Fakültə: Qaz Neft Mədən İxtisas: Neft qaz mühəndisliyi Fənn: Mövzü: Fənn müəllimi: tex elml Yusif Ələkbərov Tələbə: Elçin Hüseynov



Yüklə 0,69 Mb.
tarix31.12.2021
ölçüsü0,69 Mb.
#82037
idarə olunması

Fakültə: Qaz Neft Mədən İxtisas: Neft qaz mühəndisliyi Qrup: Magistr\Qr:A2231 Tələbə: Elçin Hüseynov Fənn müəllimi: t.e.n,dosent Yusif Ələkbərov Fənn:Dəniz neft,qaz və qazkondensat yataqlarının işlənməsinin təhlili,nəzarəti və idarə olunması Mövzü:Neft qaz yataqlarının idarə olunması


NEFT YATAQLARININ İŞLƏNMƏ SİSTEMİNİN LAYİHƏLƏNDİRİLMƏSİNDƏ APARILAN İQTİSADİ HESABLAMALAR

İşlənmə sistemini layihələndirdikdə aşağıdakı texniki-iqtisadi məsələlər həll olunmalıdır:
  • Neft yatağının işlənməsini layihələndirmək üçün plan tapşırığının əsaslandırılması. Bunun üçün plan tapşırığının yaxın 5-10 il ərzində illik neft hasilatının miqdarı müəyyən edilməlidir;
  • İşlənmə variantlarının iqtisadi göstəricilərinin hesablanma qaydası və üsulu. İşlənmə variantlarının iqtisadi göstəricilərinin hesablanma qaydası, əmək sərfinin və xərclərin əsas işlənmə elementlərindən asılılığını aşkar etməkdən ibarətdir.İqtisadi hesablamalarda əmək məhsuldarlığı, kapital qoyuluşunun effektliliyi və neftin maya dəyəri variantlar üzrə hesablanır;
  • Ən yaxşı işlənmə variantının seçilməsinin əsaslandırılması. Bu məsələni həll etmək üçün nəzərdə tutulan variantların texniki-iqtisadi göstəriciləri müqayisə edilməlidir.
  • Dəqiqləşdirilmiş layihənin iqtisadi göstəricilərinin hesablanması (lay sınaq məqsədi ilə istismar edildikdən sonra).
  • Müxtəlif işlənmə variantlarının əmək məhsuldarlığı, kapital qoyuluşu, istismar xərcləri və neftin maya dəyəri kimi iqtisadi göstəriciləri hesablanır.

  • Əmək məhsuldarlığı

    Əməyin məhsuldarlığını müəyyən etmək üçün əmək sərfinin hesablanması lazım gəlir. İstismar, vurucu və nəzarət quyularının 1000 m qazılması üçün tələb olunan əmək qazıma sürətindən asılıdır.


  • 1000 m qazımanın əmək tələbatı ilə kommersiya sürəti arasındakı asılılıq aşağıdakı empirik ifadə ilə verilir:



y= 21850 Ck-1.2

burada y — il ərzində 1000 m qazmaya lazım olan fəhlələrin sayı, adam-il ilə;

Ck — qazmanın kommersiya sürətidir, m/dəzgah∙il ilə.

Kapital qoyuluşunun təyini



Kapilat qoyuluşu aşağıdakı xərclərdən ibarətdir:

1) istismar quyularının qazılması;

2) mədənlərin qurulması;

3) injeksiya quyularının qazılması;

4) sulaşma sisteminin qurulması (bu xərclər əsasən quyuların sayı və yerləşmə sxemi ilə əlaqədardır);

5) köməkçi təsərrüfat müəssisələrinin (elektrik – quraşdırma, avtotraktor və s. idarələr)yaradılması;

6) mənzil və mədəni-məişət tikintiləri;

7) yol tikintiləri;

8) su təchizatı və kanalizasiya

Mədənlərin qurulması üçün kapital qoyuluşu ilə hər quyuya düşən mədən sahəsi arasındakı asılılıq aşağıdakı cədvəldə verilmişdir.



Bir quyuya düşən sahə, ha ilə

Kapital qoyuluşu, min manatla

10

12

15



20

30

40



50

60


250

260


280

300


350

400


450

500


Sulaşdırma sisteminin qurulmasında kapital qoyuluşu aşağıdakı obyektlərin tikilməsinə sərf edilən xərclərdən ibarətdir:

a) su saxlayıcı qurğular;

b) magistral su kəmərləri;

c) su qaldırıcı və su “hazırlayıcı” stansiylar;

d) ayrı-ayrı quyulara çəkilən su kəmərləri;

e) küt nasos stansiyaları.

İstismar xərclərinin və neftin maya dəyərinin hesablanması

Əmək məhsulunun tam dəyəri aşağıdakı qrup xərcləri nəzərə almaqla təyin edilə bilər:


  • Quyuların sayı və aralarındakı məsafədən asılı olaraq qulluq xərcləri:

  • a) istehsal heyətinin əmək haqqı və ictimai sığorta üçün ayrılmış məbləğ (əmək haqqının 8%-i qədər);

    b) quyuların cari təmir xərcləri;

    c) sex xərcləri.

  • Cari neft hasilatından asılı olan xərclər.

  • Bu xərclərə neftin yığılması və saxlanması xərcləri də daxildir.
  • İnjeksiya quyularının sayı və vurulan agentin miqdarından asılı olan xərclər. Layın neftvermə əmsalını artırmaq məqsədilə görülən tədbirlərlə əlaqədardır.
  • Deemulsasiya üçün göndərilən mayenin miqdarından asılı olaraq deemulsasiya və digər xərclər. Neftin maya dəyərini tapmaq üçün cari və amortizasiya xərclərini çıxarılan neftin miqdarına bölmək lazımdır. Hesablamalar bütün işlənmə variantları üçün aparılır.

  • Beləliklə,məlum işlənmə göstəricilərinə görə ən əlverişli variant seçilir.
  • Yataqda istismar quyularının sayından asılı olaraq bir quyu üçün ümumi mədən xərcləri (min man. ilə) hər quyuya düşən sahədən asılıdır.

İŞLƏNMƏ SİSTEMİNİN SXEMLƏŞDİRİLMƏSİ

Neft və qaz mədəninin kəsilişində və ya tektonik qırılmalarla ayrılmış sahəsində müxtəlif sayda məhsuldar laylara rast gəlmək olar. Bu laylar müəyyən prinsiplə qruplaşdırılaraq istismar obyektlərinə (fərdi yataqlara) çevrilirlər. Onların hər biri üçün işlənilmə layihələri tərtib olunur və onlara istinad edərək neft və qaz hasilatına başlanılır. Mədən yalnız bir məhsuldar qatdan ibarətdirsə, onun işlənilmə layihələri sərbəst həyata keçirilir. Lakin, mədənin həcmi üzrə (kəsiliş və sahədə) iki və daha çox məhsuldar lay ayrılmışsa, onda bu mədənin işlənilmə məsələsi iki qoyuluşla həll edilir:

a – fərdi yataqların (istismar obyektlərin) işlənilməsi;

b – mədənin (çoxlaylı yatağın) işlənilməsi.



Qeyd etmək lazımdır ki, hər iki məsələ qarşılıqlı əlaqə formasında həll edilməlidir ki, bu da ümumilikdə mədənin ehtiyatlarından səmərəli istifadəni təmin etməlidir.

Diqqətiniz üçün təşəkkür edirik


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə