112
qavranılması heç də həmişə eyni şəkildə cərəyan etmir.
Aparılmış tədqiqatlar göstərmişdir ki, nitqin qavranılması
qavrayış
zamanı qarşıya
qoyduğumuz
məqsəddən,
fəaliyyətimizin gedişində onun hansı funksiyanı yerinə
yetirməsindən, qavranılan nitqin məzmunu, anlaşıqlılığı,
emosionallığından, nitqi qavrama şəraitindən və qavrayanın
şəxsi təcrübəsindən, qavrama ustanovkasından asılıdır.
Nitqin qavranılması və anlaşılması insanın nitqə nə
dərəcədə yiyələnməsindən, başqa sözlə nitq prosesində istifadə
olunan dili nə dərəcədə mənimsəməsindən də asılıdır. Dili,
onun fonetik, leksik, qrammatik qanunlarını mükəmməl
mənimsəyən adam həmin dilin vasitəsilə həyata keçirilən nitq
prosesini asanlıqla və düzgün qavraya və anlaya bilir.
Bu baxımdan ana dilində və xarici dillərdə nitqi qavra-
maq və anlamaq bir sıra xüsusiyyətlərinə görə bir-birlərindən
fərqlənir. Ana dilinə birbaşa yiyələnən insan həm imitasiya,
həm də sistemli təlim prosesində onun bütün çalarlarına
yiyələnir, nəticədə müvafiq tələblərə əməl olunduqda bu dildə
nitqi qavrama və anlama da o qədər çətinlik yaratmır. Xarici
dilin mənimsənilməsi və qavranılması isə xeyli fərqlənir.
Tanınmış psixolinqvist A.A.Leontyevin qeyd etdiyi kimi
1
ikin-
ci dilin öyrənilməsi onu öyrənməyə başlayan adamın yaşından
asılı olaraq müxtəlif psixoloji məzmun kəsb edir. O, ana dilinin
mənimsənilməsi ilə paralel və ya azacıq gec baş verə bilər; bu
cür hallar iki dilli ailələr üçün adi haldır. Burada o, psixoloji
cəhətdən ana dilinin mənimsənilməsi ilə oxşardır. İkinci dilin
öyrənilməsi bir qədər sonra, məktəbəqəbər yaş dövründə də
başlaya bilər. Bu dövr dili, onun fonetika və qrammatikasını
dərk etmədən birbaşa metodla mənimsəmək üçün səmərəli,
necə
deyirlər, senzitiv
dövrdür. Lakin
ikinci
dilin
öyrənilməsinə uşaqlarda ana dili faktlarına ixtiyari olaraq isti-
1
Бах, Леонтйев А.А. Нитг вя üнсиййят //Üмуми психолоэийа. – Бакы,
1982, сящ. 232-234.
113
nad etmək bacarığı yarandıqdan sonra başlamaq daha səciyyəvi
haldır. Xarici dilin və ümumiyyətlə ikinci dilin öyrənilməsi
məhz həmin bacarıqların əsasında baş verir. Əgər ana dili
«aşağıdan yuxarıya» doğru mənimsənilirsə, daha doğrusu, bu-
rada əvvəlcə ən sadə mexanizm, bir növ heca düzəltmək mex-
anizmi yaranırsa, sonra dilin ali səviyyələri mənimsənilirsə,
daha sonra nitqin ixtiyariliyi meydana gəlirsə, bununla belə dil
vahidləri ilə şüurlu əməliyyat ən axırda təşəkkül tapırsa, ikinci
dil «yuxarıdan aşağıya» - dil vasitələrini tam ixtiyari seçməklə,
dil
üzərində
şüurlu
əməliyyat
aparmaqdan nitqin
avtomatlaşmasına doğru mənimsənilir. Bu cəhət istər- istəməz
xarici dildə nitqi qavramaq və anlamaqda öz təsirini göstərir.
Xarici ölkə psixoloqlarının əsərlərində
1
qeyd edildiyi ki-
mi, insanın nitq aparatı yüzlərcə müxtəlif nitq səsləri yaratmaq
imkanına malikdir. Lakin heç bir dildə bu səslərin hamısından
istifadə olunmur. İngilis dilində qırxa qədər müxtəlif
fonemlərdən istifadə olunur. Başqa dillər də özünün xüsusi fo-
nem qrupunu seçir. Məsələn, alman dilində bəzi xirtlək
səslərindən istifadə olunur ki, bu cür səslərə ingilis dilində
təsadüf olunmur. Fransız dilində istifadə olunan bəzi sait
səslərə də ingilis dilində rast gəlmirik.
Uşaqlar ana dilində istifadə olunan səsləri tələffüz etməyə
öyrəndikdən sonra onlar öz fonemikalarına həddindən artıq
rigidliklə yanaşırlar. Onlar öz ana dillərində ifadə olunmayan
səsləri tələffüz etməkdə, həmin yad səsləri bir- birindən
fərqləndirməkdə çətinlik çəkirlər (J.Verker). Məhz bu hal çox
vaxt xarici nitqin qavranılması və anlaşılmasını çətinləşdirir.
Bu səbəbdən çox vaxt xarici nitq bizim üçün aydın olmur,
ayrı-ayrı səslərin ardıcıl deyil, qarışıq, anlaşılmaz toplusu
təsirini bağışlayır.
Xarici dildə nitqi qavramaq və anlamaqda özünü göstərən
1
Глейтман Г. ,Фридлинд А., Райсберг Д. Основы психологии. -
Санкт-Петербург, 2001, с. 405-406.
114
çətinliklərdən biri də nitqdəki səslərin tələffüz sürəti ilə
bağlıdır.
Xarici ölkə psixoloqlarının tədqiqatları göstərmişdir ki,
yaşlı adamlar nitqdə saniyədə 16 fonem olmaqla bir dəqiqə
ərzində 250 sözü qavraya bilirlər Adətən, bu fonemlər hər bir
nitq vahidini müəyyənləşdirən sərhəd rolunu oynayaraq fasilə
olmadan ötüb gedir. Həqiqətən çox vaxt bir fonemin
yaradılması digərinin üzərinə düşür. Məsələn, insan əvvəlki
samitin tələffüzünü qurtarmamış sait səsi tələffüz etməyə
başlayır. Bu hal ayrı-ayrı sözlərin tərkibində ardıcıl fonem,
eləcə də frazaların daxilində ardıcıl sözlər üçün düzgün hal he-
sab olunur. Məhz buna görə də bəzən sözü «xəz əl», yoxsa
«xəzəl» kimi eşitdiyini anlamaq çətindir. Deməli, çox vaxt
dinləyici nitq axınını müvafiq vahidlərə ayırmaq vəzifəsini
yerinə yetirməli olur. Bu prosesi düzgün həyata keçirmək
üçünsə dinləyənin həmin dilin lüğət tərkibi və strukturu
haqqında zəruri biliyinin olması tələb edilir.
Nitqin növləri və formaları. Nitqin funksiyaları,
xüsusiyyətləri ilə yanaşı özünəməxsus formaları və növləri də
vardır. Nitqin növlərini təsnif etmək üçün psixoloji ədəbiyyatda
müxtəlif əlamətlərdən istifadə olunur.
Eksteriorizasiya və interiorizasiya əlamətinə görə nitqin
iki əsas növü mövcuddur: xarici və daxili nitq. Xarici nitq
başqaları ilə ünsiyyətə, informasiya mübadiləsinə yönəlmiş
olub, eşidilən, görülən və tələffüz edilən nitqdir. Daxili nitqə
gəldikdə, o hər şeydən əvvəl təfəkkür prosesinin təmin
olunması ilə bağlıdır. O, psixoloji nöqteyi nəzərdən olduqca
mürəkkəb hadisə olub nitqlə təfəkkürün qarşılıqlı əlaqəsini
təmin edir.
Nitqin xarici növü ilə bağlı olaraq daha iki növü
mövcuddur: şifahi nitq və yazılı nitq. Nitqin hansı formasından
istifadə etməyimizdən asılı olmayaraq o həmişə həmin əsas
növlərdən birinə aid olur.
Şifahi nitq tələffüz edilən, eşidilərək qavranılan, başa
Dostları ilə paylaş: |