91
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Humanitar elmlər seriyası
2013
UOT 94 "04/15"
İSTANBULUN OSMANLI TÜRKLƏRİ TƏRƏFİNDƏN FƏTHİ VƏ
ARALIQ DƏNİZİ TİCARƏTİ
Y.H.
GÖZƏLOVA*, N.B.MƏMMƏDOVA**
Bakı Dövlət Universiteti
*ygezalova@gmail.com
**nazile.mamedova@gmail.com
İstanbulun və Qara dəniz sahillərinin Osmanlı türkləri tərəfindən fəthi avropalılar üçün
İtaliyanın Şərqdəki ticarət mərkəzlərinə yolu bağlamış oldu. Bununla bərabər, ədviyyat ticarəti
yeni venesiyalıların əlində qalırdı, Genuya isə Aralıq dənizi limanları ilə birbaşa əlaqələri
saxlayırdı.
Osmanlı imperiyasına gəlincə, bu dövlət Qərblə ticarətə dözümlü yanaşırdı. İstanbulun
fəthindən dərhal sonra 1454-cü ildə imperiya Venesiya ilə ticarət müqaviləsi bağladı.Venesiya
Respublikası Osmanlı imperiyasının ərazisində azad ticarət hüququ alırdı. Aralıq dənizi
ticarəti yenə də venesiyalıların inhisarında qalırdı.
İtalyanların inhisarçı siyasəti İspaniyanı və Portuqaliyanı Hindistana yeni yollar
axtarmağa məcbur etdi. İspaniya və Portuqaliya Amerikada və Hindistanda müstəmləkələr ələ
keçirməklə, iri imperiyalara çevrildilər. Dünya ticarəti Aralıq dənizindən Atlantikaya köçdü.
Açar sözlər: ticarət, Aralıq dənizi, İstanbul, müstəmləkəçilik
Pireneyin xristian dö
vlətlərinin böyük sövqlə dünyanı «bölüşdürdüyü»,
Avropanın digər dövlətlərinin isə Şərqlə vasitəçisiz (italyanların vasitəçiliyi
olmadan) əlaqələr arzuladığı bir zamanda – həm Avropanın, həm Asiyanın
təkcə ilk yüzilliklər üçün deyil, Yeni Dövr üçün də təsiri keçərli olan, Şərqi
Aralıq dənizi ticarəti üçün isə kardinal dəyişiklik yaradan bir hadisə baş verdi:
29 May 1453-
cü ildə Konstantinopol Osmanlı türkləri tərəfindən fəth edildi.
Dünya tarixi üçün böyük bir əhəmiyyəti olan bu hadisənin bütün
yekunlarını izləmək niyyətimiz yoxdur, onları yalnız Aralıq dənizi ticarəti üçün
təhlil edəcəyik. Niyə ümumilikdə beynəlxalq ticarət üçün yox, məhz Aralıq
dənizi ticarəti üçün? Ona görə ki, Avropa – Asiya ticarət əlaqələrində XV əsrin
orta
larına doğru baş verən dəyişikliklər və ya yeniliklər Osmanlı fəthləri ilə
bir
başa bağlı olmamışdır, onların kökü daha dərin proseslərlə əlaqəli idi, hansı-
la
ra ki, əvvəlki bölmələrdə nəzər yetirdik. Buna bənzər fikirləri biz Xilafət
92
dövrü, Səlcuq və xaç yürüşləri, monqol istilaları barədə də demişik: xarici amil
zahirdə olduğu üçün tez nəzərə çarpır və daxili səbəbləri gizlədir.
Osmanlı dövlətinin məhz Aralıq dənizi ticarətinə təsiri isə şəksizdir,
çünki bu fəthlərin həmin bölgə ilə birbaşa əlaqəsi var idi. 1453-cü ildən sonra
Ar
alıq dənizi ticarətində baş verənlərin gedişinə nəzər salaq.
Osmanlı fəthi ərəfəsi Konstantinopolun vəziyyəti çox acınacaqlı idi.
İmperator hakimiyyəti nəhəng maliyyə çətinlikləri ilə üzləşmişdi, qarşısını
almaq üçün isə əvvəllər ləğv edilmiş vergiləri bərpa etmişdi. Vəziyyət o yerə
gəlib çatmışdı ki, nəinki qoşunu və donanmanı saxlamaq, imperatorun sarayını
belə təchiz etmək imkansızlaşmışdı. Venesiyanın və Genuyanın ticarət hege-
mon
luğu haldan düşmüş imperiyanı dirçəltməyə ümid yeri belə qoymamışdı.
Av
ropa Bizansı «iqtisadi baxımdan işğal etmişdi» (5, 100).
Tarixin bütün mərhələlərində olduğu kimi, Osmanlı fəthi ərəfəsində də
Konstantinopol dini-
siyasi təlatümlərlə çabalayırdı. Təsadüfi deyil ki, ruhani və
siyasi elitanın əksər nümayəndələri fəth ərəfəsi həddən ziyadə təhlükədə olan
paytaxtdan Pelopennesə köç etmişdi (5, 94). Paytaxtda isə latınofillərlə osma-
no
fillərin mənasız çəkişməsi davam edirdi. Hələ 1439-cu ildə Florensiya kilsə
yığıncağında imperator VIII İohann və Papa IV Yevgeni pravoslav və katolik
kilsələrinin uniyası haqqında saziş bağlasalar da, Konstantinopol bu sazişi
tanımamışdı (4, I, 507, 542). Hər iki dünya – istər pravoslavlar, istər katoliklər
üçün bu birləşmə gerçək bir şey sayılmırdı. Petrarkanın nümunəsində katoliklər
düşünürdü ki, «türklər düşməndir, amma bidətçi yunanlar düşməndən də
pisdir», yunanlara görə isə, «Konstantinopolda türklərin çalmalarını görmək
latınların tiarasından daha yaxşıdır» (5, 101).
Nəhayət, Konstantinopolun beynəlxalq durumuna gələk: bir tərəfdən,
italyan
ların, o cümlədən, papanın durmadan artan təzyiqləri, digər tərəfdən,
onu əhatə edən serb təhlükəsi Avropanın digər iri dövlətlərinin – Fransanın,
İngiltərənin, Müqəddəsi Roma imperiyasının, Kastiliyanın, Araqonun və
Portuqaliyanın tam laqeydliyi ilə çulğaşmışdı. Yeganə yardım cəhdi 1444-cü
ildə Varna yaxınlığında macar kralı Vladislavın başçılığı ilə təşkil olunmuşdu
ki, o da böyük uğursuzluqla başa çatmışdı (4, I, 507).
Beləliklə, Konstantinopolun Bizans imperiyasının paytaxtı kimi mövcud-
lu
ğunun artıq heç bir anlamı, o cümlədən, Aralıq dənizi ticarətində italyanların
hege
monluğunu dəyişdirəcək gücü qalmamışdı. Əhəmiyyətli olan Osmanlı
türk
ləri idi ki, XIV əsr boyu fəthləri sayəsində Venesiyanın əlindəki bütün
yunan mülklərini alıb Aralıq dənizində yunanlar üçün bəla olan «latın ağalı-
ğı»nı laxlatmışdılar.
Roma imperiyasından bu yana heç bir dövlət Aralıq dənizi hövzəsini
tama
milə ələ keçirməyə nail ola bilməmişdi. Amma indi meydana çıxmış Os-
man
lı dövləti tam bu iddiada idi: bir neçə onillik sonra bu perspektivin
93
gerçəkləşməsinə kiminsə mane olacağına heç bir təminat yox idi
*
və Avropa
yalnız 1453-cü ildən sonra bu gerçəyi başa düşmüşdü.
Konstantinopolun çökməsindən xəbər tutar-tutmaz Venesiya senati sultan
II Mehmedin sarayına elçilik göndərdi, danışıqlar bir ilə yaxın çəkdi və 1454-
cü il aprelin 18-
də Venesiya Respublikası ilə Osmanlı dövləti arasında
müqavilə bağlandı (2, 164; 1, 99). Müqaviləyə görə, venesiyalılar Osmanlı
bazarlarında sərbəst ticarət etmək hüququ qazanırdı və onlar üçün 2%-lik
gömrük müəyyən olunurdu. Beləliklə, vaxtilə (1082-ci ildən) Bizans hökü-
mətindən alınan imtiyaz və güzəştlərin eynisini Osmanlı sultanı verirdi.
Yunan tarixçisi Dimitris Kitsikis imperator I Aleksey Komninin məşhur
1082-
ci il xrisovulu ilə Osmanlı sultanı II Mehmedin 1454-cü il imtiyazatı
(kapitulyasiyası) arasında prinspial fərq olduğunu, birincinin Bizans tərəfindən
məcburi, ikincinin isə Osmanlılar tərəfindən qüvvə mövqeyindən bağlandığını
yazır (5, 188). Buna bənzər fikirlərə bir çox tarixçinin əsərlərində rast gəlmək
olar (3, 520; 1, 99-
100). Amma vəziyyət göründüyü kimi bəsit deyil. Nə 1082-
ci il xrisovulu, nə də 1454-cü il imtiyazatı fenomen hadisə olmamışdır: ikisi də
(həmçinin onları yeniləyən növbəti müqavilələr) Konstantinopolun /İstanbulun
Ve
nesiyaya vermiş olduğu ticarət güzəştidir və ardınca siyasi güzəştlərə
bağlanır. I Alekseyi bu güzəştə məcbur edən amilin normann təhlükəsi olması
ilə II Mehmedin antiosman blokunun potensial üzvü ola biləcək Venesiyanı
neytrallaşdırması amili arasında prinsipial fərq yoxdur. Osmanlılar da Komnin-
lər kimi, italyan dövlətləri arasındakı ziddiyyətlərdən istifadə edib ya Venesi-
yaya, ya Pizaya, ya da
Florensiyaya ticarət imtiyazları verirdilər: bu yolla
italyanların antiosman koalisiyasının qarşısı alınırdı.
Qeyd edək ki, bu cür taktikanın osmanlılar üçün təhlukəli məqamları da
Bizans dönəmində olduğu qədər idi: hər dəfə imtiyazat alan dövlət əvvəlki
dövlətdən daha artıq güzəştlərə nail olurdu. Yəni Osmanlı sultanları da Bizans
imperatorlarının səhvlərini təkrarlayırdılar. Məsələn, Venesiyaya 1454-cü ildə
kapitulyasiya hüququ verən Sultan II Mehmed bu respublika ilə müharibə
(1463-1479-
cu illər) ərəfəsində onun Aralıq dənizindəki güclü rəqibi Floren-
siya ilə yaxınlaşma xəttini götürdü, 1460-cı ildə Florensiyaya (və Pizaya) daha
geniş kapitulyasiyalar verdi (1, 112), Florensiya isə Mehmeddən təkcə kapitul-
ya
siyalar qoparmaqla kifayətlənmədi, eyni zamanda İstanbul limanında əlveriş-
li mövqe əldə etmək uğrunda mübarizəyə başladı. Venesiya ilə münasibətləri
kəskin həddə çatan Osmanlı imperiyası 1462-ci ildə Qalatadan venesiyalıları
qovaraq oradakı italyan məhəllərində florensiyalıları yerləşdirdi (2, 209; 1,
112). Çox keçmədən Osmanlı-Venesiya ticarət əlaqələrinin yerini Florensiya
ilə əlaqələr tutdu.
*
H
əqiqətən, cəmi 6 onillik sonra Osmanlı sultanı I Səlim Yavuzun (1512-1520-ci illər)
f
əthləri sayəsində bütün Şərqi Aralıq dənizi hövzəsi (həmçinin Qırmızı dəniz) Osmanlı
imperiya
sının hegemonluğu altına keçdi.
94
Amma Venesi
yanın Aralıq dənizindəki ticarəti üçün Florensiya göründü-
yü qədər təhlükə törətmirdi, çünki osmanlılarla müharibə bitər-bitməz (1479-cu
il) Venesiya tacirləri yenə imtiyazlarını (bu dəfə daha artıq) bərpa etməyi
bacar
dılar. Venesiya üçün daha qorxulu rəqib - Osmanlı imperiyasının daxilin-
də idi: burada tədricən ortaya çıxan yəhudi icması, xüsusilə İspaniyadan köç
edən Sefardilər Osmanlı imperiyasında böyük güzəştlərə sahib olan tacirlər
idilər. Yüzilliklər boyunca yəhudilər pərakəndə halda olsa belə, Aralıq dənizi
höv
zəsində ticarətdə iştirak edirdilər; məmlük, Bizans, Pireney hakimiyyətlə-
rin
də qalan yəhudi icmaları indi tolerant türk idarəçiliyndə geniş imkanlar
qazanaraq Selanikdə (Salonikdə), İstanbulda, Hələbdə, İsgəndəriyyədə yerləş-
məklə Venesiyanın Şərqi Aralıq dənizindəki üstünlüyü üçün həqiqətən böyük
rəqabət yaratmağa başlamışdılar (7, 126; 6). Venesiyanın Aralıq dənizi ticarəti
üçün yaranmış bu yəhudi rəqabəti həm də ona görə qorxulu idi ki, Osmanlı
imperiyasına kütləvi şəkildə köç edən yəhudilər bu imperiyanın siyasi idarəçili-
yi
nə də nüfuz etməyə başlamışdılar və deməli, Venesiya üçün Florensiyadan
daha artıq təhlükəli idilər.
*
Beləliklə, İstanbulun Osmanlı hakimiyyəti altına keçməsilə Aralıq dənizi
ticarətində aşağıdakı dəyişikliklər baş verdi:
–
Şərqi Aralıq dənizi hövzəsi Osmanlı imperiyasının daxili gölünə
çevrildiyindən, Venesiyanın bölgədəki inhisarçılığı bitdi;
–
Şərqi Aralıq dənizindəki (həmçinin Egeydəki) adaların nəhayət ki,
təhlükəsizliyi və sabitliyi bərqərar oldu və ticarət üçün daha əlverişli şərait
yaran
dı;
–
İstanbul yenidən Avropa – Asiya ünsiyyətinin mərkəzi rolunu geri
qaytara bildi, şəhərin ticarət həyatına yunanlar, yəhudilər, ermənilər, slavyanlar
təkrar qatıldı;
–
Eyni zamanda Aralıq dənizi ticarəti uğrunda Venesiya-Piza, Venesiya-
Florensiya, Venesiya-
Genuya rəqabəti gücləndi. Bu mübarizəyə yeni qüvvələr,
o cümlədən Osmanlı imperiyasının daxilindəki diasporlar – yəhudi, yunan,
erməni icmaları da qoşuldu;
–
Aralıq dənizi ticarəti uğrunda mübarizənin kəskinləşdiyi şəraitdə
İspaniya və Portuqaliya Hind okeanı ticarətinə meyl etməyə başladı; İngiltərə
və Fransa kimi dövlətlər isə yaşadıqları daxili siyasi problemlər səbəbindən,
müvəqqəti olaraq Aralıq dənizi ticarətindən uzaqlaşdılar.
ƏDƏBİYYAT
1.
Mahmudov Y.M. Azərbaycan diplomatiyası. Bakı: Təhsil, 2006, 416 c.
2.
Daniel Goffman. Osmanlı Dünyası ve Avrupa. 1300-1700. / Çeviren Ü.Tansel. İstanbul:
Kitap Yayınevi ltd., 2008, 320 s.
*
Eyni hal Genuya tacirl
əri üçün təhlükə yaradan erməni diasporunun gücləndiyi Qara dəniz
ticar
ətinə xas idi. 1475-ci ildə Kafanın osmanlıların əlinə keçməsi ilə burada ermənilərin
ticar
əti üstünlük qazanır (2, 215-216).
95
3.
Halil İnalcık. Bursa: XV asırda sanayi ve ticaret tarihine dair vesikalar // Türk Tarihi
Kurumu bel., cilt XXIV, 1960, s.93.
4.
История средних веков: в 2 т. Учебник / Под ред. С.П.Карпова. Т.1-2. 2-е изд. М.:
МГУ, 2011, т.1, т.2, 432 с., 640 с.
5.
На перекрестке цивилизаций: Сборник. П.Лемерль. История Византии. Д.Кицикис.
Османская империя. М.: Весь мир, 2006, 240 с., карты.
6.
Levy A. The Sephardim in the Ottoman Empire. Princeton, 1992, 394 p.
7.
Lewis B. Jews of Islam. Princeton, 1984, 340 p.
ЗАВОЕВАНИЕ СТАМБУЛА ОСМАНСКИМИ ТУРКАМИ
И СРЕДИЗЕМНОМОРСКАЯ ТОРГОВЛЯ
Е.Г.ГЕЗАЛОВА, Н.Б.МАМЕДОВА
РЕЗЮМЕ
Завоевание Стамбула и черноморского побережья турками-османами закрыло для
европейской торговли путь в восточные торговые центры Италии. Тем не менее, моно-
полия торговли пряностями продолжала оставаться в руках венецианцев, а Генуя сохра-
нила прямые связи со средиземноморскими портами.
Что касается Османской империи, то она терпимо относилась к торговле с Западом.
Сразу после завоевания Стамбула, в 1454 году империя заключила торговый договор с
Венецией. Венецианская Республика получила право свободной торговли на территории
империи. Средиземноморская торговля снова оказалась в монополии венецианцев.
Именно монополистическая политика итальянцев вынудила Испанию и Португа-
лию искать морского пути в Индию. Испания и Португалия, захватившие огромные тер-
ритории в Америке и Индии, превратились в колониальные державы. Мировая торговля
была перенесена с берегов Средиземного моря на берега Атлантики.
Ключевые слова: торговля, Средиземноморье, Стамбул, колониализм
THE CONQUEST OF ISTANBUL BY OTTOMAN TURKS
AND THE MEDITERRANEAN TRADE
Y.H.GOZALOVA, N.B.MAMMADOVA
SUMMARY
The conquest of Istanbul and the Black Sea coast of the Ottoman Turks closed the way
for European commerce in Italy. However, the monopoly of spice trade continued to remain in
the hands of the Venetians, and Genoa maintained direct links with the Mediterranean ports.
As to the Ottoman Empire, it tolerated the trade with the West. Immediately after the
conquest of Istanbul in 1454, Empire signed a trade agreement with Venice. Venetian Republic
had the right of free trade within the Empire. Mediterranean trade was back in the monopoly of
the Venetians.
That monopoly policy of Italians forced Spain and Portugal to seek a sea route to India.
Spain and Portugal, who seized large areas in America and India, became the colonial powers.
World trade was moved from the shores of the Mediterranean to the Atlantic.
Key words: trade, Mediterranean, Istanbul, colonialism
Dostları ilə paylaş: |