Eynəlxalq mal birjası daim fəaliyyətdə olan bazarm xüsusi növüdür. Burada



Yüklə 40,99 Kb.
tarix27.12.2023
ölçüsü40,99 Kb.
#162788
hərac


eynəlxalq mal birjası daim fəaliyyətdə olan bazarm xüsusi növüdür. Burada
keyfıyyətcə həmcins və qarşılıqlı əvəz edilən xammal və ərzaq mallarının iri partiyalarda
alqı- satqı razılaşmaları tamamlanıb başa çatdırılır. Bir qayda olaraq birjanm özündə mal
saxlanılmır. Mallar müəyyən standartalara və nümunələrə əsasən almıb- satılır. Malların
alqı- satqı sazişi birtipli birja kontraktları əsasmda bağlanılır. Birjada müəyyən mal
partiyası deyil, birja tərəfmdən müəyyən olunmuş mal markası, çeşidi, tipi, miqdarı əks
etdirilmiş birja kontraktları almıb- satılır. Belə bir sənəd, yəni kontrakt anbar
şəhadətnaməsi ( vəsiqəsi) varrant kimi qəbul edilmişdir. 1998- ci ildə beynəlxalq mal
birjaları əməliyyatları üzrə illik mal dövriyyəsi dörd trilyon dollara qədər təşkil etmişdir.
Bu növ ticarətin predmeti 70 adda maldan ibarətdir ki, bu da ümumilikdə beynəlxalq
ticarət dövriyyəsinin təqribən 30% - nə bərabərdir.
Beynəlxalq birja dövriyyəsinin böyük bir hissəsi (təqribən 1,5 trilyon dolları) fyucers
sazişlərinin ( əməliyyatlarınm) payma düşür. Fyucers sazişləri mal və ya fond birjasmda
kontraktda göstərilən qiymətlə saziş bağlanıldıqdan sonra pulu ödənilməklə səhmin ,
yaxud malın verilməsini nəzərdə tutan saziş növüdür. Fyucers bazarlarmm sayı 150- yə
çatmışdır ki, bunun da 70% - ni kənd təsərrüfatı məhsulları, 30%- ni isə sənaye xammalı
KitabYurdu.az 50
və yarımfabrikatlar təşkil edir. Beynəlxalq mal birjaları mal nomenklaturuna görə
aşağıdakı növlərə ayrılır:
a) universal birjalar;
b) ixtisaslaşmış birjalar;
c) dar ixtisaslaşmış birjalar.
Fəaliyyət dairəsinə, yerinə yetirdiyi funksiyalarma və dünya bazarında roluna görə
onlar beynəlxalq və milli birjalar kimi fərqləndirilir. Beynəlxalq birjalar konkret olaraq
dünya mal bazarmda, milli birjalar isə məmləkətdaxili bazarlarda xidmət göstərirlər.
Hazırda fəaliyyətdə olan birjalar bunlardır: ABŞ - da Çikaqo və Nyu- York
şəhərlərində yerləşən birjalar, İngiltərədə London fyucers və opsion birjası, london metal
birjası, yaponiyada dünya bazarmda tədavül edən bütün mallarla razılaşmaları başa
çatdıran birjalar. Həmçinin, Vanipet Paris, Sidney, Sinqapur, süyanqan şəhərlərində də
birjalar fəaliyyət göstərir.
Birjalarda əsasən iki növdə sazişlər bağlanır:
a) real mallar üzrə sazişlər ( Forvard)
b) müddətli (Fyuçers)
Real mal üzrə sazişlər - bu növ sazişlər onunla tamamlanır ki, faktiki olaraq mal
satıcıdan alıcının sərəncamma keçir. Daha doğrusu hər hansı bir anbarda real malın
təhvil- təslimi başa çatır. Real malm satıcısı həmin malı kontraktda müəyyən edilmiş
müddətdə birja komiteti tərəfındən təsdiq olunmuş anbarlarm birinə göndərir. O varrantı
öz bankında saxlayır və malgöndərmə vaxtı gəldikdə varrantı anbarda saxlanılan malm
dəyərini və onun sığorta dəyərini ödəmək şərtilə alıcıya verir. Alıcı varrantıalanda
əvəzində satıcıya malm dəyərini göstərən çek təqdim edir.
Müddətli ( Fyuçers) sazişi. Real mal sazişindən fərqli olaraq , tərəflərin real malı
göndərmək və yaxud qəbul etmək ( kontraktda şərtləndirilmiş müddət ərzində) öhdəliyi
deyil, mala olan alqı- satqı hüququnu ( saziş vərəqəsinin rəsmini) nəzərdə tutur. Fyuçers
sazişi ancaq həmin birja tərəfındən müəyyən edilmiş bir malın ( mal
qrupunun)standartına uyğun bağlanıla bilər.
KitabYurdu.az 51
Birjada saziş bağlanılarkən aşağıdakı məqsədlər əsas tutulur: / . Real malın alqı-
satqısı. Bu saziş malm satıcıdan son alıcıya keçməsilə tamamlanır. Yəni istehsalçılar
istehlakçıya mal satır və digəri isə özündən əvvəlkindən satm alır.
2. Möhtəkirlik əməliyyatları. Bu əməliyyatlar birja kontraktlarınm alqı-satqısmdan hasil
olunan mənfəətin əldə edilməsilə bağlanır. Mənfəət isə kontrakt bağlandığı anda həmin
kontraktda müəyyənləşdirilmiş qiymətlə onun realizə olunduğu andakı qiymət arasmdakı
fərq kimi göstərilir. Bu fərq tərəflərin hansımn xeyrinədirsə, o da həmin fərqi
mənimsəyir.
Möhtəkir birja oyunlarının ən sadə üsulu qiymətin qaldırılması, yaxud aşağı
salmması oyunudur. Bu oyunun məğzi ondan ibarətdir ki, birja kontraktlarmı aiıb
sonradan onları yüksək qiymətə satmaq, yaxud da sonradan qiymətin aşağı düşməsini
hiss edərək, onları dərhal satmaq məqsədi düşünürlər.
Beynəlxalq təcrübədə beynəlxalq birjalarda qiymətin qaldırılması əməliyyatı ilə
oynayan möhtəkirlər " Öküzlər" ( bulls), qiymətlərin aşağı salmması ilə oynayan
möhtəkirlər isə " ayılar" ( bears) adlanırlar.
3. Sığorta əməliyyatları. Fyuçers sazişləri adətən real mala saziş bağlanarkən bazar
qiymətlərinin dəyişməsi nəticəsində itkilər baş verəcəyi hallardan sığorta olunması üçün
istifadə olunur. Sığorta əməliyyatınm mahiyyəti ondan ibarətdir ki, birjada, yaxud ondan
kənarda gələcəkdə real malı göndərməklə eyni zamanda müddətli birjada əks
əməliyyatlar keçirilir, yəni uzun müddətdə və həmin miqdarda mala fyuçers kontraktı
satın almır. Sonradan göndərmək şərti ilə real mal alan fırma eyni zamanda birjada
fyuçers kontraktmı satır. Sığorta əməliyyatlarmm satış, satmalma , risk üzrə sığorta
formaları vardır.
a) Satış üzrə sığorta. Bu real malın göndərilməsi anmda qiymətlərin aşağı düşməsi
riskindən sığorta olunması məqsədilə eyni miqdarda real mail satm alarkən müddətli
birjada fyuçers kontraktmm satışıdır.
b) Risk sığortası. Bir qayda olaraq uzun müddət üçün nəzərdə tutulur. Tutaq ki, neft
şirkəti boru kəməri alır . Borunun göndərilməsi 6 ay müddətinə müəyyənləşdirilir.
Kontrakt bağlanarkən hər bir borunun qiyməti 450 dollardır, 6 aydan sonra real boru
göndərilərkən onun qiyməti 470 dollardır. Onda şirkət əvvəlcədən satm aldığı hər bir
KitabYurdu.az 52
fyuçersi yeni məzənnəyə uyğun 470 dollara sataraq özünü sığorta etməklə riski aradan
qaldırır, itkiyə yol vermir.
Mal birjalarmm təşkilatı quruluşu və funksiyaları.
Təşkilatı prinsipinə görə birj alarm iki tipi vardır: kütləvi - hüquqi və xüsusi -hüquqi
xarakterli mal birjaları.
Kütləvi - hüquqi birjalar. Bu birjalar dövlətin nəzarəti altmda olur və birjalar
haqqmda qanun əsasında təşkil olunur. Ayrıca bir məkanda ticarət reystirinə salınmış və
müəyyən həcmdə mal dövriyyəsi olan sahibkar bu birjanm
üzvü ola bilər. Bu növ birjalardan Avropanın Fransa, Belçika,. Hollandiya ölkələrində
geniş istifadə edilir.
Xüsusi- hüquqi xarakteri olan birjalar. Bu tipli birjalara taxıl, pambıq, kauçuk,
əlvan metal üzrə İngiltərə və Amerika birjaları aiddir. Belə birjalarm məhdud sayda
üzvləri olur. Birjanm nizamnaməsində göstərilir ki, onun əsas kapitalı müəyyən sayda
paylara, yaxud birja sertifikatları deyilən sertifıkatlara bölünür. Birjamn hər bir üzvü
birja otağında saziş bağlamağa hüquq verən belə bir sertifikatm sahibi olmalıdır. Birja
üzvü olmayan şəxslər ancaq birja üzvü olan brokerlər vasitəsilə saziş bağlaya bilərlər.
Vaxtaşırı birja sesiyaları keçirilir. Bu sesiyalarda ancaq birja üzvlərindən və yaxud
klerklərdən biri sədrlik edə bilər. Birja üzvləri həmin alqı- satqı sazişlərini həm öz
hesabma , həm də muzd almaq şərtilə broker sifətində bağlayırlar.
Birja əməliyyatlarının həyata keçirilməsi texnikası.
Birja əməliyyatlarının həyata keçirilməsi texnikasıaşağıdakı kimi səciyyələnir. Saziş
bağlamaq hüququna malik birja üzvləri ( birja brokerləri) öz müştərilərindən birja
sazişlərinin həyata keçirilməsi üçün tapşırıq alır. Sifariş əvəzi bu tapşırıq 3 əsas
göstəricidən ibarətdir:
a) malm miqdarı;
b) göndərilmə müddəti;
c) malm qiyməti.
KitabYurdu.az 53
Bəzi tapşırıqlarda əlavə olaraq əməliyyatın hansı qiymətə yerinə yetirilməsini göstərən
qiymət limiti də andırılır, digərlərində isə sazişin hal- hazırda bazarda qüvvədə olan ən
əlverişli qiymətlərlə başa çatdırılması qeyd olunur.
Birja əməliyyatlarının keçirilməsi texnikası birja ticarətində müxtəlif məkanlarda
olan şəxslərin iştirakına imkan verir, birja iclasının iştirakçılarma isə digər birj alarm
kotirovkalarınm, bütün ölkələrdə məhsul növlərinin, ticarət- siyasi şəraitin dəyişməsinin
və həmin birjada mallarm qiymətlərinə təsir göstərə biləcək bir çox digər amillərin nəzərə
alınmasma imkan verir.
Birja ticarətinin inkişaf meylləri.
XX əsrin sonımda beynəlxalq birja ticarəti bir çox istiqamətlərdə dəyişikliklər
keçirdi və yeni keyfiyyətli nəticələr əldə etdi. Bu gün beynəlxalq birja ticarətinin
dinamikasmı və strukturunu şərtləndirən amillər aşağıdakılarla şərtləndirilir:
- elmi- texniki tərəqqinin inkişafı;
- konkret dünya mal bazarmda tələb və təklifin nisbətinin dinamikası;
- əvəzedici mallar tətbiqinin daim artması və getdikcə yeni birja mallarmın meydana
gəlməsi;
- Avropa Birliyinin vahid kənd təsərrüfatı siyasətinə uyğun olaraq ərzaq və xammal
bazarlarmm tənziminin genişlənməsi, buna daha geniş mal dairəsinə aid edilməsi və s.
- 5 . Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı
formaları.
- Beynəlxalq hərrac bazarının müəyyən yerlərində fəaliyyətdə bulunan əlahiddə təşkil
olunmuş ticarət qurumudur. Burada öncədən müəyyən edilmiş vaxtda və xüsusi təyin
edimiş məkanda qabaqcadan alıcılar tərəfindən baxılıb, yoxlanılmış və təklif olunmuş
antikvar mallar ən yüksək qiymətlərlə satılır. Bu halda satılan həmin mal alıcmın
mülkiyyətinə keçir. Hərraclarda ancaq fərdi və nadir xüsusiyyətlər malik olan mallar
satıhr. Elə buna görə də hərrac malları hərraca qoyulan anadək alıcı tərəfırndən müayinə
edilib yoxlanılır , yaxud dequstasiya olunur. Mal satıldıqdan sonra və hərrac təşkilatçıları,
nə də mail satm alanlar malm keyfıyyətinə heç bir iddia qaldıra bilməzlər.
-
KitabYurdu.az 54
-
- Hərrac ticarətinin əsas mərkəzləri.
- Hərrac ticarətində əsas predmetlər aşağıdakılardan ibarətdir: xəz- dəri malları, yuyulub
təmizlənmiş yun, qıl, çay, tütün, tərəvəz, meyvə, balıq, tropik mənşəli taxta - şalban, mal
- qara ( əsasən a t ) , xəz, yuyulmuş yun və s. mallar hərrac mal satışmm ən mühüm
formasıdır. Məsələn, ABŞ- da, Kanadada beynəlxalq hərracda satdıqları mallarm 70% - i
xəz- dəri mallarmm payma düşür. Bu Belçikada 90 %,
İsveçrədə və Norveçdə isə 95% təşkil edir. Beynəlxalq hərraclar vasitəsilə dünya
bazarmda satılan çaym 70%, yunun 90- 95% - i Avstraliyanm və yeni Zenlandiyanın
payma düşür.
Müasir şəraitdə hər bir hərrac malının öz mərkəzi yaradılmışdır. Su samuru ( norka)
xəzi üzrə hərrac ticarətinin mərkəzi Nyu- York, Monreal, London, Kopenhagen, Olso,
Stokholm, sankt- Peterburq şəhərləridir. Buraxa dərisi ( Qaragil) üzrə əsas hərrac
mərkəzi London və Sankt- Peterburq sayılır. Hərraclarm keçirilməsi 4 mərhələdən
ibarətdir:
I mərhələ - hərraca hazırlıqdır. Məsələn, xəz- dəri hərracma hazırlıq üç- dörd ay
öncədən başlanır. Öz malmı hərracda realizə etmək arzusunda olan sahibkar onu hərrac
şirkətinin anbarma çatdırır. Şirkətin mütəxəssisləri malı yoxlayır, sortlaşdırır və
eynicinsli keyfiyyət nişanələrinə görə qruplaşdırır. Sonra onlar dəstələrə ayrılır.
Təcrübədə bu " Lot" adlanır. Lota keyfıyyətcə eynicinsli olan mallar seçilir. Belə ki, gön
- dəri nə qədər çox dəyərli olarsa, lotda onun sayı az olur. Məsələn, dələnin lotu bir qayda
olaraq 3000 dəridən ibarətdir, su samurunun 150- 350 dollar, xam buxara dərisi 300- 700
dollar və s. Hər bir lota sıra sayı verilir və həmin hərracm kataloqunda qeydə almır.
Həmin sıra sayı ilə də hərracda satış keçirilir. Alıcılara əyan olsun deyə hər bir hərrac
malm ayrıca sərgisi təşkil olunur. Malın nümayəndələri süsusi salonda , malın özü(
lotlar) isə hərracm anbarında yerləşdirilir. Hərracm keçirilməsi və vaxtı barədə alıcıları
xəbərdar etmək və hazırlıq mərhələsinə aid edilir. Buraya malın miqdarı və çeşidi barədə
məlumat verilir. Keçirilməyə 1,5 - 2 ay qalmış mətbuatda reklam elanları verilir.
II mərhələ - hərracda iştirak edəcək alıcıların mallara baxılması prosesinin təşkilindən
ibarətdir. Mallara baxış adətən hərracm ( torqun) açılmasma 1 həftə yaxud 10 gün qalmış
KitabYurdu.az 55
başlanılır. Mallara öncədən baxış , yoxlanma çox vacibdir. Belə ki, hərracın şərtlərinə
görə mal satın almdıqdan sonra alıcı həmin malda hər hansı bir qüsur tapsa belə onun heç
bir iddiası qəbul edilmir.
III mərhələ - hərrac torqudur( satışdır). Hərrac torqu amfıteatr şəkilində olan xüsusi
hərrac salonunda keçirilir. Alıcılardan bir qədər hündür yerləşdirilmiş masa arxasmda
hərracın rəyasət heyəti və onun alıcılarm davranışma , əhvalma göz
qoyan köməkçiləri əyləşir. Masa arxasmda lövhədə alıcıların gözləri önündə təklif olunan
lotlarm( malların) sıra sayı işıqlandırılır. Hərrac bu qayda ilə keçirilir: hərracçı növbəti
mail elan edir və bununla birlikdə tabloda onun sıra sayı işıqlandırılır və onun ilkin
qiyməti bildirilir. Əgər alıcılardan heç biri razılığmı bildirmirsə, o, yəni hərracm qiyməti
o vaxtadək ardıcıl aşağı salır ki, alıcılardan biri " alıram" razılığmı bildirsin. Əgər bir
neçə alıcı birdən " alıram" işarəsini bildirsə, hərracçı malın qiymətini qaldırır və yenidən
torq başlayır. Alıcılar qrup halmda razılıq verdikcə hərracçı axıra bir alıcı qalanadək
qiyməti qaldırır. Elə ki, axıra bir alıcı qalıb öz razılığını bildirdikdə hərracçmm üç dəfə "
kim çox verər" elanı bəyan edir. Sonra səs çıxmazasa torq təmiz tamamlanır. Qiymətin
qaldırılması dərəcəsi isə standartdır.
IV mərhələ - hərrac razılaşmalarmm rəsmiləşdirilməsi və malm alıcıya təhvil
verilməsidir. Hərracın inzibatçısı ya hərracın gedişatı prosesində , ya da sabahı gün satın
alınmış malın kontraktmı yeni mal sahibinə təqdim edir. Kontrakt alıcı tərəfmdən də
imzalanır. Kontraktda hesabm kimin adma yazılmalı, hara və hansı nəqliyyat növü ilə
göndərilməsi qeyd edilir. Alıcı kontrakta imza atdıqdan sonra bir nüxsəni özündə
saxlamaqla digərini hərracm kontoruna qaytarır. Hərracda satılan malın dəyəri hissə -
hissə ödənilə bilər. Onun 30 - 40 %- ni kontrakt imzalandığı vaxtda ödənilir, qalan
hissəsi isə malı təhvil aldıqda ödəyir.
Beynəlxalq hərrac ticarətinin təşkilatı formalan.
Hərrac malları ticarətində mallarm və ticarətin xarakterindən asılı olaraq hərrac
ticarətinin müəyyən xüsusiyyətləri vardır. Hərrac fırmaları şərti olaraq 3 ixtisaslaşmış
qrupa ayırmaq olar:
a) ixtisaslaşdırılmış fırmalar;
KitabYurdu.az 56
b) broker - komission fırmalar;
c) koperativləyə, yaxud fermerlər ittifaqma məxsus hərrac fırmaları.
Bunlarm hamısmda ümumi və fərdi xarakterik cəhətlər vardır.
Ixtisaslaşmış firmalar. Bu fırmalarda hərracın təşkili və hərraclarda həm öz
hesabma , həm də komission əsasmda hərrac mallarınm satışı ilə məşğul olurlar.
Ixtisaslaşmış hərrac fırmaları hərraca hazırlıqdan tutmuş onun keçirilməsinədək bütün
nınksiyanı həyata keçirir. Əksər hallarda bunlar hərraca mal verənə ( satıcılara)
verəcəkləri mallar üzrə borc( kredit) də verirlər. Məsələn, xəz- dəri fırmaları ticarət
inhisarçısı kimi bir qayda olaraq öz hesabma satm aldığı xəzi və xəzlik materialı
hərraclarda realizə edirlər. Onlar eyni zamanda komison əsaslarda fırma - istehsalçıya,
fermerlər assosiasiyasma, fermerlər koperativinə məxsus xəz malları satırlar. Hazırda
dünya bazarında ixtisaslaşmış "Qudzon bey" fırmasmm Nyu- Yorkda, Monrealda,
Londonda firmaları olan beynəlxalq şirkətə çevrilmişdir. Xəz - dəri malları hərracı üzrə
ən iri ixtisaslaşmış fırmalardan ( şirkətlərdən ) biri də " Nyu - York okşin K - nik"
firmasıdır. Bu fırma su samuru xəzi üzrə satış hərracı təşkil etmişdir.
Broker - komission firmalar.Bu fırmalar xəz- dəri, yun, çay, tütün və bu kimi hərrac
malları ticarətində geniş inkişaf tapmışlar. Adətən belə fırmalar təşkil etdikləri
hərraclarda öz müştərilərinin tapşırığı ilə onlarm mallarını komission əsaslarda satırlar.
Broker firmaları eyni vaxtda həm satıcmm , həm də alıcmm nümayəndəsi kimi iştirak
edə bilərlər. Belə halda o, yəni fırma hər ikisindən -satıcıdan və alıcıdan muzd ala bilər.
Bu halda satıcı alıcmı və əksinə tanımya bilər. Bunlara Londonda hərrac ticarəti təşkil
edən broker şirkəti " İstvud end Xoltlid" , Avstriyada və Yeni Zenlandiyada yun
hərracımn 90 %- dən çoxu broker-komission firmalarıdır.
Kooperativlərə, yaxud fermer ittifaqlarma məxsus hərrac firmaları.
Bu fırmalar əsasən Skandinaviya ölkələrində geniş yayılmışdır. Həmin bölgənin hər
birində - Danimarkada, Norveçdə, İsveçdə xəz - dəri hərracı ticarətində inhisar
vəziyyətini tutan bir fırma vardır. Danimarka fırması " Denis for seylz" xəzlik heyvan
yetişdirənlər assosiasiyasmın ticarət təşkilatıdır. Bu fırma hərraclar keçirmək üçün
Finlandiya fırması " Finis for seylz" ilə birləşmişdir. Birləşmiş fırma həm Kopenhagendə
KitabYurdu.az 57
, həm Danimarkada, həm də Finlandiyada su samuru ( norka) xəzinin satışmı təşkil edir.
Norveçdə xəz- dəri hərracı " Oslo for
okşn" firması təşkil edir. O təqribən 6,5 min fermerdən qəbul edilən xəzin satışı ilə
məşğul olur.
7.Beynəlxalq torqlar. Beynəlx
Yüklə 40,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə