Azərbaycan
Respublikası
Təhsil Nazirliyi
BAKI DÖVLƏT
UNİVERSİTETİ
ƏMR
№ R30
Bakı şəhəri
Məzmunu: Virtual Beynəlxalq Elmi
Araşdırma Mərkəzinin yaradılması haqqında
Xarici ölkələrdə yaşayan bir sıra alimlər tərəfindən Azərbaycandan kənarda
yaşayan elm adamlarını ölkəyə tanıtmaq, onlara BDU ilə əməkdaşlıq imkanları
yaratmaq və onların vasitəsi ilə Azərbaycan həqiqətlərini və Azərbaycan Elmini
Dünyaya çatdırmaq məqsədi ilə BDU-nun nəzdində virtual Beynəlxalq Elmi
Araşdırma Mərkəzinin (BEAM) yaradılması təklifi verilmişdir. Bu məsələ BDU
Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli iclasında müzakirə edilmiş, belə bir
Mərkəzin yaradılması və Azərbaycandan kənarda yaşayan elm adamlarının öz
arzuları əsasında həmin Mərkəzdə virtual olaraq (ştatdankənar) işə qəbul edilməsi
məqsədəuyğun hesab edilmişdir. BDU Elmi Şurasının tövsiyyəsi əsasında BDU-nun
internet səhifəsində bu barədə elan verilmiş və artıq xaricdə yaşayan bir neçə elm
adamından həmin Mərkəzdə virtual işə qəbul edilmələri barədə təkliflər alınmışdır.
Yuxarıda qeyd edilənləri və BDU Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli
iclasının qərarını nəzərə alaraq
ƏMR EDİRƏM
1.
BDU-nun nəzdində virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzi (BEAM)
yaradılsın.
2.
BEAM-ın Əsasnaməsi təsdiq edilsin.
3.
BDU-nun saytında BEAM-ın xüsusi web-səhifəsi açılsın. Bu səhifədə
BEAM-ın fəaliyyəti, üzvləri və həyata keçirdiyi tədbirlər haqqında məlumatlar
verilsin.
4.
BEAM-ın Əsasnaməsinə uyğun olaraq nəzərdə tutulsun ki:
- BEAM üzvləri ictimai və beynəlxalq təşkilatlarda, kütləvi informasiya
vasitələrində, o cümlədən digər xarici elm və təhsil müəssisələri və ayrı-ayrı
vətəndaşlarla əlaqədə BDU-nun maraqlarını təmsil edir;
- BEAM üzvləri BDU-da daimi işlə təmin olunmaq arzularını bildirdikdə bu
məsələyə növbədənkənar baxılır və müsabiqə zamanı BEAM üzvlərinə üstünlük
verilir;
- BEAM üzvləri beynəlxalq elmi konfranslarda və simpoziumlarda BDU
adından iştirak etmək və beynəlxalq tədbirlərdə BDU-nu ştatda olan işçilərlə bərabər
hüquqda təmsil etmək səlahiyyətinə malikdir.
- BEAM üzvləri BDU adından impact faktorlu jurnllarda çap etdirdiyi
məqalələrə görə mövcud qaydada mükafatlandırıla bilər.
Əsas: Rektorun, Elm və innovasiyalar üzrə prorektorun dərkənarları ilə Elm və
innovasiyalar üzrə prorektorun təqdimatı.
R E K T O R akademik A.M.MƏHƏRRƏMOV
Layihəni hazırlayıb: Razılaşdırılıb:
Elmi Tədqiqat hissəsini rəisi
______________dos.İ.M.Əfəndiyeva
Elm və innovasiyalar üzrə prorektor
_____________ prof.A.H.Kazımzadə
Baş hüquqşünas
______________T.M.Sadıxov