Fənnin adı: Rəsmxətt Sərbəst isin mövzusu



Yüklə 6,64 Kb.
tarix22.03.2024
ölçüsü6,64 Kb.
#181767
Aksonometrik proyeksiyalarla həndəsi fiqurlar


Fənnin adı: Rəsmxətt
Sərbəst isin mövzusu: Aksonometrik proyeksiyalarla həndəsi fiqurlar
Təhsilalan: Məmmədova Nuranə
Qrup: Tex 20/03
Sərbəst isin növünün rəhbəri:
Düzbucaqlı proyeksiyalama metodu ilə qurulmuş çertyojlar cismin forma və ölçülərini göstərirsə də, onun əyani forması haqda tam aydınlıq yaratmırlar.
Belə halda cismin əyani təsvirinin qurulmasına ehtiyac yaranır və bu təsvir aksonometrik proyeksiya və sadəcə aksonometriya adlanır. Aksonometriya yunanca axon (akso) – ox və metreo – ölçürəm mənası verən iki sözdən ibarət olub, oxlar üzrə ölçürəm deməkdir.
Koordinat oxları aksonometrik proyeksiya müstəvisinə təhrif olunmuş çəkildə proyeksiyalandığı üçün cismin aksonometrik proyeksiyası da təhrif olunur. X oxu üzrə təhrif əmsalı Kx, Y oxu üzrə Ky, Z oxu üzrə Kz ilə işarə edilir.
Təhrif əmsalının oxlar üzrə eyniliyinə görə aksonometrik proyeksiyalar aşağıdakı növlərə bölünürlər:
İzometrik proyeksiya
Dimetrik proyeksiya
Trimetrik proyeksiya
İzometriya, dimetriya və trimetriya düzbucaqlı və çəpbucaqlı ola bilər. Təcrübədə aksonometrik proyeksiyalardan ən geniş yayılanı düzbucaqlı izometrik və çəpbucaqlı frontal dimetrik proyeksiyalardır.
Düzbucaqlı izometrik aksonometrik proyeksiya.
Düzbucaqlı izometrik proyeksiyada aksonometrik oxlar arasındakı bucaqlar bir-birinə bərabər olub, 120° götürülür. Z oxu şaquli, X və Y oxları isə üfüqi xətlə 30°, 60° və 90° olan çertyoj bucağından istifadə edilir. Düzbucaqlı izometrik proyeksiyada aksonometrik oxlar üzrə təhrif əmsalları Kx = Ky = Kz = 0,82 - yə bərabərdir, lakin qurma işlərinin sadələşdirilməsi məqsədi ilə dövlət standartı tərəfindən bu əmsallar 1-ə bərabər götürülür.
Çəpbucaqlı frontal dimetrik aksonometrik proyeksiya.
Aksonometrik proyeksiyalar əsas iki parametri ilə xarakterizə olunur: aksonometrik oxların istiqaməti və oxlar üzrə təhrif əmsalları.
Çəpbucaqlı frontal dimetrik proyeksiyada X oxu üfüqi, Z oxu şaquli, Y oxu isə üfüqi xəttə nəzərən 45°-li bucaq altında yerləşdirilir. Y oxunun mailliyini sol yaxud sağ istiqamətdə çəkmək olar.
Çəpbucaqlı frontal dimetrik proyeksiyada Y oxunu bucaqları 45°, 45° və 90° olan çertyoj üçbucağından istifadə etməklə çəkmək olar. Çəpbucaq frontal dimetrik proyeksiyada X və Z oxları aksonometrik proyeksiya müstəvisinə paralel olduğu üçün onların təhrif əmsalları Kx=Kz=1-ə bərabərdir.
Əyani təsvirlərin yerinə yetirilməsini sadələşdirmək məqsədi ilə texniki şəkildən istifadə edilir. Çertyoj alətlərindən istifadə etmədən əl ilə gözəyarı çəkilən əyani təsvirə texniki şəkil və texniki rəsm deyilir.
Texniki rəsmlər aksonometrik proyeksiyaların qurulması qaydalarına əsasən yerinə yetirilsə də bir çox sadələşdirmələrə icazə verilir. Onlar gözəyarı çəkildiyi üçün damalı kağızdan istifadə etmək məsləhət görülür.
Həndəsi fiqurların aksonometrik proyeksiyalarının qurulması (prizma, piramida və s.). Prizmanın aksonometrik proyeksiyasının qurulması.
Bunun üçün dördüzlü düz prizmanın ortoqonal proyeksiyalarından istifadə edilir. Çəpbucaqlı frontal dimetriya oxlarından istifadə edərək prizmanı qururuq. Əvvəlcə proyeksiya oxlarını çəkirik. X oxunu üfüqi vəziyyətdə, Y oxunu 45° bucaq altında çəkirik. X oxu üzrə a ölçüsünü, y oxu üzrə a/2, z oxu üzrə isə H ölçüsünü qeyd edərək prizmanı qururuq.
Dördüzlü piramidanın aksonometrik proyeksiyasının qurulması
Bunun üçün dördüzlü piramidanın ortoqonal proyeksiyalardan istifadə edək. Əvvəlcə düzbucaqlı izometriya oxları qurulur. Bunun üçün bucaqları 30°, 60° və 90° olan üçbucaq xətkeşdən istifadə edirik. x və y oxları üzrə a ölçüsünü, z oxu üzrə isə H ölçüsünü qeyd edərək piramidanı qururuq.
Paralelopipedin aksonometrik proyeksiyasının qurulması.
Oturacağı düzbucaqlı olan düz prizmaya paralelopiped deyilir. Ortoqonal proyeksiyalarından istifadə edərək onu düzbucaqlı izometriya oxlarından istifadə edərək qururuq. x oxu üzrə b ölçüsünü, y oxu üzrə a ölçüsünü, z oxu üzrə isə H ölçüsünü qeyd etməklə paralelopiped qururuq.
Kubun aksonometrik proyeksiyasının qurulması.
Bütün üzləri kvadrat olan çoxüzlüyə kub deyilir. Ortoqonal proyeksiyaları əsasında onu çəpbucaqlı frontal dimetriyada quraq. x və z oxları üzrə a ölçüsünü, y oxu üzrə a/2 ölçüsünü qeyd etməklə kubu qururuq.
İzləyiniz üçün təşəkkürlər
Yüklə 6,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə