aktiv fəaliyyətə cəlb etməyi nəzərdə tutur” cümləsinin
“Verilən suallar əvvəllər qazanılmış biliklərə əsaslanır, şagirdləri nə öyrənəcəyini
düşünməyə sövq edir və onları aktiv fəaliyyətə cəlb etməyi nəzərdə tutur” kimi
verilməsi daha məqsədəuyğundur.
Səhifə 6-da sxemin sonuncu tədris vahidinin 24-cü mövzusunda “Elektrik
hərəkəti: elektrik cərəyanı” əvəzinə “ Elektrik hadisəsi: elektrik cərəyanı” verilməsi
tövsiyə edilir.
Səhifə 7-də 2-ci məzmun xəttində (yuxarıdan 7-ci sətir və 18-ci sətir)
“qarşılıqlı təsir” əvəzinə “ qarşılıqlı təsirlər” verilməsi məsləhətdir.
Səhifə 32-də 5-ci tapşırıqda verilmiş “Düyməciyin boyu nə qədərdir?” sualı
“Bir düymün uzunluğu nə qədərdir?” kimi verilməsi şagirdlər tərəfindən daha başa
düşülən olar. Çünki “düyməcik” dedikdə şagirdlərin onu düym kimi başa düşmələri
demək olar ki, mümkünsüzdür.
Yenə həmin səhifədə 4-cü tapşırığın cavabları içərisində doğru cavab yoxdur.
Yenə həmin səhifədə 8-ci tapşırıqda verilmiş təsvirdəki dairə şəkillərinin
kvadrat şəkilləri ilə əvəz edilməsi məsləhətdir. Çünki dairələrin bucaqlarla
kəsişməsindən alınan fiqurlar üçbucaq deyil, sektor olur.
Səhifə 44-də göstərilmiş misalda 2-ci bənddə “Molekullar arasında qarşılıqlı
cazibə qüvvələri daha böyükdür” fikri əvəzinə “Molekullar arasında qarşılıqlı
18
cazibə qüvvələri itələmə qüvvələrindən daha da böyükdür”, 3-cü bənddə
“Molekullar arasında itələmə qarşılıqlı qüvvələri daha böyükdür” fikri əvəzinə
“Molekullar arasında itələmə qarşılıqlı qüvvələri cazibə qüvvələrindən daha da
böyükdür” verilməsi daha məqsədəuyğun olar.
Yenə həmin səhifədə göstərilmiş misalda səhifə 47-də 8-ci test tapşırığında “C”
distraktoru heç bir məna kəsb etmir. Bu isə testologiyaya ziddir.
Səhifə 50, 52, 54, 56, 58, 60, 65, 67, 71, 75, 77 və s.-də “Qiymətləndirmə və
ya refleksiya” bölməsində qiymətləndirmə meyarı kimi “Məsələ həlletmə” ifadəsi
işlənilsə də, həmin mövzular ilə bağlı nə dərslikdə, nə də MMV-də məsələlər
verilməmişdir.
Səhifə 51-də son abzasda “D” bəndi verilməmişdir.
Səhifə 61-də 1-ci sual MMV-nin Azərbaycan və rus dilində olan variantlarında
fərqli verilmişdir. Azərbaycan dilində olan variantda “Hansı hadisə zamanı
diffuziya baş vermişdir?” kimi, rus dilində olan variantda isə “В каких явлениях
диффузия не происходит?” kimi verilmişdir. Bu fərqin aradan qaldırılması
məsləhətdir.
Səhifə 62-də MMV-nin Azərbaycan dilində olan variantında 8-ci sual test
şəklində (cavablarla), rus dilində olan variantında isə (səhifə 61) sual şəklində
(cavabsız) verilmişdir.
Həmin səhifədə MMV-nin rus dilində olan varintında 9-cu sualda maddələrin
sıxlıqları verilməmişdir.
Yenə həmin səhifədə şəkildə çəki daşlarının və menzurkanın ölçüləri aydın
deyil.
Səhifə 66-da MMV-nin Azərbaycan və rus dilində olan variantları arasında fərq
mövcuddur. Belə ki, Azərbaycan dilində olan variantda “D” bəndi qeyd
olunmamışdır.
Yenə həmin səhifədə d) bəndində verilmiş “nəhəng kütlə” ifadəsinin “böyük
kütlə” ilə əvəz edilməsi məqsədəuyğundur.
Yenə həmin səhifədə MMV-nin Azərbaycan dilində olan variantında axırıncı
abzasda cizgi filminin adı “Quantum Ray”, rus dilində olan variantda isə “Cosmic
Quantum Ray” kimi verilmişdir. Bu cizgi filminə məktəblilərin böyük
əksəriyyətinin baxması mümkün deyil.
Səhifə 72-də şəkildə “D”, “E”, “G” bəndləri göstərilsə də, mətndə
verilməmişdir.
19
Səhifə 76-da “B” bəndində ikinci abzasın sonuncu cümləsində verilmiş
“lampanı işıqlandırdığını müəyyən etdilər” ifadəsinin “ lampanın közərdiyini
müəyyən etdilər” ilə əvəz edilməsi məsləhətdir.
Səhifə 80-də 1-ci çalışmanın şərti korrekt deyil. Bu səbəbdən verilmiş tapşırığın
birmənalı cavabı yoxdur.
Səhifə 81-də 7-ci sualda 1-ci şəkildə hansı enerji növlərinin çevrilməsinin baş
verdiyi aydın deyil.
Səhifə 82-də hava şarı şəklinin əvəzinə istənilən bir cismin lampa ilə
qızdırılması ilə bağlı şəklin verilməsi məsləhətdir.
Dostları ilə paylaş: |