2
Tərtibçi:
S.Salamlı
İxtisas redaktoru və
buraxılışa məsul:
K.M.Tahirov
Redaktor:
A.Abdullayeva
Elektron məlumat bazalarının yaradılması və
virtual xidmət: metodik tövsiyə /tərt. ed. S.Salamlı; ixt. red.
və bur. məs. K.Tahirov; red. A.Abdullayeva; M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanası.- Bakı, 2012.- 46 s.
© M.F.Axundzadə adına Milli Kitabxana, 2012
3
GİRİŞ
Müasir şəraitdə kitabxanalar informasiyalaşdırılmış və-
təndaş cəmiyyəti quruculuğunun sosial sifarişi əsasında forma-
laşmaqdadır. Bu sosial sifariş dövlətin və cəmiyyətin qayğısı
ilə, yeni kitabxana-informasiya texnologiyalarına yiyələnmiş,
azad dünyagörüşlü, təşəbbüskar kitabxanaçıların gərgin əməyi
nəticəsində yerinə yetirilir.
İnsan fəaliyyətinin əsas məhsullarından sayılan infor-
masiya qloballaşaraq təlabatçıların başlıca axtarış və mənbə
mərkəzinə çevrilmişdir. XXI əsrin əvvəllərindən başlayaraq cə-
miyyətin sürətlə inkişaf etməsi, kitabxanaları yeni informasiya
texnologiyalarından, kompyuterləşmiş iş vasitələrindən, dur-
madan artan informasiya ötürücülərindən, operativ kommuni-
kasiya şəbəkələrindən maksimal səviyyədə istifadəsini zəruri
edir. Kitabxanalar öz oxucularını bütün məlumatları müasir
üsullarla qavramağa istiqamətləndirir.
Ənənəvi kitabxanaların inkişaf perspektivlərini müasir
kitabxanaların iş prinsipləri ilə müqayisə etdikdə məlum olur
ki, əvvəllər kitabxanalar yalnız sənəd kütləsinin toplandığı yer
kimi xarakterizə olunurdu. İndi isə kitabxanaların funksiyaları
xeyli artmış, yeni istiqamət almışdır. Artıq müasir kitabxanala-
rın iş meyarlarını səciyyələndirən amillərə müasir avtomatlaş-
dırma vasitələrindən istifadə etmək kimi proseslər daxil olmuşdur.
Təqdim olunan vəsaitdə kitabxana proseslərinin kompyu-
terləşdirilməsinin əsas istiqamətlərindən: kitabxanaların ənənə-
vi proseslərinin kompyuterləşdirilməsindən, elektron katalo-
qun, elektron kitabxanaların yaradılmasından, kitabxanalarda
elektron sənəd mübadiləsi xidmətinin təşkilindən, korporativ
kitabxana-informasiya şəbəkələrinin yaradılmasından, elektron
məlumat bazalarının hazırlanması və oxucuların informasiya
təminatının ödənilməsində bu məlumat bazalarından istifadə və
virtual xidmətin təşkilindən bəhs edilir. Vəsaitin sonunda bu
4
mövzu üzrə tövsiyə olunan ədəbiyyat siyahısı da təqdim edil-
mişdir.
Vəsait respublikanın kütləvi və ixtisaslaşdırılmış kitab-
xanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və mütəxəs-
sislər üçün nəzərdə tutulmuşdur.
Nəşrlə bağlı arzu və rəylərini bildirəcək hər bir mütəxəs-
sisə və oxucuya əvvəlcədən minnətdarlığımızı bildiririk.
Ünvan: AZ-1000 Bakı şəh., Хaqani küç. 29
Е-mail:
contact@anl.az
5
Kitabxana proseslərinin kompyuterləşdirilməsinin
əsas istiqamətləri
Müasir dövrdə
kitabxanaların üzərinə
informasiya
sənayesinin inkişaf prosesinə birmənalı şəkildə təsir və inteqra-
siya edərək ənənəvi məlumat məhsulları ilə bərabər avtomat-
laşdırılmış kitabxana-informasiya sistemlərinin tətbiqindən
bəhrələnib müasir məzmunlu məlumatların əldə edilməsi, qoru-
nması və ötürülməsi kimi vəzifələr düşür.
Bu gün cəmiyyətdə baş verən demokratikləşmə, sosial,
iqtisadi, elmi-mədəni inkişaf, qloballaşma meylləri kitab-
xanaların kompyuterləşməsini tələb edir Kitabxananın öz işin-
də qazanacağı uğurlar kompyuterin imkanlarından, internet
texnologiyasından, avtomatlaşdırmadan nə səviyyədə istifadə
edilməsindən asılıdır. Kitabxana işinin keçmiş ənənələri müasir
üsullarla bu gün də davam etdirilməlidir. Lakin müasir dövrün
tələblərinə uyğun olaraq kitabxanalarda elektron kataloqun,
elektron kitabxananın təşkili, məlumat bazalarının yaradılması,
oxuculara yeni virtual xidmətin təqdim edilməsi kitabxanaların
qarşısında duran prioritet məsələlərdəndir. Kitabxanaların kom-
pyuterləşdirilməsi, yeni kitabxana-informasiya texnologiyaları-
nın yaranması və onların kitabxanalarda tətbiqi kitabxanaların
xidmət sisteminin (oxu zallarının və abonoment şöbələrinin)
yüksək inkişaf səviyyəsini təmin edir.
Müasir şəraitdə şəhər, rayon kitabxanaları öz oxu zal-
larında və abonement şöbələrində kitab, kartoçka və kartote-
kalarla işləməklə yanaşı, həmçinin ən müasir informasiya-
kommunikasiya texnologiyalarından istifadə edərək ənənəvi iş
üsullarının keyfiyyətini yüksəldəcək, internet informasiya
resursları, elektron kataloq və elektron kitabxana, elektron
məlumat bazaları yaradacaq, elmi kommunikasiyaların inkişa-
fına təkan verəcəkdir.
Bu sahədə ilkin görüləcək iş kitabxanaların ən yeni
kompyuter – telekommunikasiya texnikası ilə təchiz olunması,