120
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Sosial-siyasi elml
ər seriyası
2012
FƏLSƏFƏ
UOT 1:001; 001.8
ФЯЛСЯФЯ ВЯ ТЯБИЯТШЦНАСЛЫЬЫН ГАРШЫЛЫГЛЫ
ЯЛАГЯСИНИН ДИАЛЕКТИК-МАТЕРИАЛИСТ АНЛАМЫ
V.M.KƏRİMOV
Bakı Dövlət Universiteti
V.M.Karimova@yahoo.com
F
əlsəfə və təbiətşünaslığın münasibətinin tədqiqinə həsr olunmuş məqalədə insan
biliyinin bu iki sah
əsi arasındakı əlaqənin dialektik-materialist anlamının mahiyyəti, həmin
əlaqənin obyekiv əsası açılır. Göstərilir ki, bu əsas həmin bilik sahələrinin hər ikisinin
t
ədqiqat obyektinin ümumiliyidir; onların hər ikisi təbiəti öyrənir: fəlsəfə bütövlükdə təbiəti,
ayrı-ayrı təbiət elmləri isə onun xüsusi tərəflərini öyrənir.
M
əqalədə həmin bilik sahələrinin qarşılıqlı əlaqəsi və təsiri onların tarixi inkişafında
n
əzərdən keçirilərək onların bir-biri üçün əhəmiyyəti açılaraq göstərilir ki, elmi fəlsəfə
t
əbiətşünaslığın ümumi dünyagörüşü xarakterli məsələlərinin həllində, onun inkişafı gedişində
qarşıya çıxan metodoloji çətinliklərin aradan qaldırılmasında köməklik göstərir,
t
əbiətşünaslıq isə fəlsəfənin təbii-elmi əsası kimi çıxış edərək onun ayrı-ayrı müddəalarının
t
əbii-elmi cəhətdən əsaslandırılması, yaradıcılıqla inkişaf etdirilməsi üçün zəruri olan
ümumil
əşdirmələr etməsi üçün yeni-yeni faktlar verir. Bunu dərindən başa düşən görkəmli
t
əbiətşünaslar və filosoflar həmin bilik sahələri arasında əməkdaşlığın daha da
möhk
əmləndirilməsinin zəruriliyini qeyd edirlər.
Açar sözl
ər: fəlsəfə və təbiətşünaslığın əlaqəsi, naturfəlsəfi anlam, pozitivist
anlam, dialektik-materialist anlam, sinergetika
Elmi
idrakın inkişaf tarixinin göstərdiyi kimi, insan biliyinin fəlsəfə və
t
əbiətşünaslıq kimi iki mühüm sahəsi qarşılıqlı əlaqədə və təsirdə yaranıb
inkişaf etmişdir. Bu səbəbdən də həmin bilik sahələrinin münasibəti məsələsi
filosof v
ə təbiətşünasları daim düşündürmüş, onu aydınlaşdırmağa çalışmışlar.
Lakin h
əmin münasibət mürəkkəbliyi və çətinliyi üzündən uzun müddət
birt
ərəfli şərh olunmuş, onun əsl mahiyyəti açılmamış qalmışdır. Belə ki,
elml
ər sistemində, ictimai şüurun formaları içərisində fəlsəfənin yerini, onun
spesifikasını, predmetini dürüst müəyyənləşdirə bilməyərək fəlsəfə və
t
əbiətşünaslığın münasibətinin ilk anlamı olan naturfəlsəfə mövqeyindən onu
«elml
ər elmi» kimi qələmə verən və insan idrakının bütün sahələrini əhatə edə
121
bil
əcək fəlsəfi sistemlər yaratmağa çalışan bəzi filosoflar (məsələn, Hegel)
t
əbiət elmlərini fəlsəfi baxışlar içərisində əritməklə onları müstəqil inkişafdan
m
əhrum etməyə çalışmışlar. Mahiyyətcə buna əks olan pozitivizm mövqeyin-
d
ən çıxış edən təbiətşünaslar isə öz konkret ixtisasları sahəsində apardıqları
t
ədqiqatların nəticələrini ümumiləşdirərkən ümum-fəlsəfi müddəalara məhəl
qoymamış, lakin əslində bunun mümkün olmaması üzündən nəticə etibarilə
qeyri-elmi f
əlsəfi baxışların təsiri altına düşmüşlər. Təbiət elmlərinin inkişafı-
nın ilk pillələrində zəruri olan analitik tədqiqat üsulunun birtərəfli şişirdilərək
mütl
əqləşdirilməsi nəticəsində yaranan metafizik təfəkkür üsulunun əsiri olan
b
əzi təbiətşünaslar isə təbiətşünaslıq sahəsindəki kəşflərin (və bəzən də hətta,
öz k
əşflərinin) konkret elmi məzmunu təbiətdəki predmet və hadisələrin qarşı-
lıqlı əlaqəsi və təsirinin, hərəkəti, dəyişməsi və inkişafının dialektik xarakterini
sübut etdiyi halda,
onların özləri bunu anlamamış, təbiətə adekvat olan
dialektik t
əfəkkür üsulunu yarada bilməmiş, fəlsəfədə yaradılmış olan həmin
metoda yiy
ələnməmişlər.
H
ələ fəlsəfə ilə tanış olub onunla xüsusi məşğul olmayan təbiətşünaslar
t
əbiəti olduğu kimi öyrənməyə çalışırdılar. Təbiəti olduğu kimi anlamaq istə-
y
ən görkəmli təbiətşünaslar öyrəndikləri təbiət hadisələrinin onlardan xaricdə
v
ə onlardan asılı olmadan mövcud olduğunu qəbul edir, yəni materializmin
tarixi
formalarından olan təbii-tarixi materializm mövqeyindən çıxış edirdilər.
Xarici al
əmin şüurumuz tərəfindən əks etdirilən obyektiv reallığına təbiət-
şünasların böyük əksəriyyətinin kortəbii, fəlsəfi cəhətdən düşünülməmiş inamı
olan bu materializm qeyri-
ardıcıl olub müəyyən məhdudluğa malikdi. Həmin
mövqed
ən çıxış edən ayrı-ayrı təbiətşünaslar fəlsəfə sahəsində bacarıqsız
olduqlarından öz elmləri ilə bağlı olan fəlsəfi problemləri həll etməli olduqda
b
əzən hətta, öz kəşflərilə ziddiyyətə girirdilər. Məsələn, bunu XIX əsrin sonu
– XX
əsrin əvvəllərində materiyanın quruluşu və xassələri sahəsində baş verən
bir
sıra fundamental kəşflərlə əlaqədar olaraq fizikada yaranmış vəziyyətin
t
əhlili aydın göstərir. O vaxtadək materiyanın yeganə forması sayılan maddə
növü il
ə yanaşı sahə növünün də kəşfi materiyanın çoxkeyfiyyətliliyini
mü
əyyənləşdirdi. Əsasən metafizik olub təbii-tarixi materializm mövqeyində
duran fizikl
ərin bir hissəsi materiyanı ancaq onun maddə növü ilə eyniləşdir-
dikl
ərindən sahənin kəşfindən, sonralar materiyanın bu növlərinin qarşılıqlı
çevrilm
əsi faktından materiyanın heçə çevrilərək «yox olması» və heçdən
yaran
ması nəticəsini çıxarmışdılar. Halbuki həmin kəşflər materiyanın maddə
v
ə sahə kimi iki növünün bir-birinə çevrilməsi dialektikasını aşkara çıxarmaq-
la
dünyanın maddi vəhdəti haqqında materialist müddəanı təsdiq edirdi.
Doğrudur, əvvəlki fəlsəfənin dünyanı olduğu kimi, yəni obyektiv surətdə
mövcud olub dialektik
qarşılıqlı əlaqədə, hərəkətdə, dəyişmə və inkişaf
halında öyrənməyə çalışan, dünyaya onun mahiyyətinə uyğun olaraq dialektik-
c
əsinə yanaşmağa yaxınlaşan bəzi nümayəndələri fəlsəfə və təbiətşünaslığın
qar
şılıqlı əlaqəsi bir-biri üçün əhəmiyyətinin düzgün anlaşılmasına yaxın-
laşmışdılar. Məsələn, dünyaya dialektik-materialist yanaşmaya lap yaxınlaş-