BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
T
əbiət elmləri seriyası
2015
UOT 553.3/4
ÇOVDAR F
İLİZ SAHƏSİNİN GEOLOJİ QURULUŞUNUN
ÖZƏLLİKLƏRİ VƏ FİLİZLƏŞMƏNİN YERLƏŞMƏ
QANUNAUYĞUNLUQLARI
Ş.C.MUSAYEV*, Ş.F.ABDULLAYEVA**
Azerbaijan International Mineral Resource Operating Company LTD*
Bakı Dövlət Universiteti**
shax52@mail.ru, sahkla.a@gmail.com
Çovdar filiz sah
əsinin tektonik quruluşunun ən önəmli xüsusiyyətlərindən biri, onun
nüvə hissəsinin şimal-şərq istiqamətli xətti ekstruziyalar və lokal vulkan-boğaz tipli struk-
turlardan ibarət olan, ikinci dərəcəli günbəzvari bloklarla təmsil olunmasıdır. Filizyerləşdirən
sü
xurlar riolit və riodasitlərin effuziv, eksploziv, ekstruziv və boğaz fasiyalarından ibarət olub,
sənaye əhəmiyyətli filiz toplumları boğaz tipli vulkanik strukturalarda təmərküzləşərək, onlarla
n
əzarət olunurlar. Şaquli və horizontal zonallıq müşahidə olunur. Lateral istiqamətdə vulkanın
boğazının özək hissəsində eruptiv brekçiyalarda qızıl filizləşməsi daha zəngin, kənarlara doğru
brekçiyavari pemza v
ə pelit materialları ilə doldurulmuş, zolaqlı teksturalı kvarsitlərdə nis-
b
ətən azalır. Şaquli müstəvidə yuxarıdan aşağıya pirit minerallaşması xalkopirit-pirit-qalenit-
sfalerit minerallaşması ilə əvəz olunur.
Açar sözl
ər: Çovdar filiz sahəsi, filizləşmə, şaquli və horizontal zonallıq
1.Filiz sah
əsinin regional geoloji mövqeyi
Müasir geotektonik baxışlara uyğun olaraq, Qafqazın fanerezoyda geoloji
inkişaf tarixi müvafiq olaraq Paleo-, Mezo- və Neotetis okeanlarının aktiv kon-
tinental k
ənarlarının ardıcıl inkişafı kimi çözülür (M.Rüstəmov-2005, A.İsma-
yılzadə, F.Əhmədbəyli, T.Kəngərli-2002). Lakin son illər, Ş.Adamiyanin
(2007), İ.Qamkrelidzenin (2007) bəzi işlərində Şərqi Aralıq dənizinin inkişaf
tarixi terreyn analizi
əsasında baxılması təklif olunur (şəkil 1). Klassik təyinata
gör
ə (Stampfli, 2002), terreyn, yaxud tektono-stratiqrafik ekzotik blok-kom-
pleks dedikd
ə dərinlik qırılmaları ilə məhdudlaşmış, yanaşı bloklardan fərq-
l
ənən və avtonom geoloji inkişafla səciyələnən regional miqyaslı geoloji əmə-
l
əgəlmə nəzərdə tutulur. Əldə olunan məlumatlara görə Şərqi Aralıq dənizi
qurşağı 5 belə terreynlərdən ibarət olub.
Paleozoy, Mezozoy v
ə erkən Kaynozoy dövrlərində terreynlər-okeanlar,
müvafiq olaraq Proto-, Paleo-, Mezo- v
ə Neotetis daxilində müxtəlif istiqamətli
yerd
əyişmələrə məruz qalmış və tədricən Şərqi Avropa plitəsinin kənarına
122
yapışmışlar. Bu region üçün destruktiv faza hesab olunan yura dövründə Mər-
k
əzi Anadolu-İran və Cənubi Qafqaz bloklarının (mikrokontinentlərin) sərhəd-
l
ərində yeni rift strukturalarının əsasları qoyulub. Sonralar, gecalp orogenezi
(neogen-pliosen) müdd
ətində terreynlər intensiv deformasiyaya uğramışlar.
Ümumiyy
ətlə, geoloji inkişaf tarixinin bütün mərhələlərində regionun şimal
s
ərhədi aktiv, cənub sərhədi isə passiv olmuşdur.
Şək. 1. Aralıq dənizi qırışıqlıq zonasının şərq hissəsinin tektonik quruluşu (İ.P.Qamkrelidze)
Tektonik strukturlar: DK-kembriy
əqədər,ПМ-Paleozoy–mezozoy,MK Mezokaynozoy. Litoge-
nez şəraitlər:1-kənar dəniz,2-adalqövs, 3-mikrokontinent,4-aktiv kontinental kənar.
Yura dövründ
ə əsası qoyulmuş Goyçə-Əkərə rift zonasının (Benyof zo-
nası) simal sərhədi boyu güclü andezit vulkanizmi kompleksinin formalaşması
il
ə müşayiət olunan yeni əmələ gələn litosfer plitəsinin gömülməsi baş verir. Bu
proses, gömül
ən Benyof zonası üzərində Şərqi Pontun Orta Alp struktur mər-
t
əbəsini də əhatə edən yeni Cənubi Qafqaz kontinental blokunun yaranmasına
g
ətirib çıxarır. Müasir relyefdə yeni yaranmış mikrokontinent əsasən, diferen-
siyalanmış andezit vulkanizmindən və qranit plutonlarından ibarət olan Somxit-
Qarabağ / daha geniş məkanda Çorox-Kiçik Qafqaz adaqövsünü təşkil edir.
Somxit-
Qarabağ Alp qırışıqlıq meqastrukturunun ən böyük strukturların-
dan biri olub, Araz çayı vadisindən başlayaraq şimal-qərb istiqamətdə qövsvari
şəkildə 800-1000 km uzanaraq Ləlvər dağlarından qərbdə Cavax-Ərdahan yay-
lasında dördüncü dövr effuzivləri ilə örtülür və cənub-qərbdə, Türkiyə ərazi-
sind
ə Şərqi Pont/Artvin-Çorux sisteminin ön hissəsini təşkil edən Çorux çayı
hövz
əsində yenidən yer səthinə çıxır. Adaqövsün formalaşması mezozoy döv-
rünün
əvvəlinə təsadüf edir. Bu dövrdə artıq palezoyda stabilləşmiş Cənubi
Qafqaz aralıq massivinin cənub kəndarı boyu dartılma deformasiyası rejimində
okenik qabıqlı rift zonası əmələ gəlib. Bütün mezozoy dövründə yeni yaranmış
mikro okenik plit
ənin şimal hissəsi subduksiyaya uğrayaraq, Benyof zonası
123
boyu gömülm
əsi baş verir. Bu plitənin müasir errozion kəsilişdəki relikti Göy-
ç
ə-Əkərə zonasıdır.
Yura dövründ
ən başlayaraq gec tabaşirə qədər gömülən Somxit-Qarabağ
strukturası üzərində, onun uzanması istiqamətinə paralel ardıcıl fəaliyyət gös-
t
ərən səciyyəvi andezit vulkanlar zənciri (Tvalçrelidze G., 1977), başqa sözlə
tipik adalar qövsü yaran
ıb. Sistemin mobil fəaliyyəti şəraitində, gömülən Ben-
yof zonasının üzərində maqmatik ocaqlar cənubdan şimala miqrasiya olunaraq
geniş çeşidli mezozoy vulkan-pluton kompleksi yaradıblar.
Metallogenik baxımdan adaqövsün ilkin subduksiya mərhələsində maq-
matik f
əaliyyətin filizlilik məhsuldarlığında kolçedan əmələgəlmələri üstünlük
t
əşkil edir. Kolçedan filizlər «ailəsi» bir-birini məkanda və zamanda əvəz edən
kükürd-, mis-
kolçedanı, enargit-mis, kolçedan-polimetal, barit-polimetal, he-
matit-
silisium filiz formasiyalarından ibarətdir.
Əgər adaqövsün inkişafının ilkin subduksiya mərhələsində - aşağı və orta
yura dövründ
ə tektonik rejimdə dartılma deformasiyası üstünlük təşkil edirdisə,
gec yurada vulkanomik, karbonat v
ə qismən rifogen fasiyaların formalaşdığı
hövz
ələrdə tektonik rejim müsbət işarə ilə əvəzlənib. Artıq, kimmeric dövrü-
nün sonunda qalxmalarla müşayiət olunan sıxılma prosesləri başlayaraq, ada-
qövsün «yetgin» - sinsubduksiya m
ərhələsinin filiz-maqmatik komplekslərinin
əmələ gəlməsi ilə nəticələnib. Bu şəraitdə qabbro-diorit-qranodiorit formasiya-
lar kompleksi yaranıb və adaqovsün mərkəz xətti boyu inkişaf edən Şnox-
Koxb, Mehmana,
Daşkəsən, Cəyirçay, Zurnabad, Gədəbəy və s. intruzivlərlə
t
əmsil olunublar.
Metallogenik baxımından Kiçik Qafqaz üçün ən «məhsuldar» mərhələ
m
əhz bu mərhələdir. Bu mərhələdə dəmir-kobalt (Daşkəsən), polimetal (Meh-
mana), alunit (Z
əylik), mis-qızıl (Gədəbəy, Qafan, Qızılbulaq, Şamlıq, Allah-
verdi), mis-porfir (D
əmirli, Qaradağ, Xar-Xar, Texut), qızıl (Çovdar, Qoşa,
K
əpəz) kimi iri sənaye əhəmiyyətli yataqlar əmələ gəlib.
Adaqövsün son – gec subduksiya m
ərhələsi senomandan erkən paleogenə
q
ədər dövrü əhatə edərək riolit, traxibazalt tərkibli vulkanogen mənşəli süxur-
lar v
ə onlarla genetik və məkan bağlılığı olan Dağkəsəmən qızıl-polimetal,
Madneuli mis-
qızıl yataqları formalaşıblar. Bu mərhələnin endogen əmələgəl-
m
ələrinə irimiqyaslı Daşsalahlı,Qaçağan və Xanlar bentonit yataqları da aid
edilm
əlidir.
2. Vulkanotektonik strukturlar v
ə onların filiznəzarətedən əsas elementləri
Daşkəsən filiz rayonu da daxil olmaqla Kiçik Qafqazın şimal-şərq ya-
macının tektonik quruluşunun ən önəmli xüsusiyyətlərindən biri ondan iba-
r
ətdir ki, orogen, postorogen, hətta neotektonik inkişaf dövrlərində müşahidə
olunan iri qalxma v
ə enmə strukturlarının tektonikasının əsas elementləri aşağı-
alpaq
ədər struktur mərtəbənin struktur vahidlərinin permanent inkişafının da-
vamı olmasıdır. Bu iri strukturların sərhədlərini şimal-şərq - «antiqafqaz» isti-
qam
ətli dərinlik qırılmaları təşkil edir.
124
Çovdar filiz sah
əsinin tektonik vəziyyətinin təməl özəlliklərindən biri və
ən əsası, onun hüdudlarında nüvə hissəsini şimal-şərq istiqamətli xətti
ekstruziyalar v
ə lokal bogaz formalı riolit və riodasit vulkano-tektonitlərindən
t
əşkil olunmuş ikinci dərəcəli günbəzvari blok tipli strukturların olmasıdır.
Blok q
ərbdə - Şəmkirçay hövzəsində Şəmkir-Əliabad dərinlik qırılması
il
ə sərhədlənir, şərq istiqamətdə Qoşqarçayın sağ sahilində blokun özəyini təş-
kil ed
ən «məhsuldar» bayos çöküntüləri kəskin undulyasiyaya məruz qalaraq,
x
əyal olunan şimal istiqamətli düz xətt boyunca yuxarı yura və tabaşir çökün-
tül
əri altına gömülürlər. Bu və təkzib oluna bilməməsi bununla məhdudlaş-
mayan d
əlillər, həmçinin Daşkəsən, Bayan, Zurnabad intruziyalarının konfiqu-
rasiyalarının şimal istiqamətə yönümlü olması Ə.Şıxəlibəyliyə (1996) əsas ve-
rib ki, Qoşqarçay-Gəncəçay hövzələri boyu şimal-şərq istiqamətli iri – Xoş-
bulaq -Xanlar-Alazan d
ərinlik qırılmasının olması haqda fikir söyləsin. Sonrakı
dövrl
ərdə aparılan qravimetrik, maqnit və seysmik tədqiqatlar bu dərinlik qırıl-
masının varlığını təsdiq etmişlər. Səciyyələndirilən vulkano-tektonik blok
strukturunu
n şərq sərhədi məhz bu qırılma ilə məhdudlaşır.
Rayon
ərazisində müxtəlif morfogenetik tipli ikinci dərəcəli, çoxsaylı
qırılmalar inkişaf edib:
•
En dair
əsi istiqamətli qırılmalar qrupu bir-birinə yaxın, kulis formalı
atılmalar şəklində inkişaf edərək, şimal-şərq istiqamətli, 75-85º dərəcəli yatım
bucaqları ilə səciyyələnirlər;
•
Submeredianal istiqam
ətli, 75-80º bucaq altında qərb yatımlı, bir-biri
il
ə uzlaşan düşmələr, düşmə-üstəgəlmələr;
•
50-
70º bucaq altında şimal yatımlı dairəvi və yarımdairəvi sinvulkanik
qırılmalar.
En dair
əsi istiqaməti qırılmalar Daşaltı, Çovdar mədən, Danayeriçayın
yuxar
ı axımlarlnda intişar taparaq, şaquliyə yaxın düşümləri, pilləvari səthləri,
ensiz hidrotermal d
əyişmə və brekçiyalaşma zonalarının inkişafı ilə səciyyə-
l
ənirlər. Rayon ərazisində olan sənaye əhəmiyyətli barit damarlarının əksəriy-
y
əti bu qırılmalarla əlaqədardırlar.
Könd
ələn-meridional istiqamətli enmələr, enmə-üstəgəlmələr uzlaşan,
davamiyy
ətli, nisbətən uzunməsafəli (7-10km) olub, 70-80º bucaq altında yatır-
lar. Uzanma v
ə düşmə istiqamətlərində qırılmalar ətraf süxurlarda hidrotermal
d
əyişmə, əzilmə, brekçiyalaşma, sulfid minerallaşması oreolları yaradırlar.
Onlar qruplar şəklində inkişaf edərək, lokal gərginlik blokları yaradıblar. Belə
bloklardan biri, Danayeriçay-
Qartal Dağı-Pirinyal istiqamətindəki günbəzvari
blokdur. Kiçicik, ayr
ılma tipli çatlarda inkişaf edən nazik barit damarcıqları
istisna olmaqla,
barit damarları bu sistemlərdə, ümumən inkişaf etmir. Əksinə,
burada, onlardan ayrılan sürüşmə çatları sistemində qızıl saxlayan möhtəvi-
damarcıq tipli sulfid minerallaşması müşahidə olunur.
Dair
əvi, yarımdairəvi sinvulkanik qırılmalar lokal depression,vulkan-kra-
ter v
ə boğaz strukturları üçün səciyyəvidir. Eyni zamanda onlar, vulkan-günbəz
125
v
ə ekstruziv vulkan «qurğuları» üçün nəzarətedici struktur rolunu oynayırlar.
Onlar,
əsasən Danayeriçayın orta-aşağı axımında daha çox yayılıblar.
3.Filizyerl
əşdirən vulkanik süxurlar və onların formalaşma şəraitləri
Sah
ədə yayılmış vulkanogen süxurlarda (şəkil 2-3) fasiyal əmələ gəlmə
şəraitlərinə görə piroklastik süxurlar üstünlük təşkil edir. Müxtəlif stratiqrafik
s
əviyyələrdə effuziv vulkanizmin məhsulları qeydə alınır. Petroqrafik tərkib-
l
ərinə görə onlar andezitlərə, andezitbazaltlara, riolitlərə və riodasitlərə uyğyn
g
əlirlər. Vulkanogen çökmə süxurlar eyni tərkibli damarlarla/daykalarla kəsilir-
l
ər. Qat aydın olmayan sərhədləri ilə səciyyələnir və daxilində çeşidləşmə mü-
şahidə olunur - alevrolit tufları kobud dənəli həmcinsləri ilə əvəz olunurlar.
Şək. 2. Çovdar yatağının mərkəz hissəsinin geoloji xəritəsi. Miqyas 1:2000.
Şək. 3. 1:2000 miqyaslı geoloji xəritəyə CQ-ŞŞ istiqamətli xətt üzrə geoloji kəsiliş.
126
Vulkanogen-
qırıntı süxurları təşkil edən materiallar əsasən vulkan qur-
ğularından püskürmə vaxtı atılmış yuvenil tipli laylaşmış vulkanoklastlardan və
az t
əsadüf edilən çökmə -hemogen karbonatlardan ibarətdirlər.
Effuziv fasiyaların məhsulları olan andezitlər, andezitbazaltlar, riolitlər,
riodasitl
ər lava örtükləri formasında bütün sahə üçün səciyyəvidir. Onlara,
h
əmçinin vulkanik brekçiyaların və müxtəlif qırıntılı tufların içərisində də rast
g
əlinir. Xırda-narındənəli afir və porfir, bəzən badamvari-yuvacıq quruluşlu
olub boz, tünd-boz, b
ənövşəyi, cəhrayi-boz rəngləri ilə səciyələnirlər. Yaxşı
kris
tallaşıblar, sütunvari və plitəvari ayrılmaları ilə görüntülənirlər. Əsas küt-
l
ədə porfir ayrıntılar pozulmuş olivn, plagioklaz, klinopiroksen və filiz mine-
rallarına məxsusdur. Digər süxurlara nisbətən daha çox dəyişməyə məruz qal-
dıqlarından, ilkin tərkibdə onlara demək olar ki, rast gəlinmir.
Eksploziv fasiyalar filiz sah
əsinin quruluşunda iştirak edən vulkanogen
formasiyaların formalaşmasında önəmli yer tutur və onları təşkil edən mate-
riallar
əmələ gəlmə şəraitlərinə görə iki növə bölünürlər:
•
Piroklastik laylaşmış vulkan qurğularından püskürmə vaxtı atılımış
yuvenil m
ənşəli;
•
Çökm
ə prosesi baş verən hövzədə çökmə yolla əmələ gəlmiş kar-
bonatlı-hemogen.
Litoklastik, vitroklastik v
ə kristaloklastik strukturlu piroklastik süxurları
bir-biri il
ə mürəkkəb formada, qarşılıqlı keçidlər əmələ gətirərək orta-turş tər-
kibli – andezitl
ərdən və riolitlərdən ibarətdirlər. Çökmə-piroklastlar sahədə pi-
roklastik süxurlar arasında az təsadüf edilən piroklastlar əvəzinə bu və ya digər
miqdarda hemogen karbonat material olan tuffit (
əhəng daşı, karbonatlı tuflar,
mergell
ər, argillitli tuflar) süxurlardan ibarətdirlər.
Ekztruziv fasiyalı süxurlar əsasən riolitlərdən və riolit porfirlərdən təşkil
olunaraq relyefd
ə kəskin çıxıntılı formalar əmələ gətirilər. Həmçinin diabazlar
v
ə andezit porfiritləri soxulmuş daykalar və kəsib keçən formalı cisimlər yara-
dırlar.
Boğaz fasiya süxurları sahədə geniş yayılmayaraq, kiçikölçülu, lokal şə-
kild
ə onların yaranması üçün əlverişli geoloji faktorların təmərküzləşdiyi
şəraitdə əmələ gəliblər.Onlardan ən önəmlisi sənaye əhəmiyyətli qızıl saxlayan
M
ərkəzi filiz cismi sahəsidir. Ölçüləri, yuyulmuş hissəsi nəzərə alınmaqla yer
s
əthində 500x350m olan və dərinliyə doğru daralan, cənub-şərq rumbuna me-
yilli, assimmetrik quruluşlu bu vulkan qurğusu aşağıdan yuxarı göbələk forma-
sında inkişaf edərək, özək hissəsini müxtəlif ölçülü, çeşidlənməmiş brekçiyalar
(eruptiv) doldururlar.
Boğazı dolduran qırıntılar kvarslaşmış riolit tuflardan və
tör
əmə kvarsitlərdən təşkil olunublar. Sementləşdirici material kvarsdan, limo-
nitl
əşmiş tuflardan və brekçiyalardan ibarətdir.
127
4.Hidrotermal d
əyişilmiş süxurlar
Hidrotermal d
əyişilmiş süxurlar aşağı temperaturlu propillitləşmə və turş
aşındırma prosesinin məhsulları ilə təmsil olunublar. Uyğun olaraq vulkano-
gen-çökm
ə süxurların hidrotermal dəyişməsi nəticəsində əmələ gələn meta-
somatik süxurlar propillitl
ər və törəmə kvarsitlərdən ibarətdirlər.
Onların petroqrafik öyrənilməsi göstərir ki, propillitləşmə turş aşındırma
prosesini qabaqlayır və sahədə yayılmış bütun süxurlar bu və ya digər dərəcədə
propillitl
əşməyə məruz qalıblar. Aşağı temperaturlu propillitləşmədə ilkin mi-
nerallar
əvəzinə xlorit, serisit, seolit, albit, karbonat, kvars və pirit əmələ gəlib.
Ən çox rast gəlinən mineral assosiyasiyası xlorit, karbonat, kvars, serisitdir.
Bütün propillitl
əşmiş süxurlar sonradan törəmə kvarsitlərə keçiblər.
Tör
əmə kvarsitlərdə yeni mineral əmələgəlmələri kvarsdan, kaolinitdən,
alunitd
ən, rutildən, serisitdən, korunddan, topazdan, rutildən, turmalindən, xlo-
ritd
ən, pirofillitdən və baritdən ibarətdir. Çovdar yatağı sahəsində törəmə kvar-
sitl
ərdə ən çox yayılan kvars-kaolinit, kvars –kaolinit-alunit, nisbətən az kvars
– kaolinit – alunit – xlorit v
ə tək-tək hallarda kvars-serisit paragenezisləridir.
Bütün kvarsitl
ər bu və ya digər miqdarda filiz mineralları, yaxud da dəmir
hidrooksidini saxlayırlar. Kvars–xlorit metasomatitlərində rast gəlinən xlorit
hidrotermal m
ənşəlidir. Onun süxurlarda nisbətən çox miqdarı topaz, korund
v
ə turmalin kimi aksessor mineralların miqdarlarının artmasına gətirib çıxarır.
Tör
əmə kvarsitlər propillitlər hesabına əmələ gəldiklərinə görə az-çox miqdar-
da karbonat,
qalıq xlorit və serisit saxlayırlar. Alunitli metasomatitlərdə alu-
nitin yarozit
ə və ardınca limonitə keçməsi müşahidə olunur. Çox nadir hallarda
alunitl
ə birgə pirofillitə də rast gəlinir, kaolinit praktiki olaraq bütün paragene-
zisl
ər üçün səciyyəvidir, lakin o kvarsla birlikdə əlahəddə paragenezis yaradır.
Turş effuzivlər- riolitlər üzrə əmələ gələn kvars-kaolinit paragenezisli tö-
r
əmə kvarsitlərin rəngləri açıq boz, cəhrayi boz, bəzən yaşılımtul çalarlarla
olub, eynicinsli, gobudd
ənəli, qopması girintili – çıxıntılı, parıltılı görüntüləri
il
ə səciyyələnərək, makroskopik baxışda kiçik boşluqlar aydın sezilir.
Süxurlar tam kvarslaşıblar, kvarsın iri (5mm və >) porfir kristalları ümu-
mi fonda aydın ayrılır. Əsas kütlənin hesabına əmələ gələn bitişdirici material
b
ərk, narındənəli kvarsdan təşkil olunub. Kvarsın iri dənələrindən təşkil olun-
muş sahələrə də rast gəlinir. Onlar adəti üzrə fenokristalların formalarını tək-
rarlayırlar ki, bu da ilkin kvars mineralının turş məhlullarla əvəz olunmasına
işarədir. Boşluqlar kaolin, bəzən opalla doldurulur. Filiz dənəcikləri yox dərə-
c
əsindədir, ancaq filiz “tozu” yaxşı görünür. Bəzən kvars dənələrinin araları
limonotl
ə doldurulub. Aksessor minerallar topazın tək-tək dənələrindən ibarət-
dir.
Eruptiv brekçiyalar v
ə tufobrekçiyaları üzrə əmələ gələn kvars-kaolinit-
alunit paragenezisli tör
əmə kvarsitlər mərkəzi filiz cisminin əsas hissəsini təş-
kil ed
ərək qara çalarlarla dəmiri-paslı, tünd qəhvəyi rəngdə olub, çox vaxtı də-
n
əvər görüntülü, boşluqlarla səciyyələnib digər törəmə kvarsitlərdən fərqlə-
128
nirl
ər. Riolitlərin tufobrekçiyaları hesabına əmələ gələn kvarsitlər nisbətən açıq
boz r
ənglidirlər.
Ana süxurların ilkin minerallarının reliktləri və strukturları saxlanır.
Porfir strukturlu kvars “
adacıqları” əsas kütlə hesabına əmələ gələn kvarslaşma
il
ə haşiyələnirlər. Axırıncılar bərk, narındənəli kvarsdan ibarətdirlər. Onlarda
flyudiallığa uyğun istiqamətlənmiş dəmir haşiyyəli fenokristalların skeletləri
saxlanılır. Bu skeletlər çox hallarda kvars, xlorit və rəngli minerallarla (pirok-
senl
ərlə) doldurulurlar. Kvarsitlərdə əsasən piritin və dəmir oksidinin hesabına
əmələ gəlmiş çox miqdarda qatı rənglənmiş filiz minerallarına rast gəlinir. Bu
növ tör
əmə kvarsitlərin əsas hissəsini (80-90%) kvars təşkil etdiyinə və həddən
artıq bərk olduqlarına görə onları monokvarsit də adlandırırlar.
Andezit effuzivl
əri üzrə əmələ gələn kvars-kaolinit-alunit-xlorit parage-
nezisli tör
əmə kvarsitlər yaşıl çalarlı boz yaşımtıl görüntülü, eynicinsli, bərk,
az yuvacıqlı olub, zəif brekçiyalaşmışlar. Tam kvarslaşmış süxur relikt – traxit
strukturasını saxlayırlar. Əsas kütlə xırda dənəli kvarsdan təşkil olunub. Də-
n
əciklər sanki axım istiqamətində uzunsovlaşıblar. Məhz bu istiqamətdə də
xlorit d
ənələri yönəliblər və kaolinləşiblər. İlkin fenokristallar yerləşən yerlər-
d
ə alunit əmələ gəlib və boşluqlar yaranıblar. Filiz mineral dənələri yox dərəcə-
sind
ədir, ancaq dəmirin hidrooksidi və filiz “tozu” inkişaf edib. Topaz, korund
v
ə turmalin kimi aksessor mineralların miqdarı izafidir. Onlar başqa meta-
somatitl
ərə nisbətən iri dənələr və böyük yığımlar əmələ gətirirlər.
Effuzivl
ər üzrə əmələ gələn kvars-serisit paragenezisli törəmə kvarsitlər
açıq boz, ağ və ya açıq-boz-çəhrayı rənglərdə olub, az boşluqlu, qeyri-cinsli
süxurlardan t
əşkil olunub, ümumən, az yayılıblar.
Tam kvarslaşmış növləri ilkin strukturların reliktlərini saxlayırlar və
serisit s
ədəfləri nəzərə çarpır. O ya kvars dənələrinin arasında yerləşir, ya da
s
ərbəst yığımlar yaradırlar. Süxurlarda kaolinit, alunit və filiz mineral dənə-
cikl
əri qeydə alınmır. Lakin onlar kvars dənələri arasında intişar edən dəmir
hidrooksidi saxlayırlar. Aksessor minerallardan topazın dənələri və yığımları
müşahidə olunur. Dənələrin ətrafı boyu xlorit inkişaf edib.
5.Filizl
əşmənin əmələ gəlmə şəraiti və yerləşmə qanunauyğunluqları
Elmi-t
ədqiqat (Ş.Musayev, V.Ramazanov, F.Hüseynov-2005) və kom-
pleks geoloji-k
əşfiyyat işlərinin (Ş.Musayev, A.Şirinov-1998-2010) nəticələri-
nin analizi göst
ərir ki, Daşkəsən filiz rayonunun şimal hissəsi məxsusi qızıl və
kompleks qızıl saxlayan yataqların aşkarlanması üçün ən perspektivli sahədir.
Bura q
ərbdə Bayan kəndi - Danayeriçayın yuxarı axımı - Çovdar mədəni, cə-
nub-s
ərqdə Qoşqarçay hövzəsinin sol sahili boyu, şimaldan Haçaqaya-Payadə-
r
ə-Şəmkirçay istiqamətlərindən keçən hüdudlar daxilində yerləşən 100-120km
2
sah
ə daxildir. Əslində, bu sahə geoloji cəhtdən şimali-qərbdə Şəmkirçay-Əli-
abad, şimal-şərqdə Xanlar-Xoşbulaq-Alazan dərinlik qırılmaları ilə məhdudla-
şan qalxmış vəziyyətdə olan, günbəzvari formalı orta yura-aşağı tabaşir yaşlı
vulkanik kompleksl
ərindən ibarət, orta-irimiqyaslı nəcib və əlvan metal yataq-
129
l
arının təmərküzləşməsinə işarə edən birbaşa və dolayı kriteriyaların varlığı ilə
s
əciyyələnən əlahəddə bir struktura – Çovdar filiz sahəsidir. Bunlar aşağıdakı-
lardan ibar
ətdir:
•
Qravimetrik m
əlumatlara əsasən sahədə alpaqədərki özül qalxmış və-
ziyy
ətindədir, bu da öz növbəsində yuxarıda yatan süxurlarda onların inkişafı
v
ə formalaşması vaxtı kontrast vulkan-tektonik strukturların yaranması ilə
n
əticələnib;
•
Vaxt bax
ımından burada yaşlı şimal-qərb istiqamətli filizcəmləşdirici
qırılma pozulmalarının, məkanda daha cavan şimal-şərq, şərq istiqamətli filiz-
n
əzarətedici-yerləşdirici strukturlarla qovuşur;
•
T
ərkibləri kvarslaşmadan alunitləşməyə qədər dəyişən geniş çeşidli
müxt
əlif metasomatik formasiyalara məxsus kontakt-metasomatik və damarya-
nı hidrotermal metasomatik süxurlar geniş intişar tapmışlar. Xırda çıxışlar is-
tisna olmaqla onların sayı 60-70 -ə qədərdir;
•
Sah
ədə məxsusi Çovdar qızıl və barit yataqları istisna olmaqla 43 qı-
zılsaxlayan, 23 mis-polimetal minerllaşma nöqtələri var. 69 şlix sınağıında po-
limetal (qalenit, sfalerit, xalkopirit), 16 s
ərbəst qravitasyon qızıl dənələri aş-
karlanmışdır;
•
Geniş sahələri əhatə edən sahəvi kontrast geokimyəvi anomaliyaların
olması;
•
Filizl
əşmə üçün filiz generasiya və nəzarət edən bayos yaşlı turş
t
ərkiblı subvulkanların məhz bu sahə daxilindən kənara çıxmayaraq şərq-qərb
istiqam
ətlərdə yoxa çıxması (reduksiyası) önəmli faktordur.
Yuxarıda qeyd edildiyi kimi Çovdar filiz / filizdaşıyan sahəsinin tekto-
nik v
əziyyəti onu hüdudlarında nüvə hissəsini şimal-şərq istiqamətli xətti eks-
truziyalar v
ə lokal vulkan-krater, vulkan-günbəzvari tipli strukturlarının olması
il
ə təyin olunur.
Bu baxımdan sahənin blok struktura malik olması diqqəti cəlb edir. Re-
gi
onal planda üç vulkanik struktura ayrılır: Bayan-Şadax-Daşaltı enmiş blok və
Çovdar -
Qartal Dağı – Danayeriçay-Pirinyal qalxmış bloku. Üçüncü- Qızılca-
Layış bloku ikincinin şimal-qərbdə davamı hesab edilir.
T
əsvir olunan faktorlar ona dəlalət edir ki, Çovdar yatağı da daxil ol-
maqla aşkarlanması mümkün ola bilən və sənaye əhəmiyyəti kəsb edə biləcək
bü
tün yataqların, minerallaşma nöqtələrinin, filiztəmərküzləşdirən strukturların
qiym
ətləndirilməsinə yanaşma, ancaq vulkanik struktur prizmasından baxılma-
lıdır. Digər, olan və rast gəlinə biləcək morfogenetik filizləşmə növləri ən yaxşı
halda sinvulkanik x
ətti pozulmalarla əlaqəli olan, ikinci dərəcəli rola malik
strukturlardır.
Qazılmış quyuların və keçirilmış mağaraların, həmçinin yerüstü planalma
işlərinin materiallarının analizi göstərir ki, Çovdar yatağının filizləri mərkəz
hiss
əsi eruptiv brekçiya və kənarları pemza - lava qarışığndan təşkil olunmuş
vulkan boğazı struktur tipi şəraitində formalaşmışlar.
130
Filiz cisminin morfologiyasının (şəkil 4) cizgilərini əks etdirən vulkan
bo
ğazı yer səthində “göbələkvari” və dərinlikdə şiş ucu ilə aşağı yönəlmiş ko-
nus formasında olaraq, erroziya ilə yuyulmuş hissədə nəzərə alınmaqla yer
s
əthində (1650m horizontda) eni 500-350m, getdikcə daralaraq 1350-ci hori-
zontda 300-250m, 1050-ci horizontda 100-200m t
əşkil edir. Mərkəz hissə -
kanalın özəyi brekçiya ilə doldurularaq, kənarlara doğru brekçiyavari-pemza və
m
əsaməli “şüşəyə” bənzər yaşmavari pelit materiallardan ibarət termal kvar-
sitl
ərdən təşkil olunub. Uzaq kənarı dəyişdirici agentlərin (temperatur, təzyiq,
hidroterml
ərin axıcılıq sürəti və s.) zəifləməsi nəticəsində ana süxurlara keçidi
zolaqlı və ya girintili-çıxıntılı olub, tədriciləşir. Vulkan boğazında fəaliyyət
göst
ərən maqmanın “qaynaması” nəticəsində atılan lapillin bir hissəsi yenidən
,,ocağa,, qayıdaraq sferoid formal lapill teksturalar yaradırlar.
Şək. 4. Filiz cisminin üçboyutlu(3D) modeli
Yataqda
ən yüksək tutumlu qızıl, xüsusən də mis filizləşmələri məhz bo-
ğazın özəyində - brekçiyalarda təmərküzləşirlər. Kənara getdikcə qızıl fıliz-
l
əşməsi tədricən zəifləyərək, mis minerallaşması isə tamam “itərək”, zonallıq
yaradırlar (şəkil 5). Vulkan boğazında fəaliyyət göstərən filiz-maqma qarışığı
güclü parsial t
əzyiq və temperatura malik olduğuna görə tarazlıq yaradılması
üçün qarışıq ətraf mühitdə eyni vaxtda yaranan sinvulkanik çatlara soxulurlar
(boşalma müstəvisi). Bu çatlar hidrotermal prossesin son mərhələsində barit,
barit-
polimetal damarları ilə doldurulurlar. Təbii ki, prosesin sonuna yaxın
zaman k
əsimində damarlara məhdud miqdarda qızıldaşıyan mərhələnin məh-
sulları da nüfuz edirlər.
Barit minerallaşması damar tiplərindən başqa, ümumi prossesdə termal
yan kvarsitl
ərlə bərabər qarışıq kütlə əmələ gətirirlər.
Filizl
ərin tərkib miqdarlarının analizi göstərir ki, (Ə.Əhmədov, Ş.Mu-
sayev, 2004; C.Azad
əliyev, Ş.Musayev, 2013; R.Salmanlı, 2013; V.Babazadə,
Ş.Musayev, Ş.Abdullayeva, 2015) sulfid minerallarının cəm miqdarlarının 4-
5% arasında dəyişmək şərti daxilində, onlar az sulfidli mineral tipinə aid olub
131
s
əthəyaxın/epitermal şəraitdə əmələ gəliblər. Filizlərin əmələgəlməsi üç mərhə-
l
ədə baş verib:
I.-Pirit; II.- Pirit-xalkopirit-
solğun filizlər[tetraedrit - Cu
12
Sb
4
S
13
(Cu,
Bi> As, Sb, Te), tennantit - Cu
12
As
4
S
13
(Cu,Sb>As,Bi,Te)], qalenit - sfalerit;
III. - Barit- polimetal(qalenit-sfalerit).
Şək. 5. Vulkan boğazında qızıl minerallaşmasının zonal paylanması
Qızıl minerallaşması birinci iki mərhələ ilə əlaqədardır, onlar praktiki
olaraq son m
ərhələdə iştirak etmirlər. Gümüş minerallarının son mərhələdə nis-
b
ətən geniş yayılması onların polimetal mineralları ilə genetik əlaqələri ilə bağ-
lıdır. Yatağın ümumiləşdirilmiş səciyyəvi geoloji xüsusiyyətləri cədvəl 1-də
verilir.
Cədvəl 1
Covdar yatağının ümumiləşdirilmiş səciyyəvi geoloji xususiyyətləri
Covdar yatağının səciyyəvi geoloji xususiyyətləri
Tiplərin təsnifatı
Aidiyyətli tiplər / xüsuslar
Geoloji-genetik tipi
Hidrotermal -vulkanogen
Formasiyon tipi
Epitermal Qızıl-sulfid-kvars (LS -Low sulfide - az-kasıbsulfidli ),
sulfid
lərin miqdarı - 4.84%
Geoloji-
sənaye tipi
Brekçiyalaşmış, minerallaşmış qızıl-sulfid - kvars filiz zonaları
Morfostruktur /filiz
cisminin morfoloji tipi
Göbələkvari; tərsinə çevrilmiş konusvari forma
Mineral tipləri
Aşağıtemperaturlu: Kvars, qızıl, kaolin, dikkit, pirit, xalkopirit, kovellin,
xalkozin, hetit, hematit,
solğun filizlər, enargit, xlorit, alunit, barit, kalsit
Texnoloji / metallurji tiplər
Oksidləşmiş( 25%), ilkin kvars-sulfid(75%)
Geodinamik rejim
Adaqövs-
ilkin subduksiya mərhələ. Başlanğıc-J
1-
ааlen, son - J
2-
bat.
175мln-164мln = 11мln. ıl
Fili
zdaşıyan,filizyerləşdirici
formasiyaları
Riolit, riolit-
dasitlərlərin ekstruziv və günbəz subvulkanları,onların tufları,
tufobrekçiyaları
Hidrotermal dəyişmiş
suxurlar
Filizəqdərki propillətləşmə, filizmüşayiət edən törəmə kvarsitlər
132
Əmələgəlmə dərinliyi
Səthəyaxın/epitermal -1-2km
Au : Ag tənasüblüyü
1 : 3 ( Qızıl -2.23g/t : Gümüş -7.62g/t)
Filizin teksturası
Brekçaivari, massiv, qırıntılı. Filiz minerallarını görüntü formaları-mötəvi,
mötəvi-damarcıq, damarcıq.
Filizin strukturu
Allo-idio - hi
pomorf dənəli
Minerallaşma mərhələləri
I.Pirit;
II.Pirit-xalkopirit-
solğun filizlər[tetraedrit - Cu
12
Sb
4
S
13
(Cu, Bi> As,
Sb, Te], tennantit - Cu
12
As
4
S
13
(Cu, Sb> As,Bi, Te)], qalenit - sfalerit;
III. Barit- polimetal(qalenit-sfalerit).
Yatağın miqyası
Opta-
İri
Filiz cisminin parametrləri
Х- 400-450м; У-300-350м; H- 220-250м
Filizlərdə faydalı
komponentlərin ortalama
miqdarları
Oksid filizləri:Au-2.40g/t; Ag-9.93g/t; Cu-0.01%. İlkin kvars-sulfid
fil
izləri: Au-2.17g/t; Ag-5.973g/t;Cu-0.11%
Filizlərdə qızılın ölçüləri
Oksid filizlərdə: 2-8мкr, tək-tək - 30мкr.Sulfid filizlərdə - 1-8мкr.
Qızılın əyarlığı
Oksid filizlərdə - 967; İlkin filizlərdə- 918
Filizlərin həcm çəkisi
Oksid filizləri- 2.28т/м
3
, İlin filizləri- 2.53т/м
3
.
Nəmlilik
Oksid filizləri-0.316%; İlin filizlər-0.337%
Filizl
əşmənin özəl xüsusiyyətlərindən biri də onların şaquli istiqamətdə
s
əthdən dərinliyə doğru pirit minerallaşmasının ikinci mərhələnin mineral bir-
l
əşmələri ilə əvəz olunmasıdır. Sərhəd müstəvisi aşağı-yuxarı 1470m hori-
zontundan keçir.
Filiz cisminin yuxarı hissəsində mis minerallarına və onun
karbonat birl
əşmələrinə (malaxit, azurit) rast gəlinmir. İlk baxışdan elə görünə
bil
ər ki, oksidləşmə prossesi səthə yaxın hissədə piritlə bərabər mis mineralları
da aşınıblar. Ancaq oksidləşmə zonasında piritdən fərqli olaraq misin törəmə
minerallarına rast gəlinmir. Bu onu göstərir ki, yaranmış şaquli zonallıq təbii-
dir, epigenetik prossesin n
əticəsi deyil. Sadəcə olaraq hidrotermal məhlullar
yer s
əthinə yaxınlaşdıqca temperaturun aşağı düşməsi səbəbindən mühit təd-
ric
ən neytrallaşaraq qələviləşməyə doğru meyillənirlər və bu şəraitdə məhlul-
lardan çök
ən oksid mineralları üstünlük təşkil edir.
N
əticə
Somxit-
Qarabağ, daha geniş mənada Türkiyə ərazisinidə əhatə etməklə
Çorox-
Kiçik Qafqaz adalqövs zonasında yerləşən Kvarsxana, Qafqasör, Tək-
qala, Əsəndal, Çəmkərtən, Murgul,Yuxarımədən, Mədənköy, Murgul, Çorok
(Türküy
ənin Artvin-Çorux bölgələri); Meris, Madneuli (Gürcüstanın Axısqa və
Borçalı bölgələri); Alahverdi, Şamlıx, Qafan (Qərbi Azərbaycanın Şəmşəddin
v
ə Zəngəzur bölgələri); Gədəbəy, Çovdar, Qızılbulaq (Şərqi Azərbaycanın
G
ədəbəy, Daşkəsən, Ağdərə bölgələri) məxsusi qızıl / qızıl-mis yataqlarının
mineral t
ərkiblərinin (pirit, mis mineralları, qızılın müxtəlif mineral formaları
133
v
ə assosiyasiyaları, barit, polimetallar) və metasomatik tiplərinin bənzər ol-
ması, bu yataqların əlahəddə metallogenik zonada yerləşmələri özəl olaraq
qeyd olunmaqla b
ərabər, cüzü zaman kəsimində formalaşma fərqlərinə bax-
mayaraq, turş vulkanogen prosseslərlə sıx genetik və məkan əlaqələri olan eyni
filiz
əmələgəlmə fazalarının məhsulları olub, az-orta, bəzi hallarda çox sulfidli
mi
neral tipli epitermal filiz formasiyasına aiddirlər. Bu sırada qızıl saxlayan
mis, mis-
qızıl, mis-qızıl-barit kolçedan formasiyalarına aid olunmaları da
istisna edilm
əməlidir.
Çovdar yatağının əmələgəlməsində vulkanik struktura, konkret olaraq
bo
ğaz strukturuna aid olan az-orta sulfidli epitermal qızıl yatağının əmələ gəl-
m
ə modeli əsaslandırılır və qəbul olunur.
ƏDƏBİYYAT
1.
Азадалиев Дж., Мусаев Ш.Дж. и др. Характерные особенности Човдарского золото-
рудного месторождения (Малый Кавказ, Азербайджан) // Вестник Бакинского Уни-
верситета. Серия естественных наук, 2013, №2, с.117-130.
2.
Aхмедбейли Ф.С., Исмаил-заде А.Д., Кенгерли Т.Н. Геодинамика Восточного Кав-
каза в Альпийском тектоно-магматическом цикле (Азербайджан). Труды Института
Геологии НАН Азербайджана. 2002, №30.
3.
Ахмедов А.З., Мусаев Ш.Д. и др . Вещественный состав и технологическая характе-
ристика минерального сырья Човдарского золоторудного месторождения. Известия
НАН A зербайджана, Науки о земле, 2004, 4, 64-73.
4.
Баба-заде В.М., Мусаев Ш.Д., Абдуллаева Ш.Ф. Вещественный состав минерально-
го сырья Човдарского золоторудного месторождения. Вестник Бакинского Универ-
ситета. Серия естественных наук. 2015, №1, с.87-120.
5.
Гамкрелидзе И.П. Тектоническое развитие Анатолийско-Кавказско-Иранского сег-
мента Средиземноморского пояса. Геотектоника, 2007, 3.
6.
Мусаев Ш.Д., Рамазанов В.Г., Гусейнов Ф.Д. Геологическое строение и структурные
особенности формирование Човдарского рудного поля. Известия НАН
A
зербайджана, Науки о земле, 2005, 4, 64-73.
7.
Салманлы Р.М. Типоморфные особенности благородных металлов руд Човдарского
месторождения золота Малого Кавказа (Азербайджан). Вестник Иркутского техни-
ческого Университета. 2013, 10,104-109
8.
Рустамов М.И. Каспийский бассейн-геодинамические события и процессы. Баку,
2005.
9.
Твалчрелидзе Г.А. Металлогенические особенности главных типов вулканических
поясов. М., 1977.
10.
Шихалибейли Э.Ш. Некоторые проблемные вопросы геологического строения и
тектоники Азербайджана. Баку, 1996.
11.
Adamia Sh., Buadze V.Shavishvili I.
Metallogeny and Plate Tectonics in the Northeast-
ern Mediterranean. Belgrade: 2007, p. 215-230.
12.
Stampfli G.M. Western Alps Geological Constraints on Western Tetyan Reconstrtions. In:
Rosenbaum G. and Lister G.S. Reconstruction of the Evolution of the Alpine-Himalayan
Orogeny. Journal of the Virtual Exploer. 2002.
134
ОСОБЕННОСТИ ГЕОЛОГИЧЕСКОГО СТРОЕНИЯ И ЗАКОНОМЕРНОСТИ
РАЗМЕЩЕНИЯ ОРУДЕНЕНИЯ ЧОВДАРСКОГО РУДНОГО ПОЛЯ
Ш.Д.МУСАЕВ, Ш.Ф.АБДУЛЛАЕВА
РЕЗЮМЕ
Одной из важных особенностей центральной части тектонического строения
Човдарского рудного поля является присутствие линейных экструзий северо-восточного
направления и локальные структуры типа вулкано-жерлов и второстепенные куполооб-
разные блоки. Рудовмещающие породы состоят из эффузивной, эксплозивной, экстру-
зивной и жерловой фаций риолитов и риодацитов. Рудные скопления, имеющие про-
мышленное значение, концентрируются в вулканических структурах жерлового типа и
контролируются ими. Наблюдается вертикальная и горизонтальная зональность. Эруп-
тивные брекчии в центральной части вулканического жерла наиболее обогащены золо-
том. В латеральном направлении в сторону окраинных частей в полосчатых кварцитах,
которые заполнены брекчиевидной пемзой и пелитовым материалом, содержание золота
уменьшается. В вертикальном направлении сверху вниз пирит замещается халькопирит-
пирит-галенит-сфалеритовой минерализацией.
Ключевые слова: Човдарское рудное поле, оруденение, вертикальная и гори-
зонтальная зональность
PATTERNS OF DISTRIBUTION OF MINERALIZATION AND GEOLOGICAL
STRUCTURE OF CHOVDAR ORE FIELD
Sh.D.MUSAYEV, Sh.F.ABDULLAYEVA
SUMMARY
One of the most important features of the central part of the tectonic structure of
Chovdar ore field is the presence of linear extrusions in north-east direction and local struc-
tures such as volcano-domed vents and secondary units. The host rock consists of effusive,
explosive, extrusion and vent facies of the rhyolite and rhyodacites. Ore clusters having indus-
trial importance are concentrated in the volcanic vent-type structures and controlled by them.
There is observed a vertical and horizontal zoning. Eruptive breccias in the central part of the
volcanic vents are most enriched in gold. In the lateral direction toward the outlying parts of
banded quartzites, which are filled with pumice and prominent breccias and pelitic material,
the gold content decreases. In the vertical direction from the top down pyrite is replaced by
chalcopyrite-pyrite-galena-sphalerite mineralization.
Key words: Chovdar ore field, mineralization, vertical and horizontal zoning
Redaksiyaya daxil oldu: 12.10.2015-ci il
Çapa imzalandı: 04.12.2015-ci il
135
Document Outline - Таблица 1
- Х/ПДК
- Kc
- KK
- ПДК,
- Геофон
- Элементы
- (10-3%
- (10-3%
- (10-3%
- Ti
- V
- Cr
- Mn
- Co
- Ni
- Cu
- Zn
- Pb
- Таблица 2
- Х/ПДК
- Kc
- KK
- ПДК,
- Геофон
- Х/ПДК
- Kc
- KK
- ПДК,
- Геофон
- (10-3%
- (10-3%
- (10-3%
- (10-3%
- (10-3%
- (10-3%
- SUMMARY
- Azərbaycan Dövlət Neft Akademiyası
- melahet 8Taslanova@mail.ru8T
- Şək. 2. Çilov adası yatağı. II-II xətti üzrə geoloji profil
- Şək. 3. Gürgən-dəniz yatağı. Məhsuldar qatın Qala lay dəstəsinin tavanı üzrə struktur xəritə
- Şək. 4. Gürgən-dəniz yatağı. I-I xətti üzrə geoloji profil
- Şək. 6. Məsaməliyin sahə üzrə dəyişmə həddi.
- Şək. 7. Karbonatlığın sahə üzrə dəyişməsi.
- ƏDƏBİYYAT
- РЕЗЮМЕ
- 2. Aхмедбейли Ф.С., Исмаил-заде А.Д., Кенгерли Т.Н. Геодинамика Восточного Кавказа в Альпийском тектоно-магматическом цикле (Азербайджан). Труды Института Геологии НАН Азербайджана. 2002, №30.
- 3. Ахмедов А.З., Мусаев Ш.Д. и др. Вещественный состав и технологическая характеристика минерального сырья Човдарского золоторудного месторождения. Известия НАН Aзербайджана, Науки о земле, 2004, 4, 64-73.
- 6. Мусаев Ш.Д., Рамазанов В.Г., Гусейнов Ф.Д. Геологическое строение и структурные особенности формирование Човдарского рудного поля. Известия НАН Aзербайджана, Науки о земле, 2005, 4, 64-73.
- 7. Салманлы Р.М. Типоморфные особенности благородных металлов руд Човдарского месторождения золота Малого Кавказа (Азербайджан). Вестник Иркутского технического Университета. 2013, 10,104-109
Dostları ilə paylaş: |