1
XULİO KORTASAR
Tərtib edəni: Nadir Qocabəyli
ROMAN
Xana-xana oyunu
4
XANA-XANA OYUNU
(roman)
Bələdçi-cədvəl
Bu kitab müəyyən mənada çox, əsas etibarilə isə iki kitabdır. Oxucuya iki mümkün
olandan birini seçmək hüququ verilir:
Birinci kitab adi qaydada oxunur və 56-cı fəsillə başa çatır. Axırıncı sətrin
altındakı üçulduz işarəsi SON mənasındadır. Ona görə də oxucu heç bir vicdan əzabı çəkmədən
sonrakı fəsilləri oxumaya bilər.
İkinci kitabı 73-cü fəsildən başlayaraq xüsusi qaydada oxumaq lazımdır: hər bir
fəslin sonunda növbəti fəslin nömrəsi mötərizə içərisində göstərilir. Əgər ardıcıllığı unutsanız, ya
da qarışdırsanız, aşağıdakı cədvəldən faydalana bilərsiniz:
73 – 1 – 2 – 116 – 3 – 84 – 4 – 71 – 5 – 81 – 74 – 6 – 7 – 8 – 93 – 68 – 9 – 104 – 10 – 65
– 11 – 136 – 12 – 106 – 13 – 115 – 14 – 114 – 117 – 15 – 120 – 16 – 137 – 17 – 97 – 18 – 153 –
19 – 90 – 20 – 126 – 21 – 79 – 22 – 62 – 23 – 124 – 128 – 24 – 134 – 25 – 141 – 60 – 26 – 109 –
27 – 28 –130 – 151 – 152 – 143 – 100 – 76 – 122 – 112 – 154 – 85 – 150 – 95 – 146 – 29 – 107
– 113 – 30 – 57 – 70 – 147 – 31 – 32 – 132 – 61 – 33 –67 – 83 – 142 – 34 – 87 – 105 – 96 – 94 –
91 – 82 – 99 –35 –121 – 36 – 37 – 98 – 38 – 39 – 86 – 78 – 40 – 59 – 41 – 148 – 42 – 75 – 43 –
125 – 44 – 102 – 45 – 80 – 46 – 47 – 110 – 48 – 111 – 49 – 118 – 50 – 119 – 133 – 140 – 138 –
127 – 56 – 135 – 63 – 88 –72 – 77 – 131 – 58 – 131 –
Asanlıqla tapılması üçün fəsillərin nömrələri hər bir səhifənin başında
göstərilmişdir.
5
Və coşqun bir ümidlə faydalı olmaq, xüsusən də gəncliyə, həm də dəyərlərin bütövlükdə
dəyişdirilməsinə qatqıda bulunmaq üçün mən yaşından, mövqeyindən və durumundan asılı
olmayaraq bütün insanların mənəvi və dünyəvi xoşbəxtliyinə yardım edəcək bu əxlaq
məcmuəsini, təməl ümumbəşəri öyüd və nəsihətləri yalnız öz yaşadığımız vətəndaş və xristian
respublikasının çiçəklənməsi və yaxşı idarə olunması naminə deyil, dünyanın ən müdrik
filosoflarının arzuladığı digər istənilən respublikanın və ya hökumətin rifahı üçün tərtib etdim.
Əhdi-Ətiqdən və Əhdi-Cədiddən götürülmüş
Bibliyanın ruhu və ümumbəşəri əxlaq
Toskan rahibi abbat Martini
tərəfindən
Sitatlar gətirilməklə yazıldı.
Razılığa əsasən,
Kastiliya dilinə Konqreqasiyanın alim kleriki
müqəddəs Kayetano çevirdi.
1797-ci ildə Madriddə Asnar tərəfindən çap olundu.
«Изащлар» бюлцмцня бах
6
Həmişə havalar azca soyuyanda, daha dəqiqi, payızın ortalarında ürəyimdən nəsə İks-
sentrik və İks-zotik bir şey barədə düşünmək kimi vəhşi bir arzu keçir, məsələn, istəyirəm
qaranquş olam və baş götürüb isti ölkələrə uçam, ya da qarışqa cildinə girib yuvacığımda
gizlənəm və orada oturub yayda topladığım azuqəni xımır-xımır yeyəm, ya da ki, zooparkda
soyuqdan donmamaq üçün şüşə qəfəsdə saxlanan ilana dönəm, bəzən çox bahalı olduğundan
özlərinə pal-paltar ala bilməyən, kerosin, kömür, odun, yaxud hər cür yanacaq yoxluğu
ucbatından qızına bilməyən insanlar da belə olur. Cibdə pul da yoxdur ki, zirzəmilərdən birinə
düşüb içini qızışdıran bir şey sifariş verəsən, ancaq gərək Sui-istifadə etməyəsən, çünki Sui-
istifadə etsən, dərhal «Su»
1
ya düşəcək, əxlaqsızlığa yuvarlanacaqsan, əxlaqsızlıqdan cismani və
mənəvi düşkünlüyə isə bircə addımdır və bir halda ki, maili müstəviylə bütün mənalarda
yaramaz əxlaqa doğru yuvarlandın, artıq bu dünyada kimsə səni bu insan zibilliyindən xilas
etməyəcək, heç kəs çapaladığın bu iyrənc bataqlıqdan çıxman üçün sənə əl uzatmayacaq.
Kondor
2
da belədir: nə qədər ki cavandır, zirvələrdə süzür, elə ki qocaldı, daş kimi, mənəvi
mühərriki dayanan bombarımançı təyyarə kimi şığıyaraq aşağı düşür. Yaxşı olardı ki,
yazdıqlarım kiminsə işinə yarayaydı, oxuyan öz hərəkətlərinə fikir verəydi, yoxsa «artıq gecdir»
və hər şey onun öz günahı ucbatından məhv olub deyə peşman olmayaydı.
Sesar Bruto. Əgər mən bu adam
olmasaydım, görəsən, kim olmaq istərdim
(«Müqəddəs Bernardonun köpəyi» fəslindən)
1
Су – ярябъя пислик, йарамазлыг демякдир.
2
Кондор – Ъянуби Американын даьлыг йерляриндя йашайан чох ири йыртыъы гуш.