Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 98 (21.759)
24 may 2017-ci il, çərşənbə
www.serqqapisi.az
Qiyməti 20 qəpik
Mayın 23-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız,
onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” IV İslam
Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri görüşdə
iştirak ediblər.
Dövlətimizin başçısı görüşdə nitq söyləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parlaq qələbə münasibətilə bütün
idmançıları, məşqçiləri, idman mütəxəssislərini ürəkdən təbrik edərək bildirib ki, bizim idmançılar
bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci
oldular. Bu, böyük tarixi qələbədir. Nəzərə alsaq ki, bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi
və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti
artır.
Sonra IV İslam Həmrəyliyi Oyunlarında ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan
idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
Sonda xatirə şəkilləri çəkdirilib.
Rəsmi xronika
Mayın 23-də Naxçıvan Muxtar Respub-
likası Ali Məclisinin Sədri Vasif Talıbov
Avropa Yenidənqurma və İnkişaf Bankının
Azərbaycandakı Daimi Nümayəndəliyinin
rəhbəri xanım İvana Duarte ilə görüşüb.
Ali Məclisin Sədri qonağı salamladı,
Avropa Yenidənqurma və İnkişaf Bankının
Azərbaycandakı fəaliyyətinə toxundu. Avropa
Yenidənqurma və İnkişaf Bankı tərəfindən
ötən müddətdə ölkəmizdə 161 layihə çərçi-
vəsində investisiya qoyuluşunun həyata ke-
çirildiyini bildirən Ali Məclisin Sədri bunun
özəl sektorun inkişafına dəstək verdiyini
vurğuladı.
Xanım İvana Duarte ilk dəfə Naxçıvana
səfər etdiyini bildirdi, muxtar respublikada
olmaqdan və keçirilən görüşdən məmnunlu-
ğunu ifadə etdi. Avropa Yenidənqurma və
İnkişaf Bankının fəaliyyət istiqamətləri və
Azərbaycanda həyata keçirdiyi layihələr haq-
qında məlumat verən xanım İvana Duarte
muxtar respublika ilə əməkdaşlıqda maraqlı
olduqlarını bildirdi.
Söhbət zamanı qarşılıqlı əməkdaşlıq
imkanları müzakirə olundu.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb.
Ali Məclisin Sədri Dan Stavın muxtar respublikaya ötən səfərini və bu zaman səmərəli
danışıqların aparıldığını xatırlatdı.
Ali Məclisin Sədri İsrail dövlətinin Azərbaycanla faydalı əməkdaşlığından və bunun
Naxçıvanla müxtəlif sahələrdə əlaqələrin inkişafına verdiyi töhfədən danışdı.
Səmimi qəbula görə minnətdarlıq edən Dan Stav Naxçıvana növbəti səfərinin və
əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğuladı. Diplomat səfər müddətində
keçirəcəyi görüşlərin əməkdaşlıq üçün yeni imkanlar açacağını qeyd etdi.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
İsrailin ölkəmizdəki səfiri ilə görüşüb
İsrailin Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Dan Stav muxtar
respublikaya səfəri çərçivəsində
Naxçıvanın təhsil, mədəniyyət və
səhiyyə müəssisələri ilə tanış olub.
Səfir əvvəlcə Naxçıvan Dövlət
Universitetində olub, ali təhsil oca-
ğının Beynəlxalq münasibətlər və
xarici dillər fakültəsinin tələbələri
ilə görüşüb. Dan Stav İsrail-Azər-
baycan əlaqələrinə dair mühazirə
oxuyub, tələbələri maraqlandıran
sualları cavablandırıb.
Naxçıvan Muxtar Respublika
Xəstəxanasında olan qonağa məlu-
mat verilib ki, 8 mərtəbəli binada
tibbin ən son yenilikləri tətbiq olunur.
2015-ci il dekabrın 1-də Azərbaycan
Respublikasının Prezidenti cənab
İlham Əliyevin açılışını etdiyi xəs-
təxanada, ümumilikdə, 300 çarpa-
yıdan ibarət 14 stasionar şöbə fəa-
liyyət göstərir. 130 həkimin, 467
orta və kiçik tibb işçisinin çalışdığı
xəstəxanada elmi-tibbi kitabxana da
yaradılıb. Burada tələbələr üçün
2 böyük auditoriya və 7 sinif otağı,
kompüter zalı, 200 nəfərlik iclas
zalı, tibb idman mərkəzi və müayinə
otaqları fəaliyyət göstərir.
“AKİ Əczaçılıq Anbarı” Məhdud
Məsuliyyətli Cəmiyyəti ilə tanış
olan səfirə müəssisə haqqında ətraflı
məlumat verilib.
İsrailin Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Dan Stav “Xan
Sarayı” Dövlət Tarix-Memarlıq, Mö-
minə Xatın və Açıq Səma Altında
Muzey Kompleksi ilə də tanış olub.
Tural AĞAYEV
İsrailin səfiri Dan Stav muxtar respublikanın təhsil,
mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub