AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
A.A.BAKIXANOV ADINA
TARİX İNSTİTUTU
ELÇİN QARAYEV
İRƏVAN XANLIĞI
(1747-1828)
BAKI 2010
2
Elmi redaktor: Yaqub Mahmudov
AZ-2
Əməkdar elm xadimi,
Q-21 AMEA-
nın müxbir üzvü, professor
Rəyçilər: Güntəkin Nəcəfli
tarix
elmləri namizədi
Ramil
Niftəliyev
tarix
elmləri namizədi
Qarayev E.T.
İrəvan xanlığı (1747-1828). Bakı, «Avropa» nəşriyyatı
2010, 342
səh.
Monoqrafiya XVIII yüzilliyin ikinci
yarısı- XIX yüzilliyin əvvəllərində
mövcud
olmuş Azərbaycanın ən uzunömürlü xanlıqlarından biri olan İrəvan
xanlığının tarixinə həsr olunmuşdur. Tədqiqat işində ilkin mənbələr və arxiv
sənədləri əsasında İrəvan xanlığının siyasi, iqtisadi tarixi, tarixi coğrafiyası
və əhalisi haqqında ətraflı məlumat verilmişdir. Burada həmçinin xanlığın
ərazisi və siyasi sərhədləri müəyyənləşdirilmiş, onun inzibati ərazi bölgüsü,
əhalinin etnik, dini və say tərkibi məsələləri işıqlandırılmışdır.
Monoqrafiya tarixçi
alimlər, şərqşünaslar, müəllimlər, ali məktəb
tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
qrifli nəşr
«Avropa» nəşriyyatı 2010
3
Monoqrafiyanı ermənilər tərəfindən
öldürülmüş və vətənlərindən didərgin
düşmüş minlərlə irəvanlı soydaşlarımızın
əziz xatirəsinə ithaf edirəm.
GİRİŞ
Müasir
dövrdə Azərbaycanın tarixi bölgələrinin obyektiv şəkildə
tədqiq edilməsi tədqiqatçılarımızın qarşısında duran mühüm vəzifələrdən
biridir. Bu
baxımdan xanlıqlar dövrü tarixinin öyrənilməsi xüsusi əhəmiyyət
kəsb edir. Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan
xanlıqlar dövrü tariximizin çox maraqlı və ziddiyyətli dövrlərindən biridir.
Bu
dövrdə Azərbaycan tarix səhnəsinə müstəqil və yarımmüstəqil dövlət
qurumları formasında çıxmışdı.
Azərbaycanın xanlıqlar dövrü tarixinin öyrəniləməsi, araşdırılması
müasir
dövrdə bir neçə səbəbdən aktualdır. Birincisi, xanlıqlar müstəqil
dövlət kimi fəaliyyət göstərmiş, daxili və xarici siyasət yeritmiş və bütün
dövlət atributlarını özündə birləşdirmişdir. Xanlıqlar dövrünü dövlətçilik
tarixi
baxımındın araşdırılması, obyektiv tədqiqi, buraxılan səhvlərin təhlil
edilməsi müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının daxili və
xarici
siyasətində, dövlətlərarası münasibətlərin qurulmasında ibrət dərsi ola
bilər. İkincisi, ayrı-ayrı xanlıqların öyrənilməsi müxtəlif bölgələrin
öyrənilməsi baxımından əhəmiyyət kəsb edir. Üçüncüsü, xanlıqlar dövrü
tarixinin
obyektiv
araşdırılması ermənilərin Azərbaycanın tarixi
torpaqlarında dövlət qurduqlarını, Ermənistanın Azərbaycan torpaqlarını
işğal etdiyini, onların torpaq iddialarının əsassız olduğunu bir daha sübut
edir.
Təqdim olunan monoqrafiya Azərbaycanın qədim torpağında
yaranmış İrəvan xanlığının tarixinə həsr edilmişdir. Qeyd etmək lazımdır ki,
Azərbaycan sovet tarixşünaslığında müxtəlif xanlıqlar- Quba, Bakı, Şəki,
Gəncə, Şamaxı, Naxçıvan, Lənkəran, Urmiya, Maku və digər xanlıqların
tarixinə həsr edilmiş bir sıra tədqiqat əsərləri yazılsa da, İrəvan xanlığı
diqqətdən kənarda qalmışdı. Bunun bir sıra obyektiv səbəbləri vardır. Sovet
tarix
elmində hökm sürən «konsepsiya»ya görə, İrəvan xanlığı ermənilərin
uydurduqları «Böyük Ermənistan»nın tərkib hissəsi olduğu qəbul edilirdi.
Ona
görə də, erməni və eləcə də sovet tarixşünaslığında İrəvan əzəli
Ermənistan ərazisi kimi təqdim edilmiş, onun tarixi, demoqrafiyası
hərtərəfli təhrifə məruz qalmışdı. Məhz bu baxımdan İrəvan xanlığı tarixinin
öyrənilməsini iki mərhələyə bölmək olar:
4
1.
İrəvan xanlığını Ermənistan ərazisi kimi təqdim edən sovet
tarixşünaslığı;
2.
Azərbaycan müstəqillik əldə etdikdən sonra İrəvan tarixinin
obyektiv
tədqiqi.
Təqdim olunan monoqrafiyanın əsas məqsədi XVIII əsrin
ortalarından 1827-ci ilə qədər İrəvan xanlığının siyasi tarixini, dövlət
quruluşunu, tarixi coğrafiyasını əhalinin etnik, say və dini tərkibini qərəzsiz
və olduğu kimi tədqiq etməkdir. Son dövrlərdə İrəvan xanlığının siyasi və
iqtisadi
həyatına həsr edilmiş tədqiqat əsərləri meydana çıxsa da, onun tarixi
coğrafiyası və əhalisinin say dinamikasının öyrənilməsi Azərbaycan
tarixşünaslığında yeni istiqamətlərdən biri hesab edilməlidir. Ayrı-ayrı
əsərlərdə İrəvan xanlığının tarixi coğrafiyasına və əhali məsələsinə xronoloji
nöqteyi-
nəzərindən ötəri toxunulsa da, ayrıca xanlıq şəklində bu problem
kompleks
tədqiqat obyektinə çevrilməmişdi. İlk dəfə olaraq biz həmin
məsələləri tədqiq etməyi qarşımıza məqsəd qoymuşuq. İrəvan xanlığının
tarixi
coğrafiyası onun siyasi sərhədlərinin müəyyənləşdirilməsini, inzibati-
ərazi bölgüsünü, iqtisadi coğrafiyasını, fiziki-coğrafi relyefini, əhalinin
demoqrafiyası və dini tərkibini, yerləşməsini, məşğuliyyətini, miqrasiya
proseslərini və s. məsələləri əhatə edir. İrəvan xanlığının zəngin tarixinin
üzə çıxarılması bu məsələlərin obyektiv şəkildə araşdırılmasını tələb edir və
Azərbaycan xanlıqlar dövrü tarixinin ağ səhifələrinin doldurulması
baxımından böyük əhəmiyyətə malikdir.
Monoqrafiyada arxiv
sənədləri və ilkin mənbələr əsasında ermənilərin
İrəvan xanlığının Ermənistan dövləti olması, əhalinin etnik tərkibi baxımdan
ermənilərin çoxluq təşkil etməsi barədə uydurduqları yalanları ifşa etmək və
nəhayət, bu xalqın İrəvan ərazisinə gəlmə olduqlarını sübut etməkdir. Məhz
bu
baxımdan monaqrafiya elmi-praktiki əhəmiyyətə malikdir.
Mənbələr
Monoqrafiyanın yazılmasında müxtəlif səpkili qaynaqlardan istifadə
olunmuşdur. Bu qaynaqlara yerli, rus, osmanlı, erməni və gürcü qaynaqları
daxildir.
İrəvan xanlığının siyasi tarixini öyrənmək üçün Rusiya Mərkəzi
Döv
lət Hərbi Tarix Arxivindən (RMHTA), Rusiya İmperiyasının Xarici
Siyasət Arxivindən (RİXSA), Rusiya Elmlər Akademiyasının Arxivindən
gətirilmiş və hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının
A.A.
Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivində saxlanılan
sənədlərdən istifadə olunmuşdur (2; 3; 4; 5; 6;7; 8; 9; 10; 11; 12; 13; 14; 15;
16). Bu arxiv
sənədləri XVIII əsrin 80-ci illərin əvvəllərindən xanlıq işğal
olunana
qədər keçən bir dövrü özündə əks etdirir və İrəvan xanlığının
Rusiya,
İran, Osmanlı dövləti, Kartli-Kaxetiya çarlığı, Xoy, Qarabağ,
Dostları ilə paylaş: |