Etimologiya



Yüklə 29,24 Kb.
səhifə1/2
tarix17.04.2023
ölçüsü29,24 Kb.
#105925
  1   2
az avar


Avarlar (Qafqaz avarları) (avar. аварал, магІарулал) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Qafqaz xalqlarından biri . Həmçinin, Rusiyanın Çeçenistan, Kalmıkiya və digər federasiya subyektlərində məskunlaşmışlar. Azərbaycanda əsasən Balakən və Zaqatala rayonlarında yaşayırlar.
Etimologiya
Bir çox mənbələrdə eyni zamanda Qafqaz Avarları olaraq anlandırılır. Özlərini "магIарулал" olaraq adlandırırlar. Mənası "dağların xalqı", "dağlılar" deməkdir. Avar dili Şimali Qafqaz (Nax-Dağıstan) dil ailəsinin Yeni Qol (Avar-Andi-Tsez) dil qrupuna aiddir. 14 ləhcədə danışılır. Ən çox yayılmış ləhcə elə Avar ləhcəsidir. Millətin adı da məhz bu ləhcədən götürülmüşdür.
Çox zaman Qafqaz avar xalqıni qədim türk soylu avarlarla səhv salırlar, Qədim, yəni türk kimi qəbul olunan avarlardır. Onlara bəzi ədəbiyyatlarda əsl avarlar da deyirlər. 555-ci ildə Göytürklər tərəfindən qərbə sürgün olunmuşlar. Sürgün zamanı isə onlara bir çox millətdən insanlar qoşulmuşdur. Avarlar Avropaya çatan zaman artıq avar xalq anlamını itirmişdir. Avar ordusunda olan hər bir hun, xəzər, monqol hamısı avar adlandırılmışdır. Bu xalqların böyük qismi qıyıqgözlü idi. Tarixçi Walter Pohl avarları uzun müddət araşdırdıqdan sonra bu fikrə gəlmişdir: Avarlar çox böyük tarixə məxsusdurlar və Göytürk tabeliyində yaşamaq istəməyən xalqların qarışmasından yaranmışlar.
Avar Xaqanlığı
562-ci ildə qurulmuşdur. Hökmdarları olan Bayan Xaqan çox güclü döyüşçü və rəhbər idi. O türklərlə birləşərək german, slavyan, bizans və frank torpaqlarına yürüşlər təşkil etmişlər. 586-cı ilə kimi Karpatın hamısını, Balkanların da yarısından çoxunu ələ keçirmişlər, lakin onlar İstanbulu da fəth etmək istəyirdilər, Ancaq dəniz donanmaları olmadıqlarına görə bu istəkləri baş tutmamışdır. Avar Xaqanları işğal olunmuş torpaqlarda möhkəmlənmək əvəzinə yeni-yeni ərazilərin alınmasına çalışırdılar. Onlar ilk növbədə frankların ən təhlükəli düşmənləri idilər. 8-ci əsrin sonlarına yaxın franklar qonşu tayfalarla birləşərək avarlar üzərinə hücuma keçmişlər və onları ağır məğlubiyyətə uğratmışlar. 803–804-cü illərdə isə bütün Avar torpaqları Bulqarlar tərəfindən alınmışdır və bu Avar Xaqanlığının sonu olmuşdur.
Məskunlaşma
Azərbaycanda avarlar əsasən Balakən rayonunun Qabaqçöl qəsəbəsində[4], Mahamalar[4], Mazımqara[4] Katex kəndlərində, Zaqatala rayonunun Danaçı(Dinçi)Uzuntala, Ziliban[5], Mazıx[5], Car[5], Axaxdərə kəndlərində yaşayırlar. Yuxarı Çardaxlar Aşağı Çardaxlar

Yüklə 29,24 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə