55
№ 3 (51), 2011
Bu iş Qacar Qəhvəsi əhvalatına oxşayır
İran şahənşahı Məhəmməd Qacar ona itaət etmək və
onunla yola getmək istəməyən, gizlində və ya zahirdə
zülmünə və qəddarlığına qarşı çıxmağa cürət edən
zadəgan və əyanları sarayına dəvət edər və müxtəlif üsul-
larla, əsasən də zəhərlənmiş qəhvəyə qonaq etməklə ara-
dan götürərdi.
Bu şəxslər ya içdikləri qəhvənin zəhərlənmiş oluğunu
bilmir, ya da qəhvə içməkdən boyun qaçırdıqları təqdirdə
daha ağır əziyyətlə öldürüləcəklərindən qorxaraq zəhər
içməyə məcbur olurdular.
Buna görə də müxtəlif bəhanələrlə kiməsə böyük zərə vurulanda və ya həmin
şəxs həlak edildikdə “bu iş Qacar qəhvəsi əhvalatına oxşayır” deyirlər.
Pişik fərmanla gəliB
Bir nəfərin oğru pişiyi varmış. Onu nə qədər azdırırsa, pişik yenə də qayı-
dıb evə gəlirmiş. Axırda taxtadan bir qayıq qayıraraq pişiyi onun içinə qoyub
çaya buraxır.
Təsadüfən çay kənarına seyrə çıxmış padşah qayığı kənara çıxarmağı
əmr edir, azdırılan pişiyi görüb qəzəblənir və onu sahilə çıxartdırır. Padşah
öz adından bir fərman yazdırıb pişiyi görən hər kəsin ona hörmət etməli oldu-
ğunu göstərir. Şahın fərmanını pişiyin boynundan asıb onu buraxırlar. Pişik
yenə gəlib əvvəl yaşadığı evə çıxır.
Fərmanla tanış olan ev yiyəsi arvadına müraciətlə deyir:
Arvad, gəl qaçaq, biz heç fərmansız bu pişiklə bacara bilmirdik, indi
üstümüzə fərmanla qayıdıb!
İşlədiyi fırıldaq nəticəsində daha mötəbər və hörmətli adamların himayəsinə
girməyi bacaran əliəyri, nadürüst adamlar haqqında bu məsəldə istifadə olunur.
kamil Bir Palançı olsa da insan,
yaxşıdır yarımçıQ PaPaQçılıQdan
Bu misra böyük Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərində oğlu Məhəmmədə
etdiyi nəsihətdən götürülmüşdür.
Nizami dövründə papaqçılıq ən incə, təmiz, alicənab sənətlərindən sayılırdı. Pa-
lan qayırmağı kamil bilməyi yarımçıq papaqçı olmaqdan üstün tutan böyük şairimiz
hər kəsin sənəti nə olursa-olsun öz işini mükəmməl bilməsinin vacibliyini təlqin edir.
Bir işi öyrənmək istədikdə onu dərindən, hərtərəfli, kamil bilmək lüzumunu
göstərmək məqsədilə həmin məsəldən istifadə edilir.
“Rəvayətli ifadələr”, Bakı, 1961
Nİyə belə deyİrİk?