Fizikanın aktual problemləri



Yüklə 15,94 Kb.
tarix22.11.2017
ölçüsü15,94 Kb.
#11729

Akademik B.M. Əsgərovun 80 illik yubileyinə həsr olunmuş “Fizikanın aktual problemləri” Beynəlxalq elmi konfransının

Qətnaməsi

(Bakı, 06 dekabr 2013-cü il)

6 dekabr 2013-cü ildə Bakı şəhərində Bakı Dövlət Universitinin bazasında “Fizikanın aktual problemləri” adlı Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Konfransda Azərbaycanın, Rusiya Federasiyasının,Türkiyə Respublikasının müxtəlif ali məktəblərindən, elmi-tədqiqat institutlarından 243 alim iştirak etmişdir. Konfrans iştirakçıları sıralarında 3 akademik, 3 akademiyanın müxbir üzvü, 33 elmlər doktoru və 113 elmlər namizədi olmuşdur. Konfransda ali məktəblərin və elmi-tədqiqat müəssisələrinin 31 gənc alim və mütəxəssisi də iştirak etmişdir.

Konfransın təşkilatçıları Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Bakı Dövlət Universiteti Fizika fakültəsi olmuşdur.

Konfrans çərçivəsində görkəmli fizik akademik B.M. Əsgərovun həyatının elmi və elmi pedaqoji fəaliyyətinin maraqlı məqamlarını əks etdirən fotostend, videoçarx (prezentasiya), eləcədə alimin elmi əsərlərinin sərgisi nümayiş etdirilmişdir.

Konfransin proqramına plenar iclas, bölmə iclasları və yekun iclas daxil idi.

Konfransın açılışınadək onun, nəzəri fizikanın, astrofizikanın, fiziki elektronikanın, bərk cisimlər və yarımkeçiricilər fizikasının, nanotexnologiyanın, molekulyar fizikanın aktual məsələlərinə həsr olunmuş 128 elmi məqalədən ibarət “Fizikanın aktual problemləri” materiallar məcmuəsi və konfransın proqramı çap olunub, iştirakçılara paylanmışdır. Məcmuəyə daxil olan məqalələrdən 5-i nüvə və elementar zərrəciklər fizikasına, 2-si riyazi fizikaya, 17-si astrofizikaya, 21-i mühitlərdə və kontakt strukturlarında elekton proseslərinə, 23-ü bərk cismlərin nəzəriyyəsinə, 24-ü yarımkeçiricilər fizikasına, 18-i mayelər fizikasına, 18-i isə nanotexnologiya məsələlərinə həsr olunmuşdur.

Konfransın əsas məqsədi fizikanın müxtəlif sahələrində aparılan elmi-tədqiqat işlərinin bugünkü vəziyyətini təhlil etməklə, aktual və perspektivli məsələlərin inkişafı istiqamətlərini müəyyənləşdirmək, müxtəlif ölkə və müəssisələrin tədqiqatçıları arasında elmi informasiya mubadiləsini təmin etməkdir.

Konfrans iştirakçıları təqdim olunmuş məruzələri dinləyərək və ətraflı müzakirəsini apararaq qeyd edirlər ki, son dövrlərdə Azərbaycan Respublikasında fizika sahəsində tədqiqatlar əsasən aşağdakı perspektiv istiqamətlərdə yerinə yetirilmişdir:

- Günəş enerjisi çeviricilərinin və optoelektronika elementlərinin tədqiqi;

- Bərk cisimlərdə və yarımkeçirici əsaslı strukturlarda termodinamik, kinetik və optik hadisələrin tədqiqi;

- İkifazalı sistemlərdə paylanmanın araşdırılması;

- Nanokompozitlərin alınması və tədqiqi üsulları, nanoquruluşların riyazi modelləşdirilməsi, nanohissəciklərin bitki hüceyrələrinə təsirinin öyrənilməsi;

- Günəş fizikası, ulduzlar və dumanlıqlar, nəzəri astrofizika sahələrində araşdırılmalar;

- Yarımkeçiricilərin zona quruluşu, optoelektronika, Günəş enerji çeviricilərində rolu, müxtəlif yarımkeçiricilərin elektrofiziki, termoelektrik və digər xassələrin öyrənilməsi.


Konfrans iştirakçıları qeyd edirlər ki, onun təşkilatçıları qarşılarında qoyduqları məqsədə çatıblar – fizikanın muasir dövrdəki aktual problemləri hərtərəfli təhlil olunmuş,onun inkişaf perspektivləri, və bəzi ən zəruri və reallaşdırıla bilən praktiki tətbiq imkanları müəyyənləşdirmişdir.

Konfrans öz iştirakçıları tərəfindən aparılan tədqiqatların yüksək metodiki səviyyəyə malik olduğunu, alınmış nəticələrin ciddi elmi təhlilinin həyata keçirildiyini göstərdi, eləcədə alınmış fundamental nəticələrin elmin və Azərbaycan Respublikasının iqtisadiyatının inkişafı üçün əhəmiyyətə malik olduğunu qeyd etdi.

Konfrans iştirakçıları təklif edir:

-hər iki ildən bir dövrün tələbinə uyğun olaraq fizikanın seçilmiş müəyyən bir konkret sahəsinin aktual problemlərinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilsin;

-konfransa hazırlıq və məruzələrin qəbulu bir neçə mərhələdən ibarət olsun ( nəzərdə tutulan konfrans haqda xəbərdarlıq, müraciətlərin seçilməsi və proqrama daxil edilmə haqda yekun qərar);

- konfransın proqramına daxil edilmiş məruzələrin iştirakçılara çatdırılması bir neçə variantda (ayrı-ayrı iştirakçıların plenar və bölmə iclaslarında məruzələri, yaxın mövzular üzrə icmal məruzələr və stend məruzələr şəklində) həyata keçirilsin;

-konfransın Təşkilat Komitəsinə həm Respublikanın digər ali təhsil və elmi tədqiqat müəssisələrindən, həm də iştirakçı ölkələrdən olan alimlər daxil edilsin;

-konfransın Təşkilat Komitəsi ilə yanaşı, həm də işçi-proqram komitəsi də yaradılsın;

-ən yaxşı məruzələrin ətraflı tərtib olunmuş mətnləri “Bakı Universitetinin Xəbərləri” jurnalının konfransdan sonrakı ən yaxın nömrələrinin birində çap olunsun, konfransda iştirak edən gənc alimlər mükafatlandırılsın.

Konfrans belə hesab edir ki, aşağıdakıların həyata keçirilməsi zəruridir:



  • Günəş və ulduzların spektrofotometrik tədqiqi;

  • Yeni günəş enerjisi çevricilərinin və yarımkeçirici optoelektronika elementlərinin yaradılması sahəsindəki tədqiqatlara diqqətin artırılması;

  • Bərk cisimlərdə və yarımkeçirici əsaslı strukturlarda kinetik hadisələrin nəzəri tədqiqi nəticəsində meydana çıxan yeni effektlərin təcrübədə yoxlanılması olunması;

  • Polimer məhlullarının spektroskopik tədqiqi;

  • Nanomaterialların əldə edilməsi və tədqiqi;

Konfrans iştirakçıları keçirilən elmi forumun faydalı və elmi əhəmiyyətə malik olduğunu, onun fizikanın aktual problemləri sahəsində yeni yaradıcıılıq əlaqələrinin əmələ gəlməsinə şərait yaratdığını qeyd edir, konfransın keçirilməsinə dəstək olanlara minnətdarlığını bildirir.
Təşkilat komitəsi
Yüklə 15,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə