49
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2012
UOT 82-1
XIX
ƏSRİN SONU – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ CƏNUBİ
AZƏRBAYCAN ƏDƏBİ-MƏDƏNİ MÜHİTİ – PROBLEMLƏR,
MÜQAYİSƏLƏR
A.Y.ABUŞOVA
Bakı Dövlət Universiteti
a.afet_1985@mail.ru
XIX
əsrin II yarısı ictimai və ədəbi proseslər baxımından Cənubi Azərbaycan və İran
müstəvisində həm böhranlı, həm də təbəddülatlı dövr olmuşdur. Lakin bununla belə yeni tipli
məktəblər açılmış, teatr binası inşa edilmiş, mədəniyyət və ədəbiyyatda müxtəlif nailiyyətlər
əldə edilmişdir. Məqalədə yeni tədqiqlər və nəşrlər müqayisə edilmişdir.
Açar sözlər: XIX əsrin II yarısı, şimal, cənub, mədəniyyət, teatr, müqayisələr,
problemlər, ictimai mühit, Ə.Talıbov, yoxsa Pol de Kok
Bədii söz istər bədii təfəkkürün, bədii inikasın, istərsə də onu doğuran
insanın həyatverici qüvvələrindəndir. İnsan daim yeniliyə, dəyişməyə, geniş
açılımlara meyil edən elə dünyaduyum sahibidir ki, hətta bilə-bilə ki, fəzadakı
«hava və iqlim dəftərxanası»na əvvəlcədən, planlı şəkildə mesaj ismarlaya
bilməyəcək, yenə də nüfuzunu irəliyə can atmaqda sınayır.
H.Zərdabi demişdir: «Olmaz ki, dünyada hər şey bir qayda ilə rəftar
olsun. Bizim zəmanə dəyişməyi tələb edir».
Həqiqətçilik, müasirləşmə, intibah tarix boyu milli-bədii təfəkkürümü-
zün ən davamlı ənənəsi olub: Nizaminin insan konsepsiyasından Nəsimi
kamilli
yinə, Füzuli dühalığından Sabir “özünütənqid”inə və s... Xüsusilə, XIX
əsrdən – Mirzə Fətəli Axundzadə fəlsəfəsindən üzü bəri... istər estetik zövq,
istər düşüncə sərbəstliyi, istər etik duyğular və didaktika, istərsə də mənfi
proseslərin qabarıq ifşası dönəm-dönəm sosial elitanı- yazar təbəqəsini bu və
ya digər formada gərəkənin təlqin, gərəkənin tənqidinə sövq etmişdir. Sosiu-
mun tənəzzül etməməsi üçün avanqardın (yazarın) mühüm ictimai həllinə
çalışdığı məhz bu mürəkkəbliyin stereotiplər müstəvisində, gərəkliyində isə
dissidentizm zəminində həllidir. Əsl meyar-şəxsiyyətin özüdür. Belə ki, ədə-
biyyatın ölçü vahidi insan mürəkkəbliyi, insan həqiqətidir. XX əsrdə
M.F.Axund
zadə durmadan bu həqiqəti gah fəlsəfi yozuma, gah da realist plana
cəlb etdi. İş o yerə çatdı ki, «Kəmalüddövlə məktubları»ndan, «Aldanmış
50
Kəvakib»ə və daha rahat anlaşıqlı komediyaya qədər hüdudlar aşıldı və
təlqinlər bu günümüzəcən acı səhifəmiz olan Güney Azərbaycana nəzəriyyə
qismində axın edib, Zeynalabdin Marağayi, Əbdürrəhim bəy Talıbov və b.
yazarların qələmlərində təcrübi effektə malik oldu.
XX əsrin əvvəllərində Güney Azərbaycanda «Şərqi-Rus», «Hümmət»,
«Həyat», «Molla Nəsrəddin», «Füyuzat», «İrşad», «Tərəqqi», «Yoldaş»,
«Təkamül», «Məktəb», «Dirilik», «İqbal» kimi mətbu orqanları çap olunsa da,
uzun illər anadilli mətbuatın olmamasından əziyyət çəkən xalqın tələbatını
qismən ödəsə də, XX yüzilliyin əvvəllərində romantizm və realizm ədəbi
məktəbləri təşəkkül tapsa da və bu təşəkkül dövrün ədəbi proseslərin özündə
ehtiva və təcəssüm etdirsə də, Güney Azərbaycan ədəbiyyatşünaslığı, publi-
sistikası, tənqidi və ədəbi prosesləri haqqında təhkimçi münasibətin nəticəsi
olaraq, yuxarıdakı optimist fikri dəqiq söyləmək çətindir. Hələ yenicə milli-
mənəvi təfəkkürün keşiyində durmaq, qayğısına qalmaq kimi düşüncə sər-
bəstliyinə M.F.Axundzadədən sonrakı Güney Azərbaycan mühitində yetişən
və ondan təsirlənərək bəhrələnən Zeynalabdin Marağayi, Əbdürrəhim bəy
Talıbov, Xalxali və s. qələmlərində rastlaşır və reallıqlar çərçivəsində bir
vətəndaş kimi milli azadlığın, birlik və bütövlüyün, tamlığın Azərbaycan və
ümumazərbaycanlılar üçün bölünməz sərvət oluşunu mahiyyətilə təbliğ edən
Mirzə Cəlillərin, Səməd Behrəngilərin yaranmasilə abu-havanı, gələcəyə inam
hissini müsbətə kökləyişlə qarşılaşırıq.
XI
X əsrə görə o qədər də ürəkaçan mənzərə olmayan mərsiyyənəvislik
yerini, yavaş-yavaş müstəvisində də olsa, nəsrə (hekayəçilik, daha sonra
romançılıq) verərək yeniliyə meyilli istiqamətdə dəyişirdi. İstər inkişafa, istər
ana dilinə, istərsə də nəsrdə söz deməyə meyilliyə mərsiyyənəvislikdən uzaq-
laşıb həm xalqın maarifi, həm də mədəniyyəti tənəzzülə aparan mövhumatçı
buxovlardan azad olmalara dövrün xarakter yazılarında rastlamaq mümkün-
dür. 1896-
cı ildə Təbrizli Mirzə Sadiq tərəfindən yazılmış «Kitabçeyi-
Ədəbiyyə» müxtəlif prizmalardan maraqlıdır. Azərbaycan dilində yazılmış
158 səhifəlik bu kitab beş cildlik bir əsərin ikinci cildidir. Tədqiqatçıların fik-
rincə, bu kitab müxtəlif nöqsanları olmasına baxmayaraq, o tayda doğma
Azərbaycan dilində yazılmış nəsr əsərlərindən biri kimi qiymətlidir. Ədəbiyyat
üzrə dərslik olan bu kitab əhəmiyyətli və təsirli mövzularla zəngindir. Sənət və
sənətkarlıq (Nizami və Sədini misal gətirir) məsələlərinə toxunan müəllifin
fikrindən belə nəticəyə gəlmək olar ki, sənətkarı əbədi edən məhz onun
yaradıcılığının xalqın xeyrinə olan mətləblərlə zəngin olmasıdır.
XI
X əsr bütünlüklə mürəkkəb bir dönəm idi. Elmin müxtəlif sahələrində
fəaliyyət göstərən Azərbaycan alimlərinin, ədib və ictimai xadimlərin əsərləri
çox çətinliklə, nöqsanlı şəkildə çap edilirdi. Çap işinin mədəni inkişafa təsir-
lərini (publisistikada da həmçinin) yuxarıda qeyd etmişdik. Belə bir müqəddərat
üçün yararlı məsələ barəsində Mirzə Fətəli dəfələrlə cənublu elm və mədəniyyət
xadimlərinə, ziyalılara, o cümlədən Təbrizli Mirzə Yusif Müstəşarüddövləyə
məsləhətlər vermişdir. Mirzə Yusif yüksək dövləti vəzifələrdə olduğu müddətdə
də xalqın rifahı naminə əsirgəmələrə yol vermirdi. Özü də məhz bu
51
təəssübkeşliyin qurbanı olmuşdur. «Yeni kəlmə» adlı kiçik həcmli, böyük
mənalı və əhəmiyyətli əsərinə görə yaşlı vaxtında əzablara düçar edilmiş,
kitabını başına vuraraq kor edilmiş, sonra da faciəli şəkildə öldürülmüşdür. Bu
dövrdə Cənubi Azərbaycanda müxtəlif sahələrdə inkişaf müxtəlif şəkildə
gedirdi. 1909-
cu ildə Şimaldan Sidqi Ruhulla, Hüseyn Ərəblinski, C.Zeynalo-
vun yaxından köməkliyi ilə Təbrizdə Cənubi Azərbaycanın ilk teatrı təşkil
edildi. Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadənin teatr truppaları dəfələrlə Təbriz
və digər Azərbaycan şəhərlərində teatrlar təşkil etdilər. 1916-cı ildə Təbrizdə ilk
teatr binası tikildi. Bu dördə artıq Şimali Azərbaycanda dekorativ incəsənətin
dəyərli örnəkləri yaranırdı. Şuşalı usta Qənbər və onun şagirdləri tərəfindən icra
edilmiş Şəki xan sarayındakı, Şuşada Mehmandarovun və Rüstəmovun
evlərindəki divar rəsmlərini misal göstərmək olar. Müqayisə üçün deyək ki,
qadın hüququnun kölə sistemində olduğu Cənubi Azərbaycandan fərqli olaraq
bu dövrdə Şimali Azərbaycanda Hacı Zeynalabdin Tağıyev müsəlman qız
məktəbini inşa etdirdi (1898). Bəhs edilən dövrdə Cənubi Azərbaycan və İran
maarifinin inkişafında Mirzə Həsən Rüşdiyyənin xidmətləri misilsizdir. Döv-
rünün mütərəqqi təlim-tərbiyə üsullarını öyrənib, İranda və Cənubi Azərbay-
canda yaymaq məqsədilə 1883-cü ildə İrəvanda azərbaycanlılar üçün yeni tipli
«Üsuli-
Cədid məktəbi» açmışdı. 1887-ci ildə isə Təbrizdə «Dəbestan» adlı ilk
xüsusi yeni tipli üsuli-
cədid məktəbini təsis etdi. Rüşdiyyə Cənubi Azərbay-
canda ilk dəfə olaraq əlifbanı səs üsulu ilə, Azərbaycan türkcəsi əsasında tədris
etməyə başladı. Yaratdığı məktəblər üçün «Vətən dili», «Ana dili» dərsliklərini
yazdı. Belə bir yeniliyəmeyilli dönəmdə ədiblər də əllərindən gələni əsirgəmir,
yaradıcılıqlarında yeni bir qələm təcrübəsinə imza atırdılar. Romançılıq dövrün
Mirzə Fətəli Axundzadədən təsirlənən yazar Zeynalabdin Marağayi möhtəşəm
«İbrahim bəyin səyahətnaməsi və ya peşimançılığın bəlası» əsərini yazdı.
Əbdürrəhim bəy Talıbov, «Kitabi-Əhməd», «Səfineyi-Talibi» əsərlərini
yazdılar. 2000-ci illərədək istər tarix kitablarında, istərsə də digər ədəbiyyat
dərsliklərində verilən «Kitab yüklü eşşək» əsərinin müəllifi Əbdürrəhim Talıbov
hesab edilirdi. Tədqiqatçı Tahirə Həsənzadənin son dövr araşdırmaları sübut
etdi ki, «Kitab yüklü eşşək» əsərinin əsli fransız yazıçısı Pol de Koka
məxsusdur. Cənubi Azərbaycanda və İranda bu əsəri farscaya tərcümə və təbdil
edən isə Marağalı Məhəmmədhəsən Xan Etimadüssəltənədir.
Böyük alim Xeyrulla Məmmədov («XIX əsrin sonu – XX əsrin
əvvəllərində Azərbaycan maarifçi realist ədəbiyyatı», «Əkinçi»dən «Molla
Nəsrəddin»ə qədər», «XIX əsr Azərbaycan uşaq ədəbiyyatı», «Azərbaycan
ədəbi tənqidi XIX-XX əsrlərin hüdudlarında», «XIX əsr Azərbaycan ədəbiy-
yatı» və s. monoqrafiyalarında, «Əqidə döyüşlərində», «Molla Nəsrəddin»i
zəmanə yaratdı», «Əkinçi»nin övladları», «N.Nərimanov haqqında yeni
materiallar», «Bir mübahisə haqqında», «S.Ə.Şirvani haqqında həqiqət», «Cə-
lal Ünsüzadə və uşaq ədəbiyyatı», «S.M.Qənizadənin bədii nəsri», «Tərcü-
man: Dildə, fikirdə, işdə birlik» və s.) bu barədə özünün məşhur «Cənablar,
börklərinizi qaldırın, əlahəzrət fakt gəlir» məqaləsini çap etdirmiş və qeyd
etm
işdir: «Əbdürrəhim Talıbov kimi böyük alim və ədibin «Kitab yüklü
52
eşşək» əsəri ilə məşhurlaşmağa ehtiyacı yox idi». Adı çəkilən əsər müxtəlif
dövrlər üçün xarakterik olan bütün qüsurlara anti-defis işarəsi qoymuşdur.
Böyük rus tənqidçisi V.Q.Belinskinin (1811-1848) yazdığına görə, «istedadlı
Pa
ris hekayəçisi, xeyirxah Pol de Kok»un romanları rus dilində nəşr olunmuş-
dur. O, «Rusiyanın Homeri» adlandırdığı Pol de Koku Balzak, V.Hüqo, A.Dü-
ma, Jorj Sand kimi dahi yazıçılardan üstün tutmuş, onu Volter Skota bərabər
hesab etmişdir. Paris cəmiyyətinin qüsurlarını gərəkdiyində açıq lövhələrlə
təsvir edən, istər Fransa geniş dairələrinin, istərsə də Avropa ictimaiyyətinin
sevimlisi olan Pol de Kok Məhəmmədhəsən xanın diqqətindən yayınmamışdı.
Tədqiqçilərdən P.Ariyanpur, Məhəmməd Şahid Nurayi, Mirhaşim
Mühəddis, xan Məlik Sasani də «Müstəqil vəhş, ya əlhimar yəhmilül-əşfəran»
əsərini Məhəmmədhəsən xanın əsərləri siyahısında vermişlər.
Tahirə Həsənzadəyə görə, İranın görkəmli alimi Səid Nəfisi bu əsəri
Məhəmmədhəsən xanın fransız dilindən tərcümə və təbdil etdiyini, əsərin
qəhrəmanlarına iranlı adlar qoyduğunu bildirir. İran alimləri F.Adəmiyyət,
Y.Ariyanpur, M.Bamdad Ə.Talıbov haqqında tədqiqatlarında «Əlhimar…» -
«Kitab yüklü eşşək» əsərini Ə.Talıbovun əsərləri siyahısına daxil etməmişlər.
Vurğulamağı lazım bilirik ki, 2005-ci ildə «Çaşıoğlu» nəşriyyat evində
çap olunmuş 10-cu sinif üçün Azərbaycan tarixi dərsliyinin Cənubi Azərbay-
can
da mədəniyyət bölməsinin 149-cu səhifəsində «Kitab yüklü eşşək» əsəri
Əbdürrəhim bəy Talıbovun müəllifliyi ilə göstərilmişdir. Çap evinin artıq
2012-
ci ildə nəşr etdiyi eyni adlı kitabda «Əlhimar…» - «Kitab yüklü eşşək»
əsəri Ə.Talıbovun əsərləri sırasında verilmir.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnsti-
tutunun «XIX-XX
əsrlərdə Cənubi Azərbaycan ədəbiyyatı tarixi» kitabında (2
cilddə) XIX əsrin sonu - XX əsrin əvvəlləri üçün xarakterik olan ictimai-mə-
dəni məsələlər diqqət önünə gətirilir. Kitabdakı Z.Marağayiyə həsr olunmuş
hissə Əflatun Məmmədova, Ə.Talıbova aid bölməyə aid fikirlər Mirəli Mə-
nafiyə məxsusdur. Maraqlı cəhətlərdən biri də budur ki, İnternet səhifələrində
yuxarıda qeyd olunan kitab barəsində yazan Həsən Səfəri Ə.Talıbovun ilk
orijinal əsəri kimi «Kitab yüklü eşşəy»in adını çəkir.
Bütün qeyd ol
unanlarla bərabər onu da deməliyik ki, zaman-zaman
əvvəlcə Şimal və Cənub ədəbiyyatının «bir kök altında» - sovet hakimiyyəti
illərində «panislamist», «pantürkizm», «dini klerikal», «sosial-demokrat» kimi
terminlər altında, yazıçılar, məfkurələr, mənafelər qarşı-qarşıya qoyulmuşdur.
Mirzə Fətəli Axundov başda olmaqla o dövrün qabaqcıl yazıçı və ziyalı-
ları sarsılmaz inamla təbliğ və təşviq edib deyirdilər ki, xalqın diriliyi, gələcəyi
na
minə ədəbiyyat həyata yaxınlaşmalıdır. Xalqın həyatından, güzəranından,
zəruri ehtiyaclarından yazılmalıdır, zəmanə ilə bağlı, tərəqqisinə kömək edən
işıqlı fikirlər aşılanmalıdır. Bunun üçün ədəbiyyat özü təzə yol seçməlidir.
Köh
nə fikirlərdən, köhnə üsullardan uzaqlaşmalıdır. Xalqın real həyatı və hiss-
ləri ilə heç bir əlaqəsi olmayan mövhumu əhvalatları təsvir və vəsf etməkdən
əl çəkmək lazımdır.
53
Bu yol realizm yolu idi, ideyalı, demokratik fikirli ədəbiyyat yolu idi.
Xalqın mənəvi mədəniyyəti, bədii fikri sahəsində yeni hava idi. Bu havanı
Azərbaycan mühitində əsməyə başlayan yeni küləklər gətirmişdi.
Ona qarşı əsən küləklər də tufan qoparmaqda idi: ətalət, gerilik, köhnə-
pərəstlik küləkləri! Yaşadığı dövrün həyatından, ictimai mübarizələrin girdab-
la
rından xəbərsiz olan, ya da bunların mənasını anlamayan, faciəli aqibəti xə-
ya
lına gətirməyən avam və cahillərin körük basdığı küləklər!... Bu avamların
gözünü cəhalət pərdəsi, çürük, mövhumi əqidələr və köhnə təsəvvürlər dumanı
elə örtmüşdü ki, öz burunlarından o yanı görmürdülər, zamanın hərəkətini hiss
etmir, köhnə həyat tərzindən bərk-bərk yapışıb durur, yeniliyə şiddətli
müqavimət göstərirdilər.
Onların yaratdığı ədəbiyyatın mövzu dairəsi görüşləri kimi dar, bədii
priyomları, təşbihlər və obrazlar silsiləsi geyimləri kimi köhnə idi. Sözün ən
pis mənasında, ənənəvi qəzəlxanlıq çərçivəsindən o yana çıxmırdı. Bu cür
şairlər Azərbaycan ədəbiyyatında Füzuli kimi böyük dühanın ən çox müraciət
etdiyi qəzəl formasını bayağılaşdırır, çeynənmiş sözlərin və ifadələrin
təkrarından ibarət olan qəzəllər yazırdılar. Bu qəzəllərdə dərin mənalı fəlsəfi
fikir axtarmaq nahaqdır, insanın məhəbbət, dostluq, vətənpərvərlik, düzlük,
alicənablıq kimi nəcib hisslərinin dərin fəlsəfi ifadəsini görmək mümkün
deyildir. Yeni meyllərə, ictimai mənalı, dolğun ictimai mündəricəli realist
ədəbiyyat yaratmaq meyillərinə qarşı duran cərəyanın bir qolu da dindarlığı,
sağlam şüurun qəbul edə bilmədiyi şəbihgərdanlıq, sinəzənlik kimi çürük
ayinləri yayan mərsiyə ədəbiyyatından ibarət idi.
Əlbəttə, xalqın bədii təfəkkürünün qüdrətini, onun azadlıq, tərəqqi və
səadət həsrətlərini, arzularını, mübarizəsini yaranmaqda olan yeni ədəbiyyat-
realist, demokratik ədəbiyyat ifadə edirdi ki, o da öz inkişafını Zakirin,
Bakıxanovun, Axundovun, Qutqaşınlının, Vazehin yaradıcılığında tapmışdı.
Şimali Azərbaycanda yaranan ədəbiyyata xalqın mənəvi, mədəni həyatı-
na yeni ruh gətirən küləklər elə ilk başlandığı gündən Araz və Astara çaylarını,
Muğan düzünü və Talış dağlarını aşıb Cənuba da yayıl
dı.
Dar çərçivədə olsa
da,
oraya da yeni hava gətirdi. İran və Cənubi Azərbaycan alimləri də bunu
qeyd edirlər. Məsələn C.H.Təbrizi «Dilimiz haqqındakı məqaləsində yazır:
«XI
X əsrdə Avropada gedən fikri hərəkətlər əvvəl Şimal, sonra da İran
Azərbaycanına gəlməkdədir. Şimalda Abasqulu ağa Bakıxanov, Qasım bəy
Zakir və Mirzə Şəfi Vazeh və Mirzə Fətəli Axundzadə kimi böyük şair və
mütəfəkkirlər zühur etmişlər». Bu yeni meyillər, Cənubi Azərbaycanda və
bütün İranda orta əsr həyat tərzinə, ictimai zülmə, müstəbidliyə qarşı qızışan
mübarizələr, insanların ruhunda, qəlbində oyanan yeni hisslər və fikirlər,
dəyişən zövq və artan estetik tələblər müəyyən dərəcədə öz bədii ifadəsini
Cənubi Azərbaycanın onlarla yeni ruhlu şair və yazıçılarının yaradıcılığında
tapdı. Yüksək sənət nümunələri yaratmış Əndəlib Qaracadaği, Heyran xanım,
Nəbati, Zikri, Raci, Şükuhi, Məhəmməd Hidəci, duzlu, şirin yumorla dolu
şeirlər müəllifi Məhəmməd Bağır Xalxali və ləli kimi qüdrətli şairlər, ictimai
məzmun dolğunluğu və mütərəqqi fəlsəfi fikirlərlə seçilən nəsr əsərlərinin
54
müəllifi Əbdürrəhim Talıbov və Zeynalabdin Marağayi, istibdadın, bürokrat
dövlət aparatının puçluğunu, soyğunçu mahiyyətini satira hədəfi edən
dramaturq Mirzə
Ağa
Təbrizi kimi istedadların əsərləri buna nümunədir.
ƏDƏBİYYAT
1.
Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. Bakı: EA, I c., 1981, 382 s.
2.
Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. Bakı: EA, II c., 1983, 579 s.
3.
Həsənzadə Tahirə. Əbdürrəhim Talıbov, yoxsa Pol de Kok. Azərbaycan, 2004, №6,
s.179-180.
4.
Həsənzadə Tahirə. Marağalı Məhəmmədhəsən xan Etimadüssəltənənin əsərlərində
Azərbaycan tarixi məsələləri. Bakı, 2001.
5.
Quliyev Elman.
Görkəmli ədəbiyyatşünas alim, tanınmış pedaqoq. “Ədəbiyyat” qəz.,
2011, 20 may.
6.
Məmmədov Xeyrulla. “Cənablar börklərin qaldırın, əla həzrət fakt gəlir”. «Ədəbiyyat»
qəz., 2005, 22 iyul.
7.
Səfəri Həsən. Kitablar və rəylər. Cənubi Azərbaycan ədəbiyyatının tədqiqi. Bakı: 2012.
ЛИТЕРАТУРНО-КУЛЬТУРНАЯ СРЕДА ЮЖНОГО АЗЕРБАЙДЖАНА
В КОНЦЕ XIX – НАЧАЛЕ XX ВВ.: ПРОБЛЕМЫ, СРАВНЕНИЯ
А.Ю.АБУШОВА
РЕЗЮМЕ
Во второй половине девятнадцатого века в литературе в Южного Азербайджана
и Ирана был критический период.
Но, не смотря на это, открылись новые типы школы и было построено новое
театральное здание и достигнуты большие успехи лишь в области культуры и литера-
туры.
И так в этой статье были проведены новые исследования и были сделаны
некоторые сравнения.
Ключевые слова: вторая половина девятнадцатого века, Север, Юг, культура,
театр, проблемы, А.Талыбов, или же Пол де Кок
LITERARY-CULTURAL PROBLEMS AND COMPARISONS IN SOUTHERN
AZERBAIJAN LATE IN XIX – EARLY IN XX CENTURIES
A.Y.ABUSHOVA
SUMMARY
The II half of the XIX century, from the point of view of the social and literary
processes, was a critical period in South Azerbaijan and Iran.
However, new types of schools opened, and a new theatre was built and great
achievements were gained in the field of culture and literature. The article compares recent
researches and publications.
Key words: the second part of the XIX sentury North South, culture, theatre,
comparisons, problems, public atmospheres, A. Talibov or Pol De Cok
Dostları ilə paylaş: |