Ərli qadının vətəndaşlığı haqqında konvensiya



Yüklə 49 Kb.
tarix19.10.2018
ölçüsü49 Kb.
#74742

Ərli qadının vətəndaşlığı haqqında konvensiya


Baş məclisin 29 yanvar 1957-ci il 104()saylı qətnaməsi ilə imzalanmaq və təsdiq edilmək üçün açıqdır

QÜVVƏYƏ MİNMƏSİ: 6-cı maddəyə müvafiq olaraq 11 avqust 1958-ci il

Sazişə gələn dövlətlər
Vətəndaşlığa dair hüquq və praktikadakı kolliziyaların qadınların nigaha daxil olması, nigahının pozulması və nigah ittifaqı mövcud olduğu dövürdə ərin vətəndaşlığını dəyişməsinə görə vətəndaşlığını itirməsi, yaxud vətəndaşlıq əldə etməst haqqında çıxarılan qərarların nəticəsi kimi meydana gəldiyini n ə z ə r d ə t u t a r a q,
Birləşmiş Millətlər təşkilatı Baş Məclisinin İnsan hüquqları haqqında ümumi bəyannaməsinin 15-ci maddəsində «hər bir insanın vətəndaşlıq hüququ olduğunun» və «heç kəsin zorakarlıqla vətəndaşlığından, yaxud vətəndaşlığını dəyişdirmək hüququndan məhrum edilə bilməz»liyinin göstərildiyini n ə z ə r d ə t u t a r a q,
Cinsindən asılı olmayaraq hamı üçün insan hüquqlarına və əsas azadlıqlara hamılıqla hörmət edilməsinə və riayət olunmasına yardım göstərmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq etəmək i s t ə y ə r ə k,
Bununla aşağıdakılar barəsində razılığa gəldilər:

Maddə 1

Sazişə gələn hər bir dövlət razılaşır ki, onun vətəndaşlarından hər hansı birinin nə əcnəbi ilə nigaha daxil olması, nə nigahının pozulması, nə də nigah ittifaqı mövcud olduğu dövrdə ərin vətəndaşlığını dəyişməsi arvadın vətəndaşlığında avtomatik əksini tapmamalıdır.



Maddə 2

Sazişə gələ hər bir dövlət razılaşır ki, nə onun hər hansı bir vətəndaşının könüllü surətdə hansısa dövlətin vətəndaşlığını qəbul etməsi, nə öz vətəndaşlığından hansısa birinin vətəndaşlığından imtina etməsi bu vətəndaşın arvadının öz vətəndaşlığını saxlamasına Mane olmamalıdır.



Maddə 3

1.Sazişə gələ hər bir dövlət razılaşır ki, onun hər hansı bir vətəndaşının arvadı olan əcnəbi, öz xahişi ilə, xüsusi asanlaşdırılmış naturalizasiya qaydasında ərinin vətəndaşlığını qəbul edə bilər. Belə vətəndaşlıq dövlət təhlükəsizliyinin və kütləvi asayişin mənafeyi xatirinə qoyulmuş məhdudiyyət obyekti ola bilər.


2. Sazişə gələn hər bir dövlət razılaşır ki, bu Konvensiya onun hər hansı bir vətəndaşının arvadı olan əcnəbinin hüquqi əsasda, yaxud öz xahişi ilə ərinin vətəndaşlığını qəbul etməsinəicazə verən hər hansı qanunvericiliyə və ya məhkəmə praktikasına toxunan şəkildə yozulmamalıdır.

Maddə 4

1. Bu Konvensiya Birləşmiş Millətlər təşkilatının üzv dövlətlərindən hər hansı birinin, həmçinin Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış idarələrindən hər hansı birinin üzvü olan və ya gələcəkdə üzvü olacaq, yaxud Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin dəvət göndərəcəyi hər hansı bir dövlətin adından imzalamaq və təsdiq edimək üçün açıqdır.


2. Bu Konvensiya təsdiq edilməlidir və təsdiqetmə fərmanları saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.

Maddə 5

1. Bu Konvensiya 4-cü maddənin 1-ci bəndində xatırlanan bütün dövlətlərin ona qoşulması üçün açıqdır.


2. Qoşulma bu haqda fərmanın saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilməsi ilə yerinə yetirilir.

Maddə 6

1. Bu Konvensiya altıncı təsdiqetmə fərmanı və ya qoşulma haqqında fərman saxlanmağa təhvil verilən gündən sonra doqsanıncı gün qüvvəyə minir.


2. Bu Konvensiyanı altıncı təsdiqetmə fərmanı və ya qoşulma haqqında fərman saxlanmağa təhvil veriləndən sonra təsdiq etmiş, yaxud ona qoşulmuş hər bir dövlət üçün Konvensiya həmin dövlət öz təsdiqetmə, yaxud qoşulmaq haqqında fərmanı saxlanmağa təhvil verən gündən sonra doxsanıncı gün qüvvəyə minir.

Maddə 7

1. Bu Konvensiya sazişə gələn dövlətlərdən hər hansı birinin xarici əlaqələri üçün məsuliyyət daşıdığı metropoliyaya daxil olmayan, bütün özünü idarə etməyən, qəyyumluq altında olan, müstəmləkə ərazilərinə və digər ərazilərə tətbiq edilir; sazişə gələn müvafiq dövlət bu maddənin 2-ci bəndininqərarlarına riayətolunmaq şərti ilə imzalama, təsdiqetmə və ya qoşulma nəticəsində bu Konvensiyanın metropoliyaya daxil olmayan hansı ərazilərə ipso fakto tətbiq edildiyini elan edir.


2. Vətəndaşlığa aid məsələdə metropoliyaya daxil olmayan hər hansı bir ərazi ilə metropoliya ərazisi arasında vəhdət olmadığı və həm dəsazişə gələn dövlətin və ya metropoliyaya daxil olmayan müvafiq ərazinin konstitusiya qanunlarına, yaxud praktikasına əsasən bu Konvensiyanını həmin əraziyə tətbiq edilməsi üçün sonuncunun əvvəlcədən razılığını almaq tələb olunduğu hallarda sazişə gələn dövlət həmin sazişə gələn dövlətin konvensiyanı imzaladığı gündənsonra on iki ay ərzində metropoliyaya daxil olmayan bu ərazinin lazımi razılığını almaq üçün tədbirlər görmlidir. Bu razılıq alındıqda isə həmin sazişə gələn dövlət onu Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildirir. Bu Konvensiya həmin bildirişdə göstərilən ərazidə və ya ərazilərdə Baş katib onu aldığı gündən qyvvəyə minir.
3. Bu maddənin 2-ci bəndində göstərilən on iki aylıq müddət bitdikdən sonra sazişə gələ müvafiq dövlət beynəlxalq əlaqələri üçün məsuliyyət daşıdığı metropoliyaya daxil olmayan və bu Konvensiyanın tətbiqinə razılığı alınmayan ərazilərlə məsləhətləşmələrinin nəticələri barədə Baş katibə məlumat verir.

Maddə 8

1. Hər bir dövlət imzalanma, təsdiqetmə və ya qoşulma zamanı bu Konvensiyanın 1-ci və 2-ci maddələrindən başqa, bütün maddələrinə qeyd-şərt irəli sürə bilər.


2. Hər hansı bir dövlət bu maddənin 1-ci bəndinə müvafiq olaraq qeyd-şərt irəli sürərsə, bu qeyd-şərt onu etmiş dövlətlə bu konvensiyanın digər iştirakçıları arasında münasibətlərin – həmin qeyd-şərtin aid olduğu qərar, yaxud qərarlar istisna edilməklə icbari xarakterinə toxunmur. Birləşmiş Millətlər Təşkilatının Baş katibi həmin qeyd-şərtin mətninin bu Konvensiyanın iştirakçıları olan və ya olacaq bütün dövlətlərə bildirir. Bu Konvensiyanın iştirakçısı olan və ya gələcəkdə iştirakçısı olacaq istsnilən dövlət onun özünü həmin qeyd-şərti irəli sürmüş dövlətlə bu Konvensiya vasitəsilə bağlı olmaqla razılaşmadığını Baş katibə bildirə bilər. Belə bildiriş Baş katib bu Konvensiyanın iştirakçısı olan dövlətlər barəsində məlumat verdiyi tarixdən hesablanmaqla və sonralar bu Konvesiyanın iştirakçısı olmuş dövlətlər barəsində onların təsdiqetmə fərmanının, yaxud qoşulma haqqında fərmanını depozitə qoyulduğu tarixdən hesablamaqla doxsan gün ərzində edilməlidir. Belə bildiriş edildiyi halda Konvensiya bu bildirişi vermiş dövlətlə qeyd-şərt irəli sürmüş dövlət arasında qüvvədə olmayacaqdır.
3. Bu maddənini 1-ci bəndinə müvafiq olaraq, qeyd-şərt irəli sürmüş hər bir dövlət həmin qeyd-şərt qəbul edildikdən sonra onu Baş katibin adına bildirişlə istənilən vaxt tamamilə və ya qismən geri götürə bilər. Belə bildiriş alındığı gündən qüvvəyə minir.

Maddə 9

1. Sazişə gələ istənilən dövlət bu Konvensiyanı Birləşmiş Millətlər Təşkilatı Baş katibinin adına yazılı bəyanatla denonsasiya edə bilər. Denonsasiya Baş katib bu bildirişi aldığı gündən bir il sonra qüvvəyə minir.


2. Bu Konvensiya denonsasiyanını qüvvəyə minməsi nəticəsində bu Konvensiyanın iştirakçılarının sayı altıdan az olduğu gün qüvvəsini itirir.

Maddə 10

Sazişə gələn iki yaxud daha çox dövlət arasında bu Konvensiyanın yozulması və ya tətbiqinə dair danışıqlar yolu ilə həll edilməyən mübahisə, tərəflər başqa həll üsulu barədə razılığa gəlmədikdə, mübahisə edən tərəflərdən hər hansı biri tərəfindən həll edilmək üçün Beynəlxalq Məhkəməyə verilir.



Maddə 11

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərinə, həmçinin onun Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndində xatırlanan üzvü olmayan dövlətlərə aşağıdakılar barədə xəbər verir:

A) 4-cü maddəyəmüvafiq olaraq imzalamalar və təsdiqetmə fərmanlarının alınması;
B) 5-ci maddəyə müvafiq olaraq qoşulma haqqında fərmanların alınması;
C) 6-cı maddəyə müvafiq olaraq bu Konvensiyanın qüvvəyə mindiyi gün;
D) 8-ci maddəyə müvafiq olaraq alınmış bildirişlər;
E) 9-cu maddənin 1-ci bəndinə müvafiq olaraq, denonsasiyalara dair alınmış biodirişlər;
F) 9=cu maddənin 2-ci bəndinə müvafiq olaraq, Konvensiyanın qüvvədən düşməsi.

Maddə 12

Bu Konvensiyanın ingilis, ispan, çin, rus və fransız dillərindəki eyni qüvvəyə malik olan mətnləri saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının arxivinə verilir.



Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın təsdiq edilmiş surətlərini Birləşmiş Millətlər Təşkilatının bütün üzv-dövlətlərinə, həmçinin onun 4-cü maddənin 1-ci bəndində xatırlanan üzvü olmayan dövlətlərə göndərir.
Yüklə 49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə