Бисмиллащир-рящманир-рящим



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə1/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
  1   2   3   4   5   6   7   8   9   ...   23


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 

 
 
 
 
 
İSLAM FƏLSƏFƏSİ İLƏ 
TANIŞLİQ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MƏTLƏB BAQİR 
 
 
 
 
 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 

 
 
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM 
 
 
 
 
 
 
 
 
 
Kitabda  fəlsəfənin  tə’rifi  və  bu  terminin 
mə’nasının  açıqlanması  verilmiş,  eləcə  də,  fəlsəfə 
elminin 
yaranma 
tarixindən, 
Avropada 
yayılmasından,  keçdiyi  mərhələlərdən  ixtisarla 
söhbət  açılmışdır.  Bundan  əlavə,  İslam  dininin 
zühur  etməsi  ilə  bu  elmin  müsəlmanlar  arasında 
kök  salmasından,  zaman  ötdükcə  inkişaf  edərək 
geniş  vüs’ət  tapmasından,  bununla  da  müxtəlif 
fəlsəfi  cərəyanların(«Məşşai»,  «İşraq»,  «Mütəaliyə» 
və  s.)  yaranmasından  və  bu  cərəyanların  fəlsəfi 
görüşlərindən qısa bəhs edilmişdir. 
Kitab 
geniş 
oxucu 
kütləsi 
üçün 
nəzərdə 
tutulmuşdur. 
 
 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 

 
 
 
 
 
 
 
 
 
Entesharate Sadate Razavi
 
 
 
 
 
 
Kitabın adı:…………İslam fәlsәfәsi ilә tanışlıq 
Müәllif:……………..…………..….Mәtlәb Baqir 
Nәşr edәn:…………………............ Sadate Razavi 
Çap tarixi:…………....……………………….2005 
Çap növbәsi:………………………………Birinci 
Tiraj:…………………………………………..3000 
 
 
 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 

 
 
 «Bu kitabın savabını 
dinimizin yaşamasına xidmət 
etmiş bütün ruhani alimlərin, xüsusilə, 
 ilk ustadım mərhum Molla Səxavət Əliyevin 
pak ruhuna ithaf edirəm!» 
 
 
 
ÖN SÖZ 
İnsan…  Yarandığı  gündən  daima  müxtəlif 
düşüncələrlə yaşayır. Çox qəribə məxluqdur, o! Hər 
şeydən xəbərdar olmaq istəyir, zehninə gələn hər bir 
suala cavab tapmaq üçün günlərlə fikirləşir, hər şeyi 
bilmək üçün təşəbbüs göstərir. 
Məhz, bu hiss insanı və cəmiyyəti təkamülə aparır, 
elm  və  düşüncələr  meydana  gətirir.  Hər  hansı  bir 
elmin  təkmilləşməsi  və  sirlərinin  açılması,  məhz, 
insanların 
bu 
axtarışlarından, 
onların 
bu 
marağından doğur. 
Tarixdə  özünə  böyük  bir  səhifə  açan,  qiymətli 
saatları,  bəlkə  ömürləri  belə  özünə  sərf  edən 
«Fəlsəfə»  elmini  də,  insanların  varlıq  aləmi 
barəsində axtarış və düşüncələri yaratmışdır.  


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 

Tarixin  əvəzsiz  dahilərini  böyük  məşəqqətlərə 
salan  bu  elm  sahəsində  nəzər  yürütmək,  kitab 
yazmaq və ya hər hansı bir iddiaya düşmək mənim 
kimilər  üçün  ən  azı  təvazökarlıqdan  uzaq  olardı. 
Lakin bu kitabı yazmaqda məqsədim, əsla fəlsəfi bir 
kitabın müəllifi olmaq istəyi deyildir. Sadəcə olaraq, 
İslam  fəlsəfəsi  azəri  bacı  və  qardaşlarım  üçün 
maraqlı bir sahə olduğundan, həmin elm ilə əlaqəli 
mə’lumatları toplayıb bu yolla əziz həmvətənlərimə 
kiçicik bir xidmət etmək istədim.  
Suriya-Dəməşq 
23 /May/ 2001 
 
 
 
 
 
 
 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 

BİRİNCİ FƏSİL 
FƏLSƏFƏ İLƏ ÜMUMİ TANIŞLIQ 
FƏLSƏFƏNİN MƏ’NASI VƏ YARANMA TARİXİ 
Fәlsәfә  –sözü  yunan  mənşəlidir.  O,  «phileo»
sevirəm  və  «sophia»  –  elm,  müdriklik  kəlmələrinin 
birləşməsindən  əmələ  gəlmiş  mürəkkəb  bir  sözdür. 
Bütövlükdə  bu  sözün  mə’nası  elmi,  «müdrikliyi 
sevirəm»,  yaxud  «sevmək»  kimi  başa  düşülür.  Bu 
elmin  nə  zaman  və  nə  üçün  belə  adlandırılması  ilə 
bağlı ehtimallar çox olmasa da, bir deyil. Fəlsəfənin 
mahiyyəti  və  onun  ehtiva  etdiyi  məsələlər  barədə 
konkret  tarix  müəyyənləşdirmək  olmaz.  Bu 
mə’nada ki, bəşəriyyətin ilk filosofu elə onun babası 
Adəmdir (ə). 
Fəlsəfə  tarixi  sahəsində  yazılmış  kitablarda  rast 
gəldiyimiz  ehtimallardan  biri  həmin  terminin  ilk 
dəfə  Samoslu  Pifaqor
1
  tərəfindən  işlədildiyini 
vurğulayır.  Lakin  daha  münasib  ehtimal  fəlsəfə 
                                                 
1
Samoslu  Pifaqor  –  Pythaqoras  –Qədim  yunan  mütəfəkkiri. 
Eramızdan  əvvəl  təqribən  580-500-də  yaşamışdır.  Samos 
adasında  anadan  olmuş,  Pifaqorçular  məktəbinin  əsasını 
qoymuşdur.  Həndəsədə  Pifaqor  teoreminin  (Düzbucaqlı 
üçbucaqda hipotenuzun kvadratı katetlərin kvadratları cəminə 
bərabərdir) müəllifidir. 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə